LAQEYD – CİDDİ Hürü isə bu baxışlara qarşı laqeyd görünürdü (M.İbrahimov); Ostapenko ciddi, iti, əsəbi bir halda işləyirdi (Mir Cəlal)
LAQEYDLƏŞMƏK – CİDDİLƏŞMƏK Növrəstə laqeydləşdi (M.Eynullayeva); Salman dərhal ciddiləşdi (M.İbrahimov)
LÜLQƏNBƏR – AYIQ Bir gün görəydin lülqənbər çıxıb kolxoz idarəsinin qabağındakı iri palıd kötüyünün üstünə (H
LÜMLÜT – GEYİMLİ Səlim ağanın dalından dəyib lümlüt çölə atır (M.İbrahimov); Geyimli bayıra çıxdı (“Azərbaycan”)
LÜT – ƏHVALLI Lütəm, artıq bütün varım getdi (S.Rüstəm); Belə baxanda çox qanacaqlı, əhvallı adama oxşayırdı (S
LÜTLƏMƏK – GEYİNDİRMƏK Qışın oğlan çağında onu lütləyib yola salmaq yox, geyindirmək lazımdır (“Ulduz”)
MAFRAQ – BƏRK Ağacın budağı çox mafraqdır, tez sınacaqdır. Palıd uzunömürlü, bərk ağacdır
MAĞMUN – ZİRƏK O da sənin kimi utancaq, mağmunun biri idi (Mir Cəlal); Zirəkdir, gözüaçıqdır, işdən tez baş açandır (M
MAHİR – ACİZ Gülpəri də öz işində mahirdir (Ə.Haqverdiyev); Lakin yenə də özü yeriməkdə aciz idi (M.İbrahimov)
MAHİRLİK – ACİZLİK İşə qarşı onda xüsusi bir mahirlik var. Sonra ürəyi yumşaldı, acizliyini büruzə verdi (M
MAJOR – MİNOR Major, minor. Bəm, ya zil. Bunlardır, ən şad, ən ümidsiz nəğmələrin anası (R.Rza)
MAKSİMAL – MİNİMAL İndi hər bir peşə sahibindən minimal yox, maksimal bilik tələb olunur (“Azərbaycan”)
MAKSİMUM – MİNİMUM Veteranlara maksimum qayğı göstərilməlidir. Bu işin yerinə yetirilməsi üçün minimum vaxt verilir
MALBAŞ – DƏRRAKƏLİ Malbaş uşaqdır. Başına heç nə girmir (“Ulduz”); O oğlan yaşda səndən kiçikdir, amma qat-qat dərrakəlidir (S
MARAQ – ŞÜBHƏ Maraq dolu gözəm mən: baxmaya bilmərəm (R.Rza); Onu sevəcəyinizə şübhəm yoxdur (M.İbrahimov)
MARAQLI – BOŞ Dinləyirdim maraqlı söhbətini: qoca müəllimin (R.Rza); Mən and içirəm ki, boş sözdü (Mir Cəlal)
MARAQSIZ – MƏNALI Əsər maraqsızdır, oxumaq olmur (“Azərbaycan”); Bu gün hər şey gözəl, hər şey mənalıdır, – dedi (M
MATƏM – SEVİNC Matəm içindədirlər gördülər hamı (M.Rahim); Bu kəndin əhalisi elə bil sevincdən yatmaq istəmirdi (S
MATƏMLİ – ŞAD O qara matəmli günləri unut (S.Rüstəm); Qonaq cənnətə düşmüş kimi, heyran və şad idi (Mir Cəlal)
MAYMAQ – GÖZÜAÇIQ – Görmürsən, maymağın biridir (M.İbrahimov); Yəqin o şofer bacarıqlı adamdır, gözüaçıqdır (M
MAYMAQLIQ – GÖZÜAÇIQLIQ Maymaqlıqdan nə çıxar, gözüaçıqlıq lazımdır
MEHRİBAN – SƏRT Üzünü Silaya tutub mülayim və mehriban səslə dedi (S.Vəliyev); Yollar uzun, mənzil uzaq; sərt daşlara dözmür ayaq (R
MEHRİBANÇILIQ – ƏTİACILIQ O gündən onların arasındakı mehribançılıq ədavətə çevrilir (M.İbrahimov); Ətiacılıq onun canında var (M
MEHRİBANLAŞMAQ – SƏRTLƏŞMƏK Günəş mehribanlaşır; Bağçada gül üşümür (R.Rza); Mələyin ürəyi sərtləşirdi (M
MEHRİBANLIQ – ƏTİACILIQ Əhməd onun səsindəki süni mehribanlığı duydusa da, üstünü vurmadı (İ.Şıxlı); Elə ətiacılığı onu hörmətdən salmışdı (S
MƏCBURİ – KÖNÜLLÜ Qızcığaz hansı tərəfə qaçsaydı, hər yerdə onu bu cür ağır, məcburi əziyyət gözləyirdi (S
MƏCHUL – BƏLLİ Məchul bir vahimə ikimizi də sarsıtdı, divara sıxıldıq (M.İbrahimov); Aslan yatışından da bəllidir (Ata
MƏDAXİL – MƏXARİC Məgər mənim mədaxilim budur? (Ə.Haqverdiyev); Bu da kolxozun məxaricini xeyli azaltdı (M
MƏDƏNİ – KOBUD Mədəni adam belə yerlərdə yaşaya bilməz (C.Cabbarlı); Qorxma, sən kobud deyilsən axı (M
MƏDƏNİLİK – ƏDƏBSİZLİK Oğlan mədəniliyindən başını aşağı saldı və cavab vermədi (Ə.Vəliyev); Danışanın sözünü kəsmək ədəbsizlik hesab olunurdu (M
MƏDƏNİYYƏT – CƏHALƏT Orada gördüyü yüksək mədəniyyət və tərəqqi nümunələri onu ruhlandırır (F.Qasımzadə); Əl çək bu cəhalətdən, ata! (M
MƏDƏNİYYƏTSİZ – TƏRBİYƏLİ Bacarıqsız, mədəniyyətsiz əkinçi vardır (Ə.Vəliyev); Tərbiyəli ailədəndir (S
MƏDƏNİYYƏTSİZLİK – MƏRİFƏTLİLİK Mən bərkdən danışanları sevmirəm, bunu da bir növ mədəniyyətsizlik əlaməti hesab edirəm (S
MƏDH – HƏCV Xoşlanmaz heç vaxt o mədhlərdən (B.Vahabzadə); XIX əsr ədəbiyyatında ayrı-ayrı şəxslərin eyiblərini tənqid edən və fərdi mahiyyət daşıyan
MƏĞLUB – QALİB Cavanşirin ordu başçısı Qartal, məğlub olub geri çəkilir (M.Hüseyn); Dözə bilsən gərək: qalib gələ biləsən gərək; Sevincə də, dərdə də
MƏĞLUBİYYƏT – QALİBİYYƏT Qalibiyyəti də dadmışdı, məğlubiyyəti də (F.Kərimzadə)
MƏĞRİB – MƏŞRİQ Tutaq ki, məşriqdən məğribə qədər; Mənə xərac verdi bütün ölkələr; Nə olsun? Bədbəxtəm, bədbəxtəm, inan! (S
MƏHDUD – GENİŞ Onun imkanları geniş deyil, məhduddur
MƏHDUDLUQ – GENİŞLİK Vaxtın məhdudluğu onun əl-qolunu bağladı. Burada R.Rza sərbəst şerinin imkan genişliyi ilə özünü bir daha büruzə verir
MƏHƏBBƏT – NİFRƏT Məhəbbət sonsuz, nifrət dərin (H.Hüseynzadə)
MƏXFİ – AŞKAR Doktor, sizə bir işim düşüb, ancaq məxfidir, gərək heç kəs bilməsin (C.Əmirov); Sənə açıq deyirəm, dalda bir cür, aşkarda başqa cür hərə
MƏXRƏC – SURƏT Kəsr xəttinin altındakı ədəd məxrəc, üstündəki ədəd surət adlanır
MƏKR – MƏHƏBBƏT Məkr onun gözlərində oynayır. Məhəbbət mənim gözlərimdə Çandranı xilqətin tacına çevirmişdi (M
MƏKRLİ – MƏHƏBBƏTLİ H.Turabovun qəhrəmanı qüvvətli xarakterdir: məkrlidir, tədbirlidir, amansızdır. Onun məhəbbətli nəğmələri dinləyiciləri nəşələndir
MƏLAHƏTLİ – CIR Birdən kişi yaşına uyğun olmayan zil və məlahətli səslə oxudu (İ.Şıxlı); Misraların axır kəlmələrində cır səsini uzadıb ulayırdı (S
MƏLUM – MƏCHUL Onun nəyə işarə vurduğu məlum idi (S.Qədirzadə); Lakin sevgisi də adı kimi məchuldur (M
MƏLUMLUQ – MƏCHULLUQ Fellərdə məlumluq məzmunu felin mənası ilə bağlıdır. Yoxsa bu məchulluqdan nə çıxar? (İ
MƏNA – FORMA Məna sözün məzmunu, daxili cəhəti ilə, forma isə sözün zahiri ilə, səs tərkibi ilə əlaqələrdir (H
MƏNALI – BOŞ Çünki Məşədi Kazım ağanın iki mənalı sözündən bir şey anlamışdı (M.S.Ordubadi); Boş söz niyə danışırsan? (Mir Cəlal)
MƏNASIZ – MARAQLI Nə qədər buna mənasız xərc vururdular (Ə.Haqverdiyev); Burada işləmək, yaşamaq çox maraqlıdır