VİCVİCƏ – QIZDIRMA Heydər içəri girən kimi müsahibinin canına vicvicə düşdü (T.Kazımov); Qızdırma onu əldən salmışdı (“Ulduz”)
VİRAN – ABAD Açdı mənə dərdli ağac; Viran bağın məlalını (M.Rahim); Dağıldı qüssədən abad gördüyün könlüm (Heyran xanım)
VİRANƏ – ABAD Mən onda bildim ki, yaranmaq nədir? Bəşərsiz kainat bir viranədir (S.Vurğun); Biz bu dünyaya xarabalıqları abad etməyə gəlmişik (Ə
VULQAR – ƏDƏBİ Ədəbi dil normalarına zidd olan qaba sözlər vulqar sözlər adlanır. Yeni yetişən ədəbi gənclik həmişə Cabbarlının diqqət mərkəzində idi
VURAĞAN – DİNC Vurağan öküzə Allah buynuz verməz (Ata. sözü); Məhəmmədhəsən əmi dinc adamdır (C.Məmmədquluzadə)
VURAN – BÖLƏN Vurma hasilini almaq üçün ədədin digər ədədə neçə dəfə vurulduğunu göstərən ədəd vuran, bölünən kəmiyyətin bölündüyü ədəd bölən adlanır
VURĞUN – BİGANƏ Mən də sənin kimi gülə vurğunam (M.Rahim); Nə baxırsan oğrun-oğrun; Mənə biganələr kimi (Xəstə Qasım)
VURHAVUR – SAKİTLİK Ay Allahqulu, yaxşı ki, yaxamızı bu vurhavurdan qurtardıq (Çəmənzəminli); Hər yan sakitlik idi (M
VURMA – BÖLMƏ Hasil almaq üçün bir ədədin başqa bir ədədə, yaxud öz-özünə vurulması vurma, bir sayda neçə dəfə başqa say (ədəd) olduğunu bilmə əməli b
VURMAQ – BÖLMƏK Beşi ikiyə vurmaq, alınan hasili beşə bölmək lazımdır. VURMAQ – DAYANMAQ Bir soruş gör, heç ürəyim bir gün onsuz vurdumu? (Ə
VURUŞ – BARIŞ Vuruşun kor vuruşuna oxşamır (Ata. sözü); Barış dəqiqələri yaxınlaşdı
VÜQARLI – BAŞIAŞAĞI Baş-başa çatılmış bu qoca dağlar; Vüqarlı qəlbim tək bu uca dağlar (S.Vurğun); .
YABANÇI – DOĞMA Oxuya bilməzsən, çünki bu həriflər artıq sənə yabançıdır (C.Cabbarlı); Heç kəs inanmaq istəmirdi ki, Fariz mənim doğma qardaşımdır (Y
YABANI – MƏDƏNİ Hüseyn Məhbusi kimi xain və alçaqlar yabanı bir ot kimi böyüyür... (M.İbrahimov); Mən bədii əsərləri müəyyən dərəcədə sevməyən mədəni
YABI – KÖHLƏN Köhlən at ilə yabının təfavütünü hamı bilir (Ə.Haqverdiyev)
YAD – YAXIN Necə söyləyəsən yaxına, yada; Belə oyunlardan kar aşarmı heç?! (H.Hüseynzadə). YAD – YERLİ Yad üzü görməsin sürfəmiz gərək (S
YADELLİ – DOĞMA Yadelli bir şah doğma yurda çapğına keçdi (İ.Əfəndiyev)
YADIRĞAMAQ – ALIŞMAQ [Məcid kişi:] Quyu qazmağı yadırğamışam, bala... (İ.Məlikzadə); Əlini alnına dayadı və bir neçə saniyə dayanıb qaranlığa alışmaq
YAĞI – DOST Tanısın hər yerdə həm dost, həm yağı; Zəkalı, sınaqlı qoca Tapdığı (A.Şaiq)
YAĞINLIQ – QURAQLIQ Bu il həm yağınlıq idi, həm də havalar isti keçirdi (Ə.Vəliyev); Yolun hər iki tərəfi də quraqlıq və bomboş idi (Mir Cəlal)
YAĞIŞ – QURAQLIQ Əkinçi yağış istər, yolçu quraqlıq (Ata. sözü)
YAĞIŞLI – QURU Yağışlı bir bahar axşamı idi (M.Hüseyn); Havalar quru idi, yağış yağmırdı
YAĞLI – KASIB Yəqin yağlıdır ki, belə dolanır (Ə.Haqverdiyev); – Əmi, kasıb arvaddır, nə verəcək (M.Hüseyn)
YAĞMURLU – QURU Yağmurlu bir gündü... (S.Hüseyn); Quru bir yay günü idi
YAXIN – UZAQ Yaxın adam, uzaq adam nə deməkdi, Sofi? (Elçin)
YAXINDA – UZAQDA Bu arada, yaxında dörd-beş əl şiddətli tapança atılır (H.Cavid); Harada isə uzaqda, lap uzaqda tək-tək işıqlar yanırdı (Y
YAXINDAKI – UZAQDAKI Qaçqınlar hamısı yaxındakı şah tutluğa tərəf yüyürdülər (Ə.Vəliyev); Hərbi adamın nəzərlərini uzaqdakı dağlar cəlb etdi (S
YAXINLIQ – UZAQLIQ Sofi, yaxınlıq da, uzaqlıq da insanın öz içindədi (Elçin)
YAXŞI – PİS Qumru bunları toplayıb gətirər, pisini evdə yandırar, yaxşılarını qom-qom bağlayıb qonşulara satar, təndir çörəyinə dəyişərdi (Mir Cəlal)
YAXŞILAŞMAQ – XARABLAŞMAQ Tapdıq vücudca yaxşılaşmışdır (Ə.Vəliyev); İşlərin qızışan zamanında aramız daha da xarablaşır (M
YAXŞILIQ – YAMANLIQ Dünyada nə yaxşılıq itər, nə də yamanlıq (M.İbrahimov)
YAL – DƏRƏ Dərəni keçib düşmənin müdafiədə durduğu yala qalxmağa başlarkən birinci güllə atıldı (Ə.Əbülhəsən)
YALAN – DOĞRU Mən yalan danışmağa adət eləməmişəm (C.Əmirov); Oğlanın dedikləri doğru çıxdı (C.Əmirov)
YALAVAC – TOX Həftələrlə qalıb ac; Dolanırdı yalavac (A.Şaiq); Müdam ələ baxır... lakin ac deyil; Onun qarnı toxdur, gözləri acdır… (O
YALIN – GEYİMLİ Yalın ayaqları dizlərinədək palçığa batmışdı (Çəmənzəminli); Tirmə şal geyimli, qara saçlılar; Hər tərəfə zər nişanlar dolanır (Aşıq Ə
YALQIZ – CÜT Bu dünyada şir də yalqız qalmasın; Qardaş gərək cüt dayana yan-yana (Aşıq Ələsgər)
YAMAQLI – SÖKÜK Arvad Cumanın... yamaqlı çəkməsini geydi (Ə.Əbülhəsən); Sökük köynəyindən qolu görünürdü (“Ulduz”)
YAMAMAQ – SÖKMƏK Yamayardım babamın çul-çuxasın (M.Ə.Sabir); Təzə köynəyi sökdü
YAMAN – RƏHMLİ Kərəm kimi mən oduna yanaram; Dostuna dost, düşməninə yamanam (Aşıq Əziz); Rəhmlidir, ürəyi yumşaqdır
YAMANCA – YAXŞICA Onlar Səmədin yamanca tələsdiyini duymamış deyildilər (M.Hüseyn); Onu yaxşıca əzişdirdilər
YANAR – SÖNÜK Bir parça atəşəm, bir parça yanğın; Qəlbim örpəyidir yanar bir dağın (M.Müşfiq); Sönük vulkana tamaşa edirdilər
YANAŞI – AYRI Çarpayıları yanaşı idi (T.Kazımov); Onların yeməkləri bir, yataqları ayrı idi
YANAŞMAQ – UZAQLAŞMAQ Fəxrəddin qapıya yanaşmaq üçün heç bir bəhanə əldə edə bilmirdi (M.S.Ordubadi);
YANIQLI – NƏŞƏLİ Rəhim bəy yanıqlı bir ah çəkdi (M.Hüseyn); O bu gün nəşəli idi
YANLIŞ – DÜZGÜN Yanılırsan, o yanlış tərbiyədir (A.Şaiq); İndi Məcid müəllimin suallarına cəsarətlə və düzgün cavab verirdi (Mir Cəlal)
YANMAQ – SÖNMƏK Gülər ulduz kimi tez yandı, söndü (M.Rahim)
YAPIXMAQ – QALXMAQ Qoca dəyirman daşının üzərində yırğalanıb yapıxdı (S.Rəhimov); Harın at qalxdı dik ayaq üstə; Ox dəyən ahu kimi tullandı (A
YARALANMAQ – SAĞALMAQ Mirsaqulu yaralanmış və yerə yıxılmışdı (S.Hüseyn); Qonağım qız, məni sağalt, amandır (Mir Cəlal)
YARALI – SAĞLAM Maya yaralı bir eşqlə Qaraşı müdafiə etdi (M.İbrahimov); Rayon səhiyyə məntəqəsi sağlam uşaqların yarışını düzəltmişdi (Mir Cəlal)
YARAMAZ – XEYİRLİ Pis və yaramaz cəhətlər isə nəzərindən qaçırdı (M.İbrahimov); Çox zaman xeyirli məsləhət alırdılar (Mir Cəlal)