Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ələkbər Ziyatay
Ələkbər Ziyatay (tam adı: Ələkbər Həsən oğlu Cəfərov; 21 dekabr 1913, Yelizavetpol – 2 iyul 1982, Bakı) – azərbaycanlı şair, tərcüməçi, 1938-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Ələkbər Ziyatay 1913-cü il dekabrın 21-də Gəncədə qulluqçu ailəsində doğulmuşdur. === Təhsili === Yeddi illik şəhər məktəbini bitirib orada inşaat texnikumuna daxil olmuşdur (1930). Tələbəlik dövründə bədii ədəbiyyata onda güclü meyl oyanır. 1933-cü ildə texnikumu bitirir. Həmin ili APİ-nin ədəbiyyat fakültəsinə daxil olur. İnstitutu qurtaran il "Ədəbiyyat qəzeti" redaksiyasında poeziya şöbəsinin müdiri təyin olunur (1937–1940). == Fəaliyyəti == Qiyabi pedaqoji institutda baş müəllim (1940–1941), Azərbaycan Sovet Yazıçıları İttifaqının Gəncə şöbəsində məsul katib (1941–1950), eyni zamanda Həsən bəy Zərdabi adına Kirovabad Pedaqoji İnstitutunda baş müəllim, ikiillik və qiyabi pedaqoji institutlarda, respublika partiya məktəbində müəllim işləmişdir. 1940–1950-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı Gəncə filialında məsul katib vəzifəsində çalışmışdır. Gəncə şəhər zəhmətkeş deputatları Sovetinin deputatı seçilmişdir (1948).
Ziyaran
Ziyaran — İranın Qəzvin ostanının Abyek (Oba) şəhristanının Mərkəzi bəxşində şəhər. == Əhalisi == 2016-cı ilin məlumatına görə şəhərdə 3,749 nəfər yaşayır (1,251 ailə). === Milli tərkibi === Əhalisi tatlardan ibarətdir və tat dilində danışırlar.
Ziyatxan Əliyev
Əliyev Ziyatxan Seyfəddin oğlu (8 mart 1965, Qaracalar, Qardabani rayonu) — Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin dekanı, professor. == Həyatı == Əliyev Ziyatxan Seyfəddin oğlu 1965-ci ildə Gürcüstanın Qardabani rayonunun Qaracalar kəndində anadan olmuşdur. Ailəlidir. 2 övladı var.Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin Riyazi analiz kafedrasının professorudur.15 fevral 2022-ci il tarixində Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin dekanı seçilmişdir. == Əsərləri == Алиев З.С. Базисные свойства в пространстве систем корневых функций одной спектральной задачи со спект-ральным параметром в граничном условии // Дифференц. уравнения, 2011, т.46, № 6, с.764-775 Aliyev Z.S., Kerimov N.B. Spectral properties of the diffe-rential operators of the fourth-order with eigenvalue parameter dependent boundary condition // International Journal of Mathe-matics and Mathematical Sciences, Volume 2012 (2012), Article ID 456517, 29 p. Керимов Н.Б., Алиев З.С., Агаев Э.А. Об осцилляции соб-ственных функций одной спектральной задачи четвертого порядка // Доклады РАН, 2012, т.444, №3, с.250-252. Алиев З.С. О базисных свойствах корневых функций одной краевой задачи со спектральным параметром в гранич-ных условиях // Доклады РАН, 2013, т.449, №1, с.7-10 Алиев З.С., Дуньямалиева А.А. Базисные свойства корне-вых функций задачи Штурма-Лиувилля со спектральным параметром в граничных условиях // Доклады РАН, 2013, т.450, №6, с.1-4. Aliyev Z.S. Some global results for nonlinear fourth order eigenvalue problems // Cent. Eur.
Koci Miyata
Koci Miyata (d. 15 yanvar 1923) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 6 oyun keçirib.
İsatay Taymanov
İsatay Taymanov (qaz. Исатай Тайманұлы; 1791 – 12 iyul 1838) — 1836–1838-ci illərdə Qərbi Qazaxıstanda üsyan başçısı. == Həyatı == XVIII əsrin sonunda Kiçik Jüzün başına, qazaxların arasında nüfuzu olmayan Aysuak xan, Rusiya tərəfindən iqtidara gətirilmişdir. Kiçik Jüzdə nüfuz sahibi şəxslərin olmaması və böyüklər ilə sultanların bir araya gəlməməsi ilə birlikdə xalqla münasibətləri nizama salan insanlar qalmayınca, jüzün rəiyyət və soyluları arasında anlasmazlıqlar artmışdır. Bu dönəmlərdə rusların xidmətində olan Başqırd və kazakların basqınları yenidən ortaya çıxmışdır.1803-cü ildə bu durumdan sikayətçi olan Kiçik Jüzün böyükləri Orenburqda toplanmışdılar. Bu toplantının ən önəmli məqsədi, istila və yağmaçılığın sona çatdırılması və xanlıq içərisindəki siyasi həyatın sağlam tutulmasıydı. Ancaq bu toplantıda alınmış olan qərarlar sadəcə kağız üzərində qalmışdır. Rusların gözləntilərini yerinə yetirə bilməyən Aysuak xanın yerinə oğlu Cantörə taxta çıxarılmışdır.Tədqiq olunan dönəmdə Orta Jüzdəki hadisələr fərqli bir şəkildə qarşımıza çıxmaqdadır. Abılay xanın yerinə keçən oğlu Vəli xan xalqı ilə çevrəsindəkilərdən xoşnudsuzluq görmüşdür. Orta alaüzün qazaxları 1815-ci ildə II Yekaterinaya məktub yazaraq, Vəli xanın taxtdan endirilməsini istəmişdilər.
İsatay Taymanovun üsyanı
İsatay Taymanovun üsyanı — İsatay Taymanovun başçılıq etdiyi Kiçik juz qazaxların üsyanı. Bökey Ordasında İsatay Taymanov və Məhəmbət Ütəmisovun rəhbərlik etdiyi üsyanın əsas səbəbi kifayət qədər otlaq sahəsinin olmaması nəticəsində yaranan torpaq sıxlığı idi. Yararlı torpaqların sayı durmadan azalmaqda idi. Böyük və Kiçik Üzen boyunca və Qamış-Samara göllərinin ətrafında yerləşən torpaqlar müntəzəm olaraq kazak təsərrüfatları üçün əhalinin əlindən alınırdı. Qalan torpaqlar qeyri-bərabər şəkildə bölüşdürülürdü, əsas otlaqlar Cangir xan və onun yaxın adamlarına qalırdı. Ural çayını keçmək və onun çaylağı boyunca otlamağın qadağan olunması vəziyyəti daha da çətinləşdirdi. Ailələrini doyurmaq istəyən və torpaqların daha ədalətli paylanmasına ümid etməyən əhali sultan və xanların mal-qarasını soymağa başladı. 1836-cı ilin fevral ayından qarşısıalınmaz çıxışlar başçı Taymanov və ona qoşulan akın Mahambet tərəfindən dəstəkləndi. Onlar xanlar və Ural Kazak Ordusunun torpaqlarını işğal etmək, Ural çayı tərəfə köçmək və mal-qaranı geri almağa çağırırdılar. Daha sonra, üsyana bir neçə soy nümayəndələri qoşuldular.
Çançun Yatay FK
Çançun Yatay FK — Çinin futbol klubu == Tarixi == 1996-cı ildə yaranmışdır. == Uğurları == Çin Super Liqası qalib (1) - 2007 ikinci (1) - 2009 == Azərbaycanla bağlılığı == Bir müddət Neftçi Bakı klubunda çıxış etmiş bolqar futbolçu Svetoslav Stefanovla 2007-ci ildə Çin çempionu olan "Çanqçun Yatay" 2008 mövsümünü 6-cı yerdə başa vurub. Azərbaycan millisinin üzvü Branimir Subaşiç 2009-cu ildə bu komanda ilə Çin Superliqasının gümüş medalını qazanıb.
Cığatay
Cığatay və ya Çağatay — ad, təxəllüs. Cığatay xan — Çingiz xanın oğlu. Çağatay Ulusoy — Türk aktyoru. Cıgatay Şıxzamanov — ssenarist.Yaşayış məntəqələriCığatay (Xaçmaz) — Xaçmazda kənd. Cığatay (Ərdəbil) — İranın Ərdəbil ostanı, Meşkin şəhristanında kənd. Çağatay (Rəzəvi Xorasan) — İranda Çağatay şəhristanının mərkəzi şəhəri.
Cığatay (Xaçmaz)
Cığatay — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Kəndin əhalisi 656 nəfərdir (2009). Kəndin milli tərkibi azərbaycanlılardan ibarət olaraq, dinləri isə islamın şiə məzhəbidir. == Təhsil == Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı ilə Xaçmaz rayonu Cığatay kənd 56 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması üçün 285 000 manat vəsait ayrılmışdır.
Cığatay (Ərdəbil)
Cığatay — İranın Ərdəbil ostanında kənd. == Coğrafi yerləşməsi == Meşkin şəhristanının Mərkəzi bölgəsinin Ərşəq kəndistanında, Meşkin şəhərindən 32 km şimaldadır.
Cığatay dili
Cığatay və ya çağatay dili, həmçinin Sovet mənbələrində əski özbək dili (özb. Эски ўзбек тили; Eski oʻzbek tili, rus. староузбекский) adı altında, Çin mənbələrində isə qədim uyğur dili kimi qeyd olunur — XX əsrdə ölmüş halına gələn, Mərkəzi Asiyada işlənilən ədəbi dil. O, müasir türk dillərinin qarluq qruppunu təşkil edən özbək və uyğur dillərin sələfidir. Cığatay ədəbiyyatının ən tanınmış nümayəndəsi Əlişir Nəvaidir. == Adı == Cığatay sözü Çingiz xanın oğlu Cığatay xana qalmış Cığatay xanlığından gəlir.Çağatay sözü həmçinin qırımçaqlar tərəfindən XIX əsrin sonuna qədər öz dilləri üçün istifadə olunurdu, günümüzdə isə, Əfqanıstanda danışılan türkmən dilinin teke dialekti üçün işlənilir.1924-cü ildə Özbəkistan Sovet Sosialist Respublikasının yaradılmasının hazırlaması üçün, Cığatay dilinin adını rəsmi olaraq "əski özbək dili" adına dəyişiblər. Çində isə onu bəzən qədim uyğur dili adlanırlar. Tarixən, həmçinin türki və sart sözləri də işlənilirdi. == Tarixi == Ekmann (1959) Çağatay dilini üç dövrə bölürdü: klassik-qabaq, klassik və post-klassik. Köpürlü (1981) isə beş dövrə: başlanğıc dövrü, birinci klassik dövr, ikinci klassik dövr, üçüncü klassik dövr və məhsulsuz tənəzzül dövrü.
Cığatay xan
Çağatay Xan (monq. Цагадай, Tsagaday, Farsca: چغتاى خان Chaghatāī khān; 22 dekabr 1183, Monqolustan – 1242, Almalıq[d]) — Moğol şahzadəsi və Çingiz Xan ın ikinci oğlu. Qardaşlarıyla birlikdə atasının Çin (1211–1215) və Xarəzm (1219–1224) səfərlərinə qatıldı. Xarəzmşahlar dövləti paytaxtı Ürgəncin ələ keçirilməsində əhəmiyyətli rol oynadı (1221). Monqollara məğlub olaraq Hindistana qaçan Cəlaləddin Xarəzmşahı təqib etməyə göndərildi. Çingizin Tangut səfəri əsnasında (1225–1227) Monqolustanda saxlanılan hərbi qüvvələrin komandirliyinə gətirildi. Atası ölən zaman (1227), onun vəliəhd seçdiyi qardaşı Ögedayı böyük xan elan etdi. Çingiz Qanunu mövzusundakı mütəxəssisliyi səbəbindən dövlət rəhbərliyində böyük möhtərəmlik qazandı. Çingiz tərəfindən Quru Hıtayın torpaqları verildisə Mavəraünnəhirdən Şərqi Türkistana qədər uzanan bölgədə olan şəhərlər İmperatorluğun mərkəz rəhbərliyinə bağlı qalmış və Ögeday tərəfindən təyin edilən qubernatorlar tərəfindən idarə olunmuşdu. Qardaşı Ögedayın ölümündən (1241) qısa müddət sonra öldü.
Cığatay xanlığı
Cığatay xanlığı — Monqol hökmdarı Çingiz xanın nəslindən olan Çığatay xanın adını daşıyan dövlət. Çingiz xan hələ sağlığında öz imperiyasını oğulları arasında bölüşdürmüşdü. Zəbt etdiyi Çin torpaqları olan Kaşğar ətrafı ilə Mavərünnəhrin böyük hissəsini Cığataya vermişdi. Cığatayın bu torpaqlarda 1227-ci ildə qurduğu dövlət 1370-ci ilə qədər mövcud olmuşdur. Cığatay xan böyük qardaşı Cuçi xanın və atasının ölümündən sonra xanədanın ən yaşlı üzvü idi. Cığatay xanın 1241-ci ildə ölümündən sonra Cığatay xanlığı mərkəzi Monqol dövlətinə qarşı mübarizəyə başladı. Cığatayın nəvələri Algu, Kubilay xan ilə Arik Böge arasındakı hakimiyyət mübarizəsindən faydalanan Xarəzmşahlar, Qərbi Türkistanı və Əfqanıstanı torpaqlarına qatdılar. 1266-cı ildə taxta çıxan Mübarəkşah islam dinini qəbul edən ilk Cığatay xanı oldu. Ondan əvvəlki Cığatay hökmdarları şamanizm inancında idilər. Cığatay xanlığının ən parlaq dövrü Kebek xanın xanlıq etdiyi dövrə (1318–1326) təsadüf edir.
Cığatay Şıxzamanov
Cığatay İsgəndər oğlu Şıxzamanov (9 noyabr 1925, Gəncə) — tərcüməçi, publisist, ssenarist. == Həyatı və fəaliyyəti == 1925-ci ildə Azərbaycan SSR Gəncə şəhərində anadan olub. Bakıda təhsil alıb. Teleradio Komitəsi sədrinin müavini olmuşdur. == Tərcümələri == “İki acgöz ayı balası” Macar xalq nağılı. Uşaqgəncnəşr, 1956 “Qardaşlar” povesti məşhurdur.
Mehdiqulu bəy Cığatay
Mehdiqulu bəy Cığatay (v. iyul 1618) — Xorasanda fəaliyyət göstərən Cığatay hakimi və Şah I Abbasın saray əyanı. O, əmir-e axur rütbəsi almış və Müqəddəs Roma İmperiyası ilə Rusiya imperiyasına diplomatik missiya üçün göndərilmişdir. == Diplomatik missiyaları == 1599-cu ildə Şah I Abbas Entoni Şirlinin məsləhəti ilə Osmanlı imperiyasına qarşı Avropa dövlətləri ilə ittifaq qura bilmə ümidilər Avropaya diplomatik nümayəndə heyətləri göndərdi. Elçilər Müqəddəs Roma imperatoru II Rudolfla görüşdü. O da, bu ziyarətə cavab olaraq Stefan Kakaşın rəhbərliyində İsfahana nümayəndələr göndərmişdir. Kakaş yolda ikən vəfat etmiş və rəhbərliyi onun katibi Georg Tektander fon der Yabel öz üzərinə götürmüşdür. Şah I Abbas fon der Jabeli qəbul etmiş və Mehdiqulu bəyi onunla birlikdə Rusiya çarlığına göndərmişdir. Bunun səbəbi I Abbasın rus çarı Boris Qodunovu qızılbaş ordusunun Osmanlı üzərində qələbə qazanması barədə məlumatlandırmaq istəyi idi. Çar bu xəbəri eşitməkdən məmnun oldu və 5 min nəfər döyüşçü ilə bir neçə topu ona Dərbəndi geri qaytarmağa yardım etməsi üçün göndərdi.