Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mədətsiz dağı
Mədətsiz dağı - Orta Toros (Tavr) dağlarında, Bolkar dağları üzərində yerləşən 3524 metr (11.562 ft) yüksəkliyində dağ. Bolkar dağları Orta Torosların ən hündür dağlarıdır. Mədətsiz dağı Bolkarların şimal-şərq hissəsində yerləşir. Niğdənin Uluqışla vilayəti ilə Mersinin Çamlıyayla rayonlarının sərhədləri Mədətsiz dağında kəsişir. Zirvə Çamlıyayla sərhədində yerləşir. Ağdənizə uzaqlığı kuş uçuşu ilə 65 km-dir. Tarsus rayonu Gülək kəndindən Mədətsiz zirvəsinə qalxarkən Türk İstiqlal Müharibəsi türk-fransız çatışmasına ithafən 37°18′04.16″K 34°43′29.36″D koordinatında Qarboğazı şəhidliyi yaradılmışdır. Mədətsiz dağı dağçılıq baxımındn çox populyardır. Əksər hallarda dırmanış Uluqışla istiqamətindən başlanır.
Zərərsiz dəlibəng
Zərərsiz dəlibəng (lat. Datura innoxia) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin dəlibəng cinsinə aid bitki növü. Çoxillik (kulturada birillik) ot bitkisi olub, yabaşəkilli-budaqlanan, qırmızımtıl-bənövşəyi gövdəyə malikdir. Yarpaqları növbəli, enli yumurtavari, dayaz oyuqlu, sıx tükcüklü, uzun saplaqlı, kəskin məstedici iyi vardır. Çiçəkləri tək, düzgün, beşüzvlü, ikiqat çiçək yatağı vardır. Kasacığı boruşəkilli, yaşıl, tacı boruşəkilli-qıfabənzər, ağ rəngli olub, uzunluğu 20 sm-dir. Meyvəsi başı aşağı əyilmiş, demək olar ki, şarşəkilli qutucuqdan ibarət, sıx yumşaq tikancıqlardan ibarətdir. Toxumları çoxsaylı, yastılaşmış, böyrəkvari olmaqla, açıq-sarı rənglidir. İyuldan oktyabr ayına qədər çiçəkləyir, meyvələri isə avqustda yetişir. Qutucuqları əl ilə toplanılmalıdır.
Aedesia
Aedesia (lat. Aedesia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Aedesia engleriana Mattf. Aedesia glabra (Klatt) O. Hoffm. Aedesia spectabilis Mattf.
Genesiz