İSLAQ – QURU Şən qəhqəhələrlə islaq otların arasında çiyələk dərib yeyirdilər (A.Şaiq); Quru qobu qırağı ilə əlində kağız qovluğu olan bir gənc yeriyi
İSLANMAQ – QURUMAQ Az keçdi, yenə güclü yağış başladı başdan; Bir anda bahar paltarım islandı yağışdan (S
İSLATMAQ – QURUTMAQ Yağış isladar, gün qurudar (Ata. sözü)
İSMƏTLİ – NAMUSSUZ Görmüşdüm ağıllı, ismətli, qoçaq; Manqabaşçısıydı, qəşəng gəlindi (Ə.Cəmil); Bu namussuzu nə üçün qolları bağlı gətirmədin? (M
İSMƏTLİLİK – ƏXLAQSIZLIQ Özündə bir ismətlilik duyurdu. Şeir adına dinsizlik və əxlaqsızlıq dərsi verən bu kitab dünya üzü görməyə haqlı deyildir (M
İSMƏTSİZ – NAMUSLU Mənim sözüm budur ki, ümumiyyətlə, heç bir millətin barəsində demək olmaz ki, filan millətin övrətləri bietibar və ismətsizdir (“Mo
İSRAFÇI – QƏNAƏTÇİ Bu hay-huy içərisində olanlar özləri də israfçı axmaqlar və bədbəxt vəhşilər kimi yaşayacaqlar (M
İSRAFÇILIQ – QƏNAƏTÇİLİK Əgər keçmişdəki varlılar ifrat israfçılıq edirdilərsə, bunu öz eyş-işrətləri üçün öz evlərində edirdilər (M
İSTEDADLI – KÜT Hər ailənin öz istedadlı israfçısı vardı (C.Məmmədov); Kəs səsini köpək... Beyniniz kütdür (S
İSTİ – AYAZLI Yayın isti günləri idi (S.S.Axundov); Ayazlı, şaxtalı bir qış axşamı; Yeddi yoldaş olub yola düzəldik (S
İSTİBDAD – SƏADƏT Yoldaşlar, istibdad pəncəsində işləyən yüz minlərcə işçilər baş qaldırmadadır (Çəmənzəminli); Odlar yurdunun səadəti sənin, mənim sə
İSTİQANLI – SOYUQQANLI İyirmi dörd yaşlı, canı-başı sağlam, istiqanlı bir oğlan özünü nə qədər saxlayacaqdı (M
İSTİLİK – SOYUQLUQ Alnımda bir istilik hiss edər-etməz gözlərimi açdım (M.S.Ordubadi); Azacıq sonra isə həmin soyuqluq isindi (İ
İŞCİL – TƏNBƏL Pah, insan da belə işcil olar? (Mir Cəlal); Hər əyrinin, tənbəlin xan qızı kimi başına dolanmayacağıq ki?
İŞCİLLİK – TƏNBƏLLİK İşcillikdə olmasın qoy onların misli heç (M.Rahim); Səni kəndə qaçmağa məcbur edən tənbəllikdir (Z
İŞGƏNCƏ – KEF O bu işgəncədən qurtarmaq üçün düşünür, fürsət gözləyir (S.Vəliyev); Cibim dolu, kefim saz idi (Mir Cəlal)
İŞGƏNCƏLİ – NƏŞƏLİ Bizim gözlərimiz önündə uzun, işgəncəli bir insan həyatı gəlib keçir (M.Hüseyn); Yuxusunda nəşəli günlərini görüb ağzı sulanır
İŞGÜZAR – TƏNBƏL Küçə sürətlə ora-bura gedən, işgüzar adamlarla dolu idi (S.Rəhman); Mədəd “tənbəl” sözünü deyəndə Güldanəyə elə gəldi ki, onu ilan ça
İŞGÜZARLIQ – BACARIQSIZLIQ O, Məşədibəyin işgüzarlığını, möhkəmliyini, Məşədibəy isə onun kəsərli yazı üsulunu bəyənirdi (M
İŞIQ – QARANLIQ İşıq qaranlıqla, kədər fərəhlə; Ayrılıq görüşlə bir yerə düşdü (H.Hüseynzadə). İŞIQ – ZÜLMƏT Qalır və birdən-birə ona elə gəlir ki, qa
İŞIQLIQ – QARANLIQ Ay səni görüm, işıqlığa çıxasan! (M.Hüseyn); ...Ərinin gələcəyini, qaranlıq taleyini düşünürdü (Mir Cəlal)
İŞILDAMAQ – SÖNMƏK Elektrik lampaları axşamın dumanları içərisində sönük bir parıltı ilə işıldayırdı (Q
İŞLƏK – TƏNBƏL Siz Əhməd Soltanzadə kimi işlək adamı bəyənmirsiniz. (M.Süleymanzadə); İş görməkdə tənbəl, amma yeməkdə alıcı quşdur
İŞLƏMƏK – AVARALANMAQ İşçilər istiyə baxmadan od kimi işləyirdilər (Mir Cəlal); Ona iş demə, elə qoy avaralansın (“Ulduz”)
İŞLƏMƏK – DAYANMAQ Sanki Fərhadın ürəyi elə bu an işləməyə, onun vücudu bu dəqiqə hərəkət etməyə başladı (Ə
İTİ – KÜT Qılıncdan itidir qələmin, sözün... (S.Rüstəm); O indi aciz və küt bir mətbəx bıçağı deyil, sınaqlardan çıxmış kəsərli bir qılınc idi (Mir Cə
İTİGÖZLÜ – FƏRSİZ Onu, o itigözlü, girdə və gülərüzlü müəllimi kim tanımır, kim əzizləmir? (Mir Cəlal); Fərsiz qoyunu qurd yeyər (Ata
İTİLİK – KÜTLÜK Bıçağın itiliyi və ya kütlüyü ancaq bir şeyi doğramaq zamanı bilinir
İTİRMƏK – QAZANMAQ Lap balaca yaşlarında o, ata və anasını itirmişdi (M.İbrahimov); Xalq qız verib quda qazanar, biz qız verib qada qazandıq (Ata
İTTİFAQ – AYRILIQ Pozulmaz bu qardaşlıq, pozulmaz bu ittifaq (S.Rüstəm); Yaddır eşqimizə ayrılıq, ölüm (S
İYRƏNC – GÖZƏL Salman havalanıb pörtərək, eybəcər və iyrənc şəklə düşdü (M.İbrahimov); O gözəl nəğməni oxusana! (M
İZTİRAB – RAHATLIQ Bu, gəncliyin ilk iztirabı idi (S.Vəliyev); O ölmüş olsa da, bu vicdan əzabı mənə ömrüm boyu rahatlıq verməyəcəkdir (M
İZTİRABLI – XOŞBƏXT Yox, demə dirçəldik, yenə yeridik; Eşqin iztirablı, çətin yolunda (S.Rüstəm); Ah, sən xoşbəxt uşaqsan (S
KAFİ – PİS Güclə kafi qiymət alırdı (İ.Fərzəliyev); Dərslərindən pis qiymət alır (“Azərbaycan”)
KAFİR – MÜSƏLMAN De, sən hara? Rusiya hara? Yoxsa satılmısan o kafirlərə? (S.Vurğun); Yoxsa müsəlmanlar şəhərə giriblər? (Mir Cəlal)
KAFTAR – CAVAN Deyirlər ki, ay kaftar, bizim qızımız qırmızı saqqallı qoca kişinin tayıdır? (Ə.Haqverdiyev); Cavan adamsan, nə çoxdur ər, birinə qoşul
KAL – YETİŞMİŞ ...Kal meyvələrdən dərib ağzına atır... (M.İbrahimov); Ağaclar yetişmiş sarı, dolu, sulu, şirin armudu ehmallıca yerə buraxırdı (Mir Cə
KALAFA – DÜZ Qaralır daxmanın kalafa yeri; Dəstə şərqisilə çəkilir geri (S.Vurğun); Onlar dərin bir həyəcanla düzə sarı baxırdılar (M
KALAFALIQ – DÜZƏNLİK – O dağın dibində saraylar tikilmiş, indi kalafalıqları qalıb (M.Süleymanlı); O, düzənliyin adı qılıncdır, çıxdığımız yol sarı yo
KALLAŞMAQ – AÇILMAQ Getdikcə onun səsi kallaşırdı (F.Kərimzadə); Birdən səsi açıldı (“Ulduz”)
KAMALLI – SƏFEH Bu oğlan kamallı oğlandır (S.S.Axundov); Çox səfeh adamdır ki, dirilib (Mir Cəlal)
KAMALSIZ – AĞILLI Mən onlara, ağılsız, qabiliyyətsiz, kamalsız adam deyə bilmərəm (Ə.Haqverdiyev); Gülər ağıllı və bacarıqlı qızdır (M
KAMİL – NÖQSANLI Kamil insan kamalından bəlli olar (Ata. sözü); Hələ o özünü nöqsanlı bir şəxs kimi tanıtmışdır (“Azərbaycan”)
KAMİLLİK – SƏFEHLİK Dedilər kamilliyin, hürufiliyin yeri zindandır (F.Kərimzadə); Bu da sənin səfehliyindir (“Azərbaycan”)
KARLI – ZƏRƏRLİ Zaman şuluqluq, qışqabağı bir karlı iş yox, filan yox! (Mir Cəlal); Zərərli işdir, mən ona qol qoya bilmərəm (“Azərbaycan”)
KASAD – GƏLİRLİ Hacı nə bizim bazarımız kasaddır və nə də puldan çətinlik çəkirik (Ə.Haqverdiyev); Alverimiz gəlirlidir
KASADLAŞMAQ – VARLILIQ Çit bazarı kasadlaşmışdı, ya pul tərəfindən çətinlik çəkirsiniz? (Ə.Haqverdiyev); İşim yaxşıdır, alverimiz pis deyil, varlanırı
KASIB – DÖVLƏTLİ İndi böyüdükcə baxıb görürəm ki, dövlətli ilə kasıbın arasında böyük fərq var (Ə.Haqverdiyev)
KASIBLAŞMAQ – VARLANMAQ Var-yoxu əlindən çıxıb, kasıblaşıb (“Azərbaycan”); Baloğlan varlanmaq üçün daima müxtəlif yollar axtarıb tapmaq haqqında düşün
KASIBLIQ – VARLILIQ Üzündən, gözündən kasıblıq yağır (B.Vahabzadə); Varlılığa tələsən, yoxsulluğa tez düşər (Ata