ZƏNBUR
ZƏNCAR
OBASTAN VİKİ
Zənburəkçilər
Zənburəkçilər — Nadir şah Əfşarın ordusunda xidmət edən yüngül artilleriya bölməsi == Haqqında == Nadir şah Əfşarın ordusunda istifadə edilən kiçik və yüngül toplar zənburək adlanırdı . Zənburəklərin lülələrinin çapı Nadir şah qoşunlarında istifadə olunan ağır tüfənglərin çapından azacıq böyük olmaqla, orta topların çapından kiçik idi. Bu toplar lüləsinin əhatəsinə dolandırılmış tuğ və lüləsinin aşağısında olan mil və ox vasitəsilə şamdan adlanan yastığın üzərində bərkidilirdi. Sonra da bu yastıq dəvənin donqarları arasında bərkidilmiş dayaq üzərinə qoyulurdu. Zənburəklər dəvələr vasitəsilə daşınırdı. Onlardan istifadə zamanı dəvələr dizləri üzərinə yatırdılar və dəvələrin üzərindən götürülmədən onlardan atəş açılırdı. Hər dəvə yalnız bir zənburək aparırdı. Bunun üçün xüsusi dəvələr seçilir və həmin dəvələr zənburək daşınması üçün hazırlanırdı. Zənburəkçi dəvənin donqarının arxasında bərkidilmiş palanın üzərində oturaraq adətən sol əli ilə zənburəkin lüləsinin arxasından tutardı. Dəvənin sağ tərəfinə zənburəkin fitili, sol tərəfinə isə barıt və mərmi torbası asılardı.