Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yardımlı
Yardımlı — Azərbaycanda şəhər, Yardımlı rayonunun inzibati mərkəzi. 1963-cü ildə şəhər tipli qəsəbə statusu almışdır. Azərbaycan Respublikası Milli Məclisinin 13 iyun 2008-ci il tarixli, 646-IIIQ saylı Qərarı ilə Yardımlı rayonunun Yardımlı qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Daşkənd, Əsədabad və Ünəş kəndləri Yardımlı qəsəbəsi ilə birləşdirilmiş və bu kəndlər Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmışdır. Yardımlı qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Yardımlı qəsəbəsinə şəhər statusu verilmiş, Yardımlı qəsəbə inzibati ərazi dairəsi Yardımlı şəhər inzibati ərazi dairəsi hesab edilmişdir. Toponimi müxtəlif cür izah edirlər. Bir ehtimala görə, "yardam" sözündən yaranıb. Xalqın, ulusun bir hissəsi kimi izah olunur. "Ərdəbil" adının kökünün də "yardam" olduğunu söyləyirlər. İkinci fərziyyəyə görə "ertim" adından törəyib. Tarixçi Q.Qeybullayev bu toponimi peçeneq tayfalarının adı ilə bağlayır.
Abasallı (Yardımlı)
Abasallı — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 4 dekabr 2001-ci il tarixli, 228-IIQ saylı Qərarı ilə Yardımlı rayonunun Avaş kənd inzibati ərazi dairəsi tərkibindəki yaşayış məntəqəsi Abasallı kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.
Abbasabad (Yardımlı)
Abbasabad — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Abbasabad kəndi Yardımlı rayonunun Hamarkənd inzibati ərazi dairəsində yerləşir. Viləşçayının sahilində, dağətəyi ərazidədir. Yaşayış məntəqəsi XIX əsrin ortalarında Mollalı tayfasının nümayəndəsi Abbas tərəfindən salınmışdır. Bəzi mənbələrdə Abasabad (1917, 1933, 1961) variantında qeydə alınmışdır.. Oykonim Abbas (şəxs adı) və abad topokomponentlərindən düzəlib. 1809–1810-cu illərdə Araz çayı sahilində, Naxçıvan şəhərinin 6 km cənub-şərqində fransız hərbi mühəndislərinin layihəsi əsasında Abbasabad qalası tikilmişdi. Qala İran dövlət xadimi, Fətəli şah Qacarın oğlu və vəliəhdi Abbas Mirzənin adı ilə bağlı idi. Rusiya-İran müharibəsində (1826–1828) qalada vuruşmalar olmuşdu. Araz su qovşağı tikiləndən sonra Abbasabad qalasının xarabalığı su altında qalmışdır.
Allar (Yardımlı)
Allar — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Alar Yardımlı rayonu ərazisində kənd. Alar çayının (Viləş çayının qolu) sahilindədir. Etnooykonimdir. Müxtəlif məlumat kitablarında Alar/Allar/Alılar Şəklində qeydə alınmışdır. Alarlar monqol yürüşlərində (XIII əsr) iştirak etmiş türk-monqol mənşəli oyrat tayfasının bir qolu olub, həmin əsrdə Talış zonasına köçürülmüşlər. XIX əsrin ortalarında alarlar canşalı (cahanşahlı) tayfa birliyinə daxil idilər. == Tarixi == Türk tayfasının adıdır. Xalq ehtimalına görə İrandan gəlib burada ilk binə salan Alı xan və övladlarının şərəfinə əvvəlcə Alılar adlandırılıb. Sonra Allar və nəhayət Alar formasına düşüb.
Dəlləkli (Yardımlı)
Dəlləkli — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
Eçara (Yardımlı)
Eçara — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 dekabr 1997-ci il tarixli, 419-IQD saylı Qərarı ilə Yardımlı rayonunun Ərsilə kənd inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Eçara kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.
Gendərə (Yardımlı)
Gendərə — Azərbaycan Respublikasının Yardımlı rayonunun Astanlı inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi XIX əsrdə mövcud olmuş Cunduza kəndinin binə yeri olmuşdur. Sonralar binə tədricən kəndə çevrilmışdir. Kənd Gendərə (geniş dərə) adlı yerdə yerləşdiyi üçün belə adlandırılmışdır.
Ləzran (Yardımlı)
Ləzran — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Yardımlı rayonunun Ərus kənd Sovetinin Ləzran kəndi Ərsilə kənd Sovetinin tərkibinə verilmişdir. == Tarixi == === Tarixi abidələri === Ləzran kəndinin yaxınlığında XIII-XIV əsrlərə aid edilmiş Abi-Dərdə türbəsi yerləşir. Türbə ilkin forması saxlanmaqla 1985 və 2000-ci illərdə təmir olunub. Yardımlı şəhər sakini Hacı Sabir İsmayılovun şəxsi vəsaiti hesabına 2011-ci ildə ziyarətgahın yanında istirahət otağı və 17 metr uzunluğunda məscid tikilmişdir. Abi-Dərdə türbəsi ən çox ziyarət olunan pirlərdən biridir, buraya müxtəlif yerlərdən insanlar ziyarətə gəlir. Abi-Dərdə türbəsi 4471 invertar sayı ilə XIV əsrə aid yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınaraq mühafizə olunur. === Deportasiya === 1944-cü ildə Azərbaycan SSR Nazirlər Sovetinin hərbi sərhəd zonasından kəndlərin köçürülməsi haqqında qərarına əsasən 20-yə yaxın kəndin köçürülməsi prosesi başlanıldı. Köçürülənlərin bir hissəsi Yardımlının Çayüzü, Ünəç, Əsədabad kəndlərində yerləşdirilib. Kəndlərin torpaq sahələri dövlət fonduna daxil edilib.
Musa (Yardımlı)
Musa — Azərbaycan Respublikasının Yardımlı rayonunun Astanlı kənd inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 6 may 1997-ci il tarixli, 293-IQ saylı Qərarı ilə Yardımlı rayonunun Astanlı kənd inzibati-ərazi vahidinin tərkibindəki yaşayış məntəqəsi Musa kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. 2009-cu il tarixinə olan rəsmi məlumata əsasən kənddə cəmi 8 nəfər yaşayır.
Məlikli (Yardımlı)
Məlikli — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
Porsova (Yardımlı)
Porsova — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Telavar, Şovut, Honuba, Honuba Şıxlar və Zeynələzir kəndləri ilə sərhəddaşdır. Hal hazırda kəndin əhalisi 851 nəfərdən ibarətdir.[mənbə göstərin] Gerçəkdəki Porsova adı Pirsova kəlməsinə dayanır. Böyük ehtimalla kəndin adı ərəb ya da fars mənşəylidir.[mənbə göstərin] Əhalinin çoxu heyvandarlıq və bitkiçiliklə məşğuldur. 1886-cı ilin ailə siyahılarına əsasən Şovut ilə Porsova, Telavarın qəsəbələridir. 1970-ci illərdə, Porsova Azərbaycan SSR, Yardımlı rayonunun, Porsova kənd sovetinə daxildir. Porsova kənd sovetinin başqa kəndləri - Honuba, Honuba Şıxlar, Gügəvar, Zeynələzir, Tiləkənd.
Qaraqaya (Yardımlı)
Qaraqaya — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Yardımlı rayonunun Qaraqaya kəndi Çay Üzü kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Urakəran kəndi mərkəz olmaqla Urakəran kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Separadi (Yardımlı)
Separadi — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
Tahirli (Yardımlı)
Tahirli — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
Xanbulaq (Yardımlı)
Xanbulaq — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
Yardımlı (dəqiqləşdirmə)
Yardımlı
Yardımlı bələdiyyələri
Yardımlı bələdiyyələri — Yardımlı rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Yardımlı bələdiyyəsi
Yardımlı bələdiyyələri — Yardımlı rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Yardımlı meteoriti
Yardımlı meteoriti və ya Ərus meteoriti — Azərbaycana düşdüyü bilinən ilk dəmir meteorit. Keçmiş SSRİ ərazisinə düşən 3-cü böyük meteorit sayılır. Bu meteoriti Moskva vaxtı ilə 1959-cu il 24 noyabr saat 7:05-də Yardımlı rayonunun Ərus və Jiy kəndləri ərazisinə düşmüşdür. Sıx duman olmasına baxmayaraq, meteorit düşərkən təqribən 2800 km2 sahədə güclü işıqlanma yaradıb və bu 5–10 saniyə davam edib. Məlum olmuşdur ki, o məşhur Sihote-Alin meteorit yağışının yağmasından sonra düşmüşdür. Burada onun altı fərdi nümunəsi tapılmışdır: 152.56 kq; 127 kq; 11.3 kq; 5.9 kq; 2.3 kq; 0.36 kq. Yardımlı meteorit yağışının düşmə ərazisi ellips formasındadır və 8–1.5 km-dir. Uçuş istiqamətində 127 kq olan meteorit, diametri 2.8 metr olan bir konusu formalaşdırır və ona 2 metr perpendikulyardır. Bu konus Uzun-Zami ərazisinin şimal şərq hissəsində Jiy kəndindən şimal-qərbə doğru 1 km-dir. Konus divarlarının azimutu 2200–2300 olan cənub-qərb meylliliyi var.
Yardımlı rayonu
Yardımlı rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Yardımlı şəhəridir. 8 avqust 1930-cu ildə Vərgədüz rayonu adı ilə təşkil edilib. Rayonun təşkili tarixinədək bu ərazi inzibati cəhətdən Lənkəran dairəsinə daxil idi. Təşkil edildiyi tarixdə inzibati mərkəzi Yardımlı kəndi idi, 1 noyabr 1931-ci il tarixinə 900 km² olan rayon ərazisində 97 kənddə 1 yanvar 1930-cu il tarixinə olan cari hesablamalara əsasən 20.651 nəfər əhali yaşayırdı. 1938-ci ildə rayon, inzibati mərkəzinin adına uyğun olaraq Yardımlı rayonu adlandırıldı. Budaq Budaqovun fikrinə görə Yardımlı toponimi etnonim olub VIII əsrin sonlarından Ural-Volqa çayları arasında yaşamış peçeneqlərin qədim mənbələrdə erdim/erdem kimi qeyd olunmuş tayfasının adından və mənsubiyyət bildirən –li şəkilçisindən ibarətdir. XII–XIII əsrlərdə Şimali Qafqazdan qıpçaqların Azərbaycana gəlişində peçeneqlər də iştirak etmişlər. Tədqiqatçıların ehtimalına görə, erdem tayfası da peçeneqlərlə Azərbaycana bu vaxt gəlmişlər. Yardımlı rayonu 39°–38° dərəcə şimal en dairəsində, 48°–49° dərəcə şərq uzunluq dairəsində, Azərbaycanın cənub–şərq hissəsində, dağlıq ərazidə yerləşir.
Yardımlı şəlaləsi
Yardımlı şəlaləsi — Dağlıq Talışda, Viləşçayın hövzəsində, Yardımlı rayon mərkəzinin yaxınlığında yerləşir. Oliqosen yaşlı çöküntü dəstəminin təşkil etdiyi 25 m-dən hündür karnizdən tökülür. Şəlalə Masallı-Yardımlı yolunun 25 kilometrində yerləşir. 34 metr yüksəklikdən tökülən şəlalə iki mərtəbədən ibarətdir. Eyni zamanda şəlalə zirvəsi dəniz səviyəsindən 1500 metr yüksəklikdə yerləşdiyi üçün buradan gözətçi məntəqəsi kimi də istifadə edilib. SSRİ dövründə meşəlik ərazidəki tək gözətçi daxması şəlalənin yanında salındığı üçün şəlalə yerləşən ərazini "tək dam" deyə çağırıblar.
Yorğanlı (Urmiya)
Yorğanlı (fars. يورقانلو‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 291 nəfər yaşayır (75 ailə).
Şıxlar (Yardımlı)
Şıxlar — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Yardımlı rayonunun Şıxlar kəndi Bərcan kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Şıxlar kənd Soveti yaradılmışdır. Kənddə Şıxlar kənd məscidi dini icması fəaliyyət göstərir.
Şələ (Yardımlı)
Şələ — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 8 nəfərdir.
Şiləvəngə (Yardımlı)
Şiləvəngə — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Şiləvəngə kənd camaatı Cəlilabad rayonundakı Şiləvəngə kənd camaatı ilə qohumdur. Əski zamanlarda Cəlilabaddaki kənd qışlaq və Yardımlıdakı kənd yaylaq kimi istifadə olunurdu. İranın Germi bölgəsində də 6 kənd əhalisi (Salala, Daşdibi, Geygal, Qarabulağ, İlxanlar və Təzəkənd) Şiləvəngədən köçmədirlər və özlərini şiləvəngəli kimi tanıdırlar.[mənbə göstərin] Oykonim talış dilinəki şilə (çuxur, çökək) və vəngə (yer) komponentlərindən düzəlib, "çuxur yer" və ya şilə (çubuqla hörülmüş bənd), məkan bildirən vən sözündən və -gə şəkilçisindən ibarət olub, "çubuqla hörülmüş bənd olan yer" kimi izah olunur. Yaşayış məntəqəsi həqiqətən də əkin sahələrini suvarmaq üçün bənd çəkilmiş çökək ərazidə yerləşir.
Kordali
Kordali və ya palayi (kürd. kurdaliî) — İran və İraq arasında sərhədyanı ərazilərdə danışılan kürd dillərindən biri. == Yayılması == Bu idiom İranın İlam ostanının bəzi yerlərində (Abdanan, Dehluran və s.) danışılır. İraqda Əli-əl-Qərbidə və Vasit mühafəzəsində yayılmışdır.