Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zəng
Zəng (film, 1995)
Son zəng
Son zəng – Azərbaycanın ümumtəhsil məktəblərində hər il iyunun 14-də qeyd edilən bayram, məktəbdə tədris ilinin bitdiyi gün. Son zəng SSRİ dövründə və dövlət müstəqilliyinin bərpasından sonra 2005-ci ilə qədər mayın 25-i, 2005-ci ildən 2016-cı ilə qədər isə mayın 31-də qeyd olunmuşdur. Son zəng zamanı məktəbi bitirən 11-ci sinif şagirdləri məzun adı qazanır.
Zəng (1995)
Zəng Vurulanda
Zəng çalınanda (türk. Zil Çalınca) — Disney Channelın öz istehsalı, türk aktyorlarla edilən ilk Türk Disney Channel serialıdır. İlk nümayişini 23 aprel 2012-də Disney Channel Türkiyədə etmişdir. Mövzu olaraq bir Liseydə tənəffüs arasındakı 5 dəqiqədə nələr edilə biləcəyi izah edilməkdədir. Metehan (Turhan Cihan Şimşək) - Məktəbin ən üsyankar şagirdidir. Uzun boylu, əsmər, yaraşıqlı bir cavandır. Bacısı Merve isə olmadıq zamanlarda çıxıb gəlir. Bütün zamanını gitar çalmaqla keçirdiyindən qiymətləri çox parlaq deyil. Rok xoşlayır. Merve (Elif Ceren Balıkçı) - Metehanın bacısıdır.
Zəng qülləsi
Zəng kökü tarixdən əvvəlki dövrlərə gedən bir alətdir. Zil çalınmağa başladıqda, onu toxmağla vuraraq ondan bir səs çıxarılır. Normal harmoniklər verdiyi əsas nota əlavə olunur (yuxarı səkkizli, beşlik, alt üçlü, alt səkkizli). Bu harmoniklərin dəqiqliyi zəngin konturundan (xarici və daxili dairədən) asılıdır. Zilin tənzimlənməsi üstündəki ərintinin ölçüsünün azaldılması ilə əldə edilir. Ərintinin haradan endiriləcəyi müəyyən edilir. Bunlar hər harmonikin ortaya çıxdığı yerlərdir. Zəngin ərintisi 78% mis və 22% qalaydan ibarətdir. Günümüzdə elektrik mühərriki zəng çalmaq üçün istifadə olunur. Mühərrik makaranı idarə edir.
Zəng qızı
Zəng qızı — küçə fahişələrindən fərqli olaraq adətən öz peşəsini ictimaiyyətə göstərməyən seks işçisidir. O, adətən fahişəxana kimi bir müəssisədə işləyir, lakin onları adətən eskort agentliyi işə götürür. Müştərilər adətən onların telefon nömrəsinə zəng edərək görüş təyin edirlər.
Müdafiə etmək
Vəkillik və ya müdafiə etmək bir və ya bir neçə məqsədə çatmaq üçün, özünün, başqa bir şəxsin və ya bir qrup şəxsin adından çıxış etmək, nümayəndəsi olmaq, hərəkət etmək, müəyyən məqsəd(lər)ə nail olmaq və ya müdafiə etmək üçün həyata keçirilən bütün işlərə aiddir. Bu kontekstdə qərar qəbul etmə proseslərinə təsir göstərməyi hədəfləyən vəkillik anlayışı lobbiçilik anlayışını da əhatə edir, lakin ən düzgün mənada lobbiçilikdən çox daha geniş anlayış sərhədlərinə malikdir. Vəkillik ümumiyyətlə siyasətlə əlaqəli anlayış olsa da, onun təkcə siyasi deyil, həm də iqtisadi, sosial və hətta diplomatik nəticələri də ola bilməkdədir. Bir şəxsin özünün fikir və düşüncə azadlığı ilə bağlı olub, bütün həyati məsələlərində müdafiə sistemini inkişaf etdirməsinə də vəkillik deyilə bilər. Hətta məhkəmələrdə də bunu əks istiqamətdə edən, yəni həqiqəti əks etdirməyən müdafiələr mövcuddur. Vəkillik ümumiyyətlə birbaşa nəzarət-tarazlıq mexanizmləri arasında sayılmasa da, əslində vətəndaş cəmiyyətinin dövlətə nəzarətinə verdiyi töhfələrinə görə bu sistemdə mühüm yer tutmuş hesab edilə bilər. Eynilə, bu mövzuya hakimiyyət bölgüsü nöqteyi-nəzərindən baxıldıqda, müntəzəm olaraq gündəmə gətirilən səlahiyyətlər arasındakı nəzarət-tarazlıq mexanizmlərinə oxşar bir fəaliyyət ilə vətəndaş cəmiyyətinin üç əsas səlahiyyətli orqanı olan qanunverici, icraedici və məhkəmə hakimiyyəti orqanları üzərində dövlətin varlığının səbəbi olan fərdin nəzarətini gücləndirməyə imkan verir. Bu mənada vəkillik, vətəndaş cəmiyyətini gücləndirərək demokratiyanın daha yaxşı bir formada həyata keçirilməsinə mühüm töhfələr verir.
Zəng (film, 1995)
Zəng (film, 2002)
Sirrlərlə dolu bir video-kaset. Bu video-kaseti izləyənlər 7 gün ərzində müəmmalı bir şəkildə ölürlər. Jurnalist Riçel Keller, 4 gəncin ölməsindən sonra bu hadisəni araşdırmağa qərar verir və kaseti izləyir. İzlədikdən sonra özü ilə birlikdə oğlunun da həyatı təhlükəyə girən və rəfiqəsi Noah′ın köməyini istəyən Keller′ə bu hadisənin üstünü açması üçün sadəcə 7 gün qalır.
Zəng (film, 2014)
"Zəng" — Səmimi Fərhad tərəfindən 2014-cü ildə çəkilən Azərbaycan tammetrajlı kinokomediya filmi. Filmin sujet xətti yalan və böhtan olan bir telefon zənginin nəticəsində qonşuluqda qısqanclıq, qısqanclıq isə qeyri adi şəkildə hadisələrin mubahiselere çevrilməsindən bəhs edir. Eyni zamanda bu film Azərbaycan dilinin qorunu saxlanmasına xidmət etmişdir.Kinokomediya Eldar İmanovun “Qonşuluqda qısqanclıq” pyesi əsasında ərsəyə gəlib.Filmdə baş verən hadisələr bir binada yaşayan qonşular arasında cərəyan edir. Qalmaqalın əsas səbəbkarı isə Safura(Telli Hüseynova) adlı dedi-qoduçu xanım olur. Bir zəng səbəbindən bütün qonşular bir-birinə dəyir. Nəticədə polis serjantı (Məmmədağa Əlili) qalmaqalın səbəbini ortaya çıxarır. Filmdə bu gün üçün aktual olan ana dilimizin qorunması məsələsi də qabardılıb. Eldar İmanovun canlandırdığı Arif obrazı hər addımda rus dili kəlməsindən istifadə edənləri tənqid edir. Əsərin müəllifi : Eldar İmanov Ssenari müəllifi : Eldar İmanov Quruluşçu rejissor : Səmimi Fərhad Quruluşçu operator : Soltan Abdullayev Rejissorlar : Nicat Ələsgərov,Eko Safari Rekordmen fotoqraf : Eko Safari Səs rejissoru və musiqi tərtibatı: Firdovsi Nəbiyev Montaj : Firdovsi Nəbiyev Qrim üzrə rəssam : Ellada Fətəliyeva Operatorlar : Vəli Vəlizdə Operator assistenti : Murad Cəfərov İşıqçılar : Tural Şəfiyev,Vəli Vəlizadə Dekor dizayn : Afaq Ağayeva Prodüser və filmin direktoru: Afət Şeyxəliyeva İstifadə edilən mahnılar: "Ədalət Nəsibov" (Yanıq Kərəmi,Baş Sarıtel), "Habil Əliyev" (Segah),MUSE SMOKEY(Muse Sweet Georgia Brown,Sonic Implants Brass) və digərləri.
Zəng (film, 2021)
Zəng – İlham Əliyevin "Dəmir yumruq" əməliyyatı ilə keçirilən və 44 günlük müharibədə çalınan 8 noyabr Zəfər gününə həsr olunmuş qısametrajllı filmdir. Ssenari müəllifliyi və rejissorluğu Ruslan Sabirliyə məxsus bu film 2021-ci ildə çəkilmişdir. Film 8:30 dəqiqə ərzində 30 il müddətdə Azərbaycan xalqının yaşadığı duyğuları, emosiyaları rejissor həlli ilə tamaşaçıya çatdırır. Filmin qəhrəmanları 30 il öncə I Qarabağ Müharibəsində şəhid olmuş ata və 30 il sonra II Qarabağ Müharibəsində qələbə müjdəsini verən oğuldur. Ata ilə oğul arasındakı duyğusal dialoq filmin süjet xəttini təşkil edir. Filmin ssenaristi və rejissoru Ruslan Sabirli filmdə qələbə çalmağımızla yanaşı, həm də I Qarabağ müharibəsində canlarından keçmiş şəhidləri də unutmadığımızı vurğulayıb. Zəng filmi sıradan bir film deyil, intellektual filmdir. Tamaşaçını düşündürən, onu keçmiş illərə və xatirələrə aparan, kövrəldən, sonra da qələbə sevincinin qəhərini yaşadan bir filmdir. Rejissor bu filmin ideyasını yuxusunda görüb, sonradan onu ssenari şəklində yazıb və film çəkmək qərarına gəlib. Filmin ssenaridə ilkin adı “Zəfər Zəngi” olub, amma sonra “Zəng” adı ilə əvəzlənib.
Zəng (musiqi aləti)
Zəng kökü tarixdən əvvəlki dövrlərə gedən bir alətdir. Zil çalınmağa başladıqda, onu toxmağla vuraraq ondan bir səs çıxarılır. Normal harmoniklər verdiyi əsas nota əlavə olunur (yuxarı səkkizli, beşlik, alt üçlü, alt səkkizli). Bu harmoniklərin dəqiqliyi zəngin konturundan (xarici və daxili dairədən) asılıdır. Zilin tənzimlənməsi üstündəki ərintinin ölçüsünün azaldılması ilə əldə edilir. Ərintinin haradan endiriləcəyi müəyyən edilir. Bunlar hər harmonikin ortaya çıxdığı yerlərdir. Zəngin ərintisi 78% mis və 22% qalaydan ibarətdir. Günümüzdə elektrik mühərriki zəng çalmaq üçün istifadə olunur. Mühərrik makaranı idarə edir.
Zəng detalı qeydi
Zəng detalı qeydi — telefon danışığının və ya həmin qurğu yaxud cihazdan edilən digər telekommunikasiya əməliyyatlarının (məsələn, mətn mesajı) təfərrüatlarını sənədləşdirən telefon stansiyası və ya digər telekommunikasiya avadanlığı tərəfindən yaradılmış məlumat qeydi. Qeydə vaxt, müddət, tamamlanma statusu, mənbə və təyinat nömrəsi kimi müxtəlif məlumatlar yazılır. Bu operatorlar tərəfindən telefon stansiyasında şəhərlərarası zənglər üçün yazılmış və vaxtı təyin edilmiş kağız ödəniş biletlərinin avtomatlaşdırılmış ekvivalentidir. Zəng detalı qeydi telekommunikasiya əməliyyatının xüsusi nümunəsi olan verilənlər sahələrini ehtiva edir, lakin həmin əməliyyatın məzmununu ehtiva etmir. Məsələn, xüsusi telefon zəngini təsvir edən zəng təfərrüatlı qeydinə həm zəng edən, həm də qəbul edən tərəfin telefon nömrəsi, zəngin başlama vaxtı və müddəti daxil ola bilər.
Annanı kəşf etmək
Annanı kəşf etmək — Anna Sorokinin həyatından bəhs edən və Cessika Presslerin Nyu-York jurnalında dərc olunan və "Anna Delvi Nyu Yorkun əyləncə dünyasının insanlarını necə aldatdı" adlı məqaləsindən ilhamlanaraq Şonda Rayms tərəfindən istehsal olunmuş dram janrında Amerikan miniserialıdır.Serial 11 fevral 2022-ci ildə Netflix -də yayımlanıb. Anna Sorokin rolunu Culiya Qarner canlandırır.Serial, tamaşaçılar və tənqidçilərdən əsasən müsbət rəylər aldı, xüsusilə Culiya Qarnerin aktyorluğu bəyənilib.
Əmanətə xəyanət etmək
Əlidən nəql olunur ki, əmanətdarlıq imanın üstünlüyünün göstəricisidir və əmanəti istənilən halda sahibinə qaytarmaq vacibdir: "İmanın ən üstünü əmanətdarlıq, ən pis xislət isə xəyanətkarlıqdır." "Sənə etibar edib əmanət tapşıran şəxsə xəyanət etmə, hətta o sənə xəyanət etmiş olsa belə.Onun sirrini faş etmə, hətta əgər o sənin sirrini faş etmiş olsa belə." Peyğəmbər (s) əmanətə xəyanət edənin onun ümmətindən olmadığı qeyd edir: "Əmanəti əhəmiyyətsiz sayaraq bu səbəbdən onu zay edən kəs bizdən deyil." İslam peyğəmbəri (s) həmçinin etibarsız şəxsə əmanət tapşırılmamasını tövsiyə edir: "Allah etibarsız şəxsə əmanət tapşıran kəsin zamini deyil.
Səhv etmək insana xasdır
Errare humanum est (azərb. Səhv etmək insana xasdır‎) — latınca bir ifadənin ön hissəsi. İfadə o qədər məşhurdur ki, tam söynəlilməsinə ehtiyac duyulmur, yalnız cümlənin ilk hissəsi deyilməklə fikir aydın olur. İfadə tam şəkildə belədir: lat. "Errare (Errasse) humanum est, sed in errare (errore) perseverare diabolicum." Tərcüməsi: azərb.
Sıravi Rayanı xilas etmək
"Sıravi Rayanı xilas etməli" 1998-ci il amerikan filmi. Ən yaxşı kinodrama görə 1999-cu ildə Qızıl Qlobus mükafatını almışdır.
Zəng 2 (film, 2005)
Zəng 2 — 2005-ci ildə çəkilmış ABŞ birgə filmi. Altı ay öncə baş tutan qorxunc hadisələrin təsirindən xilas olmaq üçün Riçel Keller oğlunu da götürüb kiçik bir məkan olan Oregon′a köçür. O, bura yeni bir başlanğıc üçün gəlir ancaq bu qərarından dönür. Bu kiçik məkanda video kasetlə bağlı bir cinayətə şahid olur və bu onu yenidən sarsıdır. Riçeldən intiqam almaq istəyən Samaranın geri döndüyündə isə bu ölüm zəncirinin davam edəcəyinin fərqinə varır. Təhlükə isə artıq çox yaxındır!
Zəng çalınanda (teleserial, 2012)
Zəng çalınanda (türk. Zil Çalınca) — Disney Channelın öz istehsalı, türk aktyorlarla edilən ilk Türk Disney Channel serialıdır. İlk nümayişini 23 aprel 2012-də Disney Channel Türkiyədə etmişdir. Mövzu olaraq bir Liseydə tənəffüs arasındakı 5 dəqiqədə nələr edilə biləcəyi izah edilməkdədir. Metehan (Turhan Cihan Şimşək) - Məktəbin ən üsyankar şagirdidir. Uzun boylu, əsmər, yaraşıqlı bir cavandır. Bacısı Merve isə olmadıq zamanlarda çıxıb gəlir. Bütün zamanını gitar çalmaqla keçirdiyindən qiymətləri çox parlaq deyil. Rok xoşlayır. Merve (Elif Ceren Balıkçı) - Metehanın bacısıdır.
Annanı kəşf etmək (serial, 2022)
Annanı kəşf etmək — Anna Sorokinin həyatından bəhs edən və Cessika Presslerin Nyu-York jurnalında dərc olunan və "Anna Delvi Nyu Yorkun əyləncə dünyasının insanlarını necə aldatdı" adlı məqaləsindən ilhamlanaraq Şonda Rayms tərəfindən istehsal olunmuş dram janrında Amerikan miniserialıdır.Serial 11 fevral 2022-ci ildə Netflix -də yayımlanıb. Anna Sorokin rolunu Culiya Qarner canlandırır.Serial, tamaşaçılar və tənqidçilərdən əsasən müsbət rəylər aldı, xüsusilə Culiya Qarnerin aktyorluğu bəyənilib.
Seksi idarə etmək (yarışma, 2020)
Too hot to handle — Böyük Britaniya istehsalı teleşou. Şouda iştirakçılara mövsüm müddətində əməl etmələri lazım olan qaydaları "Lana" adlı virtual köməkçi deyir.
Menecerimə zəng et (serial, 2020)
Menecerimə zəng et (türk. Menajerimi Ara) — Türkiyə istehsalı teleserial. Serial Fransa serialı olan "Dix pour cent"ə əsaslanır. İstedad agentliyi olan Ego ilə əlaqəli olan menecerlər hər gün idarə olunması çətin olan vəziyyətlərlə sövdələşirlər və işlərini qoruyurlar. Sənəti və işi usta şəkildə birləşdirilər, ancaq şəxsi profesional həyatları bəzən münaqişəyə girir. Menecerlər və köməkçiləri, bizə məşhur aktyorların vəhşi dünyasının pərdə arxasını göstərirlər; gülüşlər, duyğular, intriqa, məyusluq və göz yaşlarının davamlı olduğu yerə. Kıraç (Barış Falay) Feris (Canan Ergüder) Çınar (Fatih Artman) Peride (Ayşenil Şamlıoğlu) Dicle (Ahsen Eroğlu) Barış (Deniz Can Aktaş) Bu aktyorlar serialda özləri olaraq yer aldıqları bir bölümdə yer almışlar.
Ən yaxşısı Sola zəng et
Ən yaxşısı Sola zəng et (ing. Better Call Saul) — Vins Qilliqan və Piter Quld(en) tərəfindən yaradılmış amerikan cinayət–drama teleserialı. Qilliqanın yaradıcısı olduğu əvvəlki işi "BədBəxt"in (2008–2013) spin-offudur. "Ən yaxşısı Sola zəng et" AMC telekanalında 8 fevral 2015-ci ildən 15 avqust 2022-ci ilə qədər altı mövsüm 63 seriya yayımlanaraq sona çatmışdır. Hadisələr 2000-ci illərin əvvəllərində, "BədBəxt"dən illər öncə Albukerkedə cərəyan edir. Serial ağır cinayətləri örtbastır edən vəkil – hazırda Sol Qudman(en) kimi fəaliyyət göstərən keçmiş dələduz Cimmi MakQilldən (Bob Odenkirk(en)) bəhs edir. Serialın digər önəmli personajları arasında narkotik tacirləri ilə əməkdaşlıq edən korrupsiyoner polis məmuru Mayk Ermantraut(en) (Conatan Benks(en)), Cimminin sevdiyi həmkarı Kim Veksler(en) (Rey Sihorn(en)), öz doğma qardaşı və düşməni Çak MakQill(en) (Maykl Makkin(en)), Çakın hüquqşünası Hovard Hemlin(en) (Patrik Fabian(en)), narkotik satıcısı Naço Varqa(en) (Maykl Mendo(en)), narkobaron Qus Frinq(en) (Cankarlo Ezpozito(en)) və kartel rəhbəri Lalo Salamanka(en) (Toni Dalton(en)) var. Serialda həmçinin Solun narkobaron Volter Vayt (Brayan Krenston) ilə tərəfdaşlığı da işıqlandırılmışdır. amc.com/shows/better-call-saul--1002228 — Ən yaxşısı Sola zəng et rəsmi saytı Ən yaxşısı Sola zəng et Netflix-də Ən yaxşısı Sola zəng et — Internet Movie Database saytında.
Gizli formada yük vaqonlarında səyahət etmək
Gizli formada yük vaqonlarında səyahət etmək (ing. Freighthopping) — şəxs və ya şəxslərin əsasən hərəkət vəziyyətində olan yük vaqonlarına minməsi və heç bir gediş haqqı ödəmədən etdikləri səyahətləri ifadə edən vəziyyət. İngilis dilində bu vəziyyətin izah edilməsi üçün Freighthopping sözündən istifadə olunmuşdur. 1865-ci ildə ABŞ-də vətəndaş müharibəsinin başa çatmasından sonra ölkə ərazisində yerləşən dəmiryolu şəbəkəsi qərb istiqamətində genişləndirilmişdir və beləliklə dəmiryolu nəqliyyatı vasitəsilə gercəkləşdirilən sərnişin və yük daşımalarının sayı əhəmiyyətli dərəcdə artmışdır. Gizli formada yük vaqonlarında səyahət etmək vərdişi ABŞ-də hobo olaraq adlandırılan və əsasən evsiz və ucuz işçi qüvvəsi kimi tanınmış miqrantlar tərəfindən məşhurlaşdırılmışdır. 1929-cu ildə başlanmış və 1939-cu ilə qədər davam etmiş böyük böhran zamanı ABŞ-nin müxtəlif şəhərlərini birləşdirən dəmiryolu şəbəkəsində çoxlu sayda bu üsulla səyahət edən şəxs yerli polislər tərəfindən müəyyənləşdirilmişdir.
Sıravi Rayanı xilas etmək (film, 1998)
"Sıravi Rayanı xilas etməli" 1998-ci il amerikan filmi. Ən yaxşı kinodrama görə 1999-cu ildə Qızıl Qlobus mükafatını almışdır.
Kəng
Bəndər Kung — İranın Hörmüzgan ostanının şəhərlərindən biri, Minab şəhristanının mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 14 881 nəfər və 2 908 ailədən ibarət olmuşdur.
Rəng
Rəng — optik diapazonda elektromaqnit şüalanmasının keyfiyyətli subyektiv xarakteristikasıdır. Rəng hissetmənin fizioloji görüntüsü əsasında yaranır və bir sıra fiziki, fizioloji və psixoloji faktorlardan asılıdır. Rəngin fərdi qəbul edilməsi onun spektr tərkibindən, əhatə edən işıq mənbəyi ilə rəng və parlaqlıq kontrastından asılıdır. Bu faktor işıqlanmayan obyektlərlə də baş verir. Burada rəngin özündən, insan gözünün xüsusiyyətlərindən və psixikasından da asılılıq vardır. Berendsen, A. M., & Berendsen, A. M. (1989). Marine painting manual. London: Graham & Trotman. ISBN 1-85333-286-۰ p. 113.
Təng
Təng (Germi) Təng Erəm — İranın Buşehr ostanının Dəştistan şəhristanının Erəm bəxşində şəhər və onun mərkəzi. Təng-i Bələkə (Soyuqbulaq) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. Qışlaq-i Təng (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd.
Vəng
Azərbaycanda Vəng (İsmayıllı) — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Vəng (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Vəng (Xocavənd) (20 okyabr 2020-ci il, işğaldan azad olunandan sonra: "Çinarlı" adına dəyişdirilmişdi ) — Azərbaycan Respublikasının Xocavənd rayonunun inzibati ərazi vahidində kənd. Ermənistanda Vəng (Meğri) — Meğri rayonunun inzibati ərazi vahidində kənd.
Zəngi
Zəngi (İsmayıllı) Zəngi (Şəbüstər) Zəngiçay — Ermənistan və Naxçıvan MR-də çay. Zəngi — İsmayıllı rayonu ərazisində çay. Girdiman çayi hövzəsinə daxildir. Zəngi dərə — Qobustan rayonu ərazisində çay. Çay axdığı Zangidərənin adi ilə adlandırılmışdır.
Çəng
Çəng – simli musiqi aləti. Çağdaş arfanın sələfidir. Arfanın ən qədim növüdür. Bir sıra Şərq xalqlarının çəngi olsa da, Azərbaycanda olan alət onlardan ən böyük diapozonlusu olub. Azərbaycan cənginin 31-32 simi olub. Qərb alimləri bu aləti böyüdüb, təkmiləşdirilib arfa formasına salıblar. Amma İranda yenə də bu alətə çəng deyirlər. Çəng sözünün "tutmaq", "yapışmaq" mənasını verdiyini güman etmək olar. Çində, İranda belə alətlərə "çəng" deyilib, uyğurlar onu "kunkau", ərəblər isə "cunk" adlandırıblar . Çağdaş arfa musiqi alətinin ibtidaisi sayılan çəngin yaranma tarixi çox qədimlərə gedib çıxır.
Bərpa etmə
Bərpa etmə(k) – (ing. undelete) uzaqlaşdırılmış informasiyanın, adətən, sonuncu uzaqlaşdırılmış elementin bərpası əməliyyatı. Bərpa etmə "undo" (geri almaq) komandası ilə müqayisə oluna bilər; ancaq o, daha məhduddur, belə ki, UNDO komandası sistemi sonuncu əməliyyatdan qabaqkı vəziyyətə qaytarır, bərpa etmə isə yalnız silinməni bərpa edir. Ümumiyyətlə, bərpa etmə kəsilib götürülmüş mətnə aid olur. Bax: UNDO. Fayla aid işlədildikdə bərpa etmə informasiyanın yaddaşda bərpasını bildirir. Adətən, fayl silinərkən onun tutduğu yaddaş sahəsinin nişanı götürüldüyündən, yəni həmin sahə yeni verilənlər üçün açıldığından, bərpa etmə asanca gerçəkləşdirilir, bir şərtlə ki, bu məqsəd üçün xidməti proqramlardan istifadə olunsun. Yox, əgər yeni faylın bir hissəsi silinmiş faylın üzərinə yazılıbsa, əlbəttə, bərpa etmə daha mümkün olmayacaq. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Sentrifuqa etmə
Sentrifuqa—hazırda bioloji tədqiqat işinin aparılmasında geniş tətbiq olunur.O,çox böyük dövretmə surətinə malikdir.Hüceyrələri dəqiqədə 10 minlərlə dəfə dövr etdirən aparatın köməyi ilə müxtəlif xüsusi çəkiyə malik hüceyrə strukturlarına ayırmaq mümkün olur.Sentrifuqanın köməyi ilə müxtəlif hüceyrə orqanoidləri,onların köməyi ilə müxtəlif hüceyrə orqanoidləri,onların kimyəvi tərkibi də tədqiq olunur. Müasir avadanlıqlar insan orqanizmində gedən bioloji proseslərin gedişinin izlənilməsində əvəzsiz vasitədir.Bu cihazların köməyi ilə orqanizmə zərər vurmadan bioloji prosesləri tədqiq etmək mümkündür. Sentrifuqa etmə—mərkəzdənqaçma qüvvəsi sahəsinin təsiri altında qeyri-cinsli sistemlərin ayrılması prosesidir. Sentrifuqa üçün müxtəlif quruluşlu sentrifuqalar tətbiq olunur.Yüksək ayrılma faktoruna malik,nimçəvari barabanlarla təchiz olunmuş sentrifuqalar-seperatorlar sentrifuqanın ən geniş yayılmış tiplərindəndir.Seperatorlar nəmliyi 60–90%-ə qədər olan çöküntüləri qatılaşdırmağa imkan verir. Son illərdə seperasiya prosesini avtomatlaşdırılmış rejimdə aparan,konkret kultur məhlulu üçün optimum fərdi şərait seçilməsinə imkan verən xüsusi hermetik seperatorlar meydana gəlmişdir. Sentrifuqa etmənin tətbiq sahələrinə aiddir: 1.Kultur məhlulundan biokütlənin (mayalar,bakteriyalar,göbələklər) ayrılması; 2.Mikrobioloji sintezin müxtəlif məqsədli məhsulların ayrılması (antibiotiklər,fermentlər, vitaminlər və s),qabaqcadan bərk fazaya keçirilməsi; 3.Ekstraksiyada əmələ gələn emulsiyanın ayrılması.
Bora Zeng
Bora Van (9 aprel 1987) — Türkiyəni təmsil edən stolüstü tennisçi. == Karyerası == Bora Van Türkiyəni 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub.
Cem Zeng
Cem Zeng (21 oktyabr 1985) — Türkiyəni təmsil edən stolüstü tennisçi. == Karyerası == Cem Zeng Türkiyəni 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Zen
Zen, zen (yap. 禅; sanskr. ध्यान, dhyana – " dərketmə", çin. 禪chan, kor. 선 yuxu, vyet. thiền thien) Çin və bütün Şərqi Asiya Buddizminin ən mühüm məktəblərindən biridir. Son olaraq 5–6-cı əsrlərdə Çində daosizmin böyük təsiri altında formalaşmışdır. Çin, Vyetnam və Koreyada Mahayana Buddizminin dominant rahiblik formasıdır. Geniş mənada Zen mistik dərketmə məktəbi və ya Buddist mistisizmindən yaranan maarifçilik təlimidir. Dar mənada Zen bəzən Yaponiyada özünəməxsus milli xüsusiyyətə malik və XII əsrin sonlarında Çindən gəlmiş Buddizmin təsirli məktəblərindən biri kimi qəbul edilir.
Dəli bəng
Dəlibəng (lat. Datura) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinə aid bitki cinsi. == Haqqında == Dəlibəng - Qaragilə fəsiləsinə aid olan birillik bitkidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, yumurtavari formadadır. Meyvəsi tikanlı qutu formasında olub şara oxşayır, toxumu qara-qonur qəhvəyi rəngdə olub böyrəyə bənzəyir. Dəlbəng başlı-başına buraxılmış, çürümüş torpaq və peyinlə zəngin olan torpaqda, bağça və bostanda bitir. Tərkibində atropin, hiostiamin skopalamin alkaloidləri vardır. Bitkinin bütün hissələri, xüsusilə meyvələri daha kəskin zəhərlidir. Körpə heyvanlar üçün təhlükəlidir.
Əmək
Əmək — fərdin və cəmiyyətin tələbatını ödəmək üçün insanın məqsədyönlü, maddi (fiziki əmək) və qeyri-maddi (əqli əmək) fəaliyyəti. Əmək vasitəsi ilə insan özü ilə təbiət arasında münasibətləri tənzimləyir. Əmək prosesində təbiəti dəyişməklə insan özünü də dəyişir, yeni imkanlarını üzə çıxardır. Əmək insanı təbiətdən təcrid etsə də, təbiətlə xüsusi münasibətlərini daima saxlayır. Əmək iqtisadi kateqoriya kimi istehsalat faktorlarından biri sayılır. Marksizm nəzəriyyəsinə görə əmək insanın dünyaya bağlılığın ilk faktorudur. Həmçinin əmək prosesində xüsusi münasibətlər - istehsal münasibətləri yaranır. Əmək kollektiv fəaliyyət olduğundan onu təşkil etmək üçün əlaqə vasitələri lazım olur. Bu rolu isə insan dili oynayır. Cəmiyyətin inkişafı əsasən əmək alətlərinin və istehsal münasibətlərinin təkmilləşdirilməsindən asılıdır.
Ətək
Ətək və ya yubka — beldən asılan və ayaqları bütün və ya qismən əhatə edən boru və ya konus formalı geyim. Ətək paltarın və ya donun alt hissəsidir və yaxud bir insanı beldən aşağı hissəsini əhatə edən ayrı bir xarici geyimdir. Qərb dünyasında, ətək adətən qadın geyimi hesab olunur. Lakin, istisnalar da var: Kilt, Şotlandiyanın ənənəvi kişi geyimidir. Yubkaların ətəyinin uzunluğu mikro ölçüdən döşəmə uzunluğuna qədər dəyişə bilər və estetika mədəni anlayışlarına, geyinənin şəxsi zövqünə görə, moda və sosial kontekst kimi amillərin təsirinə görə dəyişə bilər. Əksər ətəklər ayrı geyimlərdir, lakin bəziləri şort və mayo kimi bir geyimlərin bir hissəsi ola bilər. Ətəklər erkən dövrlərdən bəri alt bədəni örtməyin ən sadə yolu kimi geyilib. Mis dövrünün əvvəlindən indiki Serbiya və qonşu Balkan xalqlarının ərazisində yerləşən Vinça mədəniyyətinin (e.ə.5700-4500) istehsal etdiyi heykəlciklər qadınlara ətək kimi geyimlər göstərir. Ətək Yaxın Şərqdə və Misirdə bütün qədim mədəniyyətlərdə kişilər və qadınlar üçün standart geyim idi. Mesopotamiyadakı şumerlər kaunakes geyirdilər, bu bir kəmərlə bağlanmış xəz yubka növü idi.
Hong Kong
Honkonq və ya Honq Konq (çin. 香港, ing. Hong Kong), rəsmi şəkildə Çin Xalq Respublikasının Honq Konq Xüsusi İnzibati Bölgəsi (abreviatur. Honq Konq XİB və ya HKXİB), cənubi Çində Mirvari çayı deltasının şərq hissəsində yerləşən şəhər və xüsusi inzibati rayondur. 1,104 kvadrat kilometr (426 kvadrat mil) ərazidə müxtəlif millətlərdən olan 7.5 milyon insan ilə Honq Konq dünyanın ən sıx məskunlaşıldığı yerlərindən biridir. Honq Konq həm də böyük maliyyə mərkəzi və dünyanın ən inkişaf etmiş şəhərlərindən biridir. == Etimologiya == Honq Konq dünyada ən yüksək həyat şəraitinə malik ölkə kimi də seçilir. Ölkədə adambaşına düşən milli gəlir 90 min 856 dollardır. Bu göstərici ilə Honq Konq Böyük Britaniya, Fransa, Almaniya, İsveç, Danimarka, İtaliya və Yaponiyanı qabaqlayır. Ölkədə ümumdaxili məhsul 253 milyard dollar təşkil edir.
Eynək
Eynək, gözlük və ya çeşmək — insanın gözlərinin qarşısında saxladığı, müxtəlif üsullarla bərkidilən bir cüt linza və ya digər şəffaf materialdan hazırlanan lövhəciklər. Eynəklərin müxtəlif təyinatları vardır: Optik eynəklər Günəş eynəkləri Üzgüçülər üçün eynəklər Sürücü eynəkləri Yüksək müdafiəli eynəklər "Xameleonlar" Şaxtaçılar üçün eynəklər 3 ölçülü film eynəyi və s. Adi gün eynəkləri orta qurşağın tələblərinə cavab verən yay eynəkləridir. Yüksək müdafiəli eynəklər isə ilk növbədə hündür dağlıq ərazi, qütbarxası ərazilər, ozon anomaliyalı regionlar üçün nəzərdə tutulub. Onlar həm yay, həm də qış mövsümü üçün vacibdir. == Optik eynəklər == Optik eynəklər görmə qabiliyyəti zəif olan insanlar üçün nəzərdə tutlur. Yaxındangörməni səpici linzalı eynək, uzaqdangörməni isə toplayıcı linzalı eynək taxmaqla aradan qaldırırlar. İlk eynək elə optik eynək olmuşdur. O 1280-ci ildə italyada ixtira olunmuşdur və bu ixtiranın müəllifi Salvinio delli Armati olmuşdur. Əşyaların daha yaxşı görünməsini təmin edirdi.
Fenq Şui
Fenq Şui (Hava və Külək) – təbiətdə olan enerjini, yaşadığımız ətrafda hərəkətə çevirmə texnologiyasını göstərən köhnə bir Çin təlimi. Fenq Şui köhnə bir Çin yaşayış tətbiqi olub, ətrafla uyğunlaşmasını təmin etməyə istiqamətli, kosmosda məkanın nizamını etməyə istiqamətli bir tətbiqdir. Bu terminin qaynağının "küləklərin vəhşi / Günəş ilıq / Su ay / Ağaclar gur" şeirindən gəldiyinə inanılır. Beş min illik keçmişi olan Fenq Şui təliminin, insanın yaranma xüsusiyyətlərinə uyğun həyat sahələrini tənzimləmə üsulu olduğuna və beləcə daha sağlam yaşanılıb, xoşbəxt əlaqələr qurulacağına, fərdi inkişafdan karyeramızı inkişaf etdirib qazanc artımına yaxşı təsir etməsinə inanılır. Fenq Şui coğrafi, dini, fəlsəfi, riyazi və ideoloji fikirlərin bir qarışığını ehtiva edən ayrı bir Çin inanc sistemidir. Ancaq bir din ya da təriqət deyil. Bir yerin "yaxşı bir fenq şui" yə sahib olması oranın təbiətlə harmoniya içində olması, "pis bir fenq şui" yə sahib olması isə oranın təbiətlə uyğunlaşmasız olmasıdır. Fenq Şui bir dekorasiya stili deyil. Daha çox ana xətləri bir çox dekorasiya stili ilə uyğun bir intizamdır. İnsanlar ümumiyyətlə yaxşı bir fenq şuiyə sahib və ya sahib deyil deyə açəqlamazlar.
Gəmi zəngi
Gəmi zəngləri, Gəmidəki zəng olaraq saatları göstərən bir sistemdir. Gemi dəhlizində gəmiçilərin növbə və istirahət vaxtlarını təşkil etmək üçün istifadə edilərdi. Vətəndaş saatlara bənzəməz, zəngin vuruşu saatın zamanı ilə uyğun değildir. Səkkiz zəng vuruşu vardır, dörd saatliq bir qəti hər yarım saatında. Zəng hər yarım saatda çalınır və cüt nizamdan hesablamanı asanlaşdırmaq üçün, sıranın sonunda tək bir zilli. Gəmi zəngləri iki və ya dörd qrupa bölünür və keşikçilər deyə adlandırılır. Her bir növbətçi əsnasında əsaslı vəzifələr olan sükan, seyr, sahil müşahidə və gözətçi alır. Səkkiz zəng dənizçilərə keşik bitdiyini xəbər verir. Dənizçinin ölüm xəbəri də gəmi zəngi ilə bildirilir.
Katerina Zeno
Katerina Zeno (it. Caterino Zeno) ; (1440-cı illər, Venesiya – 1490-cı illər, Venesiya) — italyan siyasətçi və Venesiya Respublikasının diplomatı. Ağqoyunlu hökmdarı Uzun Həsənin yanında Venesiya səfirliyi etməsi ilə məşhurdur. == Həyatı == Zeno 12 iyul 1418-ci ildə Venesiyada dünyaya gəlmişdir. O, Zeno ailəsinin üzvü olaraq zadəgan ailəsində dünyaya gəlmişdi. Atası Draqone Pietro Zeno (ö. 1430), anası Anna Morosini idi. Anna Morosini Venesiyanın bir müddət doju olmuş Miçele Morosininin qardaşının qızı idi. Zenonun Antonio və Nikolo adlı iki qardaşı, Antonia adlı bir bacısı olmuşdur. Bacısı 1439-cu ildə Antonio Zorzi ilə evlənmişdir.