Qafqaz zümrüdçiçəyi
Qafqaz zümrüdçiçəyi (lat. Scilla siberica subsp. caucasica) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin zümrüdçiçəyi cinsinin sibir zümrüdçiçəyi növünə aid bitki yarımnövü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B2ab (i,ii,iii). Azərbaycanın nadir, Qafqazın endemik növüdür.
Çoxillik, soğanaqlı 6-20 sm hündürlükdə ot bitkisidir. Soğanaq enli-yumurtavari, bəzən yumurtavari, 2,8 sm hündürlükdə, 2,2 sm enindədir. Boz, bəzən qara qınla örtülüdür. Yarpaqları 2-4 ədəd, yaşəl, enli-xətvari, 6-15 mm enində, gövdədən qısa, təpə hissədə qapacıq var. Çiçək qrupu çox və ya az salxımdır.