Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Buravar
Buravar — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Buravar kəndi Ləkin kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, yeni yaradılan Şatırlı kənd inzibati ərazi dairəsi tərkibinə verilmişdir. == Toponimikası == Cəlilabad rayonunun Ləkin inzibati ərazi vahidində kənd. Burovar silsiləsinin yamacındadır. Kənd ərazidəki eyniadlı silsilənin adını daşıyır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1017 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. == Etimologiyası == Burovar coğrafi adının tərkibindəki "bur" sözü talış dilində "hündür", "yüksək", "o" birləşdirici sait, var komponenti isə qədim türk mənşəli termin olub, "kənd", "məskən" bildirir (Yüksək dağ kəndi).
Ravər
Ravər — İranın Kirman ostanının şəhərlərindən və Ravər şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 22,910 nəfər və 5,921 ailədən ibarət idi.
Ravər şəhristanı
Ravər şəhristanı— İranın Kirman ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Ravər şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 38,539 nəfər və 10,236 ailədən ibarət idi.
Zavər Qafarov
Zavər Qafarov — III dərəcəli dövlət ədliyyə müşaviri, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin beynəlxalq hüquq əməkdaşlığı idarəsinin rəisi. == Mükafatları == 20 noyabr 2006-cı ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunmuşdur.
Zariver
Ağyoxuş, Zariver — Göyçə mahalında kənd. == Tarixi == 1922-ci ildə rusların dəstəyi ilə tarixi torpaqlarımızda Ermənistan SSR yaradıldıqdan sonra erməni daşnaqlarının əl-qolu açılıb. Türkiyədən, Suriyadan gətirilən ermənilər məqsədli şəkildə, yavaş-yavaş Göyçənin azərbaycanlılar yaşayan kəndlərində yerləşdirilməyə başlanıb. Subatan kəndi dağ ətəyində, heyvandarlıq və əkinçilik üçün əlverişli bir yerdə yerləşdiyindən ermənilər buradakı yerli əhalini müxtəlif bəhanələrlə köçürmək istəyiblər. Subatana yaxın yerləşən dağlarda kifayət qədər Subatan (Göyçə) kəndinin yaxınlığında yerləşən dağlarda içməli su ehtiyatı kifayət qədər olmasına baxmayaraq, vəzifədə olan ermənilər bu problemi aradan qaldırmaq istəməyiblər. Kəndə borular vasitəsilə su çəkmək əvəzinə, əhalini köçürməklə həmin yerləri ələ keçirməyə cəhd ediblər.Ermənilər həmin vaxt qismən istəklərinə nail olublar. Belə ki, Subatandan 3-4 tayfa 1936-37-ci illərdə Göyçənin “Ağyoxuş” deyilən ərazisinə köçürülür. Ev tikilir və Subatandan gələnlər burada məskunlaşırlar. Elə kəndin adı da ərazinin adına uyğun olaraq adlandırılır. Bura Subatandan Alcanlılar, Məşədi Qasımlılar, Mayıllılar tayfasından xeyli adam köçür.
Zürafə
Zürafə (lat. Giraffa) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin zürafələr fəsiləsinə aid heyvan cinsi. Dünyanın ən hündür canlısıdır. Qara və qəhvəyi xallardan ibarət olan bir bədəni vardır. Hündürlüyü 4–6 m arasında dəyişir. Zürafə təbii şəkildə yalnız Afrikada yaşayır. Cənubi və Şimali Afrika ən çox olduqları bölgələrdir. Ümumiyyətlə savannalarda, otlaqlarda və açıq meşələrdə həyatlarını davam etdirirlər. Akasiya ağacının yetişdiyi bölgələr seçimləridir. Uzun boynu ona yerdə bitən otla yemlənməyə çox mane olsa da, əvəzində üst dodağı və uzun dili ən hündür budaqlardakı yaşıl yarpaqları da qoparmağa kömək edir.
Muravey (motosikl)
"Muravey" (rus. Муравей) — sovet üç təkərli (3 × 2) yük skuteri. 1959—1995-ci illərdə Tula Maşınqayırma Zavodunda minik skuterlərinə əsasında istehsal olunan bir neçə model var idi. 2020-ci ildən etibarən TMZ-də "Muravey" ("Qarışqa") markası altında kabinli dörd təkərli elektrik arabacıq istehsal edir.
Zürafə (bürc)
Zürafə (lat. Camelopardalis) — göyün şimal yarımkürəsində zəif görünən bürc.
Zürarə ibn Əyun
Zürarə ibn Əyun əş-Şeybani əl-Kufi (ər:زرارة بن اعين الشيباني الكوفي4 M 699/700, HQ 80—M 767/768, HQ 150) – İmam Baqir və imam Cəfər Sadiqin səhabəsi. == Həyatı == Zürarə ibn Əyun HQ 80-ci ildə İraqın Kufə şəhərində dünyaya gəlmişdir. O cəfərilərin 5-ci imamı imam Məhəmməd Baqir və 6-cı imamı imam Cəfər əs-Sadiqin ən məşhur səhabələrindən biri sayılır. Zürarə bu imamlardan çoxlu hədislər rəvayət etmişdir. Onun əcdadları Bizans imperiyasının ərazisində yaşayırdılar. Zürarənin atası Əyun Bəni-Şeyban tayfası tərəfindən qul edilmişdi, lakin daha sonradan Quranı əzbər öyrəndiyi üçün azad buraxılmışdır. Şeyx Tusi yazır: “Əyunun nəslindən gələnlər məşhur şiə ailələrindən birinə mənsub idilər. Onlar özlərindən sonra məsum imamlardan əlyazma şəklində çoxlu hədislər qoymuşdular.” Nəcaşi Zürarəni xarakterizə edərək belə yazır: “O imamların zamanında yaşamış böyük səhabə idi. O Quran qarisi, fəqih, mütəkəllim, şair və ərəb dilinin bilicisi olmuşdu. Bütün müsbət keyfiyyətlər onda cəmləşmişdi.
Əsəd ibn Zürarə
Əsəd ibn Zürarə (ərəb. أسعد بن زرارة‎ Əs'əd ibn Zürarə; v. 623, Mədinə) — Məhəmməd peyğəmbərin səhabələrindən biri. İslamın Mədinədə yayılmasında böyük rol oynamışdır. == Bioqrafiya == Xəzrəc qəbiləsindəndir. Məhəmməd peyğəmbərlik verilməsindən əvvəl o, bütpərəstlikdən əl çəkmiş və İbrahim tövhidinin (Hənif) davamçısına çevrilmişdir. Əsəd Məkkədə Məhəmməd peyğəmbərlə görüşür və Mədinənin İslamı qəbul edən ilk insanlardan biri olur. O, Əqəbə beyətində iştirak etmişdir. Xəzrəc və Övs qəbilələri arasında təbliğat apararkən müəyyən çətinliklərlə üzləşir və Peyğəmbərdən öz nümayəndəsini onların yanına göndərməsini istəyir. Cavab olaraq Məhəmməd Müsəb ibn Ümeyri Mədinəyə göndəyir.
Uçan zürafə (film, 1983)
== Məzmun == Bu müasir nağılda özündə qeyri-adi qabiliyyət hiss edən, buna görə də dostlarından üz döndərən axmaq zürafə haqqında danışılır. Zürafənin "göydən yerə" düşməsi və pərt olması uşaqlara onu göstərir ki, lovğalanmaq, özünü başqalarından üstün tutmaq olmaz. Əks halda pərt ola bilərsən. == Film haqqında == Cizgi filmi məktəbəqədər yaşda olan uşaqlar üçün nəzərdə tutulmuşdur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Əsgər Məmmədov Ssenari müəllifi: Kamal Aslanov Quruluşçu rəssam: Elçin Axundov Operator: Antonina Korotnitskaya Bəstəkar: Azər Dadaşov Səs operatoru: Nataliya Nuriyeva Cizgi rəssamı: Bəhmən Əliyev, Sergey Dyojkin, Vaqif Məmmədov, Solmaz Hüseynova, Firəngiz Quliyeva Rəssam: Aydın Lazımov, Hüseyn Cavid İsmayılov, Rövşən Paşazadə, Azər Qaryağdı == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Uçan zürafə (cizgi filmi, 1983)
== Məzmun == Bu müasir nağılda özündə qeyri-adi qabiliyyət hiss edən, buna görə də dostlarından üz döndərən axmaq zürafə haqqında danışılır. Zürafənin "göydən yerə" düşməsi və pərt olması uşaqlara onu göstərir ki, lovğalanmaq, özünü başqalarından üstün tutmaq olmaz. Əks halda pərt ola bilərsən. == Film haqqında == Cizgi filmi məktəbəqədər yaşda olan uşaqlar üçün nəzərdə tutulmuşdur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Əsgər Məmmədov Ssenari müəllifi: Kamal Aslanov Quruluşçu rəssam: Elçin Axundov Operator: Antonina Korotnitskaya Bəstəkar: Azər Dadaşov Səs operatoru: Nataliya Nuriyeva Cizgi rəssamı: Bəhmən Əliyev, Sergey Dyojkin, Vaqif Məmmədov, Solmaz Hüseynova, Firəngiz Quliyeva Rəssam: Aydın Lazımov, Hüseyn Cavid İsmayılov, Rövşən Paşazadə, Azər Qaryağdı == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.