DANIŞMAQ – DİNLƏMƏK Danış bir-bir, dinləyim; Kaman kimi inləyim (S.Rüstəm). DANIŞMAQ – SUSMAQ Kişi var nə dinər, nə də danışar; Qoyar el yolunda ürəyi
DANLAQ – TƏRİF Bir də danlağından qaralmaz qanım (S.Rüstəm); Məndə qüdrət yoxdur qələm çalmağa; Tərif eyləməyə ancaq birini (Ə
DANLAMAQ – TƏRİFLƏMƏK Nə istəyirsən, nə? Bilirəm, yenə deyəcəksən ki, səhv edirsən, yenə məni danlayacaqsan (C
DANMAQ – TƏSDİQLƏMƏK Kəndlilər bir ağızdan o son tüfəngi dandı (S.Rüstəm); Qədir raykom katibinin sözünü təsdiqləmək məqsədilə bərkdən dedi (Ə
DAR – GENİŞ Keçdilər dar və geniş yollardan (H.Cavid)
DARALMAQ – GENİŞLƏNMƏK Bəzən yol daralır, yolda qalırsan (S.Sərxanlı); Genişlik içində heç olarmı ki; Ürək də, arzu da genişlənməsin (B
DARGÖZ – SƏXAVƏTLİ Yetişir, çoxalır şairciyəzlər; Acgözlər, dargözlər, pulgir, xəbislər... (Şəhriyar); Torpağa ona görə “ana torpaq” deyirlər ki, o da
DARGÖZLÜK – SƏXAVƏTLİLİK Məni tərif etməkləri onların dargözlülüyündən və uzağı görmədiklərindəndir (Ə
DARIXMAQ – ŞADLANMAQ Atanı düşünmə, mənim üçün darıxsan, ana vətənə qulluq et (A.Şaiq); Bir şeydən hamımız şadlanırdıq ki, atamın halı düşündüyünüz qə
DARILMAQ – SAKİTLƏŞMƏK Sənsiz gördüm, mələklərə darıldım; Endim yerə, qədəminə sarıldım (Ə.Cavad); Deyəsən, bu cavab anasının qəlbini bir az sakitləşd
DARISQAL – GENİŞ Əjdər bu təpəciklərdən enib kəndin darısqal küçələrinə girdi (S.Rəhimov); Geniş bir məhəllədir (C
DARISQALLAŞMAQ – GENİŞLƏNMƏK Otaq darısqallaşmışdır. Üfüqlərmi bu qədər genişlənmişdi, yoxsa qızın gözünə o cür görünürdü (S
DARISQALLIQ – GENİŞLİK Anam, bacım, darısqallıqdır (C.Cabbarlı); Sonsuz genişliyə, bu ənginliyə; Baxıb nəfəs alır adam dərindən (B
DARIŞLIQ – GENİŞLİK Tiflisdə camaat o qədər çox idi ki, gəzməyə yekə bağ darışlıq edirdi (“Molla Nəsrəddin”); Baxıb təbiətin genişliyinə; Düşünmək, dü
DARQURSAQ – HÖVSƏLƏLİ ...Minbərli məscidləri olan şəhərlər içində Bəsrə məşhurdur məharət və fəndgirliyi ilə, Kufə – üzü dönüklüyü və bəlağəti ilə, Ba
DARLAŞMAQ – GENİŞLƏNMƏK Ot basdığından yolumuz darlaşmışdı. Gecə Cəmil Əsədin kabinetində bu cür düşündükcə fikir dairəsi genişlənirdi (Ə
DARTILI – BOŞ Dartılı ipə toxunma. İpi bərk çəkmək lazımdır, boşdur
DARTMAQ – BOŞALTMAQ Ayaz kəskin bir hərəkətlə atın çilovunu dartdı (Ə.Məmmədxanlı); Bir anda bir daraq güllə boşaltdım (S
DAŞQƏLBLİ – MƏRHƏMƏTLİ Daşqəlbli insanları neylərdin, ilahi?! Bizdə bu soyuq qanları neylərdin, ilahi?! (M
DAŞQIN – SAKİT Qoca qəlbim öcsüz deyil: Yanar od, daşqın suyam! (A.Şaiq); Raykom katibi sakit dənizi xatırladan bu tarlaya getdi (Ə
DAŞQINLIQ – SAKİTLİK Çayın yazbaşı daşqınlığı narahatlıq doğurur. Zahirən sakitlik və ətalətini pozacaq bir hərəkət gözə dəymirdi (M
DAVA – BARIŞIQ Dava var qılıncla qurtarır, dava var dillə (Ə.Haqverdiyev); Qonşular barışıq gününü intizarla gözləyirdilər
DAVA-DALAŞ – SAKİTLİK Belə ki baxardın, hər gün sərxoş bəyin qapısında dava-dalaşdır (S.Rəhimov); Çadıra bir müddət tam sakitlik çökdü (S
DAVAKAR – DİNC Nənəm çox davakardır (M.İbrahimov); Yox qardaş, ... uşaq çox dinc uşaqdır (S.Rəhimov)
DAVAKARLIQ – DİNCLİK Davakarlığın səbəbi var, bilmirsən? (M.İbrahimov); Bəli, Şamama dincliyi, rahat oturmağı başqa cür başa düşən adamdı (Ə
DAVALI – SAKİT Məcməyidə gavalı; Yedim, oldum havalı; Qonşuda bir qız sevdim; O da çıxdı davalı (Bayatı); Allahyar özünü sakit göstərməyə çalışsa da,
DAVAMLI – DÖZÜMSÜZ Gedin bu saat axtarın; bir nəfər kök, davamlı həkim tapın gətirin (Ə.Haqverdiyev); Çox dözümsüz, hövsələsiz adamdır
DAVAMSIZ – DÖZÜMLÜ Soyuğa davamsız idi, o dəqiqə xəstələnirdi. Doğrudan, ana qədər dözümlü, cəfakeş məxluq yoxdur (Ə
DAVAMSIZLIQ – DÖZÜMLÜLÜK Davamsızlığı ağrısının artmasına səbəb oldu. Zəhmət dözümlülük, səbirlilik tələb edir
DAVASIZ – SAVAŞLI Mən belə güman edirəm ki, Xorasanı davasız alaq (Ə.Haqverdiyev); Onların günü savaşlı keçir (“Azərbaycan”)
DAYANMAQ – GETMƏK İri daşa toxunub dayandı (İ.Şıxlı); Otaqda xeyli gəzindi, sonra məktəbə getməyi qərara aldı (İ
DAYAZ – DƏRİN Oynağımdır hər zaman; Yaşıl kol-kos, dayaz çay (A.Şaiq); Bu saat dənizdə ən dərin quyu harada qazılır? (M
DAYAZLAŞMAQ – DƏRİNLƏŞMƏK Quyunun yanları uçub töküldüyü üçün dayazlaşmışdı, indi onun içini təmizləyib dərinləşdirmək lazımdır
DAYAZLIQ – DƏRİNLİK Xəzər dənizi dayazlıqlarının qurudulması neft sənayesinin inkişafı üçün böyük əhəmiyyətə malikdir
DAZ – TÜKLÜ Pristav hətta daz başının tərini sildi (İ.Şıxlı); Səni gözlər Şəngül, Şüngül; Yuxa tüklü gözəl Məngül
DAZBAŞ – TÜKLÜ Dazbaş Murtuzov eyvana çıxdı (S.Rəhimov); Üz-gözü həmişə tüklü və gözləri şorbalı olan bu kişi bazarın ortasındakı dükanda satıcıdır (M
DAZLAŞMAQ – TÜKLƏNMƏK Mehdinin cavanlıqdan başının tükü tökülmüş, dazlaşmışdı. Körpənin başı tüklənmişdi
DEMƏK – SUSMAQ Sadıq kişi öz hünərindən söhbət düşmüş kimi, arılardan həvəslə deməyə başladı (Mir Cəlal); Kiridi, bir anlığa o susdu, o dinmirdi; Onun
DEMOKRATİK – MÜHAFİZƏKAR Azərbaycan realist və demokratik ədəbiyyatının görkəmli nümayəndələrindən biri də Əbdürrəhim bəy Haqverdiyevdir; [Nizami:] Al
DESPOT – RƏHMLİ Taxt və tac, yaxşı məqsədlə işə başlayan Nadiri də despota çevirir (M.Arif); Mən də ürəyi rəhmli adamam (S
DESPOTLUQ – RƏHMLİLİK Despotluğa qarşı humanizm, azadlıq bayrağı altında mübarizə aparmaq lazımdır. Onun rəhmliliyinə çox adam qiymət vermir
DEŞMƏK – BAĞLAMAQ Bəndə çatınca su bəndi deşib məğrur bir tərzdə gücü gəldikcə fışqırırdı (Ə.Vəliyev); Tez bəndi bağlayın, hər yeri su basacaq (“Azərb
DEVİRMƏK – QURMAQ İndi artıq yıxıldı, batdı qanlı saraylar: Devirdilər taxtını, qan içən padşahın (Ə
DEYİNGƏN – SAKİT Arvadın deyingəni kişini tez qocaldar (Ata. sözü); Gözlərinizdən görürəm sakit qıza oxşayırsınız (S
DEYİNMƏK – SUSMAQ Həpirin hirsi soyumadı. O öz-özünə deyinirdi (Mir Cəlal); Tüfəngini tuşlayıb atdı, atdı, dalbadal; Susdu kol dibi dərhal (B
DEYİŞMƏK – BARIŞMAQ Atlılar kimin barəsində isə deyişirdilər (Mir Cəlal); Xosrov deyirdi ki, gəlsin barışaq; Qan kimi qaynayıb biz də qarışaq (S
DƏBBƏLƏMƏK – TƏSDİQLƏMƏK Sonra dəbbələməyəsən ha! (M.İbrahimov); Bu sözləri anam deyirdi. Əmim də təsdiqləyirdi (S
DƏBDƏBƏ – CƏFA Əbədidir bu səadət, bu sədaqət; Bu təntənə, bu dəbdəbə, bu məhəbbət (S.Rüstəm); Dözdü hər cəfasına; Ərəb əlifbasını özü öyrətdi ona (B
DƏBDƏBƏLİ – CƏFALI Həsrətlə xatırlayır dəbdəbəli çağları (S.Rüstəm); İndi cəfalı günlər arxada qalmışdır (“Azərbaycan”)
DƏBƏRMƏK – OTURMAQ Qaçmaq üçün dəbərdi; Tez aldı pişik kimi daban (Ə.Nəzmi); Çalış, onlardan uzaqda otur, səninlə çox danışmasınlar (S