YAXIN – UZAQ Yaxın adam, uzaq adam nə deməkdi, Sofi? (Elçin)
YAXINDA – UZAQDA Bu arada, yaxında dörd-beş əl şiddətli tapança atılır (H.Cavid); Harada isə uzaqda, lap uzaqda tək-tək işıqlar yanırdı (Y
YAXINDAKI – UZAQDAKI Qaçqınlar hamısı yaxındakı şah tutluğa tərəf yüyürdülər (Ə.Vəliyev); Hərbi adamın nəzərlərini uzaqdakı dağlar cəlb etdi (S
YAXINLIQ – UZAQLIQ Sofi, yaxınlıq da, uzaqlıq da insanın öz içindədi (Elçin)
YAXŞI – PİS Qumru bunları toplayıb gətirər, pisini evdə yandırar, yaxşılarını qom-qom bağlayıb qonşulara satar, təndir çörəyinə dəyişərdi (Mir Cəlal)
YAXŞILAŞMAQ – XARABLAŞMAQ Tapdıq vücudca yaxşılaşmışdır (Ə.Vəliyev); İşlərin qızışan zamanında aramız daha da xarablaşır (M
YAXŞILIQ – YAMANLIQ Dünyada nə yaxşılıq itər, nə də yamanlıq (M.İbrahimov)
YAL – DƏRƏ Dərəni keçib düşmənin müdafiədə durduğu yala qalxmağa başlarkən birinci güllə atıldı (Ə.Əbülhəsən)
YALAN – DOĞRU Mən yalan danışmağa adət eləməmişəm (C.Əmirov); Oğlanın dedikləri doğru çıxdı (C.Əmirov)
YALAVAC – TOX Həftələrlə qalıb ac; Dolanırdı yalavac (A.Şaiq); Müdam ələ baxır... lakin ac deyil; Onun qarnı toxdur, gözləri acdır… (O
YALIN – GEYİMLİ Yalın ayaqları dizlərinədək palçığa batmışdı (Çəmənzəminli); Tirmə şal geyimli, qara saçlılar; Hər tərəfə zər nişanlar dolanır (Aşıq Ə
YALQIZ – CÜT Bu dünyada şir də yalqız qalmasın; Qardaş gərək cüt dayana yan-yana (Aşıq Ələsgər)
YAMAQLI – SÖKÜK Arvad Cumanın... yamaqlı çəkməsini geydi (Ə.Əbülhəsən); Sökük köynəyindən qolu görünürdü (“Ulduz”)
YAMAMAQ – SÖKMƏK Yamayardım babamın çul-çuxasın (M.Ə.Sabir); Təzə köynəyi sökdü
YAMAN – RƏHMLİ Kərəm kimi mən oduna yanaram; Dostuna dost, düşməninə yamanam (Aşıq Əziz); Rəhmlidir, ürəyi yumşaqdır
YAMANCA – YAXŞICA Onlar Səmədin yamanca tələsdiyini duymamış deyildilər (M.Hüseyn); Onu yaxşıca əzişdirdilər
YANAR – SÖNÜK Bir parça atəşəm, bir parça yanğın; Qəlbim örpəyidir yanar bir dağın (M.Müşfiq); Sönük vulkana tamaşa edirdilər
YANAŞI – AYRI Çarpayıları yanaşı idi (T.Kazımov); Onların yeməkləri bir, yataqları ayrı idi
YANAŞMAQ – UZAQLAŞMAQ Fəxrəddin qapıya yanaşmaq üçün heç bir bəhanə əldə edə bilmirdi (M.S.Ordubadi);
YANIQLI – NƏŞƏLİ Rəhim bəy yanıqlı bir ah çəkdi (M.Hüseyn); O bu gün nəşəli idi
YANLIŞ – DÜZGÜN Yanılırsan, o yanlış tərbiyədir (A.Şaiq); İndi Məcid müəllimin suallarına cəsarətlə və düzgün cavab verirdi (Mir Cəlal)
YANMAQ – SÖNMƏK Gülər ulduz kimi tez yandı, söndü (M.Rahim)
YAPIXMAQ – QALXMAQ Qoca dəyirman daşının üzərində yırğalanıb yapıxdı (S.Rəhimov); Harın at qalxdı dik ayaq üstə; Ox dəyən ahu kimi tullandı (A
YARALANMAQ – SAĞALMAQ Mirsaqulu yaralanmış və yerə yıxılmışdı (S.Hüseyn); Qonağım qız, məni sağalt, amandır (Mir Cəlal)
YARALI – SAĞLAM Maya yaralı bir eşqlə Qaraşı müdafiə etdi (M.İbrahimov); Rayon səhiyyə məntəqəsi sağlam uşaqların yarışını düzəltmişdi (Mir Cəlal)
YARAMAZ – XEYİRLİ Pis və yaramaz cəhətlər isə nəzərindən qaçırdı (M.İbrahimov); Çox zaman xeyirli məsləhət alırdılar (Mir Cəlal)
YARAMAZLIQ – YAXŞILIQ Rəhimlidən hər cür yaramazlıq, laqeydlik, arxayınçılıq gözləyirdi (İ.Hüseynov); Biz isə belə şərtləşək; yazının pisliyini də, ya
YARANIŞ – ÖLÜM Sən ki, yaranışdan gözəlsən belə; Bir dastan olmusan ağıza, dilə (S.Vurğun); Nədənsə həyətdə bir ölüm sükutu hökm sürürdü (Mir Cəlal)
YARANMAQ – DAĞILMAQ Tikintidə kiçik bir özfəaliyyət dərnəyi yarandı (İ.Əfəndiyev); Şirinlik içilən axşam qonaqlar mübarəkbadlıq edib dağıldı (Mir Cəla
YARARLI – XEYİRSİZ Əsil bəla orasındadır ki, usta zeynallar özlərini dünyada ən ağıllı, işgüzar və yararlı adam hesab edirlər (M
YARAŞIQLI – KİFİR Çox arıq olmasına baxmayaraq, yaraşıqlı bir oğlan idi (İ.Əfəndiyev); Kifirdir, amma nə olsun ki, kişinin bəxti vurub (M
YARAŞIQSIZ – SƏLİQƏLİ O, nəhayət, balaca, yaraşıqsız ev seçib qapını döydü (S.Vəliyev); Səliqəli dirrikçi kimi başının alağını tərtəmiz vurmaq
YARĞAN – DÜZ Yarğan yarar sinəsini dağların; Sular ovur sinəsini dağların (R.Rza); Yaradan insanlar, quran insanlar; Tutmuş başdan-başa geniş düzləri
YARI – BÜTÖV Bağımızdakı dəfinəni çıxardıq. Yarısı sənin, yarısı mənim (C.Əmirov); Bunları bütöv mənə verin
YARIAC – YARITOX Onun özü də yarıac, yarıtox dolanır (M.Hüseyn)
YARIMÇIQ – BÜTÖV Sadə cümlələr cümlə üzvlərinin iştirakına görə bütöv və ya yarımçıq olur. YARIMÇIQ – DOLU Koroğlu baxdı ki, arpa çuvalları yarımçıqdı
YARIZARAFAT – YARICİDDİ Mustafa bu sözləri yarızarafat, yarıciddi dedi (G.Hüseynoğlu)
YASSAR – FƏRLİ Sonra dedi: – A yassar; Səni bir öyrədən var (A.Şaiq); Fərli deyil, qoy getsin. YASSAR – GÖZƏL Qorxma yassar, mərdana ol, oturaq, Əhməd
YASTI – DÜZ Bəziləri özünü suya atıb çimir, bəziləri də yastı daşları suyun üzündə sürüşdürürdülər (İ
YAŞ – QUPQURU Yaş paltarı o əlindən bu əlinə alırdı (M.Eynullayeva); Zənn eyləməsin könlümün eşq atəşi söndü; Yaxud ürəyim qupquru bir yarpağa döndü (
YAŞARMAQ – QURUMAQ Gözləriniz yaşardı, həmcinslərinizi öldürmək üçün barıtınızı qurudursunuz (M.Talıbov); Ağlamaqdan gözünün yaşı qurudu (“Ulduz”)
YAŞAYIŞ – ÖLÜM Ona elə gəlirdi ki, kənddəki qaynar həyat, gümrahlıq, fərəhli yaşayış da qonaqların ayağı ilə gəlmişdir (Ə
YAŞLAMAQ – QURULAMAQ Müdir birdən içəri girdi. Natiq əlini stəkana atdı ki, bir az boğazını yaşlasın (“Kirpi”); Çuxasının ətəyi ilə belini quruladı (İ
YAŞLAŞMAQ – CAVANLAŞMAQ Hiss olunurdu ki, Vera yaşlaşmışdır (İ.Şıxlı); “Ay ellər!” deyirəm ürəyimdə mən; Ömür cavanlaşır ellər deməkdən (S
YAŞLI – ÇOCUQ Yaşlı kişilərdən biri yaxın dəyədən çıxıb onlara “xoş gəlmişsiniz” dedi (M.Eynullayeva); Südəmər çocuqlar kimi iki sözdən fəzlə bir şey
YATMAQ – AYILMAQ Qədir sanki yatmışdı, yuxudan ayıldı (Mir Cəlal). YATMAQ – DURMAQ Günəşdən tez durar, aydan sonra yatardı, gününü tövlədə və samanlıq
YAVA – ƏDƏBLİ Nə yava söyləyirsən, ay gədə! (N.Vəzirov); Vaqiən Qasım əmi çox ədəbli və söz eşidən idi (C
YAVAN – YAĞLI Kasıbın dürməyi yavan olsa da, dili yağlı olar (Ata. sözü)
YAVAŞ – BƏRK Əvvəl yavaş, sonradan bərk öskürdüm (Mir Cəlal). YAVAŞ – CƏLD Qız yavaş addımlarla onu izləyir (M
YAVAŞCA – BƏRK Bir dəfə axşam kim isə qapını yavaşca döydü (C.Məmmədov); Əkbərin baldırı bərk göynədi (Mir Cəlal)