Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Silmək
Silmək – verilənlərin, adətən, disk və ya lent kimi yaddasaxlama qurğusundan geri qaytarılması mümkün olmayan uzaqlaşdırılması. Müəyyən sahənin silinməsi, bir qayda olaraq, orada olan informasiyanın sıfırlarla və ya başqa boş simvollarla əvəzlənməsi yolu ilə həyata keçirilir. Hesablama texnikasında silmənin (erase) heç də uzaqlaşdırma (DELETE) ilə ekvivalent olması vacib deyil. Adətən, uzaqlaşdırma, sadəcə, əməliyyat sisteminə göstərilən verilənlərin və ya faylin əhəmiyyət daşımadığını xəbər verir, ancaq uzaqlaşdırılmış faylın diskdə tutduğu yer (sahə) əməliyyat sisteminə başqa məqsədlər üçün gərəkli olanadək həmin verilənlərə müraciət etmək mümkündür. Buna görə də uzaqlaşdırılmış verilənlərin yerinə (tutduğu sahəyə) yeni informasiya yazılmamışsa, həmin faylı “geri qaytarmaq” (UNDELETE) mümkün olur.
Çiləmə
Çiləmə - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər fəsillərdə əsasən uşaq və gənclər arasında geniş şəkildə oynanılan qədim uşaq oyunlarından biridir. Bu oyunu əsasən oyunçuların sayı çox olduğu hallarda uşaqlar dəstələrə bölünərək oynayırlar. Lakin oyunçular yetərsay olmadıqda uşaqlar bu oyunu dəstələrə bölünmədən, sanama üsulu ilə öz aralarında da keçirilir. Hətta kiçik yaşlı uşaqlar bu oyunu iki uşaq aralarında növbə ilə topu çiləməklə oynayırlar. Hələ indiki müasir toplar istehsal olunmadığı bir dövrdə bu məqsədlə at və iri buynuzlu heyvanların xırda tükündən (yunundan) kos (top) hazırlayardılar. Əvvəlcə dəstəbaşılar seçilir. Dəstəbaşı iki cür təyin olunur: ya onları oyunçular özləri seçirlər, ya da ümumin razılığı ilə (oyunda və uşaqlar arasında müəyyən keyfiyyətləri fərqlənənləri), çox hallarda isə (əgər oyunçular bir-birini tanımırlarsa) püşk və ya sanama üsulu ilə seçirlər. Dəstələrə bölünərək oynanılan bu oyunu başlamaq üçün halay yolu ilə uşaqlar dəstələrə bölünürlər. Oyuna başlamazdan əvvəl dəstələr bir-birindən 3-4 metr aralı dayanır. Sanama yolu ilə dəstələrdən biri oyuna başlayır.
Yenidən yükləmək
Kompüter elmlərində yenidən yükləmək (ing. restart, ing. Reboot) — kompüter sistemini təzədən başlama vəziyyətinə gətirmək deməkdir. Adətən kompüterə yeni proqram quraşdırdıqdan sonra və ya kompüterin sistemində hər hansı səhv baş verdikdə həyata keçirilir.
Yemək
Qida və ya qida məhsulları — orqanizmin xaricdən qəbul etdiyi üzvi və qeyri-üzvi maddələr yığımı. Qidalar çox sadə kimyəvi maddələrdən mürəkkəb üzvi birləşmələrə qədər geniş miqyasda çeşidlilik göstərir. İnsanın hər gün yeyib-içdiyi qidalar çox müxtəlifdir. Onlar orqanizmi lazımi qədər zülallar, yağlar, karbohidratlar, mineral maddələr, vitaminlər və adi su ilə təmin etməlidir.. Ən çox zülal toyuq yumurtasının ağındadır. Lakin pendir və kəsmik də, xalis zülaldan ibarətdir. Zülal ətdə və balıqda da çoxdur. Bir parça xəmir götürüb, onu suda yuyun,əlinizdə rezinə oxşayan yapışqanlı bir şey qalacaq. Bu zülaldır. Alimlər zülalı protein (yun.
Kükü (yemək)
Kükü – İran və Azərbaycan mətbəxinə aid olan, yumurtadan hazırlanan yemək növü. == Yayılması == Səfəvilər və Qacarlar dövrünə aid kulinariya kitablarında kükünün adı çəkilir. Qacar sənədləri kükünü qəlyanaltı kimi təqdim etmişdir. İranda Yeni il və Novruz bayramı zamanı kükü bişirmək ənənəsi mövcuddur. İranda yaşayan ermənilər və gürcülər Pasxa bayramı zamanı kükü bişirirlər. == Hazırlanması == Tipik kükü inqredientlərin tavada yağla qızardılması ilə hazırlanır. Bu zaman tavanın üstü bağlı olmalıdır. Bişirmə də kükünün hazırlanma metodlarından biridir. Kükü adətən çörəklə servis edilsə də, İranın şimalında düyü ilə servis edilir. == Növləri == Kükünün bir çox çeşidi hazırlanır.
Külçə (yemək)
Külçə, südlü çörək və ya şirin çörək — un məmulatı. Azərbaycanın milli mətbəxindən. == Etimologiya == Bu un məmulatı Ağdam-Füzuli və Qəbələ ləhcələrində külçə, Aranda şirin çörək, Naxçıvan və Qubada tıxma, Bakıda isə südçörəyi adlanır.
Naan (yemək)
Naan (farsca نان‎, hindce नान, urduca نان‎, kürdce nan, çin dilinde ise 馕) — buğdadan hazırlanmış əriştədir. Hindistan milli mətbəxinə məxsusdur. Hindistanla yanaşı Əfqanıstan, İran, Nepal, Pakistan, Tacikistan, Özbekistan və digər Orta Asiya ölkələrində məşhur yeməkdir. Türk dilində (misal üçün qazax, qırğız, özbək, uyqur və s.) çörək “nan” adlanır. Esas erişteni buğda unundan hazırlanmış xemşr teşkilr edir. Ancaq zövqdən asılı olaraq lobya, tərəvəz, pendir və ya kartofda əlavə edilir. Naan sup, çay və ya müxtəlif sulu yeməklə yeyilir. Naan sözü ingilis dilinə 1810-cu ilde Villiyam Tokko gətirib. Fars dilində “nan” çörək deməkdir. İllər ərzində Orta və Mərkəzi Asiyada nan sözü müxtəlif mənalar bildirmiş və sonda düz yeni lavaş çörək naan adlandırılmışdır.
Qarnıyarıq (yemək)
Qarnıyarıq — Sote edilmiş doğranmış soğan, sarımsaq, qara bibər, pomidor, istəyə bağlı yaşıl bibər, cəfəri və qiymə qarışığı ilə doldurulmuş badımcandan ibarət yemək.
Son yemək
Son yemək (son şam yeməyi, ingiliscə last meal) ölümə cəzası edilmiş şəxsin hökmün icrasına az qalmış aldığı xüsusi yeməkdir. Son yeməyin menyusu adətən məhkumun əmri ilə (məqbul hədlər daxilində) tərtib edilir. Ənənəvi olaraq, ölüm hökmü tətbiq edən əksər ABŞ ştatlarında son yemək hüququ məhkumlar üçün qorunur. İstisna Texas ştatıdır, burada sonuncu yemək 2011-ci ildə məhkum Lourens Rassel Breverin çox böyük sifariş verərək yeməyə belə toxunmamasından sonra ləğv edilib. Həmçinin Merilend ştatında məhkumlar üçün son yemək nəzərdə tutulmayıb, lakin 2013-cü ildə bu ştatda ölüm hökmü ləğv edilib. ABŞ-nin bir çox ştatlarında məhkumların həddindən artıq ekzotik istəklərinə əməl etmək zərurətindən qaçmaq üçün müəyyən məhdudiyyətlər var. 1990-cı illərin sonlarından etibarən əksər hallarda alkoqollu içkilər qadağan edilib. Floridada bütün ərzaq məhsulları yerli olaraq alınmalı və cəmi 40 dollardan çox olmamalıdır. Luiziana ştatında sifariş dəyəri 15 dollardan çox olmamalıdır. Acmal Kasab: imtina etdi.
Yemək çubuqları
Yemək çubuqları ya Çapstiklər (ing. Chopsticks) — qısa quşburun bərabər uzunluqlu cüt istifadə olununan çubuqlardır ki Çin, Monqolustan, Yaponiya, Koreya, Vyetnamda və Laos, Tayland və Myanmanın şimal əyalətlərinə ənənəvi yemək alətləri kimi istifadə olunur. Ümumiyyətlə qədim Çində başlanğıcının qoyulması inanılır. Yemək çubuqları ən çox, ağac, bambuk və ya plastikdən hazırlanır, amma metal, sümük və fildişindən də hazırlanır. Yemək çubuqlarına Yaponca haşi (箸), Koreyaca jeotqarak (젓가락) və Çincə kuaizi (筷子) deyilir. Yemək çubuqları əsas əldə baş barmağ ilə barmağlar arasında saxlanılır və qida parçaların qaldırmaq üçün istifadə olunur. Aşağı yemək çubuğu sabitdir və baş barmaq bazası və üzük barmağının üst qisimi aralarında yerləşdirilir, yuxarı yemək çubuğu isə baş barmaqın üst qisimində və orta və işarə barmaqlarında yerləşdirilir və qida qaldırmaq üçün hərəkət etdirilir. A gallery of chopstick images Bring Your Own Chopsticks Movement Gains Traction in Asia Arxivləşdirilib 2007-03-07 at the Wayback Machine, article examining the link between chopsticks and deforestation How to use Chopsticks?
Yesemek daş karxanası və heykəltəraşlıq emalatxanası
Yesemek daş karxanası və heykəltəraşlıq emalatxanası— Qaziantep ilinin İslahiye ilçəsinin Yesemek məhəlləsi yaxınlığında açıq səma altında muzey və arxeoloji sahədir. Sahə Het dövründə karxana olub və 100.000 m2 ərazini əhatə edir ki, bu da onu qədim Yaxın Şərqdə məlum olan ən böyük daş hörmə emalatxanasına çevirir. Muzey Qaziantep ilinin İslahiye ilçəsinin Yesemək kəndinin cənubunda 36°53′35″ şm. e. 36°44′40″ ş. u.-də yerləşir. Dağlıq ərazinin qərb yamaclarında və Tahtalı bənd gölünün şərqindədir. Kənddən 15 kilometr (9,3 mil), İslahiyedən 23 kilometr (14 mil) və Qaziantepdən təxminən 113 kilometr (70 mil) məsafədədir. Ziyarətçilər abidəyə Qaziantep, İskəndərun və ya Antakyadan gələ bilərlər. Qalıqlar, 1890-cı ildə bölgənin şimalında Zincirli Höyükdə apardığı qazıntılar zamanı avstriyalı arxeoloq Feliks fon Luşan tərəfindən qismən aşkar edilib.