Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Levzey
Rapontikum (lat. Rhaponticum) — mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Zəfəranabənzər levzey
Zəviyə
Zaviyə
Cəvzə
Rəbab (ərəb. ربابة‎, həmçinin rebab, rebap, rəbap və rəbabə) və ya Cəvzə (ərəb. جوزه‎, həmçinin cuza) — Ərəbistanda yaranmış, müsəlman karvanları ilə Şimali Afrikada, Orta Şərqdə və Avropanın bəzi hissələrində yayılmış simli musiqi aləti. Rəbab təxminən XII əsrdə yaradılmışdır. Alətin alt hissəsində onu yerə qoymaq üçün iti bir çıxıntı olur. Buna baxmayaraq, rübab kimi iti çıxıntısı olmayan variasiyalar da var. Alətin Bizans lirası və Krit lirasına kimi armudabənzər variasiyaları da mövcuddur. Krit lirası XI əsrdə Qərbi Avropaya yayılmış və rebek adını almışdır. Rekonkistadan əvvəl – müsəlmanların Əndəlüsü idarə etdiyi dövrdə alət İspaniya və Portuqaliyada məşhurlaşmışdır. Rəbab insan səsinə bənzər bir tona malik olduğuna görə dəyərli hesab olunur, lakin məhdudi səs tembrinə malikdir (oktavdan biraz yuxarı).
Zəviyə (Həştrud)
Zəviyə (fars. زاويه‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 70 nəfər yaşayır (18 ailə).
Zəviyə (Kəleybər)
Zəviyə (fars. زاويه‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 63 nəfər yaşayır (11 ailə).
Zəviyə (Miyanə)
Zəviyə (fars. زاويه‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 233 nəfər yaşayır (56 ailə).
Zəviyə (Xoy)
Zəviyə (fars. زاويه‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1.417 nəfər yaşayır (293 ailə).
Zəviyə (Əcəbşir)
Zəviyə (fars. زاويه‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 299 nəfər yaşayır (68 ailə).
Zərzər (Xudabəndə)
Zərzər (fars. زرزر‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 608 nəfər yaşayır (116 ailə).
Aşağı Zəviyə (Çaldıran)
Aşağı Zəviyə (fars. زاويه سفلي‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 401 nəfər yaşayır (99 ailə).
Yuxarı Zəviyə (Çaldıran)
Yuxarı Zəviyə (fars. زاويه عليا‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 143 nəfər yaşayır (33 ailə).
Zəviyə-i Cəfərabad
Zəviyə-i Cəfərabad (fars. زاويه جعفراباد‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 210 nəfər yaşayır (45 ailə).
Zəviyə-i Kivi
Zəviyə-i Kivi (fars. زاويه كيوي‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 57 nəfər yaşayır (20 ailə).
Zəviyə-i Kürd
Zəviyə-i Kürd (fars. زاويه كرد‎) və ya Zeyvə — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 379 nəfər yaşayır (81 ailə).
Zəviyə-i Zərcabad
Zəviyə-i Zərcabad (fars. زاويه زرج اباد‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 233 nəfər yaşayır (46 ailə).
Qışlaq-i Zəviyə (Germi)
Qışlaq-i Zəviyə (fars. قشلاق زاويه‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 69 nəfər yaşayır (16 ailə).
Zəviyə-i Şeyxlər (Xoy)
Zəviyə-i Şeyxlər (fars. زاويه شيخلر‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 569 nəfər yaşayır (100 ailə).
Rəzey
Rəzey — Cənubi Azərbaycanın Ərdəbil ostanının Meşkinşəhr şəhristanının Ərşəq bəxşində şəhər və bu bəxşin paytaxtıdır. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 1,749 nəfər və 413 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Gerzey mədəniyyəti
Qerzey mədəniyyəti və ya II Naqada mədəniyyəti - Qədim Misirdə sülalədən öncəsi dövrə aid olan arxeoloji mədəniyyət. Təxminən eramızdan əvvəl 3600-3200 illər arasını əhatə edir və enolit mərhələsinə aid edilir. == Ümumi məlumat == Qerzey mədəniyyəti Amrat dövründən sonra başlayaraq Naqada arxeoloji irsinin ikinci mərhələsini əhatə edir və buna görə II Naqada adlandırılır. Qerzey ismi ilk artefaktın əldə edildiyi əl-Qirza məntəqəsi ilə bağlıdır. Bu mədəniyyətin mövcud olduğu illər üzərində müxtəlif fikirlər vardır. Bəziləri e.ə 3600-3200 intervalını, digərləri isə e.ə 3500-3200 illər aralığını göstərirlər. Bu mülahizələrdə olan fərqlər ilkin Qerzey artefaktının aid olduğu ilin müəyyən edilməsindəki problemlərlə bağlıdır. Ümumi Naqada mədəniyyətinin üç hissəyə təsnifatı ilk dəfə 1894-cü ildə britaniyalı tarixçi Flinders Pitri tərəfindən verilmişdir. Mədəniyyətlər arasındakı fərqlər qablar üzərindəki ornamentlərdəki fərqlər ilə bağlıdır. Qerzey saxsı qablarında heyvan, təbiət bağlı rəsmlər, heroqlifə bənzər işarələr tapılmışdır.
Yevsey Gindes
Yevsey Yakovleviç Gindes (rus. Евсей Яковлевич Гиндес ; 17 oktyabr 1872, Kiyev – 5 sentyabr 1954, Bakı) — həkim-pediatr, Azərbaycan Xalq Cümhuriyyəti dövründə xalq səhiyyə naziri, Əmək Qəhrəmanı (1938), Azərbaycan SSR əməkdar elm xadimi (1928), Azərbaycan SSR əməkdar həkimi (1940). Kiyev Universitetinin tibb fakültəsini bitirmiş (1897), Kiyevdə professor Çernovun uşaq klinikasında ordinator (1897–1905), Aleksandr xəstəxanasının yoluxucu xəstəliklər uşaq klinik şöbəsinin müdiri (1902–1905) işləmişdir. 1905-ci ildə Bakıya köçmüş, neft sənayeçiləri qurultayı şurasının Qara şəhərdəki xəstəxanasının uşaq şöbəsinin müdiri (1905–1914), 1914-cü ildən isə uşaq xəstəxanasının direktoru və baş həkimi olmuşdur. Gindes uşaq sümük vərəmi evinin – Zuğulbadakı sanatoriyasının təşkilatçısı və baş həkimi olmuşdur (1913–1930). Azərbaycan Xalq Cümhuriyyəti dövründə Fətəli xan Xoyskinin 3-cü Hökumət kabinəsində xalq səhiyyə naziri işləmişdir. O, slavyan-rus cəmiyyətinin üzvü idi. Sovet hakimiyyəti illərində Gindes Bayıldakı uşaq xəstəxanasının təşkilatçısı və baş həkimi olmuş (1932–45), 1941-ci ildə dissertasiya müdafiə etmədən tibb elmləri doktoru, professor təsdiq edilmişdir. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda uşaq xəstəlikləri kafedrasının professoru (1945–1952) olmuşdur. Qafqazda ilk uşaq məsləhətxanası, süd məhsulları ("Süd damcısı") mətbəxi (fəhlə rayonları olan Bayılda və Sabunçuda filialı var idi) təşkil etmişdir.
Yevsey Moiseyenko
Yevsey Moiseyenko — sovet boyakarı, SSRİ xalq rəssamı (1970), SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü (1973), Lenin mükafatı laureatı (1974), professor. Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda müəllim, 1963-cü ildən isə professor vəzifəsində çalışmışdır. Yevsey Moiseyenkonun yaradıcılığında inqilabi romantika, Vətəndaş müharibəsi mövzusu əhəmiyyətli yer tutur. Qırmızı əmək bayrağı ordeni Xalqlar dostluğu ordeni Lenin mükafatı (1974) Sosialist Əməyi Qəhrəmanı (1986) "Döyüş illəri" "Qırmızılar gəldi", 1961 "Yoldaşlar", 1963–1964 "Gilas", 1969 "Qələbə", 1970–1972 "Nitq", 1972–1975 ASE, VII cild, Bakı, 1983. səh. 23.
Əhməd Zeveyl
Əhməd Zevayl (ərəb. أحمد حسن زويل‎, ing. Ahmed H. Zewail; 26 fevral 1946[…], Dəmənhur – 2 avqust 2016[…], Pasadena, Kaliforniya) — Misir-ABŞ kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1999). Əhməd Zevayl 1946-cı il fevralın 26-da Misirin şimalındakı Damanhur şəhərində anadan olub. Uşaqlıq illəri Nil çayının sahilində yerləşən Desuk qəsəbəsində keçib. Atası Xasan Zevayl və anası Rauxin Dar övladlarının gələcəyi barədə ciddi düşünür, Əhmədin elmlərə can atmasını hərtərəfli dəstəkləyirdilər. Həmyaşıdlarının xoşagəlməz təsiri altına düşməməsi üçün atası onu gözündən qoymayıb. Öz ailəsinə çox yaxşı qayğı göstərən atası onun üçün örnək idi. O, oğluna öz işinə sədaqətlə xidmət etməyi öyrədirdi. Əhmədin anası təhsil almamışdı, lakin o, övladlarının yaxşı təhsil almasına can atırdı.
Sahle-Vork Zevde
Sahle-Vork Zewde (afar. Sahle-Work Zewde; amh. ሳህለወርቅ ዘውዴ; oro. Sahle-Work Zewde; somali. Sahle-Work Zewde; tiqr. Sahle-Work Zewde; 21 fevral 1950, Əddis-Əbəbə, Efiopiya imperiyası) — 2018-ci ildən etibarən Efiopiya Prezidenti, bu vəzifəni tutan ilk qadın siyasətçi və diplomat. Amerikan biznes jurnalı "Forbes" jurnalının illik nəşrində "Dünyanın 100 Ən Güclü Qadını" siyahısında Sahle-Vork dünyanın 96-cı ən güclü qadını və Afrika ən güclü qadını olaraq göstərildi. Əddis-Əbəbədə anadan olan Sahle-Vork Əddis-Əbəbədə Qebre-Mariam Liseyində ibtidai və orta təhsilini aldı, daha sonra Fransanın Monpelye Universitetində təbiət elmləri üzrə təhsil aldı. Amhar, fransız və ingilis dillərini mükəmməl bilir. Sahle-Vork Efiopiya tarixində səfir təyin edilən ikinci qadın oldu.