Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şüur
Şüur — psixika kimi beynin funksiyasıdır. Obyekt aləmin insana xas inikasıdır. Şüur obyektiv aləmin beyində ideal inikasıdır. Şüurun fərdi və ictimai formaları vardır. Fərdi şüur – bir insana xas olan ideyalar, baxışlar sistemidir. İctimai şüur isə müəyyən insan qrupuna xas olan ideyalar, baxışlar sistemidir. Şüurun xüsusiyyətləri psixi proseslər, fərqləndirmə, mənlik şüuru məqsədin olması və ictimai-tarixi xarakter daşımasıdır. Şüur, onun mənşəyi, mahiyyəti və gerçəkliyə münasibəti məsə­­­ləsi filosofları qədimdən düşündürən problemlərdən olmuşdur. İn­sanın dünyada yerini və rolunu, onun ətraf aləmlə qarşılıqlı tə­si­­rinin spesifikasını açmaq üçün, şüurun təbiətini və mahiy­yətini ay­dınlaş­dır­maq lazım­dır. Şüur problemi çox mürəkkəb olub, yal­nız fəlsəfi tədqiqatın deyil, habelə bir sıra humanitar və təbiət­şü­na­s­­lıq elmlərinin, o cümlədən müasir dövrdə sosiologiya­nın, psi­xo­­lo­gi­ya­­nın, ki­ber­neti­ka­nın, informatikanın və s.
Milli şüur
Milli şüur – milli varlığı, milli müəyyənliyi səciyyələndirməklə millətə və xalqa aid əlamət və keyfiyyətləri özündə əks etdirir. Millətə aid bir çox keyfiyyətlər milli-mənəvi sima, özünəməxsusluq, milli xarakter, emosional psixi amillər milli şüurun komponentləri kimi çıxış edir. Milli psixologiya, həyat tərzi, adət və ənənələr, milli qürur milli şüurda anlayış və kateqoriyalar şəklində təzahür edir. Milli şüurun daşıyıcıları təkcə elm adamları deyildir. Eyni zamanda vətən, xalq qeyrətini çəkən hər bir şəxs milli mənlik şüurunun daşıyıcısıdır. Bu bir həqiqətdir ki, insan mənsub olduğu milli gerçəkliyin ayrı- ayrı əlamətlərini öz şüurunda əks etdirməklə yanaşı, onlarda bir sevinc və fərəh də duyur, özünün milli mənsubiyyəti, tarixi keçmişi və soykökü ilə fəxr edir. Xalqın tarixi, onun görkəmli mütəfəkkir və tarixi şəxsiyyətləri, müxtəlif milli atributlar insanın mənəvi aləminə daxil olub onun milli şüurunun formalaşmasına şərait yaradır. Milli şüurun mühüm tərkib hissələrindən biri də milli vicdandır. Milli vicdana malik olan hər bir insan öz torpağının qədrini bilməli, onun təbii sərvətlərini məhv olmaq təhlükəsindən qorumaq üçün daim mübarizə aparmalıdır. Burada milli şüur ekoloji şüurlar birləşir, onun inkişafına təkan verir.
Yalançı şüur
Yalançı şüur — sinfi münasibətlərin obyektiv şəkildə müəyyən edilmiş təsvirini ifadə edən marksist konsepsiya “baş üstə”. Marksın əsərlərində “yalançı şüur” (Engels belə deyir) ifadəsi yoxdur, lakin Marks “dönüşmüş şüur ​​formalarına” və bununla əlaqədar olaraq ideologiya və əmtəə fetişizminin müvafiq anlayışlarına böyük diqqət yetirirdi. Yalançı şüur ​​termini məzlum siniflər tərəfindən ictimai münasibətlərin dərk edilməsində sistematik təhrifi ifadə edir; bu təhrif ictimai istismar, hökmranlıq və tabelik münasibətlərini gizlətmək üçün yaranır, mövcuddur və saxlanılır. İlk dəfə "yalançı şüur" termini Fridrix Engelsin Frans Mehrinqə yazdığı məktubda keçir. O yazırdı: İdeologiya — mütəfəkkir deyilən şəxsin şüurla olsa da, saxta şüurla həyata keçirdiyi prosesdir. Onu fəaliyyətə sövq edən əsl hərəkətverici qüvvələr ona naməlum olaraq qalır, əks halda bu, ideoloji proses olmazdı. O, özü üçün yalançı və ya zahiri hərəkətverici qüvvələr haqqında fikirlər yaradır. Söhbət düşüncə prosesindən getdiyi üçün onun həm məzmununu, həm də formasını xalis təfəkkürdən - ya özündən, ya da sələflərinin düşüncəsindən alır. O, yalnız əqli materialla məşğul olur; o, əlavə təfərrüatlara varmadan bu materialın təfəkkürlə yarandığına inanır və ümumiyyətlə, təfəkkürdən başqa, daha uzaq və müstəqil mənbəyi öyrənmir. Məsələyə bu cür yanaşma ona öz-özünə aydın görünür, çünki onun üçün hər bir hərəkət son təhlildə təfəkkür üzərində qurulmuş kimi görünür, çünki təfəkkür vasitəsilə həyata keçirilir.
Kollektiv şüur
Kollektiv şüur və ya kollektiv vicdan — cəmiyyətdə ortaq inancların, ideyaların və əxlaqi münasibətlərin birləşdirici qüvvə kimi fəaliyyət göstərən məcmusu. Ümumiyyətlə, bu, konkret olaraq əxlaqi vicdana deyil, ümumi sosial normalar anlayışına aid edilir. Kollektiv şüur sayıla biləcək şeylərin müasir konsepsiyasına həmrəylik münasibətləri, memlər, qrup təfəkkürü və sürü davranışı kimi ekstremal davranışlar, həmçinin kollektiv rituallar və rəqs yığıncaqları zamanı kollektiv şəkildə paylaşılan təcrübələr daxildir. İnsanlar ayrı-ayrı fərdlər kimi mövcud olmaq əvəzinə resursları və bilikləri bölüşmək üçün dinamik qruplar kimi bir araya gəlirlər. Bu, eyni zamanda bütün cəmiyyətin oxşar dəyərləri bölüşmək üçün necə bir araya gəldiyini təsvir etmək üsulu kimi inkişaf etmişdir. Bu, həmçinin "pətək ağlı", "qrup ağlı", "kütləvi ağıl" və "sosial ağıl" adlandırılmışdır.
Ali şüur
Ali şüur və ya genişlənmiş şüur — müəyyən şüur vəziyyətini və ya şəxsi inkişafı etiketləmək üçün müxtəlif yollarla istifadə olunan bir termin. Bu, mənlik anlayışı və ya eqo məhdudiyyətlərindən qurtulma vəziyyətini, eləcə də təcrid olunmuş mənlik ilə dünya və ya tanrı arasında qəbul edilən ayrılığın aşıldığı mistik təcrübə vəziyyətini təsvir etmək üçün istifadə edilə bilər. Bu, həmçinin artan ayıqlıq və ya yeni bir perspektivə oyanma vəziyyətinə də aid ola bilər. Bu konsepsiya qədim köklərə, təcrübələrə və texnikalara malik olsa da, "Nyu-eyc" hərəkatı da daxil olmaqla, müasir populyar spiritualizmdə mərkəzi anlayış kimi əhəmiyyətli dərəcədə inkişaf etdirilmişdir. == Fəlsəfəsi == === Fixte === Yohann Qotlib Fixte (1762–1814) İmmanuel Kantın nəzəri və etik yazılarından inkişaf edən Almaniya idealizminin qurucu simalarından biri idi. Onun fəlsəfəsi Kantın ideyaları ilə alman idealisti Georq Vilhelm Fridrix Hegelin fikirləri arasında körpü təşkil edir. Fixte sonlu və ya empirik eqonu saf və ya sonsuz eqodan fərqləndirdi. Bu "saf eqo"nun fəaliyyətini "ali intuisiya"nı aşkar edə bilər. Maykl Vaytmanın fikrinə görə, Fixtenin fəlsəfi sistemi "şərq mistik təlimlərinin diqqətəlayiq qərbsayağı tərtibatıdır". === Şopenhauer === 1812-ci ildə Artur Şopenhauer "daha yaxşı şüur" terminindən istifadə etməyə başlamışdı.
Gözünə gün düşür (hekayə)
Gözünə gün düşür — E.Hüseynbəyli tərəfindən 2010-cu ildə yazılmış hekayə. İlk dəfə fevralın 27-də «525-ci qəzet» də çap edilib. == Haqqında == Hekayə çıxan kimi onun barəsində ir neçə məqalə yazılıb. Professorlar Nizami Tağısoy və Nusret Hesretlininın məqalələri qəzetin mart-aprel saylarında nəşr olunub. Bir az sonra akademik Tofiq Hacıyev həmin hekayəyə geniş məqalə həsr edib. Hekayə rus dilinə çevrilib və 2010-cu ilin iyununda Moskvada nəşr olunan «Drujba narodov» jurnalında çap olunub və jurnalın saytında yerləşdirilib. Bir çox rusdilli saytlarda və Rusiyanın bəzi kitabxanalarında bu hekayənin süjeti və ideyası barədə də məlumat nəşr olunub. Həmin ilin iyunun 7-də «Azadlıq» radiosunun «Oxu zalı» da hekayəni sayta qoyub. «Literaturnı Azərbayjan» jurnalı hekayəni 2010-cu il avqust sayında yerləşdirib. == Kino == 2011-ci ilin fevralında hekayə əsasında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən «Yol» qısametrajlı bədii film çəkilib və həmin ilin martında Almaniyanın «Oberhauzen» festivalına göndərilib və proqramdankənar nümayiş olunub.
Düstur
Düstur və ya beynəlxalq aləmdə Formul (lat.
Müşkür
Müskür sancağı
Xuşur
Xuşur (monq. хуушууp, IPA: [xʊ ː ʃʊr]) — Monqol mətbəxinin məşhur yeməkdir. Yemək əsasən xəmir və ətdən ibarətdir. Qaydaya əsasən onlar balaca olmalıdır. Ət (mal və ya qoyun) xırda-xırda doğranır və ət maşınınnda çəkilir. Bundan sonra ona soğan, sarımsaq, duz və s.ədviyyatlar əlavə edilir. Xəmirdən balaca-balaca dairə kəsirlər və içərisinə ət qoyurlar, xəmirin ortadan bükürlər və bir az cib formasına oxşayır. Aşpaz bişirən zaman cibin açıq hissəsini bağlayır. Həmçinin dairə formasındada ola bilər. Monqolların çox bişirdikləri yeməkdir.Bu yeməyin Buryatidə digər növü buuzami yayılıb.
Düşdür (Həştrud)
Düşdür (fars. دوشدور‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 176 nəfər yaşayır (28 ailə).
Müşkür (Xaçmaz)
Müşkür (əvvəlki adı: Pavlovka) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati-ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xaçmaz rayonunun Pavlovka kənd inzibati-ərazi vahidi tərkibindəki Pavlovka kəndi Müşkür kəndi, Pavlovka kənd inzibati-ərazi vahidi Müşkür kənd inzibati-ərazi vahidi adlandırılmışdır.
Müşkür bələdiyyəsi
Xaçmaz bələdiyyələri — Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Müşkür düzü
Müşkür düzü — Quba və Xaçmaz inzibati rayonlarının ərazisindəki yerin adı, etnonimik oronim. Bu coğrafi ad eramızın əvvəllərində Qafqaz Albaniyasının şimal-şərqində yaşamış maskut xalq adının təhrif formasıdır. Sonuncu dəfə bu oroqrafik obyekt adı "Maskut" yazılış formasında XVI əsr ingilis səyyahı, taciri və diplomatı Antoni Cenkinsonun Azərbaycanda olması haqda yazdığı yol qeydlərində rast gəlinir Yalnız XVII əsrin ortalarında Azərbaycanda olmuş Hollandiya dənizçisi Yan Streys "müşkür" oronimini "muskar" kimi yazmışdır. Deməli, təxminən bir əsr müddətində "muskat" sözü "müskür" və "müşkür" formasına çevrilmişdir. XVII əsrin sonlarında isə toponimin adı artıq "muskur" kimi çəkilir. Çox qəribədir ki, "maskut" etnonimi özünün ilkin formasında müasir Xaçmaz və Quba inzibati rayonları arasında mövcud olan "Maskatar düzü" oronimində indiyədək saxlanmışdır. Oronim "maskut" (Maskat) və ləzgi dilindəki "ar" şəkilçisindən ibarət olub "Maskut düzü" mənasını daşıyır.
Müşkür mahalı
Müskir mahalı — Quba xanlığında mahal. İndiki Xaçmaz Dərbənd mahalından cənubda Müşkür mahalı yerləşirdi. Bu mahal Xəzər sahilində Samurçay və Vəlvələçay arasındakı ərazini əhatə edirdi. Müşkür mahalının naibi Yəhya bəy olmuşdur.
Rekurrent düstur
Rekurrent düstur — ( a n ) {\displaystyle (a_{n})} ardıcıllığının ( p + 1 ) {\displaystyle (p+1)} -ci həddindən başlayaraq hər bir həddini əvvəlki hədlərin vasitəsilə ifadə edən a n = f ( a n − 1 , a n − 2 , . . . , a 1 ) , ( n ≥ p + 1 ) {\displaystyle a_{n}=f(a_{n-1},a_{n-2},...,a_{1}),(n\geq p+1)} şəklində düstur ( n ∈ N ) {\displaystyle (n\in N)} . Bu düsturun köməyi ilə, ardıcıllığın ilk p həddi verilibsə, onun bütün hədlərini tapmaq olar. Bu üsul çox məsələnin həlliüçün yarayır. Rekkurent düstur nümunə çevrə daxilinə çəkilmiş düzgün çoxbucaqlının tərəfləri ( a n ) {\displaystyle (a_{n})} sayını ( n ) {\displaystyle (n)} ikiqat artırdıqda onun tərəfinin ( a 2 n ) {\displaystyle (a_{2n})} dwsturudur: a 2 n = 2 R 2 − 2 R R 2 − a n 2 4 , ( n ∈ N ) {\displaystyle a_{2n}={\sqrt {2R^{2}-2R{\sqrt {R^{2}-{\frac {a_{n}^{2}}{4}}}}}},(n\in N)} Burada R {\displaystyle R} xaricə çəkilmiş çevrənin radiusudur. Əgər çevrənin daxilinə çəkilmiş düzgün çoxbucaqlının a n {\displaystyle a_{n}} tərəfi verilibsə, bu düsturun köməyi ilə həmin çevrənin daxilinə çəkilmiş və tərəflərinin sayı ikiqat çox olan düzgün çoxbucaqlının a 2 n {\displaystyle a_{2n}} t'r'fini tapmaq olar. Rekurrentlik latın dilində "geriyə qaçıram", "qayıdıram" deməkdir. Onda "rekurrent düstur" "qayıtma düsturu" deməkdir.
Qusur (Urmiya)
Qusur (fars. ‎قصور‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 353 nəfər yaşayır (81 ailə).
Zuhur TV
Mədəciklərarası çəpərin qüsuru
Mədəciklərarası çəpərin qüsuru — mədəciklərararası çəpərin tam inkişaf etməməsi nəticəsində arakəsmənin açıq qalması, anadangəlmə ürək qüsuru. Mədəciklərarası çəpərin qüsurunun ölçüləri müxtəlif ola bilər. Yerləşməsinə görə təsnifatı: Paramemmbranoz qüsur – tez rastgəlinən tip, çəpərin yuxarı hissəsində sağ mədəciyin lat. crista supraventricularisin altında yerləşmiş olur. Qıfvari və ya subarterial ikili qüsur, aortal qapaq yaxınlığında sağ mədəciyə aparan ya açılan trakta yerləşmiş olur. Çıxacaq şöbəsinin və ya atrioventrikulyar kanalın qüsuru, mədəciklərarası çəpərin arxa hissəsində, üçtaylı qapağın çəpər qapaqcığının altında yerləşmiş olur. Əyələvi hissənin qüsuru, adətən çoxdəlikli olub, çəpərin trabekulyar və zirvə hissələrində yerləşmiş olur. Mədəciklərin hipertrofiya ya böyümə dərəcəsi şunt vasitəsilə atılan qanın həcmindən və ağciyər hipertenziyasından asılıdır. Funksional pozğunluq qüsurun ölçüsü və ağciyər damar şəbəkəsinin vəziyyətindən asılı olaraq qiymətləndirilir. Kiçik qüsur (0,5 sm²/m² az olduqda) qanın cərəyanına böyük müqavimət göstərmiş olur.
Qulaqcıqlararası çəpərin qüsuru
Qulaqcıqlararası çəpərin qüsuru — geniş yayılmış və qadınlarda daha çox rast gəlinən, qulaqcıqlararası çəpərin tam inkişaf etməməsi nəticəsində arakəsmənin açıq qalmaına səbəb olan anadangəlmə ürək qüsuru xəstəliyi. Bura qapanmamış oval dəlik patologiyası aid deyildir. Qulaqcıqlararası çəpərin qüsuru müxtəlif olçüdə olmaqla, hər iki qulaqcıq arasında rabitə yaratmaqla arterial qanın venoz qanla qovuşmasına səbəb olur. Anotomik lokalizasiyasına görə təsnif olunurlar: lat. ostium sekundum, oval çuxur lat. fossa ovalis nahiyyəsində çox təsadüf edilən qüsur olub, bəzən ikitaylı qapağın prolapsı (sallaq qalması) ilə müşayiət olunur. lat. ostium primum, ümumi atrioventrikulyar kanal kimi mürəkkəb qüsurun bir hissəsi sayılır. Adətəh oval çuxurun altında yerləşir. lat.
Məhəbbət üsyankar quşdur
Məhəbbət üsyankar quşdur (fr. L'amour est un oiseau rebelle Fransızca tələffüz: [lamuʁ ɛt‿œ̃n‿wazo ʁəbɛl]) — fransız bəstəkar Jorj Bizenin "Karmen" operasının 1-ci pərdəsindən habanera şəklində çox məşhur bir mahnı. Bu mahnı messo-soprano üçündür.
Suur-Munamyaqi
Suur-Munamyaqi (est. Suur Munamägi) — Estoniyada və bütövlükdə Baltikyanı ölkələrdə ən yüksək zirvədir. Hündürlüyü dəniz səviyyəsindən 318 metrdir. Estoniyanın cənub-şərq hissəsindəki Haanya təpəli yüksəkliyində yerləşir. Haanja kəndi ərazisinə daxildir. Müxtəlif dövrlərdə dağın üstündə 5 qüllə tikilmişdir. Birincisi 1812-ci ildə inşa edildi və yerli əfsanəyə görə, hündürlüyü "gəmiləri utandırdığı" üçün dağıdılmışdır. İkinci qüllə 1870-ci ildə yerli bir restoran sahibi sayəsində ortaya çıxdı. 8 metr hündürlüyü olan qüllə əsasən meyxanaya görə yerli sakinlər arasında populyarlaşdı. Üçüncü qüllə (hündürlüyü 12 metr) eyni meyxananın binasında inşa edilmişdir.
GMTA (Böyük beyinlər eyni düşünür)
GMTA (Böyük beyinlər eyni düşünür) - GMTA (ing. Great minds think alike, ru. Великие умы мыслят одинаково) – elektron poçtda, telekonfranslarda və gap-forumlarda qəbul olunmuş abreviatur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.