Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yolboyu (Susuz)
Yolboyu — Qars ilinin Susuz ilçəsinin Mərkəz bucağında kənd. Kənd Qars ilinin inzibati mərkəzi Qars şəhərindən 25 km, Susuz ilçəsinin inzibati mərkəzi Susuz qəsəbəsindən 15 km uzaqlıqda yerləşir. 31 dekabr 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 553 nəfər daimi əhali yaşayır.
Qoçbəyi (Şırnak)
Qoçbəyi — Türkiyənin Şırnak vilayətinin Mərkəz rayonunda kənd. == Tarixi == Kəndin köhnə adı Davudlu olmuş, 1928-ci il qeydlərində Mendişan adlanır.
Elbəyi Sadiq
Elbəyi Maqsudov — == Həyatı == Elbəyi Sadıq oğlu Maqsudov 16 fevral 1955-ci ildə Naxçıvan Muxtar Respublikası Babək rayonunun Gərməçataq kəndində anadan olmuşdur. 1980-ci ildə filologiya fakültəsini bitirmişdir. 25 il orta ümumtəhsil məktəblərində-Gərməçataq kənd orta məktəbində, Naxçıvan şəhərindəki "Xanım qızlar" , "Türk oğlanlar" liseylərində və 3 saylı rus məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləmişdir. 1986-cı ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun (indiki Təhsil Problemləri İnstitutu) aspiranturasına qəbul olmuş, 1992-ci ildə "Azərbaycan dili dərslərində fənlərarası əlaqədən (rus dili fənni ilə) istifadənin imkanları və səmərəli yolları" mövzusunda dissertasiya müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi, 2000-ci ildə dosent, 2008-ci ildə isə "Azərbaycan və türk dilinin müqayisəli tədrisinin tələbələrin linqvistik təfəkkürünün inkişaf etdirilməsinə təsiri" mözusunda dissertasiya müdafiə edərək pedaqoji elmlər doktoru alimlik dərəcəsi almışdır. "Ana dili dərslərində dillərarası əlaqədən istifadənin ümumi məsələləri","XXI əsrin öyrənciləri üçün Azərbaycan dili və ədəbiyyatdan testlər","Azərbaycanca -türkcə, türkcə-azərbaycanca qarşılıqlı dilçilik terminləri lüğəti", "Dillərarası əlaqə təliminin metodikası","Dillərin müqayisəli tədrisi: imkanlar və vasitələr","Ürək bir dünyadır","Sözlər də insan kimidir","Azərbaycan dilinin Türkiyə türkcəsi ilə əlaqəli tədrisi üçün çalışmalar","Poetik türkəçarələr","Təmsillər","Azərbaycan dilinin tədqiqi və tədrisi məsələləri"və s.elmi-metodiki, bədii əsərlərin müəllifidir. Bakı, Naxçıvan, Səmərqənd, Moskva, Ankara, İstanbul, Konya, Trabzon, Mersin, İslamabad, Maku, Təbriz və digər şəhərlərdə keçirilən beynəlxalq konfranslarda və qurultaylarda çıxışlar etmişdir. 1994–2004-cü illərdə NDU-nun Elmi Şurasının katıbı vəzifəsində işləmiş,2004-cü ildən isə Naxçıvan Dövlət Universitetinin "Fənlərin tədrisi metodikası" kafedrasının müdiri vəzifəsində çalışır. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvüdür.
Elbəyi Quliyev
Elbəyi Quliyev (14 oktyabr 1995, Yekaterinburq) — Azərbaycanın keçmiş peşəkar futbolçusu. == Klub karyerası == === Ural FK === Elbəyi Quliyev "Ural FK"-nın gənclər komandasının yetirməsidir. O, "Ural"da peşəkar debütünü 19 mart 2016-cı ildə Rusiya Premyer Liqasında "Terek"lə səfərdə 1:1 hesablı heç-heçə bitmiş oyunda etmiş, matçın ikinci hissədə əvəzedici kimi meydana çıxmışdı. Quliyev məşqlərini "Ural FK"-nın əvəzedici heyətində etmiş, bu səbəbdən də klubda çıxış etdiyi dövrdə Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Qondarma Dağlıq Qarabağ Respublikasının hərbi birləşmələri arasında baş vermiş Aprel döyüşləri zamanı həmin döyüşlər səbəbilə klubun digər üzvü, əsas heyətdə çıxış edən erməni əsilli Edqar Manuçaryan ilə arasında problem yaranmadığını və həmin futbolçu ilə ünsiyyətdə olmadığını bildirmişdir. === Jetısu FK === Elbəyi Quliyev 8 iyul 2015-ci ildə Qazaxıstanın "Jetısu FK" komandasına icarəyə verilmişdir. O, klubda ilk qoluna 31 oktyabr 2015-ci ildə Qazaxıstanın "Kaysar FK" komandasına qarşı ev oyununda 2-1 hesabı ilə qalib gələrkən imza atmışdır. === Neftçi FK === Elbəyi Quliyev "Neftçi PFK"-da icarə əsasında çıxış etmək istəsə də, klub rəhbərliyi ilə razılaşa bilməmiş, ona futbolla daha əvvəl məşğul olmayan şəxs kimi münasibət göstərildiyini və ikinci bir şans verilsə, nəinki "Neftçi PFK"-da, hətta Azərbaycan Premyer Liqasının heç bir klubunda çıxış etmək istəmədiyini bildirmişdir. Bu iddialara cavab olaraq klubun baş məşqçisi Vəli Qasımov əsas komanda ilə əvəzedici komandanın yoxlama oyunu keçirilərkən Elbəyi Quliyevin əsas heyətdə oyuna çıxdığını, lakin ilk hissə başa çatmamış məşqçilər heyətinin onu əvəz etdiyini, bu səbəbdən də özünü doğrultmayan idmançı ilə yolları ayırdıqlarını qeyd etmişdir. == Milli Komanda == Elbəyi Quliyev 2014-cü ilin oktyabrında Frankfurtda, 2015-ci ilin martında isə Bakıda keçirilən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışına çağırılıb. Almaniyada keçirilən təlim-məşq toplanışında olarkən Rusiyanın “Ural FK” komandasının şərəfini qoruyan Elbəyi Quliyev yığma komandanın “Pirmazens FK”-ya qarşı keçirdiyi və 4:1 hesabı ilə qalib gəldiyi yoxlama oyununda qol vuraraq fərqlənmişdir.
Eugenia dombeyi
Eugenia brasiliensis (lat. Eugenia brasiliensis) — mərsinkimilər fəsiləsinin evgeniya cinsinə aid bitki növü. == Yayılması == Eugenia brasiliensis Braziliya və Paraqvayda həm yabanı halda bitir, həm də becərilir.. == Sinonim == Eugenia bracteolaris Lam. ex DC. Eugenia brasiliensis var. erythrocarpa Cambess. Eugenia brasiliensis var. leucocarpa Cambess. Eugenia dombeyi Skeels [Illegitimate] Eugenia filipes Baill. Eugenia filipes Baillon in Grandidier Eugenia ubensis Cambess.
Kolbeyn Siqtorsson
Kolbeyn Siqtorsson (isl. Kolbeinn Sigþórsson; 14 mart 1990, Reykyavik) — İslandiyalı futbolçu, Fransanın "Nant" klubunun və İslandiya yığmasının hücumçusu. İslandiya yığması tarixində Eydur Qudyonsendən sonra ikinci ən məhsuldar futbolçu. == Klub karyerası == Kolbeyn futbolçu karyerasına yerli "Vikinqur" klubunda başlayıb. 2003-cü ildə, 13 yaşında olarkən "Koupavoqs" komandasına keçib, 2006-cı ildə bu klubun heyətində debüt edib. O klubda beş oyun keçirib və bir qol vurub. Tezliklə o, avropa nəhənglərindən sayılan "Real Madrid" və "Arsenal"ın diqqət mərkəzinə düşüb, sonuncu ilə iki dəfə danışıqlar aparılsada, yekunda Niderlandın "AZ Alkmaar" klubuna keçməyi üstün tutub. 2007-ci ildə o, Niderland komandasına keçdi, ancaq əsas komandanın heyətində yalnız 2010-cu ildə oynamağa başladı (qabaqca ona aldığı ardıcıl zədələr mane olurdu). 5 avqust 2010-cu ildə Avropa Liqasında "Göteborq"la oynanılan görüşdə klubun heyətində debüt edib. İlk qolunu 29 avqust 2010-cu ildə Niderland birinciliyi çərçivəsində Rotterdamın "Ekselsior" klubunun qapısına vurub.
Myrtus dombeyi
Eugenia brasiliensis (lat. Eugenia brasiliensis) — mərsinkimilər fəsiləsinin evgeniya cinsinə aid bitki növü. Eugenia brasiliensis Braziliya və Paraqvayda həm yabanı halda bitir, həm də becərilir.. Eugenia bracteolaris Lam. ex DC. Eugenia brasiliensis var. erythrocarpa Cambess. Eugenia brasiliensis var. leucocarpa Cambess. Eugenia dombeyi Skeels [Illegitimate] Eugenia filipes Baill. Eugenia filipes Baillon in Grandidier Eugenia ubensis Cambess.
Salvia dombeyi
Salvia dombeyi (lat. Salvia dombeyi) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.
Səfirlər (Holbeyn)
Səfirlər (1533) - Kiçik Hans Holbeynin rəsm əsəri. Əsər Tüdorlar hakimiyyəti dövründə, I Elizabetin doğulduğu ildə yaradılmışdır. İkili portret olmaqla yanaşı, rəsmdə ehtiyatla icra edilmiş bir neçə əşyanın natürmortu verilmişdir. Bu da özlüyündə böyük müzakirələr səbəb oldu. Əsər, həmçinin anamorfozun ən çox istinad edilən nümunəsini ehtiva edir. Səfirlər hal-hazırda London Milli Qalereyasında saxlanılır. Holbeyn 1493-1543-cü illərdə yaşamış alman rəssamdır. Öz dövrünün məşhur portret ustası olmuşdur. Yüksək yaradıcılıq qabiliyyəti sayəsində İngiltərə kralı VIII Henrixin və onun ətrafındakı saray əyanlarının portretlərini çəkməklə tanınmışdır. Şimal İntibahının parlaq nümayəndələrindəndir.
Holbeyn xalçası
Holbeyn xalçası— alman rəssamı Hans Holbeynin adını daşıyan erkən türk xalça növüdür. "Holbeyn xalçası"nın təsvirlərinə Avropa İntibah dövrü rəsmlərində tez-tez rast gəlinir. Onlar əvvəllər Gənc Hans Holbeyn ilə işləmiş rəssamların kətanlarında görünür. Onlar dörd tipə bölünür və onlardan yalnız iki növü adını daşıdıqları müəllifin rəsmlərində təsvir edilmişdir. "Holbeyn Xalçası" uzun müddətdir istehsal edilən Anadolu xalçasının ən çox yayılmış növüdür. Xalçalar əsas sahədə romb, xaç və səkkizguşəli ulduzlardan ibarət eksklüziv həndəsi ornamentlə bəzədilib. Tədqiqatçılar Holbeyn xalçalarını aşağıdakı dörd tipə bölürlər I tip: Holbeynin kiçik rəsmlərindəki xalçalar; kiçik, müxtəlif, daim təkrarlanan ornament. II tip: Holbeyn bu tip xalçaları təsvir etmədiyinə görə, bu tip xalçalar onları çəkən italyan rəssamı Lorenzo Lottoya görə indi "Lotto xalçaları" adlanır. Bu xalça növü naxış baxımından “I tip” Holbeyn xalçası”na bənzəyir. Bu naxışa bitki motivləri də əlavə edilmişdir.
Olberi-Uaodonqa
Olberi-Uaodonqa — Avstraliyada qonşu Olberi və Uaodonqa şəhərlərinin konqlomerasiyasıdır, Murrey çayı vasitəsilə ilə bölünüb. Olberi ölkənin Yeni Cənubi Uelsidə, Uaodonqa isə Viktoriya ştatında yerləşir. Bir icma kimi tanınsa da hər birinin ayrı bələdiyyəsi və hakimiyyət orqanları var. Olberi Viktoriya ştatına yaxın olduğuna görə o ştatla daha sıx bağlıdır.
Qaya göbəyi
Qaya göbəyi — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU B1b (i, iii) c (i, iii). Azərbaycanın nadir növüdür. Kökümsovu qısa, yoğun, çoxlu sayda kökətrafı yarpaq və gövdə əmələ gətirir. Kökətrafı yarpaqlar 5–10 sm uzunluğunda, ayaları yumurtavari, əsasında ürəkvari və ya dəyirmi; gövdələri nazik, zəif, əyri-üyrü, sallanan,10 (15) sm uzunluqdadır. Gövdə yarpaqları uzunsov və ya yumurtavari, 5–7 sayda, daha xırda, yuxarıdakılar salxımın əsasında oturaqdır. Salxımı tək, boş və azçiçəklidir. Tac mavi rəngdədir. Fındıqçaları 2,5–3 mm uzunluqda ensiz, kənarları azaciq enli dişli qanadlıdır. Çiçəkləmə may-iyul, meyvəvermə iyun-avqust aylarına təsadüf edir. Orta və yuxarı dağ qurşaqlarının (dəniz səviyyəsindən 2000 m yüksəklikdə) qayalı, daşlı və gilli yamaclarında, töküntülü və əhəngli yerlərdə, çayların yataqlarında rast gəlinir.