Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dambulaq
Dambulaq — Azərbaycan Respublikasının Laçın rayonu Şəlvə kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Mədəniyyəti == Kəndə Dambulaq kənd orta məktəbi,uşaq bağçası, mədəniyyət evi və mağaza əhaliyə xidmət göstərdi == Coğrafiyası və iqlimi == Dambulaq kəndi Laçın rayonunun şimal hissəsində rayon mərkəzindən 72 km-lik bir məsafədə yerləşir. Dəniz səviyyəsindən 1800 metr yüksəklikdə yerləşir. Dambulaq rayonun Hətəmlər, Daşlı, Şəlvə, Kaha, Qorçu, İmanlar, Budaqdərə kəndləri ilə həmsərhəddir. == Əhalisi == 2006-cı ilin statistikasına görə kəndin əhalisi 500 nəfər olmuşdur. Kənd əhalisinin milli tərkibi azərbaycan türkləri olmaqla ümumi sayı 786 nəfər 204 ailədən ibarətdir. (01 yanvar 2011-ci il tarixli məlumata əsasən) Tanınmış şəxsləri Əhliman Əsgərov Əvəz oğlu - Birinci Qarabağ müharibəsi şəhidi. Nazir Hətəmov Şiraslan oğlu- Ümumrusiya Azərbaycan Konqresinin Saxalin vilayəti üzrə regional bölməsinin sədri, Rusiya silahlı qüvvələrinin kapitanı.
Hamburq
Hamburq (alm. Freie und Hansestadt Hamburg‎) — Almaniyada şəhər. Avropada ən böyük liman şəhərlərindən biri olub. Şəhərin latın dilində adı Hammonia idi. Hamburqu tez-tez "dünyaya açılan qapı" adlandırırlar və buna görə də Hamburqun gerbində və bayrağında şəhər qalasının qapıları təsvir edilmişdir. Dünyanın çox şəhərlərinin öz gerbi və bayrağı var, lakin çox nadir halda hansısa şəhər öz himninin olması ilə öyünə bilir. Belə ki, vaxtilə Hamburq sadəcə şəhər deyil, həm də Hanze şəhər-dövləti olub. 2010-cu ildə Hamburq şəhəri dünyada yaşayış üçün 10-cu ən əlverişli şəhər seçilmişdir. == Coğrafi mövqeyi == Hamburq Şimali Almaniyada, Elba çayının hər iki sahilində, Elbanın Şimal dənizinə töküldüyü yerdən təxminən 110 kilometr cənub-şərq istiqamətində yerləşir. Təbii yaranmış dəniz limanı Elba çayı sahili boyunca uzanır.
Amburan burnu
Köhnə Bilgəh burnu və Amburan burnu — Abşeron yarımadasının şimalında, Xəzər dənizi sahilində yerləşir. İnzibati cəhətdən Bakı şəhəri Sabunçu rayonu ərazisinə daxildir. Sarıqayabaşı burnu istisna olmaqla Abşeron yarımadasının ən ucqar şimal nöqtəsini təşkil edir. Bilgəh-Pirşağı yolundan şimalda yerləşir. Burun ərazisidə otel və istirahət məkanları vardır. == Maraqlı fakt == Burunun digər adı Amburandır. Bu səbəbdən Amburan mayakının burunda yerləşməsi düşünülür. Ancaq Amburan mayakıı Köhnə Bilgəh burnunda deyil, Qalagah burnunda yerləşir.
Amburan mayakı
Amburan mayakı — Abşeron arxipelaqında gəmilərə yol göstərmək məqsədilə sahil yaxınlığında inşa olunan hündürmərtəbəli tikili. == Poçt markası üzərində == 2013-cü ilin may ayında Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Abşeron arxipelaqının mayaklarına həsr olunmuş 5 ədəd poçt markası təqdim edilmişdir. Qiyməti 50 qəpik olan həmin markalardan biri Amburan mayakına həsr olunmuşdur.
Təkqardaş zambaq
Təkqardaş zanbaq (lat. Lilium monadelphum) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin zanbaq cinsinə aid bitki növü. Hündürlüyü 1 m-ə çatan və ondan hündür olan bitkidir. Soğanağı enli-yumurtaşəkilli, xaricdən krem rəngli pulcuqla, qalın, düz, sıx yarpaqla örtülmüşdür. Aşağı yarpaqları enli-neştərşəkilli, yuxarı yarpaqları xətvari-neştərşəkillidir, aşağı tərəfdən kənarları və damarlar kirpikciyə oxşar yumşaq tüklüdür. Çiçəkləri piramidavari salxım çiçək qrupunda toplanmış və (1) 3-6 ədəd əyilmiş çiçəkdən ibarətdir; çiçəkləri iridir, qıfaoxşardır, qızılı-sarı rənglidir, ətirlidir və uzunluğu 8-10 sm-dir. Çiçəkyanlığının yarpaqcıqları neştərvaridir, qaidə hissəsinə doğru az daralmış, çiçəkləmənin sonuna yaxın azacıq geriyə qatlanmışdır. Qutucuq 4 sm-ə yaxın uzunluqdadır. İyun ayında çiçəkləyir, iyun-avqust aylarında meyvə verir. Böyük Qafqazın şərqində, qərbində, Quba sahəsində yuxarı dağ qurşağında və subalp qurşağında yayılmışdır.
Vadidəki Zambaq
Vadidəki Zambaq – dahi fransız yazıçısı Onore de Balzak tərəfindən qələmə alınmış romandır. Kitab, ilk dəfə 1835-ci ildə nəşr olunub və yazıçının nəhəng ədəbi varidatı içərisində ən seçilən əsəridir. Məktub şəklində qələmə alınan roman, baş obraz olan Felix de Vandenesse adlı şəxsin dilindən nəql edilir. Əsər, məhəbbət romanı olmaqla yanaşı, həm də, dövrün müxtəlif siyasi və sosyal hadisələrinə də toxunur. Dahi Balzakın özünə xas yazı üslubuyla, bacarığını maksimum şəkildə ortaya qoyduğu bu roman hər bir oxucuya yüksək təsir bağışlayacaq kitablar sırasındadır. Felix de Vandenesse: Felix, ailəsi tərəfindən qatı qanunlarla, sevgi göstərilmədən böyüdülmüş utancaq bir gəncdir. O, romanın ilk hissəsində, kiçik yaşlarında məruz qaldığı qəddarlıqları uzun uzadıya nağıl edir. Yazıçı, Felixin uşaqlıq illərini nəql edərkən, öz uşaqlıq dövründən təsirlənmişdir. Ailəsindəki sevgisizliyin əksinə, Felix daha emosianal və duyğularına asan qapılan bir kimsədir. Odur ki, bir cümləsində deyir "Təbiət mənə sevməyə əlverişli bir qəlb veribdir." Hələ 20 yaşında olarkən bir dövlət şənliyində ilk dəfə gördüyü gözəl bir qadına aşiq olur.
Duet Amburan (albom)
Duet Amburan – Azərbaycan Respublikasının xalq artisti, müğənni Eyyub Yaqubovun ilk studiya albomu. == Albom haqqında == Şanson mahnıların üstünlük təşkil etdiyi albomda Oktay Əhmədov, Emin Sabitoğlu, Aydın Vəliyev və s. şəxslərin bəstələri yer almışdır. Bütün aranjimanların müəllifi Eldar Əzizlidir.
Hamburq Coğrafiya Cəmiyyəti
Hamburq Coğrafiya Cəmiyyəti (alm. Geographische Gesellschaft in Hamburg‎) — Almaniya Federativ Respublikasının coğrafi sahədə fəaliyyət göstərən ictimai təşkilatlarından biri. Mərkəzi ofisi Hamburq şəhərində yerləşir. == Tarixi == Cəmiyyətin əsası 1873-cü ildə Almaniyanın Hamburq şəhərində qoyulmuşdur. == Fəaliyyəti == Cəmiyyəti müntəzəm olaraq mühazirələr, müzakirələr, ekskursiyalar və səyahətlər həyata keçirir. Üzvləri üçün cəmiyyətin nəşrləri çap olunur.
2017 G20 Hamburq sammiti
2017 G20 Hamburq sammiti — G20-nin sayca on ikinci görüş olub, Almaniyanın Hamburq şəhərində, 7-8 iyul 2017 tarixində baş tutmuşdur. == İştirakçılar == 2017 G20 Hamburq sammitində iştirak edən liderlərin siyahısı: === Daimi qonaqlar === === Beynəlxalq Təşkilatlar === == Summit gündəmdə == Hər zamanki sammit mövzuları olan Qlobal İqtisadi İnkişaf, Beynəlxalq Ticarət və Finans Marketlərinin Təmzinlənməsi mövzularına əlavə olaraq G20 Sammitində aşaqdakı mövzular da müzakirə olunmuşdur. === Daha Əhatəli Böyümə === G20-nin sonuncu məruzəsi, ticarət əlaqələrinin inkişaf etməkdə olan ölkələrə qarşı qarşılıqlı və ayrı-seçkilik olmamasına ehtiyac olduğunu vurğulayaraq, liberalizasiyanın prioritetinə və azad bazar iqtisadiyyatının qurulma yolunda təşviqinə önəm vermək. === Davamlı İnkişaf üçün 2030 Gündəmin həyata keçirilməsi === Birləşmiş Ştatların Paris Konvensiyasından çəkilməsinə baxmayaraq, Almaniyanın sədri BMT-nin Davamlı İnkişaf Məqsədləri (SDG) ruhunda "ətraf mühitin davamlılığı, gender bərabərliyi və sosial inklüzivliyi üçün yenilənmiş ictimai siyasət maraqlarından" xüsusilə də bərpa olunan enerjinin təqdimatı və inkişaf etmiş və inkişaf etməkdə olan bütün ölkələrdə daha çox qalıq yanacaq ayrılması. ==== Hind-Norveç əməkdaşlığı və birgə investisiya ==== Hindistanın Baş naziri Narendra Modi Norveçin Pensiya Fondunu ölkəsinin Milli İnfrasktur İnvestisiya platformasına investisiyalar üçün dəvət etmişdi. === Qadınların iqtisadi gücləndirilməsi === === Qaçqınlar və Avropa miqrant böhranı === === Terrorla mübarizə və milli təhlükəsizlik === G20 liderləri birgə bəyanatında terror qruplarına maliyyələşdirmənin boğulmasına və internet üzərindən təbliğatın yayılmasına mane olmaq üçün addımlar atmağa söz verdilər. Hindistanın baş naziri Narendra Modi, Pakistan torpaqlarında fəaliyyət göstərən terror təşkilatlarını adlandıraraq bu qrupların hamısının eyni ideologiyanı və məqsədi - nifrət yaymaq və insanları öldürməyi paylaşdığını söyləyib. İndoneziya prezidenti Joko Widodo, üzv dövlətləri terrorla mübarizəyə birləşməyə çağırdı və önləyici və radikalizasiya proqramlarını da vurğuladı. ABŞ və Rusiya, Trump ilə Putin arasında Hamburqda danışıqlardan sonra Suriya atəşkəsi razılaşmasına çatdı. Almaniyanın Federal Kansleri Angela Merkel, G20 zirvəsinin bağlanış mətbuat konfransında jurnalistlərə etdiyi şərhdə, "G20'nin Trump və Putin arasında ilk görüşünün reallaşdığının marjında olduğunu sevindim.
Müqəddəs Nikolay kilsəsi (Hamburq)
Müqəddəs Nikolay kilsəsi (alm. St.-Nikolay-Kirche‎) — Almaniyanın Hamburq şəhərində yerləşən və tarixən Lüteranlıqın mövcud olmuş beş əsas kilsəsindən biri hesab olunan kilsədir. Tikintisi 1846-cı ildən başlayaraq 1874-cü ilə qədər davam etmiş olan bu kilsə, İkinci Dünya müharibəsi illərində müttəfiq dövlətlərin hava hücumları zamanı etdikləri ağır bombardmanlar nəticəsində çox böyük dağıntılara məruz qalmışdır. Müasir dövrdə təkcə xarabalıqları qalmış olan kilsə, sadəcə olaraq tarixi bir abidə kimi xidmət edir. İkinci Dünya müharibəsi başa çatdıqdan sonra Harvestehudda yeni Müqəddəs Nikolay kilsəsi tikilmişdir. Kilsə həmçinin də, 1874-1876-cı illər arasında dünyanın ən hündür binası tituluna sahib olmuş və hal-hazırda da Hamburqun ikinci ən hündür binası hesab olunur. Müasir dövrdə Hamburqlular "Nikolaikirche" (Nikolay kilsəsi) deyəndə hələ də, köhnə Müqəddəs Nikolay kilsəsini başa düşürlər.
2017 G-20 Hamburq sammiti