ÜFUNƏTLİ – ƏTİRLİ Bu üfunətli mühitdən qurtarmağınız qeyri-mümkündür (M.Talıbov); Məgər insanın yaxşı bir musiqi parçasını dinləmək, ətirli bir gülüst
ÜMMAN – DAMLA O, kiçik damlada bir ümman görür (B.Vahabzadə)
ÜMUMİLİK – XÜSUSİLİK Adın ümumiliyi və ya xüsusiliyi əşyanın ümumi və ya xüsusi olması ilə bağlıdır
ÜRƏFA – AVAM Şərabın nəyi biz ürəfa üçün deyil, avam üçündür (S.S.Axundov)
ÜRƏKLƏNMƏK – QƏHƏRLƏNMƏK Sərvinazın sözü Poladı həm ürəkləndirdi, həm də qəhərləndirdi (Ə.Vəliyev)
ÜRƏYİAÇIQ – QƏLBİQARA Səriyyə çox ürəyiaçıq qız idi (İ.Əfəndiyev); Hər qəlbiqara nakəs ilə eyləmə ülfət (S
ÜRKƏK – CƏSARƏTLİ O, ortaboylu, ürkək baxışlı, mütənasib bədənli, yaraşıqlı qadın idi (M.İbrahimov); Bunun üçün adamda ürək lazımdır; Cəsarətli və təm
ÜRKMƏK – CƏSARƏTLƏNMƏK O elə əvvəldən qadından ürkərdi. Mirzə bir az da cəsarətləndi (Mir Cəlal)
ÜST – ALT Altın həsir, üstün həsir, yat ki, yetim, tərləyəsən (Ata. sözü)
ÜSYANKAR – SAKİT Onların hər ikisi üsyankardır (M.Hüseyn); ...Anketovdan başqa beş-altı nəfər üzüyola, sakit bağça uşağı var idi (Mir Cəlal)
ÜZ – ARXA Sən qaranlığa arxa çevirib, işığa üz tutursan (S.Qədirzadə)
ÜZBƏÜZ – DALDALA Stulu çəkib üzbəüz oturdu (M.İbrahimov); Onlar küsülü idi, daldala durmuşdular (“Azərbaycan”)
ÜZDƏKİ – DİBDƏKİ Mən otağın dibdəki hər iki küncünü qazdım, heç nə yoxdur (C.Əmirov); Üzdəki otları kökündən çıxartmaq lazımdır
ÜZDƏN – DƏRİNDƏN Üzdən özünü elə aparırdı ki, guya onları ürəkdən istəyəndir (“Azərbaycan”); Gülsabah Əbilin gözlərinə baxıb dərindən köksünü ötürdü (
ÜZGÜN – SAZ Gülarə göz yaşından islanmış tülü dərhal buraxdı, üzgün, boğuq bir səslə dedi (C.Məmmədov); Canı sazdır, hələ xəstəlik bilmir (“Ulduz”)
ÜZGÜNLÜK – SAZLIQ Bayaqkı üzgünlük yox oldu (İ.Şıxlı); Onun sazlığını üzündən, hərəkətindən də oxumaq olur
ÜZLÜ – ASTARLI İki gün sonra Səadət xanımdan məktub aldım. Zərif kağız, göy astarlı paket, bənövşəyi mürəkkəb (Mir Cəlal); Kərim aynabənddəki taxtın ü
ÜZÜAŞAĞI – ÜZÜYUXARI Girdə-girdə yaş damlaları saralmış, solğun yanaqlarından üzüaşağı süzüldü (M.İbrahimov); Yuxulu kəndin orta küçəsi ilə üzüyuxarı
ÜZÜGÜLƏR – QARAQABAQ Hər ikisi qarabuğdayı, üzügülər və qəşəngdir (S.Vəliyev); Qaraqabaq adamdır (M.Hüseyn)
ÜZÜQARA – ALNIAÇIQ Sən məni üzüqara edirsən (M.İbrahimov); Min zəfərlə qarşılayır alnıaçıq ordumuz (S
ÜZÜYOLA – TƏRS Baxın, göyçəyini alın, üzüyola, fəqir və işlək olsun (Çəmənzəminli); Sən bilirsən o necə tərsdir (A
ÜZÜYOLALIQ – TƏRSLİK Onun bu üzüyolalığı tezliklə qadınlara və yaşlı kişilərə çatdı (“Azərbaycan”); Unut bu tərsliyi, gəl Allaha bax (S
VAHİD – MÜXTƏLİF Bir vahid millətə, iki hakimin; Dili doğmalaşdı… Bu lap ağ oldu; Doğma anamızın şəkərdən şirin; Bizə öyrətdiyi dil yasaq oldu (B
VAHİMƏ – CƏSARƏT Tellini yenidən vahimə bürüdü. O qorxurdu (S.Hüseyn); Aləm bilir ki, səndə olan cəsarət, kişilik bizim heç birimizdə yoxdur (M
VAHİMƏLƏNMƏK – CƏSARƏTLƏNMƏK Telli yatmaq zamanı çatdıqca vahimələnməyə başladı (H.Hüseyn); Mina xanımın ürəyindən olduğunu yəqin etdikdə isə daha da
VAHİMƏLİ – ÜRƏKAÇAN Birdən qabaqdan vahiməli bir səs eşidildi (Mir Cəlal); Bayır yumşaq, ürəkaçan bir bəyazlığa bürünmüşdü (B
VAXTAŞIRI – HƏRDƏNBİR Qazılan quyunun əyilə bilməsinin qarşısını almaq üçün əyriliyini vaxtaşırı ölçmək lazımdır (Ə
VAR – YOX Vardan xeyir gələr, yoxdan ziyan (Ata. sözü)
VARLI – FƏQİR İndi məndən nə istəyirsən? Sən bir varlı, mən bir fəqir (C.Cabbarlı). VARLI – LÜT Varlıların çoxu özlərini və mədənlərini qorumaq məqsəd
VARLI-HALLI – YOXSUL Bu kişi varlı-hallı bir adam idi (Ə.Haqverdiyev); Tutqun işıq bu yoxsul daxmanın görkəmini daha da miskinləşdirirdi (A
VARLI-KARLI – YOXSUL Varlı-karlı kişidir, niyə verməyək? (Mir Cəlal); Sizi bu yoxsul otağa gətirən mənəm! (M
VARLIQ – YOXLUQ Ey varlığı yox, yoxluğu vardan daha dilbər; Ruhim səni izlər (H.Cavid). VARLIQ – YOXSULLUQ Varlığa nə darlıq (Ata
VARLILIQ – KASIBÇILIQ O hələ varlılığı sayəsində başını birtəhər girləyir (T.Hüseynov); Kasıbçılıq, arvadının ölümü və uşaqlarının çoxluğu onu əldən s
VARMAQ – GƏLMƏK Səba, əhvalımı bir-bir; Varıb ol yarə ərz eylə (M.V.Vidadi); Sabahı fasilə zamanı Gülər bizim sinfə gəldi (M
VASİTƏSİZ – DOLAYI Vasitəsiz nitq başqasının fikrini eyni ilə verməkdir. Qız həyadanmı, yaxud nədən dolayı isə cavab verməz (R
VAVEYLA – SEVİNC Çatmayır göylərə vaveylam (S.Rüstəm); Sevincimin həddi yox idi (M.İbrahimov)
VAYLI – SEVİNCLİ Çoxlu xəbər gətirdi; Şivənli, vaylı axşam (Ə.Cavad); Sevincli günlərim barmaqla sayılar; Kədər - istədiyin qədər! (N
VEYL – İŞLƏK Sən elə veylin üstündə öz əmini niyə belə ağrıdırsan? (S.Rəhimov); Bizim yerimiz Cəfərabadın yerindən yaxşı, torpağımız məhsuldar, camaat
VEYLLƏNMƏK – İŞLƏMƏK Küçəbacada veyllənməkdənsə, uşaqlar qoy şəhərin tarixi yerlərini gəzsinlər, öyrənsinlər (Ə
VƏCD – QORXU Sevincimin, vəcdimin çoxluğundan durub oynamaq istəyirdim (M.F.Axundzadə); Onların məsum gözlərindən qorxu süzülüb tökülürdü (M
VƏFALI – ETİBARSIZ Lalə yalnız vəfalı bir arvad deyil, yaxın dost və köməkçi idi (M.Hüseyn); Etibarlı kəsib, etibarsız yar; Əl qaldırıb, özgə yara yal
VƏHDƏT – AYRILIQ Bilirdi ki, qüvvət vəhdətdədir (S.Rəhimov); Mən ki doymamışdım heç vüsalından; Mənə zülm elədi yaman ayrılıq (N
VƏHŞƏT – SEVİNC Hamının üzündə vəhşət, iztirab və qorxu əlaməti görünür (A.Makulu); Heç olmasa öz atasına bu qoca vaxtında sevinc və təsəlli gətirirdi
VƏHŞƏTLİ – MƏLAHƏTLİ Eşitdikcə bu vəhşətli sözləri; Əsdi bədəni, qızardı gözləri (A.Səhhət); Qapı tərəfdən məlahətli və nazlı bir qadın səsi eşidilir
VƏHŞİ – MƏDƏNİ O nə vəhşi adamdır (S.Vəliyev); Qoşatxan mədəni və tərbiyəli adam idi, lakin heç kəsə borclu qalmağı sevməzdi (M
VƏHŞİLİK – İNSANLIQ Belədə o mən burada olduğuma görə, özünü ələ alacaq və məni kədərləndirməmək üçün vəhşilik etməyəcəkdir (M
VƏLVƏLƏ – SAKİTLİK Dəhşət dolu bir vəlvələ qopdu (H.Cavid); Get-gedə gecə qaranlıqlaşır, Araz qıraqlarına məxsus qəribə sakitlik başlayırdı (Ə
VƏRƏQLƏNMƏK – ÖRTÜLMƏK Ömrünün keçmiş günləri bir kitab kimi açılaraq gözləri önündə vərəqlənirdi (M
VƏRƏMLİ – SAĞLAM Vərəmli adamlara həkimlər xüsusi qayğı ilə yanaşırlar. İyirmi dörd yaşlı, can-başı sağlam, istiqanlı bir oğlan özünü nə qədər saxlaya
VƏTƏN – QÜRBƏT Əziz isə qürbətdən vətənə qayıdardı (C.Əmirov)