ZƏQQUM

is. [ ər. ]
1. Acı meyvəsi olan bir cins ağac; ağı ağacı.
[Xortdan:] Odabaşıdan xahiş etdim ki, zəqqum ağacını mənə göstərsin. Ə.Haqverdiyev.

// Bu ağacın meyvəsi.
2. məc. Çox acı şey haqqında.
Heyif oldu yarın şirin söhbəti; Zəhərə, zəqquma, ağıya döndü. Molla Cümə.
Görürəm Muğanın, Milin havası; İndi acı deyil bir zəqqum kimi. R.Rza.

◊ Zəqqum! zəqqum yeyəsən! – qarğış, söyüş mənasında.
[Vəzir:] Zəhirmar, zəqqum, sən mənə elə xörək yediribsən ki, bir ay da yeməsəm acmanam. M.F.Axundzadə.

Zəqqum kimi – zəhər kimi (çox acı).
Həyat bir zəqqum kimi; Görünürdü o xana. S.Vurğun.
[Xanpəri] heç nə deyə bilmədi, cavab verəcəyi sözlər zəqqum kimi boğazına yığılıb xirtdəyinə tıxandı. Ə.Vəliyev.

Sifətindən (üzündən) zəqqum yağmaq – çox acıqlı, hirsli, qaşqabaqlı adam haqqında.
Gözünü kövşənə zilləyib həyatını torpağa bağlamış kəndlilərin sifətindən elə bil zəqqum yağır, zəhər ələnirdi. Ə.Vəliyev.

Синонимы

  • ZƏQQUM acı — zəhər

Антонимы

  • ZƏQQUM ZƏQQUM – ŞİRİN Heyif oldu yarın şirin söhbəti; Zəhərə, zəqquma, ağıya döndü (Molla Cümə)
ZƏQQƏTUN
ZƏQQUMLAMAQ

Значение слова в других словарях