MÜTLƏQ – NİSBİ Bilin, yoxsulluq iki cürədir: mütləq yoxsulluq və nisbi yoxsulluq (M.Talıbov)
MÜTTƏFİQ – RƏQİB Axı indi müharibə bizimlə müttəfiqlərin arasındadır (S.Vəliyev); Rəqiblər arasında saziş bağlandı
MÜVƏFFƏQİYYƏTSİZLİK – UĞURLULUQ Kapitan ilk nəzərdən leytenant Stepanovanın müvəffəqiyyətsizliyə uğradığını başa düşdü (C
NADAN – AĞILLI Ağıllı düşmən nadan dostdan yaxşıdır (Ata. sözü). NADAN – MƏDƏNİ Nadan atadan qız nə tərbiyə götürə bilər (S
NADANLIQ – MƏDƏNİLİK Bir çoxları nadanlıq; Pəncəsində sıxıldı (H.Cavid); Mədənilik xalqın qəfil yuxusundan oyanmasına səbəb olur (“Ulduz”)
NADİNC – SAKİT Sakitdir, nadinc deyil (M.Talıbov)
NADİR – KÜTLƏVİ Nadir malların çoxunu müdir özünə yaxın olan mağazalar arasında bölüşdürürdü (C.Əmirov); Bakıda kütləvi malların sərgisinin açılışı ol
NADÜRÜST – MƏRD A nadürüst balası; sən dedin ki, mən də başa düşəm (S.S.Axundov); Türkün zatındadır kişilik, mərdlik; O, öz düşmənini vurmaz arxadan (
NADÜRÜSTLÜK – MƏRDLİK İki nəfər arasında zahiri dostluğun daimiliyi üçün mütləq yalan və nadürüstlük lazımdır (M
NAĞD – BORC Bu gün nisyədir, sabah nağd ola bilər (M.Hüseyn); Borc verməklə tükənər, yol getməklə tükənməz (Ata
NAHAMAR – DÜZ Ən yazıq, ən kiçik; Nahamar bir daşın ömrünə; Min insan ömrü də bərabər deyildir (R.Rza); Düz yol gedən yorulmaz (Ata
NAXOŞ – SALAMAT Dünyada qoca, ya cavan nə gəzir? Bir naxoş var, bir salamat (Ə.Haqverdiyev)
NAXOŞLUQ – SALAMATLIQ Bəs eşitdim mallarda naxoşluq var imiş (Ə.Haqverdiyev); Danış görək şəhərdə daha nə var, salamatlıqdır? (C
NAİNSAF – RƏHMLİ Nainsafın kəli qaçar (Ata. sözü); Rəhmli adamların işi uğurlu olur
NAQİS – KAMİL Bu yaşa gəlmişəm, məndən bir pis söz, bəd hərəkət, naqis əməl görməmisiniz və eşitməmisiniz (Ə
NAMƏRD – CƏSARƏTLİ Namərd gəlib mərd olmaz (Ata. sözü); Kolxoz sədrinin səmimi etirafı, doğru danışması, cəsarətli fikri onu fərəhləndirdi (Ə
NAMUSLU – HƏYASIZ Ağıllı və namuslu adamlar bu böhtanlara inanmazlar (M.İbrahimov); Bıyy, nə həyasız kişidir, içəriyə niyə baxır? (M
NAMUSSUZ – TƏRBİYƏLİ Xanın nökəri sənin kimi namussuzlardır (A.Şaiq); Tərbiyəli oğlandır, ana, bir qrupda oxuyuruq (İ
NANƏCİB – LƏYAQƏTLİ Nanəcibdən ağa olmaz, təkədən qoç (Ata. sözü); Çox ləyaqətli yoldaşdır (M.Hüseyn)
NANƏCİBLİK – LƏYAQƏTLİLİK Mənim nanəcibliyimdən yoxsulluğa, miskinliyə giriftar olmuş bu bir neçə adama rast gəldiyim üçün şükür etdim (M
NARAHAT – ARXAYIN Hər dəfə telefon zəngi eşidəndə Sandrodan bir xəbər veriləcəyini düşünən polkovnik narahat idi (S
NARAHATLAŞMAQ – ARXAYINLAŞMAQ Oğlunun hərəkətlərini görüncə narahatlaşır (Ə.Vəliyev); Siz də Çaxunaşvilini burada görüb arxayınlaşmısınız (C
NARAHATLIQ – ARXAYINLIQ Narahatlığı daha da çoxaldı (S.Qədirzadə); Bir arxayınlıq nəğmələşir könlümüzdə (R
NARIN – İRİ Şumumuz çox narındır (Ə.Vəliyev); Gülşən isə kəsdiyi iri bir cimi götürüb arxın alt tərəfinə qoydu və qızlara dedi (Ə
NARINLAŞMAQ – İRİLƏŞMƏK Qar dənələri getdikcə narınlaşırdı (A.Məmmədrza); Havalar quraq keçdiyindən yerdəki çumbuzlar iriləşirdi
NASAZ – SAĞLAM Yoldaşım nasazdır (M.İbrahimov); Kişi sağlam, ağlı başında bir adam idi (M.İbrahimov)
NAŞI – TƏCRÜBƏLİ Ailəni iki nəfər naşı və həyata təzəcə atılan, eyni zamanda bir-birini sevən iki adam qurmağa məcburdur (M
NATAMAM – BÜTÖV Hamısı natamamdır (S.Rüstəm); Hələ kəsilməyib, bütövdür (Ə.Vəliyev)
NAZİK – QABA Mənim bu qaba ürəyimdə nazik hisslər günü-gündən artmaqdadır (Ə.Haqverdiyev)
NAZİKLƏŞMƏK – QALINLAŞMAQ İstilər düşdükcə novdan donmuş su nazikləşir, əriyib yox olur (Ə.Vəliyev); İndi suyu sovulmuş dəyirman get-gedə soyuyur, nov
NƏCİB – KOBUD Cahangir ağa kimi nəcib ağa heç bir oymaqda tapılar? (Ə.Haqverdiyev); Ürəyim sanki kobud bir pəncənin sərt barmaqları arasında cənglənir
NƏCİBLİK – KOBUDLUQ Nəciblik həməndir, hünər o hünər; Günəşdən istilik, işıq alaram (M.Rahim); Burada kobudluq, etinasızlıq, dönüklük – hər şey vardır
NƏHƏNG – BALACA Nəhəng bir xeyli şaha baxdı (İ.Şıxlı); Çənəsi yumru, burnu balaca idi (S.Qədirzadə)
NƏM – QUPQURU Kibrit evin rütubətindən nəm çəkmişdi (S.Vəliyev); Kişi əlini bədəninə çəkdi, qupquru olduğunu görüb paltarını geyindi (İ
NƏMİŞLİK – QURAQLIQ Bu il, qızım, türkün sözü, nəmişlik olmadı, havalar, türkün sözü, quru keçdi, mən də borca düşmüşəm (C
NƏMLİ – QURU Məlul baxır Mərmərə; Göy gözləri nəmlidir (M.Rahim); Hava qurudur (Ə.Vəliyev)
NƏŞƏ – CƏFA Quşlar verər səs-səsə: Nəşə gələr hər kəsə (A.Şaiq); Dosta bir belə bəla, cəfa vermək rəvadır? (S
NƏŞƏLƏNMƏK – KƏDƏRLƏNMƏK Qız artıq nəşələnmişdi, içir və oxuyurdu (M.S.Ordubadi); O özü də kədərlənmişdi (M
NƏŞƏLİ – CƏFALI Uzaqdan dadlı, nəşəli, yaxından zəhərli, cəfalı, bəlalı ömrü puç edən bir şeydir (S.S
NƏTİCƏ – BAŞLANĞIC Nəticədə kişi peşələrinin sayı xeyli artar. Ancaq başlanğıc üçün bu heç də pis deyil (Ə
NƏZAKƏTLİ – KOBUD Rəisin nəzakətli ədaları Məşədibəyi təəccübləndirmədi (M.Hüseyn); Çox kobud adamdır (M
NƏZAKƏTSİZ – LƏYAQƏTLİ Heç bir nəzakətsiz söz tapa bilmədim (Mir Cəlal); O, ləyaqətli adamdır
NƏZAKƏTSİZLİK – QANACAQLILIQ Demərəm, bilirsiniz ki, qadından onun yaşını soruşmaq nəzakətsizlikdir (C
NƏZƏRİ – TƏCRÜBİ Dərsin nəzəri məsələləri təcrübi məşğələlərdə şərh olunmalıdır
NƏZƏRİYYƏ – PRAKTİKA Nəzəriyyə ilə praktika bir-birini tamamlayır. Nəzəriyyə praktikasız kordur, praktikasız nəzəriyyə heçdir
NİCAT – FƏLAKƏT Nicat və mərhəmət qapıları açılmadı (M.İbrahimov); Onların bütün hərəkətləri böyük bir fəlakət bildirirdi (M
NİFRƏT – MƏHƏBBƏT Məhəbbət və nifrətdən başqa laqeydlik də var (A.Məmmədov). NİFRƏT – RƏĞBƏT Rəsulovun bu baxışında həm maraq, həm də nifrət oxunurdu
NİKBİN – BƏDBİN Aslan düşərgədə də belə xəyalpərvər və nikbin idi (S.Vəliyev); Həsən təbiətin bədbin və hövsələsiz bir adamı idi (Çəmənzəminli)
NİKBİNLƏŞMƏK – BƏDBİNLƏŞMƏK Nikbinləşməyə əsas vardır. Günəş də bunu görüb ümidini kəsir, bədbinləşir, bəxtinə lənət oxuyurdu (Ə
NİKBİNLİK – BƏDBİNLİK Vaqiflə Vidadinin məşhur “Deyişmə”sində... sevinc ilə kədər, nikbinliklə bədbinlik, əqli-ürfani ucalıqla dünyəvi eşq qarşılaşır