YÜKLƏMƏK

f.
1. Yük vurmaq, yük qoymaq, yüklə doldurmaq. Vaqonu (gəmini, maşını) yükləmək.
– Körpünün sol tərəfində dayanmış gəmiyə taxta-şalban yükləyirdilər. M.Hüseyn.

// Dalına yük vurmaq, yük çatmaq. Atı yükləmək. Dəvəni yükləmək. – [Molla] səhər tezdən durub xiyarı dərir, eşşəyə yükləyib şəhərə tərəf yola düşür. “M.N.lətif.
” Mağıl keçən vaxtlar dəvə karvanları düzülürdü yola, ticarət malını yükləyirdik dəvələrə. C.Məmmədquluzadə.

// Aparmaq (daşımaq) üçün vermək.
[Firidun bəy:] Əlacım kəsildi, getdim, [Anna Petrovna] oradan bir neçə əskiüsgüdən alıb məni yüklədi. Ə.Haqverdiyev.

2. məc. Üzərinə çox iş qoymaq, çox iş tapşırmaq, vəzifəsini, işini ağırlaşdırmaq. Yazığı o qədər yükləyiblər ki, heç vaxtı qalmır.
3. xüs. Elektrik enerjisi vermək (bir cismə, cihaza və s.-yə). Batareyanı yükləmək. Akkumulyatoru yükləmək.

Синонимы

  • YÜKLƏMƏK YÜKLƏMƏK (dalına yük vurmaq) Mağıl keçən vaxtlar dəvə karvanları düşürdü yola, ticarət malını yükləyirdik dəvələrə (C
  • YÜKLƏMƏK doldurmaq
YÜKLƏMƏ
YÜKLƏNMƏ
OBASTAN VİKİ
Yenidən yükləmək
Kompüter elmlərində yenidən yükləmək (ing. restart, ing. Reboot) - kompüter sistemini təzədən başlama vəziyyətinə gətirmək deməkdir. Adətən kompüterə yeni proqram quraşdırdıqdan sonra və ya kompüterin sistemində hər hansı səhv baş verdikdə həyata keçirilir.

Значение слова в других словарях

благогове́йно по-дунга́нски старина труско́м довя́зываться недосыла́ть предохрани́тельный родонача́льник костить лапь шистать cabin class da capo embusqué hob owing past mistress sensory straggle Theodosia uglify wanderlust настоятельный разбросанный точить