QƏTİLİK – TƏRƏDDÜDLÜK Şamonun qətiliyini görən Safo onun sözünü çevirmədi (S.Rəhimov); Onun səsində qətiyyət yox, tərəddüdlük vardı
QƏZƏBLƏNMƏK – SAKİTLƏŞMƏK Ancaq gərək sualımdan qəzəblənməyəsən. Qəzəblənmərəm, xəbər al! (Ə.Haqverdiyev); Anası Sənubər Güləndamın hövsələdən çıxdığı
QƏZƏBLİ – SAKİT Patrul qəzəbli bir pıçıltı ilə xəbər aldı (S.Vəliyev); Sular yatağında sakit və hərəkətsiz idi (S
QIMIŞMAQ – AĞLAMSINMAQ Mirzə Kələntər maarif şöbəsinin müdirinin üzünə baxıb qımışdı (S.Rəhman); Kiçikbəyim ağlamsınaraq başmağı onun əlindən alıb, ha
QINAMAQ – TƏRİFLƏMƏK Qınamasın məni könlü bütünlər; Fikrim dağınıqdır, xatirim əvraq (Q.Zakir); Qoçəli bir neçə dəfə də Qulu ilə görüşüb onu təriflədi
QIPIQ – AÇIQ Biz tarixdə heç bir zaman; Gözü qıpıq olmamışıq! (S.Tahir); O, yaşa- dığı mühitə Nəcəf bəy kimi deyil, gözü açıq baxır, kiminlə nə cür da
QIRAQ – ORTA Sağ əlimi masanın qırağına dayayıb durdum (A.Şaiq); Qulam bu dəfə arxa tərəfdə yox, ortada, qurşağa qədər suyun içində oturdu (S
QIRXDİLLİ – NAMUSLU Yaxanı ona tanıtma, qırxdilli qadındır, səni tələyə sala bilər. Qiymətin dediyinə görə, Gülsabah çox çalışqan və namusludur (Ə
QIRIQ – BÜTÖV Bahadır bu fikirdə ikən İvan qapını açıb, əlində samovar, üstündə mis çaynik, iki fincan, bir neçə qənd qırığı içəri daxil oldu (N
QIRIQLIQ – SAZLIQ Bütün vücudumda bir qırıqlıq, bir sızıltı hiss edirəm (A.Şaiq); Əhməd kişinin sazlığı qaldı qiyamətə
QIRIŞIQ – AÇIQ Polkovnikin alnındakı qırışıqları sıxlaşdı (S.Qədirzadə); Açıq yaxasından görünən sarğı qabaqdan da qana bulaşmışdı (S
QIRIŞMAQ – AÇILMAQ Onun alnı qırışmışdı, qaşları az qala gözlərini bürümüşdü (Ə.Vəliyev); Çəmənlikdə xudmani süfrələr açıldı, şirin söhbətlər başlandı
QIRMAQ – DÜZƏLTMƏK Ləpələr bu pilləkənləri saxsı qab kimi vurub qırır (Mir Cəlal); Qərənfil pəncərənin şüşəsinə baxıb kəlağayısını düzəltdi (S
QISA – ƏTRAFLI Oxundu qısa dua; əyildilər torpağa (A.Şaiq); Kürd Əhməd, xarici ticarətxanalarla əlbir olmuş bir ovuc tacirlərin işlədiyi cinayətləri ə
QISABOYLU – UCABOYLU Kərim baba... qısaboylu, geniş kökslü qoca idi (A.Şaiq); Onlar bir-biri ilə çox məsləhət etdi, nəhayət, ucaboylu kök jandarm yava
QISALIQ – UCALIQ Ağıl adamın boyca qısalığı və ya ucalığı ilə ölçülmür
QISALMAQ – UZANMAQ Gecələr uzanır, günlər qısalır; Göy üzünü qara buludlar alır (A.Şaiq)
QISILMAQ – AÇILMAQ Heç qısılma bu məclisdə; Bu məclis ər meydanıdır (Aşıq Vəli); Salmanın rəngi açıldı (M
QISIR – DOĞAR Şirinin qızı qısır Narıngüllə bərk alışıb (İ.Əfəndiyev); Çobanlar doğar qoyunlara qış aylarında daha çox fikir verirlər
QISQANC – ÜRƏYİAÇIQ Qaynana bu səadətə qarşı qısqanc və zidd vəziyyət almışdı (Çəmənzəminli); Ürəyiaçıq adamdır (“Azərbaycan”)
QISQANCLIQ – TƏMİZLİK Sənin qısqanclıqların da, şübhələrin də mənə xoş gəlir (M.İbrahimov); Ürəyimdə qoşunqoşun təmizliklər; Bir də infarkt uyuyarmış
QIŞ – YAY Qışda yel tutmayan, yayda günəş görməyən bir skamyaları ver (Çəmənzəminli)
QIŞQIRIQ – SAKİTLİK Bu qədər qışqırığa durdu qonum-qonşu tamam (M.Ə.Sabir); Sakitliyi gərginliyə dəyişən var (C
QIŞQIRMAQ – SUSMAQ Bir də var qüvvəsi ilə qışqırdı (S.Qədirzadə); Bondarçuk birdən susdu (S.Qədirzadə)
QIŞLAQ – YAYLAQ Küləkli qar, yağış yağar uzun-uzadı yaylağa; Köçər bu vaxt el-oba, enər tamam qışlağa (A
QIŞLAMAQ – YAYLAMAQ Bu qış burada qışlamasan, madarım keçməz (S.S.Axundov); İbrahim əmi bu yayı yaylaqda yaylamışdır
QIŞLIQ – YAYLIQ Qışlığın tədarükünü yayda, yaylığın tədarükünü isə qışda görmək lazımdır
QIT – BOL Sərv ağacı hər ağacdan ucadır; Əsli qıtdır, budağında bar olmaz (Xəstə Qasım); Ancaq xoşbəxtlikdən meyvənin bol vaxtı idi (Ə
QITLIQ – BOLLUQ Qıtlıq illər yağışıtək quruyub göz yaşımız... (Şəhriyar); Bir yanda hakimdə böyük bir bolluq; Bizim nəsibimiz aclıq, yoxsulluq! (Ə
QIVRAQ – XƏSTƏ Həkim yaşlı, lakin qıvraq bir adamdır (Ə.Əbülhəsən); Burada xəstə çoxdur (S.Qədirzadə)
QIVRAQLAŞMAQ – XƏSTƏLƏNMƏK İstirahətindən sonra xeyri qıvraqlaşıbdır. Anam xəstələnmişdi (S.Qədirzadə)
QIVRILMAQ – AÇILMAQ Yumaq kimi yumrulanan qızıl ilan qıvrılıb açıldı... (İ.Şıxlı)
QIYIQ – AÇIQ Elə bil bütün bunlar da tatarın qıyıq gözlərindən gizli qalmırdı (Ə.Əbülhəsən); Əlini Mayanın açıq çiyninə vurdu
QIYILI – AÇIQ Qıyılı gözlərində gizli bir kin qaynayır (İ.Tapdıq); ...Onun alnı açıq, üzü də ağdır (S
QIYQACI – DÜZ Səkinə Vəlinin üzünə düz baxdı. Pərşan ona qıyqacı bir nəzər saldı (M.İbrahimov)
QIYMAQ – AÇMAQ Hesabdar gözlərini qıyıb, üfüqdə iki boy qalxmış günəşə baxdı (M.İbrahimov); Aç gözün, gözlərinin qurbanı; Bir tamaşa elə, gör dünyanı
QIZARMAQ – AĞARMAQ Günəş üfüqdə yandı; Qızardı yavaş-yavaş (M.Müşfiq); Hamıdan gec yatıb qalxdınız erkən; Ağardı dan yeri gözlərinizdə (B
QIZDIRMA – ÜŞÜTMƏ Bir həftədir ki, uşağım qızdırma içində yanır (C.Cabbarlı); Bədəninə üşütmə düşdü (S
QIZDIRMAQ – SOYUTMAQ Yasəmən çayın qırağında su qızdırıb paltar yuyurdu (S.S.Axundov); Çayı soyutmayın, için (S
QIZĞIN – SAKİT Azərbaycan ədəbi dili qılınc döyüşünü andıran qızğın münaqişələr, kəskin deyişmələr dilidir (M
QIZĞINLIQ – SAKİTLİK Bir həftə əvvəldən aşağı bazarda, istərsə də yuxarı bazarda bir qızğınlıq müşahidə edilirdi (H
QIZIŞMAQ – SAKİTLƏŞMƏK Xan büsbütün qızışıb qəzəblə bağırdı (M.Rzaquluzadə); Tərlandan məktub aldığı üçün sakitləşdi
QIZMAQ – SAKİTLƏŞMƏK Əşrəf anasının bu böyük xəbəri etinasız qarşılamasına qızdı (Mir Cəlal); Mən yenə sakitləşdim (S
QIZMAR – SƏRİN Şaxta qızmar bir dəmir kimi onu dağlayırdı (Ə.Məmmədxanlı); Bura həm kölgə idi, həm də sərin idi (M
QİYABİ – ƏYANİ “Satım, satmayım...” deyən miyanə satqınları; Qiyabi satqınları, əyani satqınları (X.Rza)
QİYAMƏT – PİS Dostlar oturmuşdular. Gecəni qiyamət keçirirdilər (Mir Cəlal); Yaxşısı budur ki, nə pis iş tut, nə də pis söz eşit (M
QOCA – CAVAN Qocanın biliyi, cavanın biləyi (Ata. sözü)
QOCALI – CAVANLI Uzaqlar, yaxınlar döydü qapını; Qocalı, cavanlı düşdükcə bəndə (H.Hüseynzadə)
QOCAMAN – BALACA Geniş və qocaman meşənin ən yaxşı vaxtı idi (Mir Cəlal); Bu balaca qızın barəsində nə qədər yazsanız ləyaqəti var (S
QOÇAQ – QORXAQ Məgər bu şəhərdə hamıdan qoçaq mən oldum? (C.Məmmədquluzadə); Mən qorxaq sandığım adamları utandırmaq üçün kartof-soğan soymağa mətbəxə