Kolbeyn Siqtorsson (isl. Kolbeinn Sigþórsson; 14 mart 1990[1][2], Reykyavik) — İslandiyalı futbolçu, Fransanın "Nant" klubunun və İslandiya yığmasının hücumçusu. İslandiya yığması tarixində Eydur Qudyonsendən sonra ikinci ən məhsuldar futbolçu.
Kolbeyn Siqtorsson | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
isl. Kolbeinn Sigþórsson | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Kolbeinn Sigþórsson | ||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 14 mart 1990[1][2] (34 yaş) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | Reykyavik, İslandiya | ||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | İslandiya | ||||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 1.86 m[3] | ||||||||||||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 84 kq | ||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | Hücumçu | ||||||||||||||||||||||||||||||||||||||||||||||||
Klub haqqında məlumat | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
Klub | Nant | ||||||||||||||||||||||||||||||||||||||||||||||||
Nömrəsi | 9 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Kolbeyn futbolçu karyerasına yerli "Vikinqur" klubunda başlayıb. 2003-cü ildə, 13 yaşında olarkən "Koupavoqs" komandasına keçib, 2006-cı ildə bu klubun heyətində debüt edib.[4][5] O klubda beş oyun keçirib və bir qol vurub. Tezliklə o, avropa nəhənglərindən sayılan "Real Madrid" və "Arsenal"ın diqqət mərkəzinə düşüb, sonuncu ilə iki dəfə danışıqlar aparılsada, yekunda Niderlandın "AZ Alkmaar" klubuna keçməyi üstün tutub.[4][6]
2007-ci ildə o, Niderland komandasına keçdi, ancaq əsas komandanın heyətində yalnız 2010-cu ildə oynamağa başladı (qabaqca ona aldığı ardıcıl zədələr mane olurdu). 5 avqust 2010-cu ildə Avropa Liqasında "Göteborq"la oynanılan görüşdə klubun heyətində debüt edib.[7] İlk qolunu 29 avqust 2010-cu ildə Niderland birinciliyi çərçivəsində Rotterdamın "Ekselsior" klubunun qapısına vurub.[8] 29 yanvar 2011-ci ildə "VVV-Venlo"ya qarşı oynanılan görüşün ilk hissəsində het-trik etmiş Kolbeyn, ikinci hissədə rəqib qapısından daha iki qol keçirərək bir oyunda beş top vurmuşdur.[9][10] Vacib oyunlarda qollar vurduğundan, "AZ Alkmaar" Kolbeynə yaxşı müqavilə şərtləri təklif edərək onu komandada saxlamağa çalışırdı, lakin futbolçu bundan imtina edirdi. Kolbeyni Dortmund "Borussiya"sı, "Nyukasl Yunayted" və Amsterdam "Ayaks"ı izləyirdi. Yekunda o "Ayaks"ı seçdi. Əvvəlcə o, klubda çıxış etməyə razı idi, lakin keçid yalnız qiymətdəki fikir ayrılığı üzündən ləngidi (əvvəlki qiyməti iki milyon avro idi).[11]
4 iyul 2011-ci İldə klublar Kolbeynin keçidi ilə bağlı razılığa gəliblər. "Ayaks" Kolbeynə görə "AZ Alkmaar"a 4 milyon yarım avro vəsait ödəyib.[12] Kolbeyn müsahibəsində, Dennis Berqkamp və Frank de Burun klubunda oynamağı arzu edirdim deyib.[13] "Brondbü" ilə oynanılan yoldaşlıq görüşünün 38-ci dəqiqəsində klubun heyətində ilk qolunu vurub.[14] Rəsmi oyundakı ilk qolunu isə, 30 iyul 2011-ci ildə, Niderland superkuboku uğrunda oynanılan görüşdə "Tvente" komandasının qapısına vurub, bu qola baxmayaraq klubu 1:2 hesabı ilə məğlub olub.[15] Kolbeyn Niderland çempionatında ilk qolunu, 14 avqust 2011-ci ildə, Amsterdam Arenada "Heerenveen" klubuna qarşı oynanılan görüşdə vurub, bu görüşdə "Ayaks" rəqibini 5:1 hesabı ilə məğlub edib.[16] Bir həftə sonra "VVV Venlo" komandasına qarşı keçirilmiş oyunda bir daha fərqlənib. "Vitess" ilə oynanılan görüşdə isə dubl edərək 4 oyunda 4 qol vurmuş olub.[17][18]
2 iyul 2015-ci ildə 3 milyon yarım avro qarşılığında "Ayaks"dan Fransanın "Nant" klubuna transfer edilmişdir.[19][20]
2010-cu ildən yığmada çıxış edir. İlk oyununu 21 mart 2010-cu ildə yoldaşlıq oyunu çərçivəsində Farer adaları yığmasına qarşı keçirmişdir. 2010-cu ildən etibarən hər il yığmada qol vurub. İslandiya yığması tarixində Eydur Qudyonsendən sonra ikinci ən məhsuldar futbolçudur.
№ | Tarix | Yer | Rəqib | Hesab | Nəticə | Yarış |
---|---|---|---|---|---|---|
1 | 21 Mart 2010 | Koupavoqyur, İslandiya | Farer adaları | 2–0 | 2–0 | Yoldaşlıq oyunu |
2 | 29 May 2010 | Reykyavik, İslandiya | Andorra | 4–0 | 4–0 | |
3 | 17 Noyabr 2010 | Tel-Əviv, İsrail | İsrail | 2–3 | 2–3 | |
4 | 6 Sentyabr 2011 | Reykyavik, İslandiya | Kipr | 1–0 | 1–0 | UEFA Avropa Kuboku 2012 seçmə mərhələ |
5 | 27 May 2012 | Valensiyen, Fransa | Fransa | 2–0 | 2–3 | Yoldaşlıq oyunu |
6 | 30 May 2012 | Göteborq, İsveç | İsveç | 1–2 | 2–3 | |
7 | 15 Avqust 2012 | Reykyavik, İslandiya | Farer adaları | 1–0 | 2–0 | |
8 | 2–0 | |||||
9 | 14 Avqust 2013 | 1–0 | 1–0 | |||
10 | 6 Sentyabr 2013 | Bern, İsveçrə | İsveçrə | 2–4 | 4–4 | FİFA Dünya Kuboku 2014 seçmə mərhələ |
11 | 10 Sentyabr 2013 | Reykyavik, İslandiya | Albaniya | 2–1 | 2–1 | |
12 | 11 Oktyabr 2013 | Kipr | 1–0 | 2–0 | ||
13 | 15 Oktyabr 2013 | Oslo, Norveç | Norveç | 1–0 | 1–1 | |
14 | 30 May 2014 | İnsbruk, Avstriya | Avstriya | 1–1 | 1–1 | Yoldaşlıq oyunu |
15 | 4 İyun 2014 | Reykyavik, İslandiya | Estoniya | 1–0 | 1–0 | |
16 | 9 Sentyabr 2014 | Türkiyə | 3–0 | 3–0 | UEFA Avropa Kuboku 2016 seçmə mərhələ | |
17 | 12 İyun 2015 | Çexiya | 2–1 | 2–1 | ||
18 | 10 Oktyabr 2015 | Latviya | 1–0 | 2–2 | ||
19 | 29 Mart 2016 | Pirey, Yunanıstan | Yunanıstan | 3–2 | 3–2 | Yoldaşlıq oyunu |
20 | 6 İyun 2016 | Reykyavik, İslandiya | Lixtenşteyn | 1–0 | 4–0 | |
21 | 27 İyun 2016 | Nitsa, Fransa | İngiltərə | 2–1 | 2–1 | Avropa Kuboku 2016 |
22 | 3 İyul 2016 | Paris, Fransa | Fransa | 1–4 | 2–5 |
Klub çıxışı | Liqa | Kubok | Beynəlxalq | Digər | Cəmi | |||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Mövsüm | Klub | Liqa | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol |
İslandiya | Liqa | İslandiya Kuboku | Avropa | Digər | Cəmi | |||||||
2006 | Koupavoqs | 1. deild karla | 5 | 1 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 5 | 1 |
Niderland | Liqa | KNVB Kuboku | Avropa | Digər | Cəmi | |||||||
2010–11 | AZ Alkmaar FK | Erediviziya | 32 | 15 | 2 | 0 | 9 | 3 | 0 | 0 | 43 | 18 |
2011–12 | Ayaks | 14 | 7 | 0 | 0 | 2 | 0 | 1 | 0 | 17 | 7 | |
2012–13 | 15 | 7 | 2 | 2 | 2 | 0 | 1 | 0 | 20 | 9 | ||
2013–14 | 30 | 10 | 4 | 1 | 7 | 0 | 1 | 1 | 42 | 12 | ||
2014–15 | 21 | 7 | 0 | 0 | 4 | 0 | 1 | 0 | 26 | 7 | ||
Fransa | Liqa | Fransa Kuboku | Avropa | Digər | Cəmi | |||||||
2015–16 | Nant | Liqa 1 | 26 | 3 | 3 | 1 | 0 | 0 | 0 | 0 | 29 | 4 |
Cəmi | İslandiya | 5 | 1 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 5 | 1 | |
Niderland | 112 | 46 | 8 | 3 | 24 | 3 | 4 | 1 | 148 | 53 | ||
Fransa | 26 | 3 | 3 | 1 | 0 | 0 | 0 | 0 | 29 | 4 | ||
Karyera cəmi | 143 | 50 | 11 | 4 | 24 | 3 | 4 | 1 | 182 | 58 |
Klub çıxışı | Liqa | Cəmi | ||||
---|---|---|---|---|---|---|
Season | Club | League | Oyun | Qol | Oyun | Qol |
Niderland | Liqa | Cəmi | ||||
2014–15 | Yonq Ayaks | Eerste Diviziya | 1 | 0 | 1 | 0 |
Cəmi | Niderland | 1 | 0 | 1 | 0 | |
Karyera cəmi | 1 | 0 | 1 | 0 |
Milli Komanda | İl | Oyun | Qol |
---|---|---|---|
İslandiya milli komandası | |||
2010 | 5 | 3 | |
2011 | 3 | 1 | |
2012 | 3 | 4 | |
2013 | 9 | 5 | |
2014 | 7 | 3 | |
2015 | 8 | 2 | |
2016 | 9 | 4 | |
Cəmi | 44 | 22 |