Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bilabənd
Blaband — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 809 nəfərdir. == Tarixi == Bilabənd və ya Bilaband Lerik rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Gəncəvü çayının (Lənkəran çayının qolu) sol sahilindən bir qədər aralı, Peştəsər silsiləsinin ətəyindədir. 1933-cu ildə Bılaband variantında qeydə alınmışdır. Türkdilli xalqların toponimiyasında bil/bıl/bile/bilə variantlarında rast gəlinən birinci komponent "çıxıntı", "sıldırım", "ucurum", "yarğan" mənası daşıyır. Bu soz bir cox Qafqaz dillərində də işlənir. Bənd komponenti isə müxtəlif fonetik variantlarda (band/bend/bent) Qafqaz, Orta Asiya, Balkanlar və Yaxın Şərq regionlarında geniş yayılmışdır. "Sədd", "istehkam", "dağ" (TalıŞərq), "zirvə", "liman", "tərsanə" (fars.), "təpə" və s. mənaları bildirir.
Boblabənd
Boblabənd- Lənkəran rayonunda dağ. == Ümmumi məlumat == Boblabənd Lənkəran rayonunda dağ. Lənkəran çayının sağ sahilindədir. Hündürlüyü 664 m. Boboloband variantında da qeydə alınmışdır. Oronim talış dilindəki baba/bobo (pir), -lo (-lı şək.) və band (təpə, kiçik dağ) komponentlərindən ibarət olub, "müqəddəs təpə, baba dağı" mənasındadır. == Həmçinin bax == Talış dağları == Xarici keçid == lenkeran-ih.gov.