Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zəngulə
Zəngulə - (hərf. far. – zınqırov, xırda zəng, cınqral) Yaxın Şərq xalqları klassik musiqisinin əsasını təşkil edən 12 muğamdan doqquzuncusu. Azərbaycan vokal musiqi yaradıcılığında geniş istifadə olunan bəzək və zinət priyomlarından biri. Xanəndə və aşıq ifaçılığında avazın yekrəng səslənməsi və dinləyiciyə daha artıq xoş gəlməsi üçün oxunan muğam, qoşma və sairənin melodiyasında təğənni olunan ayrı – ayrı səsin yüksəliyi etibarı ilə ona ən yaxın qonşu səslər ilə növbələndirilməsi.
Zəngələ
Zəngələ — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Yardımlı rayonunun Zəngələ kəndi Horavar kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Vərov kəndi mərkəz olmaqla Vərov kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Oykonim Zəngənə adlı bir tayfanı əks etdirir. Məmməd Həsən Vəliyevin sözlərinə görə, XIV əsrdə Hulaku hökmdarlar ilə Zəngənə tayfası Türküstandan İrana göçürülüb gəlmişdi. Və bu tayfa orta əsrlərdə qızılbaşlara qoşulmuşdur. Bir müddət keçəndən sonra Səfəvi şahları Zəngənə tayfasına Azərbaycanda,Gürcüstanda və Ermənistanda ərazi ayırmışdır.Zəngələ sözünün etimologiyası ilə bağlı üç fərziyyə var. Bunlardan biri zəngənə adlı tayfa ilə bağlıdır. Digər iki fərziyyəyə görə kəndin adı talış dilindən zənqulə (sırsıra) və ya zənqələ (balıqqulağı) sözləri ilə əlaqələndirir. == Tarixi == == Coğrafiyası və iqlimi = == Kənd Peştəsər silsiləsinin ətəyində yerləşir. == İqtisadiyyatı == Kənd əhalisi heyvandarlıq və əkinçiliklə məşğuldur.
Zəngilər
Zəngilər — 1127-ci ildə Levant bölgəsində qurulmuş dövlətdir. == Tarixi == Adları qədim mənbələrdə "sanqi" şəklində qeyd edilmiş zəngilər əsasən Qərbi Azərbaycanda İrəvan mahalı ərazisində yaşamışlar. Zəngibasar bölgə adının ortaya çıxmasına səbəb olan Zəngiçay da vaxtilə öz adını yaxasında məskunlaşmış zəngi boyundan almışdır. Zəngilər təkcə Ağrı vadisində deyil, həm də Zəngi (Zəngəzur) bölgəsində yaşamışlar. Ümumiyətlə, İrəvan mahalının digər qədim tayfaları kimi, zəngi boyları da sonralar geniş ərazilərə yayılmışdır. Belə ki, Quzey Azərbaycanda Zəngilan və Sanqaçal toponimlərində də izini qoymuş zəngilər bir zamanlar Türküstan çöllərinə qədər köç etmişlər. Böyük qazax mütəfəkkiri Çokan Vəlixanov qırğız mifologiyasında ilxını qoruyan haminin Kambar-Ata, qaramal hamisinin isə Zəngi-Ata adlanmasını qeyd edir.Səlcuqlu əmirlərdən Mosul hakimi İmad əd-din Zəngi ibn Sonkur ilə başlanan (1127) zəngi soyunun hökmranlığı Mosul bəyliyində Mahmudun ölümü (1222) ilə bitdi, lakin zəngi soyu təkcə Mosulda deyil, Hələb və Dəməşq bəyliklərində də hakimiyətdə idi. Bu isə onu göstərir ki, Ak-Sonqurun oğlu Zənginin mənsub olduğu zəngi soyu əhali arasında geniş dayağı olan tirələrdən imiş. Prof. F. Cəlilov qeyd edir ki, Zəncan şəhərinin adı da sanqi//zəngi boyu ilə bağlıdır.
Zəngənə
Zəngənə bu mənalarda gələ bilər: Yaşayış məntəqələriZəngənə (Sabirabad) — Azərbaycanın Sabirabad rayonunda kənd. Zəngənə (Məlayer) — İranın Həmədan ostanında şəhər.ŞəxslərMəhəmməd xan Zəngənə — Fətəli şah və Məhəmməd şah dövrlərində, Azərbaycanın hakimi.DigərZəngənə eli — Səfəvilər dövlətində qızılbaşlarla yanaşı yaşam sürən qurum.
Zəngilər (Zəngibasar)
Donuzgirən (?-03.01.1935), Zəngilər (03.01.1935-19.04.1991), Zorak (19.04.1991-indi) — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 4 km şimal-qərbdə, Zəngi çayının sol sahilində yerləşir. 1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Donuzyeyən formasında, 1728-ci il tarixli «İrəvan əyalətinin icmal dəftəri»ndə kəndin adı Donuzpayan, Qafqazın 5 verstlik xəritəsində Donquzian formasında qeyd edilmişdir. Toponim donuz heyvan adına «girən» (daxil olan mənasında) feli sifətinin artırılması ilə düzəlmişdir. Zootoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Toponimi == Zəngilər toponimi də türk mənşəlidir. Türk əsilli zəngilər nəsil adı ilə bağlıdır. F.Sümər yazır: «Əlcəzair və Suriyə hakimləri olan zəngilər də türk məmlük ailəsindən idilər». Ərəb ölkələrindəki məmlük türkləri qıpçaq tayfalarıdır.
Zəngilər dövləti
Zəngilər — 1127-ci ildə Levant bölgəsində qurulmuş dövlətdir. == Tarixi == Adları qədim mənbələrdə "sanqi" şəklində qeyd edilmiş zəngilər əsasən Qərbi Azərbaycanda İrəvan mahalı ərazisində yaşamışlar. Zəngibasar bölgə adının ortaya çıxmasına səbəb olan Zəngiçay da vaxtilə öz adını yaxasında məskunlaşmış zəngi boyundan almışdır. Zəngilər təkcə Ağrı vadisində deyil, həm də Zəngi (Zəngəzur) bölgəsində yaşamışlar. Ümumiyətlə, İrəvan mahalının digər qədim tayfaları kimi, zəngi boyları da sonralar geniş ərazilərə yayılmışdır. Belə ki, Quzey Azərbaycanda Zəngilan və Sanqaçal toponimlərində də izini qoymuş zəngilər bir zamanlar Türküstan çöllərinə qədər köç etmişlər. Böyük qazax mütəfəkkiri Çokan Vəlixanov qırğız mifologiyasında ilxını qoruyan haminin Kambar-Ata, qaramal hamisinin isə Zəngi-Ata adlanmasını qeyd edir.Səlcuqlu əmirlərdən Mosul hakimi İmad əd-din Zəngi ibn Sonkur ilə başlanan (1127) zəngi soyunun hökmranlığı Mosul bəyliyində Mahmudun ölümü (1222) ilə bitdi, lakin zəngi soyu təkcə Mosulda deyil, Hələb və Dəməşq bəyliklərində də hakimiyətdə idi. Bu isə onu göstərir ki, Ak-Sonqurun oğlu Zənginin mənsub olduğu zəngi soyu əhali arasında geniş dayağı olan tirələrdən imiş. Prof. F. Cəlilov qeyd edir ki, Zəncan şəhərinin adı da sanqi//zəngi boyu ilə bağlıdır.
Zəngənə (Həmədan)
Zəngənə — İranın Həmədan ostanının Məlayir şəhristanının Zənd bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 844 nəfər və 242 ailədən ibarət idi.
Zəngənə (Məlayer)
Zəngənə — İranın Həmədan ostanının Məlayir şəhristanının Zənd bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 844 nəfər və 242 ailədən ibarət idi.
Zəngənə (Məlayir)
Zəngənə — İranın Həmədan ostanının Məlayir şəhristanının Zənd bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 844 nəfər və 242 ailədən ibarət idi.
Zəngənə (Puldəşt)
Zəngənə (fars. زنگنه‎) - İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 43 nəfər yaşayır (13 ailə).
Zəngənə (Sabirabad)
Zəngənə — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 2379 nəfərdir. == Əhalisi == Qiyasəddin Qeybullayevə görə, kəndin əhalisi kürd mənşəli zəngənə tayfasına mənsub olmuşdur.
Zəngənə eli
Zəngənə eli — Kürd ya kürd qəbiləsi. == Tarixi == Zəngənə eli əsasən Azərbaycanda və Kirmanşahda köç-düşlə məşğul olurdu. == Kökənləri haqda fərziyyələr == M.H.Vəliyevə görə zəngənə tayfası XIII əsrin ortalarında Elxanilər (Hülakülər) tərəfindən Türkmənistandan köçürülmüş türk tayfalarındandır. == Elin oymaq və tayfaları == Çubin tayfası Kəndulə tayfası Osmanvənd tayfası Namivənd tayfası Çəhər tayfası == Elin məşhur nümayəndələri == Əlibala bəy Zəngənə — I Şah Abbas Səfəvinin cilovdarı. Şeyxəli xan Zəngənə (?-1688) Şahrux sultan Zəngənə— (?-1639), Zəngənə elinin başçısı. Şahqulu xan Zəngənə (1707-1715)-ci illərdə, Şah Sultan Hüseyn Səfəvinin hakimiyyəti dönəmində Səfəvilər dövlətinin baş vəziri. Hacı Hüseynəli xan Zəngənə— Şeyxəli xanın oğlu, sərkərdə. Əbdülbaqi xan Zəngənə— Hacı Hüseynəli xanın oğlu, elxan. Hüseynqulu xan Zəngənə — Hacı Hüseynəli xanın oğlu, Nadir şah Qırxlı-Avşarın sərkərdəsi. İmamqulu xan Zəngənə — Məhəmmədrəhim bəy oğlu, Zəngənə elinin böyüklərindən, Nadir şah Qırxlı-Avşarın sərkərdəsi.
Zəngli saat
Zəngli saat — müəyyən edilmiş zamanda səs və ya işıq effekti ilə vaxtı bildirən mexaniki saat. Zəngli saat həmçinin taymer rolunu da oynaya bilər. Mexaniki Zəngli saatı 1787-ci ildə amerikalı Levi Xatçins ixtira edib.
Hüseynqulu xan Zəngənə
Hüseynqulu xan Zəngənə (?-?) — Zəngənə elinin başçılarından, Nadir şah Qırxlı-Avşarın sərkərdəsi. == Həyatı == Hüseynqulu xan Hacı Hüseynəli xan oğlu Kirmanşah şəhərində doğulmuşdu.Mükəmməl mədrəsə təhsili almışdı. 12 mart 1729-cu ildə Nadir Hüseynqulu xanı Gilan əyalətinə hakim təyin etdi. Həmin zaman Gilan rusların əlində idi. Nadir Rusiyaya elçi göndərin Gilan və Astrabadı geri tələb etdi. 1730-cu ilin martında Nadir Həmədana doğru istiqamət götürdü. Onun qoşunu 25 min nəfərlik süvari və piyadalardan ibarət idi. Bu yürüşdə onu toplar və zənburəklər müşayiət edirdilər. Eyni zamanda o, Tehrandakı qüvvələrə də xəbər göndərdi ki, Qəzvin-Ave yolu ilə Azərbaycanın cənub-qərbinə doğru hərəkət etsinlər. Hüseynqulu xan Zəngənə özünün beş min nəfərlik dəstəsi ilə Gülpayqan yaxınlığında düşərgə saldı.
Məhəmməd xan Zəngənə
Məhəmməd xan Əmir Nizam Zəngənə (ö.1841) — Hacı Əli xan Zəngənə oğlu, Fətəli şah və Məhəmməd şah dövrlərində, Azərbaycanın hakimi, Azərbaycan ordusunun komandanı və Abbas mirzənin müşiri olmuşdur.Aleksandr Qriboyedovun qətlindən sonra, 1829-cu ildə Məhəmməd xan Zəngənə, Abbas mirzənin oğlu şahzadə Xosrov mirzə Qovanlı-Qacarla üzrxahlıq üçün Sankt-Peterburqa getmişdi. Tiflisdəki "Diplomatik dəftərxana" da "Tiflisdə tatar dilində qəzet nəşri haqqında" 142 nömrəli iş 29 mart 1831-ci ildə açılıb, 30 yanvar 1833-cü ildə bağlanmışdır. İş Təbrizdən Bezakın diplomatik dəftərxanaya məktubu ilə başlanır. O, xahiş edirdi ki, Azərbaycan dilindəki qəzet Təbrizdə Məhəmməd xan Əmir Nizama təqdim olunmaq üçün "ardıcıl çatdırılsın", çünki o, qəzetin məzmunu ilə şahı tanış edəcəkdir. == Həyatı == Nadir mirzə öz nüsxəsində yazır: "… Əmir- nizam Məhəmməd xan ölümündən 1 il qabaq Urmiyadan gəlirmis. Acı çay körpüsündən keçərkən, Təbriz qadınlarından bir neçəsi ona yaxınlaşaraq çörək qıtlığından ona şikayət edib, balaları aclıq çəkdiklərini bildirir və ağlayırlar. Təbriz qadınlarının göz yaşları Məhəmməd xana çox ağır təsir edir və deyir: " Mənə sabahadək möhlət verin" Sabahı, onun göstərişi ilə həmin ərazinin başçıları və hərbi mənsəb sahibləri çörəkçilərin hamısını tutdular. Çörəyi gizlədib narazılıq yaradan və möhtəkirlik edən o zümrənin hamisı tənbeh olundu. "Uzun saqqallıq edənlərin" çubuq cəzasından sonra hamısının saqqalı qırxıldı. Hətta , bəzilərinin qulağını kəsdilər.
Çıraqəli xan Zəngənə
Çıraqəli xan Zəngənə (?-1865) — Nasirəddin şah Qacarın münşisi. == Həyatı == Çıraqəli xan Zəngənə elindəndir. Təbrizdə Nasirəddin şah Qacarın münşisi olmuşdu. Sonra şah onu Tehrana aparmışdı. Tehranda orduya daxil olmuş, qullarağası dəstəsində sərhəng (polkovnik) rütbəsinədək yüksəlmişdi. Siracülmülk ləqəbini daşıyırdı. Çıraqəli xan Zəngənə 1865-ci ildə vəfat edib. == Mənbə == Ənvər Çingizoğlu, Zəngənə eli və məşhur şəxsiyyətləri, Bakı, "Soy" dərgisi, 2010. == Ədəbiyyat == Bāmdād, Rejāl I, pp. 300–01.
Şahqulu xan Zəngənə
Şahqulu xan Şeyxəli xan oğlu Zəngənə (XVII əsr, İsfahan – 1716) — Səfəvilər dövlətinin baş vəziri. == Həyatı == Şahqulu xan Şeyxəli xan oğlu İsfahan şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Zəngənə elinin başçısı idi. 1680-ci ildə Kirmanşah bəylərbəyliyinin hakimi təyin edildi. 1691-ci ildən 1699-cu ilədək qorçubaşı vəzifəsində çalışmışdı. Şahqulu xan Zəngənə 1707-ci ildən 1716-cı ilədək Şah Sultan Hüseyn Səfəvinin baş vəzi, etimadüddövləsi olmuşdur. Şahqulu xan Zəngənə 1716-cı ildə vəfat edib. == Mənbə == Ənvər Çingizoğlu, Zəngənə eli və məşhur şəxsiyyətləri, Bakı, "Soy" dərgisi, 2010.
Şeyxəli xan Zəngənə
Şeyxəli xan Əlibala bəy oğlu Zəngənə (1609-1691) — Səfəvilər dövlətinin baş vəziri. == Həyatı == Şeyxəli xan Əlibala bəy oğlu İsfahan şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Zəngənə elinin başçısı idi. 1653-cü ildə Kirmanşahın hakimi təyin edildi. Şeyxəli xan Zəngənə 1669-cu ildən 1691-ci ilədək II Şah Səfinin (Şah Süleyman Səfəvi) baş vəzi, etimadüddövləsi olmuşdu. Şeyxəli xan Zəngənə 1691-ci ildə vəfat edib. == Ailəsi == Şeyxəli xan Zəngənənin Şahqulu xan, Hüseynəli xan adlı oğlanları vardı. == Mənbə == Ənvər Çingizoğlu, Zəngənə eli və məşhur şəxsiyyətləri, Bakı, "Soy" dərgisi, 2010.
Zemqale
Zemqale (latış. Zemgale‎; alm. Semgallen‎; pol. Semigalia; lit. Žiemgala; liv. Zemgāl) — Latviyanın tarixi-mədəni bölgəsi. Adı bu torpaqlarda yaşamış zemqallar xalqından gəlir. == Coğrafiya == Mərkəzi keçmiş Kurzeme və Zemqale Hersoqluğun paytaxtı olan Yelqava şəhəridir. Seliya diyarı və bəzən Litvanın hissələri də Zemqale torpaqları kimi sayılır. Litvada yerləşən tarixi Zemqale (Jiemqala) hissəsi Aukştaytiya bölgəsinin hissəsidir.
Züngüləş
Züngüləş — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. == Etimologiyası == Zəngil talış dilində bitki adı, kəş və ya (ləş) «kiçik çay» deməkdir. Kənd adının düzgün yazılışı Zəngilkəş olmalıdır. == İnfrastruktur == 2014-cü ilin dekabr ayının 30-da kəndə ilk dəfə olaraq təbii qaz verilmişdir.
Zərqulu
Zərqulu — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Tirkeşəvənd kənd inzibati ərazi dairəsində kənd.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzaladığı üçtərəfli bəyənatdan sonra Zərqulu kəndi 25 noyabr 2020-ci ildə boşaldıldı. == Tarixi == Zarqulu kəndi Uzunyal dağının ətəyindədir. Yaşayış məntəqəsini Laçın rayonunun Muncuqlu kəndindən (hazırda mövcud deyil) gəlmiş hacporuclar və Dərələyəz mahalından gəlmiş Hamzalar adlı nəsillərə mənsub ailələr salmışlar. Zarqulu kəndin bünövrəsini qoymuş şəxsin adı hesab olunur.Kəndin yerləşdiyi ərazi qədim yaşayış məskəni olub. Onun bünövrəsini XV-XVI əsrlərdə Şano adlı bir şəxs qoyub. Bu ərazidə çox sayda qızıl quyuları var. Burada quyu dağ-mədən lağımı mənasındadır. Zər qızıl deməkdir. Görünür nə vaxtsa ərazi Zərquyular adlanıb, sonralar söz assimliyasiya olunaraq Zərqulu formasına keçib.
Yozef Mengele
Yozef Mengele (alm. Josef Mengele‎; 16 mart 1911[…], Güntsburq[d], Bavariya Krallığı, Almaniya imperiyası – 8 fevral 1979[…], Bertioqa[d], San-Paulu ştatı), Ölüm mələyi (alm. Todesengel‎) və ya Ağ mələk (alm. der Weisse Engel‎ və ya Weißer Engel)) — SS-Hauptşturmfürer (kapitan) rütbəli Almaniya zabiti və İkinci Dünya müharibəsində xidmət etmiş hərbi həkim. Tarixdə daha çox Auşvitz həbs düşərgəsindəki fəaliyyəti ilə yadda qalıb. Mengele həbs düşərgəsində məhbuslar üzərində ölümcül eksperimentlər aparmış, eləcə də qaz kamerasında öldürülən qurbanların seçilməsində iştirak etmiş həkim qrupunun üzvü olmuşdur. Qızıl Ordu qoşunlarının Polşa ərazisindən keçməsi ilə Mengele Sovet qüvvələrinin Auşvitzə gəlməsindən cəmi 10 gün əvvəl, 1945-ci il yanvarın 17-də Auşvitzdən 280 kilometr (170 mil) uzaqlaşdırılaraq Qross-Rozen həbs düşərgəsinə göndərilmişdir. Müharibədən əvvəl Mengele antropologiya və tibb sahəsində doktorluq dərəcəsi almış və tədqiqatçı kimi karyerasına başlamışdır. 1937-ci ildə Nasist Partiyasına, 1938-ci ildə isə SS-ə üzv olmuşdur. İkinci Dünya müharibəsinin ilk illərində bir taborun hərbi həkimi vəzifəsinə təyin edilən Mengele sonralar 1943-cü ilin əvvəllərində nasist həbs düşərgələrinə göndərilir və təyinatı Auşvitzə verilir.
Züngüləş bələdiyyəsi
Astara bələdiyyələri — Astara rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Zəngmülk (Əhər)
Zəngmülk (fars. زنگ ملك‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 17 nəfər yaşayır (6 ailə).
Zəngü (Səlmas)
Zəngü (fars. ‎زنگو‎) - İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 208 nəfər. yaşayır (38 ailə).