Kastilyalı Yuanna

Kastiliyalı I Yuanna (ing. Juana I de Castilla) və ya Dəli Yuanna (isp. Juana I la Loca; 6 noyabr 1479[1][2][…], Toledo[2]12 aprel 1555[1][2][…], Tordesilyas[d], Kastiliya və Leon[2]) – KastiliyaAraqon kraliçası.

I Çılğın Xuana
isp. Juana I la Loca
kat. Joana la Boja
Şəxsi məlumatlar
Doğum tarixi 6 noyabr 1479[1][2][…]
Doğum yeri
Vəfat tarixi 12 aprel 1555[1][2][…] (75 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Qranada krallıq kilsəsi[d][4]
Atası II Ferdinand[3]
Anası Kastilyalı İzabella[3]
Həyat yoldaşı
Uşaqları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İlk illəri və təhsili

[redaktə | mənbəni redaktə et]
Yuanna, valideynləri Ferdinandİzabella ilə birlikdə, 1482-ci il

Yuanna 6 noyabr 1479-cu ildə Kastilya krallığının paytaxtı Toledo şəhərində dünyaya gəldi. Kastilya kraliçası I İzabellaAraqon kralı II Ferdinandın üçüncü övladı və ikinci qızı idi. Ağ bənizi, mavi gözləri və anası ilə bacısı Ketrində olduğu kimi narıncı saçları vardı. Ailənin Yuannadan başqa 4 övladı daha vardı: İzabella, Con, MariyaKetrin.

Yuanna ağıllı və çalışqan bir şagird idi. Yeni qurulan Kastilya-Araqon ittifaqının gücünün qorunması üçün gələcəkdə siyasi evlilik qurması planlaşdırılırdı və bu məqsədlə mükəmməl təhsil aldı. Kralın qızı olduğu üçün nə Kastilya, nə də Araqon taxtına namizəd göstərilmirdi. Buna baxmayaraq ard-arda baş verən ölümlər nəticəsində hər iki taxtın rəsmi vəliəhdi oldu.

Katolik inancına etirazları

[redaktə | mənbəni redaktə et]

1495-ci ildən etibarən, Yuanna katolik dini ayinlərə qatılmaqdan çəkindi və dinə şübhə ilə yanaşmağa başladı. Bundan təşvişə düşənlərdən biri isə 1478-ci ildə inkvizisiya məhkəməsini quran anası İzabella oldu. Ailədə ən çox çəkindiyi şəxs olan anası isə bu məsələyə səthi yanaşmadı və atası II Ferdinandın şəxsi qulluqçularından Mosen Lui Ferrerin məktublarında da qeyd etdiyinə görə, Yuanna xüsusi olaraq cəzalandırıldı. Ümumilikdə 2000 nəfər diri-diri yandırıldı və yüzlərlə adam həbs olundu. Ölkə əhalisinin yarısı isə Fransaİtaliya başda olmaq üzrə başqa ölkələrə qaçdılar. Keçmiş baş rahib Tomas de Matienzo və keşiş Andreas saraya məktub yazaraq gənc qızı anasına şikayət etdilər. Yazdıqlarına görə gənc şahzadə günah çıxartma ayinindən imtina edir və fransız sərxoş keşişlərlə gün keçirirdi.

Yuanna və Filipin nikah müqaviləsi (1496)

1496-cı ildə 17 yaşlı Yuanna özündən bir yaş böyük olan Şahzadə Filiplə nişanlandı. Şahzadə Filip Müqəddəs Roma imperatoru I Maksimilianla onun ilk xanımı Mariyanın yeganə övladı idi. Bu nikahla Avropada Fransa əleyhinə bir ittifaq quruldu.

Valyadolid şəhərindəki kral sarayında (valideynləri də 1469-cu ildə burada gizlicə evlənmişdi) qiyabi olaraq evləndirilən Yuanna 22 avqustda Laredo sahilindən Biskay körfəzinə doğru yola çıxdı və Uels şahzadəsi olan bacısı Ketrinlə 1506-cı ildə baş tutan görüşü istisna olmaqla, bacı-qardaşlarını bir daha heç görmədi. Rəsmi toy mərasimi isə 20 oktyabr 1496 tarixində Belçikanın şimalındakı Lyer sarayında baş tutdu. 1498–1507-ci illər ərzində hər biri kral və kraliça olan 6 övladı dünyaya gəldi.

Kastilya şahzadəsi

[redaktə | mənbəni redaktə et]

Yuannanın qardaşı Conun vəfatı və qızının ölü doğulması, böyük bacısı İzabellanın və oğlu Miquelin gənc yaşda vəfatı Yuannanı İspaniya taxt-tacının vəliəhdi halına gətirdi. Digər bacıları MariyaKetrin isə ondan kiçik idi.

1502-ci ildə Kastiliyanın korteslər birliyi Yuannanı və əri Filipi taxtın vəliəhdləri olaraq qəbul etdilər. Yuannaya taxt varislərinə ənənəvi olaraq verilən Asturiya şahzadəsi ünvanı verildi. Yenə həmin il Araqon korteslər birliyi də cütlüyü taxt vəliəhdi olaraq elan etmək üçün Saraqosada toplanan bir andiçmə mərasiminə dəvət etdi. Ancaq Saraqosa baş yepiskopu bu andiçmə mərasimini rəsmi olaraq qəbul etmədi.

Yuanna, evlilik ərəfəsində, 1496

Buna baxmayaraq Yuanna, əri Filip və Burqundiya sarayından böyük bir alay Madridə doğru yola düşdü. Kral Filip və saray xidmətçilərinin bir qismi ertəsi il geri dönsələr də, hamilə olan Yuanna Madriddə qaldı. Cütülüyün dördüncü övladı olan Ferdinand məhz bu ərəfədə Madriddə dünyaya gəldi.

Kastilya kraliçası

[redaktə | mənbəni redaktə et]

Anası İzabellanın 1504-cü ildə vəfatından sonra Yuanna Kastilya kraliçası, əri Filip isə krallığın de-yure kralı elan olundu. Atası II Ferdinand isə öncədən bağlanan bütün müqavilələrə baxmayaraq Kastilyadakı bütün səltənət hüquqlarını itirdi.

II Ferdinand isə bununla razılaşmadı və üzərində "Araqonun, Kastilyanın və Leonun kral və kraliçası II Ferdinand və Yuanna" yazılan qızıl sikkələr kəsdirdi. 1505-ci ilin əvvəllərində isə korteslər birliyini Yuannanın ağır xəstə olduğuna və ölkəni idarə edə bilməyəcəyinə inandırdı. Çox keçmədən korteslər birliyi II Ferdinandı Yuannanın hamisi, krallığın isə real hakimi elan etdi.

Yuannanın əri Kral Filip isə hakimiyyəti əldən vermək istəmirdi. Bu səbəblə üzərində "Avstriya hersoqu, Kastilyanın və Leonun kral və kraliçası Filip və Yuanna" yazılan qızıl sikkələr kəsdirdi. Buna cavab olaraq isə II Ferdinand Fransa yönlü bir siyasət yeritdi. Gələcəkdə Kastilya taxtında haqq iddia edə bilsin deyə Fransa kralı XII Lüdoviqin bacısı qızı Germani de Foksla evləndi.

II Ferdinandın yenidən evlənməsi isə Kastilyadakı Yuanna və Filip dəstəyini artırdı və cütlük 1505-ci ilin sonlarında artıq Kastilyada yaşamağa qərar verdilər. 10 yanvar 1506-cı ildə Flandriyadan ayrılan gəmiləri İngiltərə sahillərində qəzaya uğradı və gəmi batdı. Qəzadan xilas olan cütlük isə Yuannanın bacısı Ketrin və əri Uels şahzadəsi Henrinin (gələcəyin VIII Henrisi) Vindzor sarayında qonağı oldu. Cütlük Kastilyada çıxan vətəndaş müharibəsi səbəbilə 21 aprel tarixinə qədər burada qalmalı oldular.

Kral Filip isə Kastilyada möhkəmlənmək istəyirdi və bu məqsədlə yerli əsilzadələri II Ferdinanda qarşı ayaqlandırmaq fikri vardı. Nəhayət cütlük 26 apreldə La Korunya limanına çatdılar. Ancaq bu əsnada Kastilya əsilzadələri cütlükdən üz döndərmişdi. II Ferdinand isə bütün bu hadisələri müzakirə etmək məqsədilə kürəkəni Filiplə 27 iyunda Villafafillada gizlicə görüşdü. Gözlənilən əksinə, II Ferdinand Kastilya taxtındakı bütün hüquqlarını "sevimli övladlarına" təhvil verdi və cütlüyü Araqon taxtının vəliəhdi elan etdi. Daha sonra Filip və II Ferdinand ikinci bir saziş imzaladılar və bu sazişlə də, Yuannanın "xəstə və bacarıqsız" olduğu, bu səbəblə bütün səltənət hüquqlarından məhrum edilməsi barədə razılığa gəldilər.

Ancaq II Ferdinand elə həmin günün axşamı ikinci sazişin bütün şərtlərindən imtina etdi və Yuannanın Kastilyanın əsl kraliçası olduğunu, bu hüquqların pozulması halında Kastilyada haqq iddia edəcəyini bildirdi.

Filipin ölümü

[redaktə | mənbəni redaktə et]

Villafafilladakı danışıqların nəznində Kastilya korteslər birliyi 9 iyulda Valyadolid qəsrində toplandı. 12 iyulda baş tutan andiçmə mərasimi ilə Kral Filip və Yuannaya Kastilya və Leon kral və kraliçası, övladları Karla isə taxtın varisi olaraq sədaqət andı içdilər. Bu razılıq yalnız bir neçə ay davam etdi.

25 sentyabr 1506-cı ildə Filip Kastilyadakı Burqos şəhərində 5 günlük bir xəstəliyin ardından vəfat etdi. Rəsmi ölüm səbəbi olaraq tifus xəstəliyi göstərilsə də, hər kəs bu ölümün ardında II Ferdinandın olduğunu başa düşürdü. Bu əsnada Yuanna ən kiçik qızı Ketrinə (gələcəyin Portuqaliya kraliçası) hamilə idi.

20 dekabr 1506-cı ilədək Yuanna ölkəni tək başına idarə etməyə çalışsa da, krallıq əsl xaos halına bürünmüşdü. Varisi hesab edilən 6 yaşlı oğlu Karl isə Flandriyadakı bibisinin himayəsində idi. Bu əsnada atası II Ferdinand bütün olanları səssizliklə izləyir və siyasi böhranın böyüməsini gözləyirdi.

Kraliçanın etirazlarına baxmayaraq baş yepiskop Krisnerosun rəhbərliyi ilə fövqəladə məclis qurulsa da, bu məclis ölkə idarəsini əl əala bilmədi. Yaranan qıtlıq və davam edən vəba epidemiyası nəticəsində ölkə əsl xaos halını almışdı. Bütün bunların ardından II Ferdinand 1507-ci ilin iyulunda Kastilyaya səfərə çıxdı. Gəlişi əsnasında vəbanın səngiməsi əhali arasında onu əfsanələşdirdi və İspaniyanın xilaskarı hesab olundu.

Atasının səltənəti

[redaktə | mənbəni redaktə et]

II Ferdinand və qızı Yuanna 30 iyul 1507-ci ildə Hornillas şəhərində görüşdülər. Kral qızını, Kastilya və Leon krallığı üzərindəki bütün səltənət hüquqlarını ona təhvil etməyə məcbur etdi. 17 avqustda 3 məclis üzvü saraya çağrıldı və yerli əsilzadələrə səltənətin dəyişdiyi bildirildi. Yuanna isə bütün bunlara etiraz edərək, həyatda olduğu müddət ərzində bütün səltənət hüququnun yalnız və yalnız özünə aid olduğunu bildirdi.

Bütün bunlara baxmayaraq heç kəs kraliçanın bu sözlərinə fikir vermədi. Sadəcə rəsmi yazışmalarda adə yazılırdı və bu yazışmaları belə atası II Ferdinand imzalayırdı. 1510-cu ildə Kastilyanın korteslər birliyi II Ferdinandı krallığın hamisi elan etdi və hakimiyyət II Ferdinandın vəkili baş yepiskop Kisnerosa həvalə olundu. Yuanna isə bütün sadiq xidmətçilərindən ayrıldı və 1509-cu ilin fevralında Tordesillasdakı kral sarayına həbs olundu. Ölkədə kraliçanın dəli olduğu, hətta ərinin cəsədini də özüylə birlikdə həbs olduğu saraya aparması barədə şaiyələr gəzməyə başladı.

Atasının ölümü

[redaktə | mənbəni redaktə et]

II Ferdinand artıq son günlərini yaşayırdı və ölümündən sonra taxtının heç görmədiyi nəvəsi Karla keçməsini istəmirdi. Üstəlik yeni bir vəliəhd qazanmaq üçün baş tutan ikinci evliliyində də bir övladı olmamışdı. Onun vəliəhd namizədi isə Kastilyada doğulub böyüyən digər nəvəsi və adaşı Ferdinand idi.

Ancaq bu planları həyata keçmədən II Ferdinand 1516-cı ildə vəfat etdi. Əslində Kastilya və Araqon krallıqları Yuanna və oğlu Karla keçməli olsa da, balaca Karl Flandriyada idi və onun yerinə Araqonu babasının qeyri-qanuni övladı Alfonso idarə edirdi. Kastilya və Leon krallığı isə baş yepiskop Kisnerosun nəzarətində qalmaqda idi. Bəzi yerli əsilzadələr ayaqlanaraq kiçik Ferdinandı Kastilya kralı elan etsələr də, bu cəhd uğursuzluqla nəticələndi.

Yuannanın Flandriyada hazırlanan portreti, 1500-cü il

Ortaq monarx kimi

[redaktə | mənbəni redaktə et]

1517-ci ilin oktyabrında 17 yaşlı Karl Biskay körfəzində ayrılaraq Asturiyaya gəldi. 4 noyabrda bacısı Eleonora ilə birlikdə Tordesillasdakı anası ilə görüşdü və ondan ortaq monarx olması barədə icazə aldı. Oğlunun bu təklifini qəbul etsə də, Yuannanın Tordesillasdakı məhbus həyatı davam etdi. Nəhayət, Valyadoliddə toplanan Kastilya korteslər birliyi Karlı Araqon, Kastilya və Leon kralı olaraq elan etdi. 1519-cu ildə bu 3 krallığı tam mənada əlində cəmləşdirən Karl 1519-cu ildə Müqəddəs Roma imperatoru da seçildi və beləliklə, Avropanın ən güclü monarxı oldu.

1520-ci ildə ölkədəki Habsburq nüfuzundan narazı olan əhali Karl əleyhinə ayaqlandılar. Tarixdə Komunero üsyanı olaarq keçən bu ayaqlanmanın əsas məqsədi Habsburqları ölkədən qovmaq və illərdir həbs olunan kraliça Yuannanı yenidən hakimiyyətə gətirmək idi. Bu məqsədlə formal da olsa hakimiyyətdə olan Yuannanın həbs olunduğu Tordesillasa irəliləyən üsyançılar onunla danışıqlara keçmək istədilər. Kraliçadan alınan dəstək bu üsyanı leqallaşdıracaqdı. Ancaq oğlu Karlın göndərdiyi bir heyət kraliçanı bu dəstəyi verməməyə razı saldı. Heyətin bölgəyə gəlişindən dərhal sonra baş tutan və kralın qalib gəldiyi Villalar döyüşü üsyanın aqibətini həll etdi.

Karl hakimiyyətini və səltənətini, anasını Tordesillasdakı kral sarayında həbs etdirərək təmin edirdi. Yuannanın vəziyyəti isə artıq ağırlaşmışdı. Rəvayətə görə, ona nəzarət edən rahibələrin onu öldürmək istədiyinə inanırdı və yemək yeməyi, yuyunmağı və hətta paltarlarının dəyişdirilməsi olduqca çətinləşmişdi. Karl anasının nədimələrindən birinə yazdığı məktubda kraliçanın heç kimlə danışmamasını, bundan heç kəsə xeyir gəlməyəcəyini bildirirdi.

Yuannanın ən kiçik qızı Ketrin, II Ferdinand dövründə olduğu kimi anasıyla birlikdə Tordesillas qəsrində yaşayırdı. Böyük qızı Eleonora isə anasının xidmətinə onlarla xidmətçi təsis etmişdi. Bütün bunlara baxmayaraq artıq 70 yaşını keçən Yuannanın səhhəti pisləşmişdi. Kraliça 12 aprel 1555-ci ildə, cümə günü vəfat etdi. İspaniyadakı Qranada Kral Şapelində valideynlərinin yanında dəfn olundu.

Gənclik illərində olduqca sağlam görünən Yuannanın ilk xəstəlik əlamətləri evləndikdən sonra görülməyə başlandı. Bəzi tarixçilərə görə, bu, yüngül melanxoliya və ya depressiya halı, bəzilərinə görə isə ağırlaşmış şizofreniya idi. Hətta onun bu xəstəliyinin ögey oğlu tərəfindən Avilla qəsrinə həbs olunan və daha sonra dəli damğası vurulan nənəsi Portuqaliya kraliçası İzabella ilə əlaqəli olduğu belə deyilir. Bu iddialar bu günə qədər sübut oluna bilməyib. Ancaq tək bilinən şey onun bu zəifliyinin taxtında gözü olan atası, əri və oğlu tərəfindən mükəmməl şəkildə istifadə edildiyidir. Buna baxmayaraq Yuanna ölümünə qədər hər kəs tərəfindən Araqonun, Kastilya və Leonun yeganə hakimi və kraliçası olaraq anıldı.

Sonralar taxta çıxan kiçik oğlu Ferdinandla Todesillas qəsrinin gözətçiləri arasında gedən yazışmalara baxsaq, kraliçanın zəbt edilməsi üçün hətta işgəncə edildiyini də başa düşərək. Məzlum kraliça ölümünə qədər, taxtda oturan övladları tərəfindən xilas edilməyi arzulasa da, bu arzuları həyata keçmədi. Üstəlik onun bu vəziyyəti oğullarının səltənətini leqal hala gətirirdi.