ƏTLƏNMƏK – ARIQLAMAQ Sifəti o qədər ətlənmişdi ki, göyəm çərdəyi boyda gözləri güclə görünürdü (A.Makulu); Lyuba arıqlamışdı (Y
ƏTLİ – ARIQ Onların əlləri yumru, ətlidir, barmaqları olduqca qısadır (M.S.Ordubadi); Atlaz paltar, qırmızı çəkmə geymiş bu arıq qızın qaşları mötəriz
ƏTRAFLI – QISACA Axşam mütləq sizə gələrəm, ətraflı söhbət edərik (C.Əmirov); Şən əhvalatı qısaca danışdım (Y
ƏVVƏL – SON İslana-islana xeyli dolandıq; Yolun nə əvvəli, nə sonu vardı (H.Hüseynzadə)
ƏVVƏLA – SONRA Qəhrəman bəyin, əvvəla, pulu yoxdur (Ə.Haqverdiyev); Sonra ağır-ağır qalxıb, kölgəlikdə, göy otun üstündə dirsəkləndilər (Mir Cəlal)
ƏVVƏLCƏ – SONRA Əvvəlcə Lyudmilanı yola salırıq, sonra isə bir az gəzirik (C.Əmirov)
ƏVVƏLİNCİ – AXIRINCI Doğrudur, bir neçə adam bilir ki, Yusif ilən sən əvvəlinci dəfə görüşməyirsən (N
ƏYİLMƏK – DURMAQ Masa ətrafında dörd nəfər də əyilmişdi (H.Nəzərli); Bir sutka ayaq üstündə durdum (Mir Cəlal)
ƏYLƏNCƏLİ – CANSIXICI Ona da bir qız nişanlarıq; Əyləncəli bir toy məclisi qurarıq (H.Cavid); Evin havası cansıxıcıdır
ƏYLƏNMƏK – GETMƏK Əylən, bir qulaq as sözə (“Koroğlu”); Qədir fürsət bilib yayındı, üzünü bağlara tərəf tutub yavaşca, dala baxmadan gedirdi (Mir Cəla
ƏYMƏK – QALDIRMAQ Sünbüllər ağırlaşıb boynunu əymişdi (İ.Şıxlı); Qolumu qaldırdım ki, atım, gördüm ki, xortdan yoxdur (Mir Cəlal)
ƏYRİ – DÜZ Əyrilər əyrini görsün, düzü baxsın düzünə; Gəlməyibdir belə bir möcüzə dünya üzünə (Ə.Vahid)
ƏYRİLİK – DÜZGÜNLÜK Zira ki, yalan və əyrilik həmişə aşkar olub insanı bədnam edir (N.Nərimanov); Şura hökuməti gələn kimi şəhərlərlə kəndlər arasında
ƏYYAR – MƏRD Qara pəhləvan yaman güclü, həm də yaman əyyar idi (“Koroğlu”); Sizin əriniz Əzizbəy çox mərd, səmimi və nəcib bir insandı (M
ƏYYARLIQ – MƏRDLİK Bu qəzvinli Şeydadır ki, gündüz sərraflıq edər, gecə əyyarlıq (M.F.Axundzadə); Bu qadının mərdliyi yalnız qohum-qardaşı deyil, bütü
ƏZAB – ZÖVQ Fərhad, Fərhad, niyə mənə əzab verirsən, vicdanımı parçalayırsan? (C.Cabbarlı); Onun bədii zövqünü korlayan mahnılardan yüksək xalq musiqi
ƏZABLI – XOŞ Bu bir ay Bilqeyis üçün sıxıntılı və əzablı keçdi (S.Vəliyev); Qaranlıq qatılaşır, əl-ayaq çəkilir, gündüz adama xoş gələn sərinlik sazağ
ƏZAZİL – İNSAFLI Qara xan əzazil bir xain idi (“Koroğlu”); Onu insaflı bir sistem işçisi kimi tanıyırdılar
ƏZAZİLLİK – İNSAFLILIQ Sabiq milyonerin arvadı Nərmin onun əzazilliyini görəndə üsyan edib deyir ki, dövlətlilər amansız və mürüvvətsizdirlər (M
ƏZƏL – SONRA Dizi üstə əzəl alıb başımı; Sildi lütf ilə qanlı göz yaşımı (A.Səhhət); Sonra bunu məsləhət görmədi (Mir Cəlal)
ƏZİK – ŞAX Əzik donunun ətəyini aşağı çəkdi (İ.Şıxlı); Mərcan xala mənə şax manatlar seçib verirdi (Ə
ƏZİNİK – GÜMRAH Mədəd işdən qayıdandan sonra əzinik yerə girdi, bir azdan yuxuladı (S.Rəhimov); Səhər yerindən gümrah durdu
ƏZİYYƏT – RAHATLIQ Vetrova bütün əziyyətlərə mərdliklə qatlaşırdı (M.Hüseyn); “Uşağın” kupesini, rahatlığını bir də yoxladı
ƏZİYYƏTLİ – RAHAT Bu, xüsusi diqqətlilik tələb edən çox əziyyətli iş idi (C.Əmirov); Yarım saata qədər yenə rahat uçuruq (M
FACİƏ – KOMEDİYA Bu dəhşətli faciəni görüb ürəyi sıxıldı (S.Vəliyev); Komediya müəllifi istər yumor, istərsə də satira gülüşü ilə cəmiyyətin eyiblərin
FACİƏLİ – KOMİK Hamınız tədricən bu ağır faciəli günlərə alışır və hadisələrin sonunu gözləyirsiniz (S
FAĞIR – DƏCƏL O, fağır, nəzakətli, rəhmli bir gəncdir (M.S.Ordubadi); Rizvan ilə beş dəcəl, hər gün burda oynayır (M
FAĞIRLIQ – DƏCƏLLİK Elə onu bu günə qoyan onun fağırlığıdır (“Ulduz”); Dəcəlliyinə baxmayaraq, məktəbdə oğlanlar da, qızlar da xətrini istəyirdilər (S
FANTASTİK – REAL Bəs real həyatsız fantastik əsərin taleyi necə olardı (“Azərbaycan”)
FANTASTİKA – REALLIQ Mən bilən bu cür fantastika reallığı zənginləşdirir (“Azərbaycan”)
FARAĞAT – SƏRBƏST Svetlana Stepanova ayağa qalxıb farağat durdu, ucadan dedi (C.Əmirov); Çoxdan bəri ürəkdən və sərbəst hərəkət etməyən əl-qolu istədi
FASİLƏLİ – MÜNTƏZƏM Onların işi fasiləlidir. ...Mərmər koridorda yalnız divar saatının müntəzəm tıqqıltıları eşidilirdi (M
FASİLƏSİZ – ARABİR Demək olar ki, bütün ömür boyu fasiləsiz işləmişəm (“Azərbaycan”); Arabir qəribsədilər, təzədən yollara, səfərlərə çıxmaq istədilər
FAYDA – ZƏRƏR Danışmaqdan fayda yoxdur (Ə.Haqverdiyev); Əzizbəyov! Bunlar hamısı sizin zərərinizədir (M
FAYDALI – ZƏRƏRLİ Oxuyun faydalı kitablardan (A.Şaiq); O ki qaldı kirpiyə, o da zərərli heyvan deyildir
FAYDASIZ – XEYİRLİ Ancaq Rantik yaxşı başa düşdü ki, bütün bunlar faydasızdır (C.Əmirov); Əvvəlcə ev sahibəsi, sonra da Mikola, Alyonuşkaya xeyirli ge
FƏAL – PASSİV O nəinki fəal bir şəfqət bacısı, həm də Anita kimi qəhrəman bir qadın idi (S.Vəliyev); Vasilyevskayanın romanları passiv müşahidə məhsul
FƏALLAŞMAQ – PASSİVLƏŞMƏK Formasız materiya passivdir, yalnız materiya forma ilə birləşdikdə fəallaşır
FƏALLIQ – PASSİVLİK Məclisin kişilər hissəsi xüsusi fəallıq göstərirdi (M.İbrahimov); Sən bu işdə passivlik göstərirsən
FƏDAİ – FƏRARİ Adım fədaidir, bil ağa dərviş;Çəkmə xəyalımı uzağa, dərviş (M.Rahim); Bizim nəslimizdə fərari yoxdur
FƏDAKAR – QORXAQ Fədakar adamlardır (M.İbrahimov); Söhrab əqrəb kimi zəhərli, amma dozanqurdu kimi qorxaqdır (M
FƏDAKARLIQ – QORXAQLIQ Sənət dostluq və məhəbbət kimi fədakarlıq tələb edir (C.Məmmədov); Ehtiyat qorxaqlıq demək deyildir (“İzahlı lüğət”)
FƏHMLİ – KÜT Çox fəhmli, qabiliyyətli uşaqdır (Mir Cəlal); İndi onun simasında, intihara qərar vermiş kimi, küt bir durğunluq vardı (Mir Cəlal)
FƏHMSİZ – AĞILLI Fəhmsiz övladı valideyn nə etsin? (“Azərbaycan”); Sadə, mülayim xasiyyətli, ağıllı, tərbiyəli qız idi (S
FƏLAKƏT – SƏADƏT O, ailə həyatını gah səadət, gah da fəlakət törədici bir şəkildə görürdü (M.S.Ordubadi)
FƏLAKƏTLİ – SƏADƏTLİ Bu ağır və fəlakətli vaxtda nə əcəb o mənim qeydimə qalmayıb? (M.Talıbov); Bizi səadətli gələcək gözləməkdədir (M
FƏNA – XOŞ Ah, nə fəna xəbər! (S.S.Axundov); Ümidvaram ki, Parisdə daha xoş xəbərlər eşidəcəyəm (“Azərbaycan”)
FƏNALAŞMAQ – YAXŞILAŞMAQ Bax fənalaşdı büsbütün halım (H.Cavid); Yaxşılaşır, bir-iki günə kimi evə gələr (“Ulduz”)
FƏNALIQ – YAXŞILIQ Dedim nə yaxşı ki; yuxuda otağın olmuşdu; İblisin fənalıqlar ölkəsi (R.Rza); Elədiyim yaxşılığa qarşı təşəkkür bu imişmi? (Mir Cəla
FƏRASƏTLİ – MAYMAQ Rəhmətlik atası kimi çox ağıllı, fərasətlidir (S.Vəliyev); Görmürsən maymağın biridir (M