Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Quercus cubana
Quercus cubana (lat. Quercus cubana) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü.
Yulana Əlikişizadə
Yulana Yusufovna Əlikişizadə — Azərbaycan baletmeysteri. Əlikişizadə Yulana Yusufovna 1938-ci il yanvarın 6-da Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1956-cı ildə Bakı Xoreoqrafiya məktəbini, 1983-cü ildə Azərbaycan Dövlət İncəsənət institutunu bitirmişdir. BXM-ni bitirdikdən dərhal sonra Azərbaycan Dövlət Akademik Opera və Balet teatrına balet artisti vəzifəsinə qəbul edilərək, 1978-ci ilə kimi burada çalışmışdır. Truppada çalışdığı illərdə o repertuarda olan bir çox balet tamaşalarında əsas partiyaları ifa etmişdir. Balet artisti kimi fəaliyyətini başa vurduqdan sonra Y.Əlikişizadə müxtəlif illərdə Azərbaycan Dövlət Mahnı teatrı (1978-1987; 1990-1992; 1994-1997), Azərbaycan Milli Dram teatrı-1988, "Qaya" Dövlət estrada-simfonik orkestri (1988-1990), Azərbaycan Dövlət Musiqili Komediya teatrında (1992-1994) balet qrupunun rəhbəri vəzifəsində çalışmışdır. Y.Əlikişizadə istər balet artisti, istərsə də baletmeyster kimi çalışdığı dövrlərdə Azərbaycan incəsənətini dünyanın bir çox ölkələrində-Fransa, Lyuksemburq, Hindistan, Nepal, Birma, İsveçrə, Almaniya, Pakistan, Belçika, Əlcəzair, Tunis, Türkiyə və s. təmsil etmişdir. 1998-ci ilin əvvəllərindən Yulana Əlikişizadə Azərbaycan Dövlət Akademik Opera və Balet teatrında baş baletmeyster vəzifəsində işləməyə dəvət olunmuşdur. Onun rəhbərliyi altında balet truppası son illərdə böyük uğurlar əldə etmişdir.
Calanthe yueana
Calanthe yueana (lat. Calanthe yueana) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin calanthe cinsinə aid bitki növü.
Calanthe yuana
Calanthe yueana (lat. Calanthe yueana) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin calanthe cinsinə aid bitki növü.
Albana
Albana — Azərbaycanda, qədim dövrlərdə mövcud olmuş şəhər. Yunan coğrafiyaşünası Ptolemey "Coğrafi təlimnamə" əsərində Albananın Kas çayı mənsəbində olduğunu göstərmişdir. Bir sıra alimlər buranı Qax rayonundakı Torpaqqala, Rusiyadakı Dərbənd və Zərdab rayonundakı Əlvənd kəndi ilə eyniləşdirirlər. Albananın Bakı yaxınlığında olması da güman ediliir. Lakin Quba rayonundakı indiki Alpan kəndinin Albana olması ehtimalı alimlər arasında daha inandırıcı qəbul edilmişdir.
Lyuban
Lyuban — Rusiya Federasiyasında yerləşən şəhər. Leninqrad vilayətinə daxildir.
Qubaxa
Qubaxa — Rusiya Federasiyasında yerləşən şəhər. Perm diyarına daxildir.
Yubari
Yubari (yap. 夕張市) — Yaponiyanın Hokkaydo adasında və eyni adlı prefekturanın Soraçi sabprefekturada yerləşən şəhər.
Yunanca
Yunan dili (yun. Ελληνικά — Elliniká) — Yunanıstan və Kiprin rəsmi dili. Yunanıstanda ölkə əhalisinin 99,9%-i, Cənubi Kiprdə isə 82%-i bu dildə danışır. 4000 illik tarixi vardır. Hind-Avropa dil ailəsinin Qreko-Qrabar qoluna aiddir. Müasir dünyada 13 milyondan çox insan yunan dilində danışır. Müasir yunancadır. Kilsə yazışmaları xaric, müasir dövrdə xalqın istifadə etdiyi ləhcədir. 1821-ci ildə müstəqilliyini qazandığı dövrdən 1976-cı ilə kimi dövlətin rəsmi dili bu ləhcədə olmuşdur. 19-cu əsrdə Adamantios Koraisin təşəbbüsü ilə bu ləhcə yaradılıb.
Yunona
Yunona (lat. Yuno)- Qədim Roma dini və mifologiyasında əsas tanrılardan biri. Yupiter və Minerva ilə birgə tanrıların Kapitoli üçlüyünü təşkil edirdi. Qədim yunan mifologiyası və dinindəki Hera ilə eyniləşdirilirdi. Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Şubanı
Şubanı — Bakı şəhərinin Qaradağ rayonunda yerləşən şəhər tipli qəsəbə. Abşeron yarımadasındadır. Azərbaycanın orta əsr yaşayış məntəqələrindən olub, eyniadlı yüksəkliyin adını daşıyır. Azərbaycan toponimlərinin izahlı lüğəti. II cild. Bakı,2007.
Şubara
Şubara (gürc. შუბარა) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 500 m hündürlüktə, Suxumidən 25 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. ქართული საბჭოთა ენციკლოპედია, ტ. 11, თბ., 1987. — გვ. 54.
Sukana
Seloziya (lat. Celosia) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinə aid bitki cinsi. == Haqqında == Bəzi növlərin hamaşçiçəkləri parlaq rəngdədir. Bununla bitkinin latınca adı izah olunur və yunancadan "alovlanan" kimi tərcümə edilir. Məlum 60 növdən gülçülükdə birindən istifadə olunur. Gümüşü seloziyanın (C.argentea) 2 forması məlumdur:kəkilli gümüşü seloziya (C.argentea f. cristata) ya da xoruzpipiyi və lələkvari gümüşü seloziya (C.argentea f. plumosa). Bitkilər çiçəklərin formasına və rənginə görə fərqlənir. Kəkilli seloziyanın çiçəyi qırmızıdır, lələkvari seloziyada isə süpürgəvari sarı, gümüşü və ya qırmızı rəngdədir.
Abana
Abana (Kastamonu) — Türkiyənin Qara dəniz sahilində, Kastamonuda şəhər və rayon. Abana (kənd) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində kənd.
Dubna
Dubna — Rusiya Federasiyasında yerləşən şəhər, Moskva vilayətinə daxildir.
Dəli Yuanna
Kastiliyalı I Yuanna (ing. Juana I de Castilla) və ya Dəli Yuanna (isp. Juana I la Loca; 6 noyabr 1479[…], Toledo – 12 aprel 1555[…], Tordesilyas[d], Kastiliya və Leon) – Kastiliya və Araqon kraliçası. == İlk illəri və təhsili == Yuanna 6 noyabr 1479-cu ildə Kastilya krallığının paytaxtı Toledo şəhərində dünyaya gəldi. Kastilya kraliçası I İzabella və Araqon kralı II Ferdinandın üçüncü övladı və ikinci qızı idi. Ağ bənizi, mavi gözləri və anası ilə bacısı Ketrində olduğu kimi narıncı saçları vardı. Ailənin Yuannadan başqa 4 övladı daha vardı: İzabella, Con, Mariya və Ketrin. Yuanna ağıllı və çalışqan bir şagird idi. Yeni qurulan Kastilya-Araqon ittifaqının gücünün qorunması üçün gələcəkdə siyasi evlilik qurması planlaşdırılırdı və bu məqsədlə mükəmməl təhsil aldı. Kralın qızı olduğu üçün nə Kastilya, nə də Araqon taxtına namizəd göstərilmirdi.
Hideki Yukava
Hideki Yukava (yap. 湯川 秀樹; 23 yanvar 1907[…], Azabu[d], Tokio – 8 sentyabr 1981[…], Kioto) – Yapon nəzəri fizik və Nobel mükafatı laureatı olmuş ilk Yapon. O, bu mükafatı "Nüvə qüvvələri ilə bağlı nəzəri tədqiqatlarının əsasında mezonların mövcudluğunu təxmin etdiyinə görə" fizika sahəsi üzrə almışdır. == Bioqrafiya == Yukava 1907-ci ilin 23 yanvar tarixində Tokioda anadan olub. 1929-cu ildə Kioto Universitetində təhsil aldıqdan sonra dörd il həmin üniversitetdə müəllim olaraq fəaliyyət göstərdi. Yukava məzun olduqdan sonra nəzəri fizika ilə, xüsusən elementar hissəciklər nəzəriyyəsi ilə maraqlanmağa başladı. 1932-ci ildə Sumi Yukava ilə evləndi. 1933-cü ildə 26 yaşında Osaka Universitetində dosent oldu. 1935-ci ildə protonlar və neytronlar arasındakı qarşılıqlı təsiri açıqlayan və elementar zərrəciklər üzrə tədqiqatlara böyük təsir göstərən mezonlar nəzəriyyəsini yayımladı. 1940-cı ildə Kioto Universitetində professor oldu.
Kastilyalı Yuanna
Kastiliyalı I Yuanna (ing. Juana I de Castilla) və ya Dəli Yuanna (isp. Juana I la Loca; 6 noyabr 1479[…], Toledo – 12 aprel 1555[…], Tordesilyas[d], Kastiliya və Leon) – Kastiliya və Araqon kraliçası. == İlk illəri və təhsili == Yuanna 6 noyabr 1479-cu ildə Kastilya krallığının paytaxtı Toledo şəhərində dünyaya gəldi. Kastilya kraliçası I İzabella və Araqon kralı II Ferdinandın üçüncü övladı və ikinci qızı idi. Ağ bənizi, mavi gözləri və anası ilə bacısı Ketrində olduğu kimi narıncı saçları vardı. Ailənin Yuannadan başqa 4 övladı daha vardı: İzabella, Con, Mariya və Ketrin. Yuanna ağıllı və çalışqan bir şagird idi. Yeni qurulan Kastilya-Araqon ittifaqının gücünün qorunması üçün gələcəkdə siyasi evlilik qurması planlaşdırılırdı və bu məqsədlə mükəmməl təhsil aldı. Kralın qızı olduğu üçün nə Kastilya, nə də Araqon taxtına namizəd göstərilmirdi.
Kubada səhiyyə
Kubada səhiyyə — Kubada ömür uzunluğu dünyada ən yüksək yerlərdən birini tutur – 76 yaş. Uşaq ölüm səviyyəsi isə fantastik dərəcədə aşağıdır – 1 yaşdan 4 yaşadək hər 10 min nəfərə 4,3 və məktəb yaşlı uşaqlarda hər 10 min nəfərə 2,7. Dünya səhiyyə reytinqində Kuba bir çox daha inkişaf etmiş ölkələri önləyərək 34-cü yeri tutur. Kubadakı müasir səhiyyə sistemi 1959-cu il inqilabından sonra tam şəkildə yenidən qurulub formalaşdırılmışdır. Ölkədə insan sağlamlığı ilə bağlı tədqiqatlara, o cümlədən, biotexnologiyalar və gen mühəndisliyinə, vaksin və çoxsaylı dərman preperatlarının istehsalına çox böyük vəsaitlər ayrılır: bu elmi tədqiqatların nəticələri bütün dünyada tanınıb qəbul edilmişdir. Bu cür yanaşmanın gerçəkləşdirilməsi milli təhsil sistemi çərçivəsində hazırlanmış çoxlu sayda yüksək ixtisaslı kadrların olması sayəsində mümkün olmuşdur. Milli səhiyyə sisteminə 278 xəstəxana, 442 polikilinika, 165 stomatoloji poliklinika, habelə cürbəcür profilli 466 başqa müəssisələr daxildir ki, onlarda işləyən həkimlərin sayı 800 000 nəfərə çatır. Bununla yanaşı sağlamlıq turizmi müəssisələr şəbəkəsi də mövcuddur, onlarda ildə 6 mindən çox əcnəbi pasiyentə xidmət göstərilir. Kubada həkimlərin hazırlanması sistemi keçmiş SSRİ-nin təcrübəsinə əsaslanır, həkim diplom almaq üçün 6 il tibb institutunda oxumaq və 3 il ixtisaslaşma keçməlidir. Onkologiya, pediatriya, hemotologiya, immunologiya, endokronologiya, dəri xəstəlikləri, ortopediya sahələri Kuba səhiyyə sisteminin qürur mənbəyidirlər.
Ladislav Kubala
Ladislav Kubala (slovak. Ladislav Kubala; 10 iyun 1927, Budapeşt – 17 may 2002, Barselona, İspaniya) ― Macarıstan, Çexoslovakiya və İspaniya futbolçusu və futbol məşqçisi. “Ferentsvaroş”, “Bratislava”, “Vaşaş”, “Barselona” (məhz burada böyük uğurlar və şöhrət qazanmışdır) və “Espanyol” kimi klublardakı çıxışları ilə məşhurdur. Futbol tarixinin ən yaxşı oyunçularından biri sayılır (Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasına görə 20-ci əsrdə dünyanın ən yaxşı futbolçuları siyahısında 32-ci yeri aldı və Avropada yüzilliyin ən yaxşı oyunçuları siyahısında 24-26 yerləri paylaşdı) . Kubala dəqiq ötürmə vermək, əla driblinq və cərimə zərbələrini məharətlə yerinə yetirmək kimi oyun keyfiyyətlərinə sahib idi. 1999-cu ildə “Barselona” klubunun 100 illiyi qeyd olunarkən azarkeşlər arasında keçirilmiş sorğuya əsasən, Kubala “mavi-tünd qırmızı”lıların şərəfini qorumuş ən yaxşı oyunçu seçildi. Futbolçu karyerasını başa vurduqdan sonra məşqçiliyə başladı. İki dəfə "Barselona"nın məşqçisi təyin edildi, İspaniya milli komandasını çalışdırdı, 1992 oyunlarında İspaniya Olimpiya komandasının məşqçilər heyətinin bir hissəsi oldu.
Lubanq adası
Lubanq adası (filip. Lubang)- Cənubi-Çin dənizində Filippin adalarına məxsus ada. == Coğrafiyası == Bu ada Mindora adasından 20 km şimal-qərbdə, Filippinin paytaxtı Manila şəhərindən isə 115 km cənub-qərbdə yerləşir. Mənşəyinə görə vulkanik olub, sıx meşəliklərlə örtülüdür. Onun yaxınlığında yerləşən üç ada ilə Ambil (2010-cü ildə 1882 nəfər), Kabra (2010-cu ildə 2839 nəfər), Qolo ilə həmçinin sahilboyu riflərlə birlikdə Lubanq adaları qrupunu yaradır. Adanın uzunluğu-30 km, eni isə- 8,5 km-dir. Adanın ər iri şəhəri də Lubanq adlanır, onun şimal-qərbindədir. Ən hündür nöqtəsi isə dəniz səviyyəsindən 417 m hündürlükdə olan Maunt-Qoatinq dağıdır. 2010-cu ilin statistik məlumatlarına görə adada 28 000 adam yaşayır. Sahəsi isə 185 km²-dir.
Lubanq arxipelaqı
Babuyan arxipelaqı — Cənubi Çin dənizində yerləşən, Filippinə məxsus olan arxipelaq. Arxipelaqın sahəsi 245,4 km², əhalisi 32 826 nəf. (2010) təşkil edir. == Coğrafiya == Mindoro adasından 52 km şimal-qərbdə yerləşir. Arxipelaq şimal-qərbdən cənub-şərqə doğru uzanır: Kabra Lubanq — arxipelaqın ən böyük adası. Ambil. Qolo. Lubanq arxipelaqına yuxarında adı çəkilən adalardan başqa (Mandaui, Talinas və s.) kiçik adalar, riflər və su altı qayalıqlar daxildir. == İnzibati bölgü == Lubanq Qərbi Mindoro vilayətinə daxildir və 2 rayona bölünür: Lubanq (Lubanq adasının qərbi və Karba a.) — 23 068 nəf; 113,1 km². Look (Lubanq adasının şərqi, Ambil, Qolo və dgər kiçik adalar) — 9758 nəf; 132,3 km².
Lüdmila Şubina
Lüdmila Şubina (d. 9 oktyabr 1948; Kazan, Rusiya) — Sovet İttifaqını təmsil edən Azərbaycanlı sabiq həndbolçu. Lüdmila Şubina, Sovet İttifaqının yığması ilə birgə 1976 Monreal Olimpiadasında qızıl medal qazanıb. == Karyerası == Lüdmila Şubina 1976-cı ildə Sovet İttifaqının yığması ilə birgə Kanadanın Monreal şəhərində baş tutan XXI Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların son turunda Sovet İttifaqının yığması, Şərqi Almaniya yığmasını 14:11 hesabı ilə məğlub etdi və XXI Yay Olimpiya Oyunlarının çempionu oldu.
Ophrys jurana
Arı qaş səhləbi (lat. Ophrys apifera) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin ofris cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir, endemik növüdür. Çoxillik ot bitkisidir. Gövdəsi 20-30 sm hündürlükdədir. Soğanaqları şarvari və ya xırda ellipsvaridir. Yarpaqları iti, uzunsov, lansetvaridir. Çiçək yanlığı lansetvari, yumurtalıqdan uzundur. Çiçək yanlığının kənar yarpaqları uzunsov, küt, parlaq və ya açıq-çəhrayı rəngli, 5 damarlıdır.
Oqonnyor-Kubata
Oqonnyor-Kubata — Laptevlər dənizinə daxil olan Olenok körfəzinə daxildir. Olenok çayının deltasında meydana gəlmişdir.