Zəngilər (Zəngibasar)

Donuzgirən (?-03.01.1935), Zəngilər (03.01.1935-19.04.1991), Zorak (19.04.1991-indi) — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunda kənd.[2]

Kənd
Zəngilər
40°05′33″ şm. e. 44°23′31″ ş. u.
Ölkə  Ermənistan
Region Zəngibasar mahalı
Rayon Zəngibasar rayonu
Tarixi və coğrafiyası
Əsası qoyulub 1712
Əvvəlki adları Donuzgirən (?-03.01.1935)
Zəngilər (03.01.1935-19.04.1991)
Sahəsi
  • 3,86 km²
Mərkəzin hündürlüyü 840 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 1.783 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Zəngilər xəritədə
Zəngilər
Zəngilər

Rayon mərkəzindən 4 km şimal-qərbdə, Zəngi çayının sol sahilində yerləşir. 1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Donuzyeyən formasında[3], 1728-ci il tarixli «İrəvan əyalətinin icmal dəftəri»ndə kəndin adı Donuzpayan[4], Qafqazın 5 verstlik xəritəsində Donquzian formasında[5] qeyd edilmişdir.

Toponim donuz heyvan adına «girən» (daxil olan mənasında) feli sifətinin artırılması ilə düzəlmişdir. Zootoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Zəngilər toponimi də türk mənşəlidir. Türk əsilli zəngilər nəsil adı ilə bağlıdır. F.Sümər yazır: «Əlcəzair və Suriyə hakimləri olan zəngilər də türk məmlük ailəsindən idilər»[6].

Ərəb ölkələrindəki məmlük türkləri qıpçaq tayfalarıdır[7]. Deməli, zəngilər qıpçaq tayfalarından biridir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Kəndin adı 3 yanvar 1935-ci ilə kimi kəndin adı Donuzgiən (Donuzgirən) olmuşdur.

Erm. SSR AS RH-nin 03.01.1935-ci il fərmanı ilə adı dəyişdirilib Zəngilər qoyulmuşdur.

Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə adı dəyişdirilib Zorak qoyulmuşdur.

Kənddə 1831-ci ildə 355 nəfər, 1873 - cü ildə 905 nəfər, 1886-cı ildə 1012 nəfər, 1897-ci ildə 1077 nəfər, 1908-ci ildə 1131 nəfər, 1914 - cü ildə 1464 nəfər, 1916-cı ildə 864 nəfər yalnız azərbaycanlı yaşamışdır[8].

1918-ci ildə erməni təcavüzünə məruz qalan kənd sakinləri deportasiya olunmuş, yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra onlar öz evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 399 nəfər, 1926-cı ildə 493 nəfər, 1931-ci ildə 518 nəfər[8], 1987-ci ildə 2050 nəfər azərbaycanlı yaşamışdır.

1988-ci ildə noyabr-dekabr aylarında kənd sakinləri Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır.

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
  3. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.161
  4. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.36
  5. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.88
  6. Sümər Faruq. Oğuzlar, Bakı, «Yazıçı», 1992. s.123
  7. Zeynalov F. Türkologiyanın əsasları, Bakı, «Maarif», 1981. s.26
  8. 1 2 erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.48-49, 128-129