Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çəmbərək
Çəmbərək, Krasnoselo, Qırmızıkənd — Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası) şəhər. Qırmızıkənd rayonunun inzibati mərkəzi. Çəmbərək rayonu Ağstafaçay çayının qolu olan Getik çayının sahilində yerləşir. Şəhərdən paytaxt İrəvan şəhərinə olan məsafə 125 km-dir. == İstinadlar == == Xarici keçidlər == Qərbi Azərbaycan: azərbaycanlılara qarşı genosid demoqrafik statistika güzgüsündə Arxivləşdirilib 2015-11-16 at the Wayback Machine Qərbi Azərbaycanın türk mənşəlli toponimləri Arxivləşdirilib 2014-09-04 at the Wayback Machine == Həmçinin bax == Qərbi Azərbaycan Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası Erməni əhalisinin tarixi miqrasiyası == Mənbə == Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2 Həbib Rəhimoğlu.
Mənbərə
Mənbərə (fars. منبره‎) iranın Qəzvin ostanının Əlburz şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 113 nəfər yaşayır (42 ailə).
Zəyərək
Kətan (lat. Linum) — zəyrəkkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == === Azərbaycanın dərman bitkiləri === İşlədici kətan (Linum catharticum L.) Adi kətan, lifli kətan (Linum usitatissimum L.) === Digər növləri === Linum bienne Linum cratericola Linum grandiflorum Linum lewisii Linum medium Linum perenne Linum puberulum Linum pubescens == Əhəmiyyəti == Yağlı kətanın toxumlarında 38-45 % yarımquruyan yağ ( yod ədədi 165-192) vardır. Bu yağ lak-boyaq sənayesində yüksək qiymətləndirilir. Kətan yağı dəri, sabunbişirmə, kağız, ətriyyat, rezin, elektrotexnika sənayesində və başqa sənaye sahələrində o, cümlədən tibdə də işlədilir. Kətan yağı həm də qida kimi istifadə olunur. Jmıxı və cecəsi heyvandarlıqda qiymətli zülalı yemdir. Jmıxın hər 100 kq-da 115 yem vahidi, 28,5 kq həzm olunan protein vardır. Cecəsinin 100 kq-da isə 103 yem vahidi, 28,9 kq həzm olunan protein vardır. Yetişməmiş toxumdan hazırlanan jmıxı yemləmədən qabaq buxara verilir ki, heyvanlarda zəhərləmə əmələ gətirməsin.
Aşağı Çəmbərək
Aşağı Çəmbərək — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Çəmbərək (Krasnoselo) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 4 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndi XIX əsrdə rayondakı Çəmbərək kəndindən köçənlər salmışdır. Toponim fərqləndirici əlamət bildirən aşağı sözündən və Azərbaycan dilində şam ağacının adını ifadə edən çam sözü ilə baraq türk etnonimindən əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Təndərək (Urmiya)
Təndərək (fars. تندرك‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 122 nəfər yaşayır (21 ailə).
Yuxarı Çəmbərək
Yuxarı Çəmbərək - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Çəmbərək (Krasnoselo) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 7 km şimal-qərbdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Erməni mənbələrində Yuxarı Çambarək formasında qeyd edilir. Toponim fərqləndirici əlamət bildirən yuxarı sözündən Azərbaycan dilində şam ağacın adını bildirən çam sözü ilə baraq türk etnonimindən əmələ gəlmişdir. Etnotoponimdir.
Çəmbərək rayonu
Krasnoselsk rayonu — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Göyçə mahalı (6 kənd) və Qaraqoyunlu dərəsi (8 kənd) ərazisində rayon. Hazırda Ermənistanın Geğarkunik marzının (vilayət) tərkibindədir. Mərkəzi Çəmbərək (Krasnoselo) şəhəridir. == Haqqında == 1920-ci ilin sonuna kimi Gəncə (Yelizavetpol) quberniyasının Qazax qəzasının tərkibində olmuşdur. Sonralar Sovet hakimiyyəti illərində Göyçə mahalı beş inzibati rayon arasında bölündüyündən Çəmbərək rayonu Göyçə mahalının tərkibinə daxil olmuşdur: Basarkeçər rayonu, Aşağı Qaranlıq rayonu, Kəvər rayonu, Yelenovka rayonu və Krasnoselsk rayonu. 1937-ci il dekabrın 31-də yaradılıb. Həmin ilə qədər Dilican rayonunun tərkibinə daxil olub. Ərazisi 697 kv km-dir. Rayon mərkəzi Ağstafaçay çayının qolu olan Getik çayının sahilində yerləşən Qırmızıkənd (dəyişdirilmiş adı Mixaylovka, Krasnoselsk) qəsəbəsidir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 125 km-dir.
Sarıca-Minbərək abidələri
Sarıca-Minbərək abidələr qrupu - Qax rayonunda yerləşən E.ə. IV -III minilliklərə aid arxeoloji abidələr kompleksidir. == Ümumi məlumat == Sarıca-Minbərək abidələr qrupu 1984-cü ildən elmi tədqiqata cəlb edilmişdir. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu əməkdaşlarının apardığı arxeoloji qazıntı nəticəsində bu ərazidə 4 qədim yaşayış yeri, müvəqqəti dayanacaqlar, tunc dövrünə aid kurqanlar, 2 nekropol, qədim ziyarətgahlar, qala divarlarının qalıqları aşkar edilmiş və arxeoloji tədqiqata cəlb edilmişdir.Aparılmış elmi tədqiqat işlərinə əsasən bu ərazinin b.e.ə. IV minilliyin sonlarından daha sıx məskunlaşmış olduğununu qeyd etmək olar. Sarıca-Minbərək ərazisi Kür-Araz mədəniyyətinin yayıldığı, inkişaf etdiyi ərazi olmaqla kurqan altı dəfn adətini e.ə. III minillikdən e.ə. I minilliyin ortalarına qədər izləməyə imkan verir. Ümumilikdə kompleksə 200-dən çox kurqan daxildir. Minbərək yaşayış yerində mədəni qatın qalınlığı 4 m-dən çoxdur.
Valentina Zenere
Valentina Zenere (15 yanvar 1997, Buenos Ayres) — Argentinalı aktrisa, model və müğənni. O, əsasən Soy Luna və Juacas seriallarında Amber Smit və Casi Angeles teleserialında Alai İnkausti rolları ilə tanınır. == Karyerası == Zenere 2014-cü ildə hələ məktəbdə oxuyarkən müxtəlif reklamlarda rol almışdır.2010-cu ildə ona ən çox uğur qazandıran serialı Casi Angeles-də Alai İnkausti rolunda yer aldı. Bundan başqa teatr və televiziya çəkilişlərində kiçik rollar almışdır. Həmçinin Les Miserables-də də rol almışdır.Zenere hazırda İspaniyanın Madrid şəhərində yaşayır.