Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zevqma
Zevqma (yun. Ζεῦγμα) ― Türkiyənin müasir Qaziantep ilində yerləşən qədim yunan şəhəri. Adı Fırat çayını həmin yerdən keçən və zevqma adlandırılan ponton körpüsü səbəbi ilə belə qoyulmuşdur. Zevqma mozaika muzeyində yerdəki mozaika var və dünyanın ən böyük mozaika muzeylərindən biridir. Zevqma I Selevk Nikator tərəfindən eramızdan əvvəl 3-cü əsrin əvvəllərində Fərat üzərindəki ilk körpünün olduğu yerdə qurulmuşdur. E.ə. 64-cü ildə şəhəri Romalılar idarə edirdi. Zevqma strateji baxımdan əhəmiyyətli bir yerdə yerləşdiyindən Romalılar üçün böyük əhəmiyyət daşıyırdı. Şəhərdə 70 000-ə qədər insan yaşayırdı və şəhər Romalılar üçün hərbi və ticarət mərkəzinə çevrilmişdi. Zevqma 253-cü ildə Sasanilər tərəfindən dağıdılsa da, daha sonra yenidən bərpa edilmişdir.
Zevqma (şəhər)

Zevqma mozaika muzeyi
Zeuqma Mozaika Muzeyi (türk. Zeugma Mozaik Müzesi) — Türkiyənin Qaziantep şəhərində yerləşən və sahəsi 30.000 m2 olan arxeoloji muzey. Dünyanın ən böyük mozaika muzeyidir. Açıldığı ilk gündə 3000-dən çox ziyarətçi qəbul etmişdir. Həm memarlığı, həm də texnologiyası baxımından muzey dünyada öndə gedənlərdəndir. Muzey "İpək yolu" adı verilən E-400 yolunun üzərində inşa edilmişdir. 3 mərtəbəli 3 binadan ibarətdir. Bununla yanaşı 1.160 nəfəri qəbul edəcək konfrans salonuna da sahibdir. Muzeyin girişində isə Afina heykəli yerləşir. Burada yaşı 2000-dən çox olan mozaika sərgilənir.
Ene Erqma
Ene Erqma (est. Ene Ergma 29 fevral 1944, Rakvere) — Estoniyalı astrofizik və siyasətçi, Estoniya Elmlər Akademiyasının üzvü. 2003-2006 və 2007-2014-cü illərdə Riyqikoqunun (Estoniya Parlamenti) sədri olmuşdur. 2007-ci ilin may ayından Vətən Birliyi və Res Publica partiyası sədrinin müavinidir. Ene Erqma Vilyandi şəhərində yerləşən yerləşən K. R. Yacobson adına (1962) liseyi bitirmişdir. Tartu Universitetinin Fizika şöbəsində (1962-1964) təhsil alır. 1969-cu ildə Moskva Dövlət Universitetinin Fizika fakultəsinin Astronomiya şöbəsini bitirib. Orada fizika-riyaziyyat elmləri namizədi adını alır (1972) və 1984-cü ildə "Ulduz təkamülünün son mərhələlərində termoyadro yanacağının qeyri-sabit yanması" mövzusunda doktorluq dissertasiyasını müdafiə edir. Erqma Estoniya SSR Elmlər Akademiyasının Astronomiya İnstitutunda kiçik elmi işçi (1972-1974), daha sonra böyük elmi işçi, elmi katib, SSRİ Elmlər Akademiyası Astronomiya İnstitutunda elmi məsləhətçi (1974-1988) işləmişdir. 1988-1992-ci illərdə Tartu Universitetinin nəzəri fizika və astrofizika kafedrasının professoru, 1992-1998-ci illərdə nəzəri fizika institutunun müdiri olmuşdur.
EQMA mağarası
EQMA (türk. Peynirlikönü Düdeni) — Türkiyənin Mersin ilində yerləşən, dərinliyinə görə ölkənin ən dərin mağarası. Dünyada isə dərinliyinə görə 2014-cü ilin statistikasına görə 16-cı yerdədir. Mağara Mersinin Anamur ilçəsində, Çukurpınar yayalası ilə Peynirlik yaylasının kəsişmə hissəsində yerləşir. Dərinliyi 1429 m, uzunluğu 3118 m, girişin hündürlüyü 1900 metr yüksəklikdə yerləşir. İlk 100 metrdən sonra mağara tədricən daralır və çox hissəsi 1 metr genişliyində olan qalerilərdən ibarətdir. Mağaranın girişi çox dar olub, topraq üzərində sürünərək gediləsi bir şəkildədəir. Bir az genişləndikdən sonra yarım metrə qədər daralan mağara 20 metrlik dik enişə qədər belə davam edir. 65 metr dərinlikdə olan Gözəllik salonu yeri mağaranın diqqət çəkən yerlərindən biridir. 232 metrdə "Sahte Huzur" adlı yerdən sonra mağara genişlənir.
Sevda binti Zəma
Sevda binti Zəma (ərəb. سودة بنت زمعة‎; 589, Məkkə – 1 sentyabr 674, Mədinə) — İslam peyğəmbəri Məhəmmədin həyat yoldaşlarından biri, möminlərin anası. Məhəmməd peyğəmbər Xədicənin vəfatından və Mədinəyə köçməsindən sonra 53 yaşında Sevda ilə evlənir. O, ilk müsəlmanlardan olan Səkran ibn Amrın dul arvadı olur. Onun atası Qureyş qəbiləsindən idi. Sevda binti Zəma Efiopiyaya hicrət edən ilk müsəlman qadınlardan biridir. Onun birinci əri Məkkə müşrikləri tərəfindən zülmə məruz qalan əmisi oğlu Səkran ibn Amr idi. Məkkəyə qayıtdıqdan sonra Səkran vəfat edir. Sevda və Səkranın 637-ci ildə Cəlulə döyüşündə şəhid olan bir oğulları var idi. Məhəmməd peyğəmbər Xədicənin vəfatından bir neçə gün sonra peyğəmbərliyinin onuncu ilinin Şəvval ayında Sevda ilə evlənir.