Aşağı Çəmbərək

Aşağı Çəmbərək — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Çəmbərək (Krasnoselo) rayonunda kənd.[1]

Kənd
Aşağı Çəmbərək
40°37′29″ şm. e. 45°19′48″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Qaraqoyunlu mahalı
Rayon Çəmbərək rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı UTC+4
Xəritəni göstər/gizlə
Aşağı Çəmbərək xəritədə
Aşağı Çəmbərək
Aşağı Çəmbərək

Rayon mərkəzindən 4 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində[2] qeyd edilmişdir. Kəndi XIX əsrdə rayondakı Çəmbərək kəndindən köçənlər salmışdır.

Toponim fərqləndirici əlamət bildirən aşağı sözündən və Azərbaycan dilində şam ağacının adını ifadə edən çam[3] sözü ilə[4] baraq[5] türk etnonimindən[6][7][8] əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

  1. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  2. Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.279
  3. >çəm
  4. Sümər Faruq. Oğuzlar: tarixləri, boy təşkilat dastanları. Türk dilindən tərcümə edən: Ramiz Əsgər. Bakı: Yazıçı, 1992. ISBN 5560005118. s.154
  5. >bərək - İ.Bayramov
  6. Кононов А.Н. Родословная туркмен. Сочинение Абул Гази хана Хивинского, М. Л., Издство АН СССР, 1958. s.43, 45
  7. 228, s. 16-17
  8. Sümər Faruq. Oğuzlar: tarixləri, boy təşkilat dastanları. Türk dilindən tərcümə edən: Ramiz Əsgər. Bakı: Yazıçı, 1992. ISBN 5560005118. s.201