YELLƏMƏK

f.
1. Sərinləmək üçün bir şeylə havanı hərəkətə gətirmək, hava cərəyanı yaratmaq. Yelpiclə üzünü yelləmək.
– Rüstəm kişi hirsindən şapkasını çıxardı, üzünü yellədi. M.İbrahimov.

2. Odu, ocağı alışdırmaq, kömürü közərtmək üçün üzərində havanı bir şeylə hərəkətə gətirmək, yel vermək; körükləmək. Manqalı yelləmək.
3. Yırğalamaq, tərpətmək, silkələmək, əsdirmək, yaxud itələmək, itələyərək o yanabu yana hərəkət etdirmək.
Layla-layla deyə çəkər keşiyin; Min məhəbbətlə yelləyər beşiyin. M.Ə.Sabir.
Bürcəliyev də Kərimqulu kişi kimi qaraldı, əllərini kənara yellədi. S.Rəhimov.
Rüstəm kişi … paltosunun ətəyini yelləyə-yelləyə (z.) özünü maarif idarəsindən çölə atdı. M.İbrahimov.

4. Sürüb aparmaq.
Dan yerinə şəfəq düşmüşdü, malları yellədim, gün çıxar-çıxmaz evə gəldim. A.Divanbəyoğlu.

5. Yelə vermək, tozunu çırpmaq. Palazı yelləmək.
// Sovurmaq.
6. məc. dan. Bir işə təhrik etmək; qızışdırmaq.

Синонимы

  • YELLƏMƏK yırğalamaq — tərpətmək — silkələmək
  • YELLƏMƏK sovurmaq
  • YELLƏMƏK körükləmək
YELLƏMƏ
YELLƏNCƏK

Значение слова в других словарях