YOXUŞSUZ – ENİŞSİZ Yeri uşaqlarla gəz, dolan bir az; Bu dünya enişsiz, yoxuşsuz olmaz (Z.Xəlil)
YORULMAQ – DİNCƏLMƏK Zəhmət çəkibsən, yorulubsan, get rahat ol (Ə.Haqverdiyev); Bir az yatıb dincəlmək istəyirəm (C
YÖN – ARXA Gah yönümü çevirirəm Şirvana; Gah üz tutub Gürcüstana ağlaram (Molla Cümə); Arxa cərgədən başıaçıq bir adam qışqırırdı (Mir Cəlal)
YÖNDƏMSİZ – BİÇİMLİ Kobud sifəti, yöndəmsiz bədəni vardı (S.Rəhman); Gözəl biçimli paltarlar vardı. YÖNDƏMSİZ – MÜTƏNASİB Nə yöndəmsiz adamdır (A
YUBANMAQ – TƏLƏSMƏK – Oğlum niyə belə yubanmısan? (S.Vəliyev); ...Məclisimizin bitməsinə tələsirdim (Mir Cəlal)
YUXA – QALIN Hava da bərk dolub, yağacaq. Əynin də yuxadır (S.Rəhimov); Əynim qalındır, üşümürəm (“Ulduz”)
YUXULAMAQ – AYILMAQ Uşaqları araba beşik kimi silkələyib yorduğundan tez yuxuladılar (İ.Şıxlı); Ayılın, dostunuzu, düşməninizi tanıyın! (M
YUXULU – AYIQ Bir gün hər ikisi yuxulu gözlərini açdı (A.Şaiq); Lakin hər ayıq və zirək adamı ağıllı hesab etmək olmaz (M
YUXULULUQ – AYIQLIQ Axırda özünü yuxuluğa vurdu (T.Kazımov); Yarı huş və yarı ayıqlıq aləmində ona [Azadiyə] elə gəlirdi ki, qurtarmaq bilməyən bir ça
YUMRU – YASTI Balaca, yumru və sürüşkən daşlar ayağı qıdıqlayırdı (İ.Şıxlı); Çayın yastı daşlarını seçib bir tərəfə yığdı (“Ulduz”)
YUMŞAQ – BƏRK Arabanın içi geniş və yumşaq idi (İ.Şıxlı); İnsan daşdan bərk, güldən nazikdir (Ata. sözü)
YUMŞAQLIQ – BƏRKLİK Mən Toğanbəyin bu kişiliyindən və qəlbi yumşaqlığından nəhayət dərəcədə şadlandım (M
YUMUQ – AÇIQ Yumuq gözlərini aç da, bir oyan; İndi zaman başqa zamandır, ana! (S.Vurğun); Yoxsa üzü açıq görmüsən? (Mir Cəlal)
YÜKLÜ – BOŞ Kişi əlində çomaq; Sürür yüklü öküzü (A.Səhhət); Starşina boş patron yeşiyinin üstündə oturub (Y
YÜKSƏK – ALÇAQ Yolun üst tərəfində, yüksək qayaların döşündə... şam ağacları görünürdü (S.Şamilov); Qədirin vay xəbəri çoxdan alçaq daxmanı titrətmişd
YÜKSƏLİŞ – ENİŞ İndi bizimlə söhbət zamanı o, yüksəlişlər və gözlənilməz enişlərdən ibarət olan az qala bir əsrlik həyat tarixçəsinin bu səhifəsinə də
YÜKSƏLMƏK – ENMƏK Günəş bu yerlərdə qalxıb atına; Yüksəlir göylərin yeddi qatına (S.Vurğun); Təpənin dibindən bulağın üstünə endim, əl və üzümü yuyub
YÜNGÜL – AĞIR Yükün yüngülü mənzilə tez yetişər (Ata. sözü); Yük ağır – qüvvət az (Ata. sözü). YÜNGÜL – CİDDİ Onu söyləməyə gəlmişəm sizə; Yüngül görü
YÜYÜRMƏK – DAYANMAQ Küçədən bir çocuq yüyürdü evə (M.Ə.Sabir); Qapının ağzında dayandı, marş verib yerlərinə qayıtdı (Mir Cəlal)
ZABİTƏLİ – YUMŞAQ Qız da nə isə başqa milis işçilərindən bir az seçilən bu zabitəli oğlana baxıb gülümsündü (H
ZAHİD – RİND İstəyir cənnəti zahid bu qədər hiylə ilə; Əbləhin fikrini gör, dildə təmənnasına bax (S
ZAHİDLİK – RİNDLİK Heç birimiz müqəddəslik və zahidlik iddiası etmirik (M.F.Axundzadə); Gəl sən rindlikdən əl çək
ZALIM – ADİL Bu, Cahan xanım kimi zalım və qorxulu deyildi (M.İbrahimov); Mötəbər hədisə görə, üç nəfər adil şahid şəhadət versə,
ZARAFATCIL – QARADİNMƏZ Biz onları kəndimizin Şahmar kimi zarafatcıl gəncləri ilə qarşılayaq (İ.Əfəndiyev); Xəlil əslində qaradinməz adam idi
ZAVAL – SEVİNC Hünərdir keçirən bizi hər oddan; Olarmı hünərə zaval, ay Maral (B.Vahabzadə); Yollarda yubanmış əsgər məktubları yenidən evimizə ümid,
ZAVALLI – XOŞBƏXT Mən səndən nə istəyə bilərəm zavallı qadın (C.Məmmədov); Sən nə qədər xoşbəxtsən, Reyhan
ZAY – YAXŞI Öküzün taydı, işin zaydı (Ata. sözü); Şəhərin ən yaxşı saraylarını o yaratmışdı (M.Hüseyn)
ZEHİNLİ – KÜT Səlim çox zehinli uşaqdır (İ.Şıxlı); – Ay küt, niyə başa düşmürsən, “liçni delası” odur ey, göz qabağında (Mir Cəlal)
ZƏDƏLİ – SAĞLAM Qayçılayanlar isə şüşə kimi ağ, qara salxımları zədəli gilədən təmizləyirdilər (Mir Cəlal); Gənc sağlam salxımları bir tərəfə qoydu (“
ZƏFƏR – MƏĞLUBİYYƏT Yazır tarixlərə uğurlu zəfər; Bizim qəhrəmanlar, bizim igidlər (S.Rüstəm); Bütün başqa yollar məğlubiyyətə, ölümə aparır (M
ZƏHƏR – ŞİRİN Daima zəhərlər şirinlərin dalında gizlənir (M.S.Ordubadi)
ZƏHƏRLƏNMƏK – SAĞALMAQ Havada mığmığa sancır insanı; Dönüb zəhərlənir insanın qanı (S.Vurğun); – Çarpayı
ZƏHƏRLİ – ŞİRİN Həftələr, aylar keçir axşamlı-səhərli; Bəzən şirin, bəzən zəhərli (R.Rza)
ZƏHMƏTKEŞ – TƏNBƏL Ancaq indi ona aydın oldu ki, buradakı zəhmətkeş adamlar çox sadədirlər (S.Vəliyev); Yoxsa, bu tənbəldən sənə nə arvad olacaqdır (S
ZƏHMƏTSEVƏR – MÜFTƏXOR Ata-anası kimi zəhmətsevərdi (M.İbrahimov); Özgənin zəhməti ilə çörək yeyənlərə müftəxor deyərlər (Ə
ZƏHMLİ – MÜLAYİM Aslan müəllim zəhmli bir adam idi (İ.Əfəndiyev); Sizi inandırıram ki, bütün Bakıda mənim kimi mülayim xasiyyətli, dostluqda sədaqətli
ZƏİF – GUR Qızcığazın zəif səsini eşitdim (M.Talıbov); Xeyli keçdikdən sonra içəridən bir qadının gur səsi eşidildi (C
ZƏİFLƏMƏK – GÜCLƏNMƏK Mal azalmış, alver zəifləmişdi (Ə.Vəliyev); Sonanın hıçqırığı gücləndi (Ə.Cəfərzadə)
ZƏİFLƏR – GÜCLÜLƏR Axırda zəiflər yavaşca başlayırlar əkilməyə və güclülər, yəni dəstə sahibləri qalırlar məclisdə (C
ZƏKALI – FƏRASƏTSİZ Zəkalı adamdı. Bir dəfə eşitdiyi söz həmişəlik hafizəsində qalırdı (S.Rəhman); [Kamran:] Xudayar xan həmişə tək gəlib-gedər
ZƏQQUM – ŞİRİN Heyif oldu yarın şirin söhbəti; Zəhərə, zəqquma, ağıya döndü (Molla Cümə)
ZƏLİL – XOŞBƏXT Bəs nə üçün başı salamat və varlı sahibkarlar yoxsul və zəlil adamlara rəhm edirlər? (M
ZƏLİLLİK – XOŞBƏXTLİK Şadlıq ilə saxladığın aşığı; Zəlilliklə imtahana çəkirsən (Aşıq Ələsgər); Mən əslən kəndimizin, bütün xalqımızın xoşbəxtliyi ilə
ZƏNGİN – KASIB Mən Girdmanın zəngin adamlarını köməyə çağırmışam (M.Hüseyn); Aləmə dediklərindən mənə də, bu kasıb toxucuya da danış (Mir Cəlal)
ZƏNGİNLƏŞMƏK – YOXSULLAŞMAQ – Bəli, insan təbiəti dərk etməklə, onu dəyişdirməklə özü də zənginləşir (S
ZƏNGİNLİK – YOXSULLUQ Onda böyük zənginlik arzusu var idi (Çəmənzəminli); Mən onun üçün ağlayıram ki, sənə korluq, yoxsulluq peşəsi öyrətdim (Mir Cəla
ZƏRƏR – XEYİR Bunun xeyri var ki, zərəri yoxdur; Gülməli insanlar həyatda çoxdur (S.Vurğun)
ZƏRƏRLİ – XEYİRLİ Zərərli həşəratın məhv olması üçün şərait hazırlanır (Ə.Vəliyev); Lakin bunun başqa xeyirli bir cəhətini də görürdük (Mir Cəlal)
ZƏRƏRSİZ – XEYİRSİZ Şeyx, o bir möhtərəm, zərərsiz adam; hər müsafir, qəribü aciz adam (H.Cavid); Cəmiyyətdən uzaq, həyatdan uzaq; Uydurma fəlsəfə xey
ZƏRİF – KOBUD Ağca xanım zərif əlini Qaraca qıza uzatdı, o da kobud barmaqları ilə onun əlini sıxdı (S