SƏLİQƏSİZLİK – SAHMANLILIQ İçəri girən kimi səliqəsizlik gözə çarpır (“Ulduz”); Evdə bir sahmanlılıq, səliqəlilik vardır ki, gəl görəsən (M
SƏMƏRƏLİ – FAYDASIZ Kolxozçuların bir sıra ağıllı və səmərəli təklifləri oldu (M.İbrahimov); Baş qoşmaq da faydasızdır (Mir Cəlal)
SƏMƏRƏSİZ – FAYDALI Heç yerdə heç kəs tərəfindən artıq və səmərəsiz əməyə yol verilməməlidir (M.İbrahimov); Söhbətiniz çox şirin, çox faydalıdır (M
SƏMİMİ – RİYAKAR Deyirlər ki, səmimi eşqin ürəyi geniş olur (C.Cabbarlı); Riyakar, ar olsun sənə! (C
SƏMİMİLİK – RİYAKARLIQ Onun baxışlarından bir səmimilik duyulurdu (H.Nadir); Mayaya elə gəldi ki, bu etiraf yalan və riyakarlıqla doludur (M
SƏMİMİYYƏT – CİDDİYYƏT Səmimiyyət olmayan yerdə sənət yoxdur (M.İbrahimov); Birdən-birə qızın üzündə yaranmış ciddiyyət bu suallardan xoşlanmadığını g
SƏPMƏK – YIĞMAQ Vaxtında səpək, vaxtında yığaq, vaxtında təhvil verək (Ə.Vəliyev)
SƏRBƏST – ASILI Artıq mən sərbəst adamam, sən məni üzüqara edirsən (M.İbrahimov); Ana, unutmayınız ki, bu işdən mənim də ömrüm asılıdır (S
SƏRFƏLİ – ZƏRƏRLİ Bizə sərfəli deyil, zərərlidir
SƏRXOŞ – AYIQ Mən ayığam, mən sərxoş deyiləm, gedirəm! – dedi (M.İbrahimov)
SƏRXOŞLUQ – AYIQLIQ Keçir xatırından hətta sərxoşluq; Lakin ümidini kəsməyir Cəlal (S.Vurğun); Ayıqlıqdan lap başım çatlayır (S
SƏRİN – İSTİ Sahil istidir, Qafur, sularsa çox sərindir (S.Rüstəm). SƏRİN – MÜLAYİM Yayı həmişə sərin, qışı mülayim keçir
SƏRİNLİK – İSTİLİK Sərinlik yayılır bu gözəl bağa (A.Şaiq); Hər yeri istilik bürüyüb (S.Hüseyn)
SƏRMƏK – QALDIRMAQ Nişan aldı uşağı; Sərdi qara torpağa (M.Rahim); Hamını ayağa qaldırdı (S.Qədirzadə)
SƏRRAST – NATARAZ O sərrast deyil, nataraz adamdır (“Azərbaycan”). SƏRRAST – YALAN O çox sərrast danışırdı (Ə
SƏRSƏM – AĞILLI Xeyr, mən nə qədər də olsam sərsəm; Kimsəyə əyləncə olmaq istəməm (H.Cavid); Amma vəzifən oldumu hamının gözündə ağıllısan, vəssalam (
SƏRSƏMLİK – AĞILLILIQ Ürfü şər olmuyor, bu fikrə şərik; çəkilir teyindar bu sərsəmilik (H.Cavid); Onun ağıllılığı sayəsində biz arzumuza çatdıq (“Azər
SƏRTLƏŞMƏK – YUMŞALMAQ Çoban Kərəm yenidən sərtləşdi (M.İbrahimov); Lakin buraya hansı məqsədlə gəldiyini yadına salıb yumşaldı (C
SƏRTLİK – YUMŞAQLIQ Artıq sifətindən yorğunluq oxunurdu, gözlərindən sərtlik yağırdı (“Azərbaycan”); Rüstəm kişi zorla nifrətini boğaraq yumşaqlıq gös
SƏS-KÜY – SAKİTLİK Həyətlərdə səs-küy çoxalmışdı (Mir Cəlal); Hər tərəf sakitlikdir (C.Əmirov). SƏS-KÜY – SÜKUT Camaat arasında yenə səs-küy qopdu
SƏSSİZ – SƏSLİ-KÜYLÜ Səssiz idi (M.Süleymanlı); Məclis səsli-küylü idi
SƏTHİ – DƏRİN Arx səthidir. Qabaqda enli və dərin bir arx vardı (Ə.Vəliyev)
SƏTHİLİK – DƏRİNLİK Əsərdə səthilik hiss olunur. Əsərlərini vərəqlədikcə zahirən adi görünən bu insandakı zəkaya, dərinliyə, təfəkkürə heyran qaldı (S
SIĞALLI – PIRTLAŞIQ Tinləri sürtülür daşların: olurlar haphamar, sığallı (R.Rza); Kələflər pırtlaşıq qaldı (R
SIX – ARALI Onlar başlarını əyərək gedir, sıx ağaclar arasında dikəlib irəliləyirdilər (S.Vəliyev); Kollar çox aralıdır (İ
SIXILMAQ – AÇILMAQ Adamın ürəyi sıxılır (F.Kərimzadə); Səni görəndə ürəyim açılır (“Ulduz”). SIXILMAQ – SIRTILMAQ Uşaq utanırdı, sıxılırdı (C
SIXINTI – SƏRBƏST Əksinə, sərbəst tərpənməsinə, adam içində sıxıntı çəkməməsinə çalışırdı (M.İbrahimov)
SINIQ – TƏZƏ Sınıq qabda su durmaz (Ata. sözü); Təzə süpürgə təmiz süpürər (Ata. sözü)
SINMAQ – DÜZƏLMƏK A kişi ağacın budağı sınar da, düzələr də, vay sənin halına (H.Nadir)
SIRTIQ – HƏYALI Məmiş həyasız və sırtıq uşaq olduğu üçün dilləndi (M.Talıbov); Özünü həyalı qız kimi aparır (İ
SISQA – GUR At da başını əyib sısqa bulağın gölməçəsini qurutdu (F.Kərimzadə); Bu bulağın suyu gurdur (A
SİFTƏ – SON Siftə kimsə buradan getmiş, kəsə yol salmışdır (G.Hüseynoğlu); Hamıdan son o gəldi
SİĞƏ – TALAQ Şəriətdə siğə halaldır (Ə.Haqverdiyev); Övrətə talaq vermək mənim ixtiyarımdadır (Ə.Haqverdiyev)
SİNXRON – DİAXRON Dil hadisələrinə sinxron (müasirlik) və diaxron (tarixilik) planlarda baxmaq lazımdır (H
SİRLİ – AŞKAR Bu da sirli ağacdır (A.Şaiq); Gələn vardı, aşkar bəlli idi (Mir Cəlal)
SİSTEMATİK – ARABİR İşi arabir yox, sistematik yoxlamaq tələb olunur
SİTALLIQ – ÜZÜYOLALIQ Amma sitallığına salıb aşna olubsan (Ə.Haqverdiyev); Elə onu kollektivə sevdirən onun üzüyolalığıdır (“Azərbaycan”)
SİVRİ – KÜT – Sənə baş lazımdır, al! – deyə əlindəki sivri xəncərlə onun başını üzür (S.Vəliyev); Bu ki lap kütdür, heç yer də qazmaz (N
SOXMAQ – ÇIXARTMAQ Əlini küpəyə soxub çıxartdı (“Ulduz”)
SOXULMAQ – ÇIXMAQ Sənə kim dedi ki, soxul oraya? (S.Rüstəm); Ürəyim darıxdı, çıxdım ki, özümü bir az havaya verim (S
SOLMAQ – AÇMAQ Vaxtsız yarpaq açdı, vaxtsız da soldu (C.Novruz)
SOLUXMAQ – AÇILMAQ Fətullahın ailəsi külək vuran zəif bağ bitkisi kimi soluxmuşdu (Mir Cəlal); Açılın iyli güllərim, açılın; Allı-əlvanlı güllərim, aç
SON – BAŞLANĞIC Quzum, artıq bütün fəlakətlərin ya sonudur, ya başlanğıcı (H.Cavid). SON – İLK İlk baharın son gecəsi idi (S
SONBEŞİK – İLK Ayrı oğul idi mənim Əmrahım; İlkim, sonbeşiyim, tək çinarımdı (Ə.Cəmil)
SONRA – DƏRHAL Sonra əlləri qanlı çəkildi onlar geri (S.Rüstəm); Dərhal əlavə etdi (C.Əmirov). SONRA – ƏVVƏL Adam gəlib əvvəl qonağın halını bilər, so
SONRAKI – ƏVVƏLKİ Hələ ki biz onun qaçaq düşmədən əvvəlki, sonrakı işlərini öyrənirik (“Ulduz”)
SONUNCUSU – BİRİNCİSİ Yoxsa bu həm birincisi, həm də sonuncusu oldu? (S.Qədirzadə)
SOSİALİZM – KAPİTALİZM Şərqdə sosializm bayrağını birinci qaldıran sizin fəhlə və kəndlilər olub (M.İbrahimov); Kapitalizm hakim sinfin mənafeyini qor
SOYUDUCU – QIZDIRICI Belə ki, aldığımız vaxtdan bir az sonra soyuducu işləmədi. İndi qızdırıcı alətlər buraxılır
SOYUQ – QAYNAR – Xala, bu ki hələ lap qaynardır (G.Hüseynoğlu); Su hələ soyuqdur