MƏLAHƏTLİ – CIR Birdən kişi yaşına uyğun olmayan zil və məlahətli səslə oxudu (İ.Şıxlı); Misraların axır kəlmələrində cır səsini uzadıb ulayırdı (S
MƏLUM – MƏCHUL Onun nəyə işarə vurduğu məlum idi (S.Qədirzadə); Lakin sevgisi də adı kimi məchuldur (M
MƏLUMLUQ – MƏCHULLUQ Fellərdə məlumluq məzmunu felin mənası ilə bağlıdır. Yoxsa bu məchulluqdan nə çıxar? (İ
MƏNA – FORMA Məna sözün məzmunu, daxili cəhəti ilə, forma isə sözün zahiri ilə, səs tərkibi ilə əlaqələrdir (H
MƏNALI – BOŞ Çünki Məşədi Kazım ağanın iki mənalı sözündən bir şey anlamışdı (M.S.Ordubadi); Boş söz niyə danışırsan? (Mir Cəlal)
MƏNASIZ – MARAQLI Nə qədər buna mənasız xərc vururdular (Ə.Haqverdiyev); Burada işləmək, yaşamaq çox maraqlıdır
MƏNBƏ – MƏNSƏB Mənbə çayın başlanğıcı, mənsəb isə onun başqa bir çaya və dənizə töküldüyü yerdir
MƏNƏVİ – CİSMANİ Sən məndən yaxşı bilirsən ki, cismani ölüm mənəvi ölümdən qat-qat yaxşıdır (F.Kərimzadə)
MƏNFƏƏT – ZƏRƏR Tacir ancaq iki şey tanıya bilər: o da zərər, bir də mənfəət (M.S.Ordubadi)
MƏNFƏƏTLİ – ZƏRƏRLİ Ən mənfəətli şeydir (Ə.Vəliyev); Çox vermək də az vermək qədər zərərlidir (Ə.Vəliyev)
MƏNFİ – MÜSBƏT Bəli, mənfi atəşə tutulmaqla da müsbət müdafiə və təsdiq oluna bilər (M.İbrahimov)
MƏNFİLİK – MÜSBƏTLİK Yəni ancaq onun naqis cəhətlərini görmək, mənfiliyin təsvirinə aludəlik göstərmək (M
MƏNFUR – GÖZƏL Pərşana rəzil və mənfur göründü (M.İbrahimov); Axı Rasim elə o zaman da gözəl idi (M.İbrahimov)
MƏNFURLUQ – GÖZƏLLİK Onun mənfurluğu rəzilliyindən irəli gəlir (“Ulduz”); Gözəllik ondur, doqquzu dondur (Ata
MƏRDANƏ – GİZLİ Mərdanə qardaş qabağında yüz dəfə ölüb dirilsən, yenə azdır (Ə.Haqverdiyev); Yoldaşlar bunu gördükcə aralarındakı gizli məhəbbətin uzu
MƏRDANƏLİK – QORXAQLIQ Ömrün zinətidir, bil: Mərdanəlik, dəyanət (M.Rahim); Götürüb baxdıqca qorxaqlığımdan utanırdım (Mir Cəlal)
MƏRDİMAZAR – XEYİRXAH Mərdimazarı axtarmaqla deyil, rast gəlməklədir (Ata. sözü); Təbiəti belədir, xeyirxahdır (M
MƏRDİMAZARLIQ – XEYİRXAHLIQ Axı mərdimazarlıq yaxşı şey deyildir (C.Əmirov); – Nə olar, xeyirxahlıq pis şey deyil ki (M
MƏRƏKƏ – SAKİTLİK Danış, danış eşidək gördüyün o mərəkəni (S.Rüstəm); Çadıra bir müddət tam sakitlik çökdü (S
MƏRHƏMƏT – QƏZƏB Kəramət və mərhəmət isə böyüklük və geniş qəlbimdən doğur (M.Talıbov); Gör ürəklərində nə boyda kin və qəzəb gizlənir (M
MƏRHƏMƏTLİ – İNSAFSIZ Sanki o mərhəmətli kişi həvəslə çalışan toxucuya baxır, mənalı sükutu ilə ona sözlər deyirdi (Mir Cəlal); O, qansız və insafsız
MƏRHƏMƏTSİZ – RƏHMLİ Gülsabah bunu ata gözü yox, mərhəmətsiz və soyuq, həyətdəki işığın bir parçası olduğu qənaətinə gəldi (Ə
MƏRHƏMƏTSİZLİK – İNSAFLILIQ Ona yardım göstərməmək mərhəmətsizlikdir. Əlinin insaflılığı nəticəsində o darda qalmadı (“Azərbaycan”)
MƏRİFƏTLİ – QANACAQSIZ Mərifətli yoldaşlara canımı da qurban verərəm (İ.Fərzəliyev); Ədəbsizlər, qanacaqsızlar, yazıqla nə işiniz var? (Ə
MƏRİFƏTSİZ – QANACAQLI Qanacaqlı ailədir (İ.Fərzəliyev); Belə mərifətsizləri sözlə tərbiyə etmək heyvana ali təhsil verməkdən çətindir (S
MƏRKƏZ – UCQAR Məni o yerin mərkəzi və şənbə bazarı olan Qəssan qəsəbəsinə sürdülər (M.Talıbov); Azərbaycanın ən ucqar rayonlarından biri də Xocavəndd
MƏTİN – ZƏİF Ceyran cəsur, mətin, qəhrəman bir qadın idi (S.Hüseyn); Sözün açığı, yoldaşlar, rəhbərlik zəifdir (M
MƏTİNLİLİK – ZƏİFLİK Mətinlilik, dözümlülük inqilabçı üçün səciyyəvi xüsusiyyətlərdir. Özünün zəifliyini hiss etdi (Mir Cəlal)
MƏYUS – MƏSUD Bir gün olacaqsan, inan ki, məyus (S.Rüstəm); Məsud və xoş baxışları ilə oğlunun hərəkətlərini izləyirdi (Mir Cəlal)
MƏYUSLAŞMAQ – ŞADLANMAQ Bayatının sözləri onu daha da məyuslaşdırdı (İ.Şıxlı); Sevinən ürəklər şadlandı, gülən gözlər şənləndi (S
MƏYUSLUQ – ŞADLIQ Bu qadının çöhrəsində bir məyusluq göründü (S.S.Axundov); Getdikcə sərbəstlik, şadlıq, hay-küy artırdı (M
MƏZƏLİ – QARAQABAQ Siz nə məzəli oğlansınız (S.Vəliyev); Bilirsənmi, Zaxar qardaş, Həsən yaman qaraqabaq oğlandır (İ
MƏZƏLİLİK – QARAQABAQLIQ – Özünü məzəliliyə qoydun, bəsdir! (M.İbrahimov); Onun qaraqabaqlığı bizi narahat edir (Ə
MƏZƏMMƏT – TƏRİF Ceyran qara, parlaq gözlərindəki ağır məzəmmətli ox kimi ovçunun qəlbinə sancdı (C.Məmmədov); Alim və bilikli adamların tərifini qaza
MƏZƏMMƏTLƏMƏK – TƏRİFLƏMƏK ...Xanpərini danlayır, məzəmmətləyir, axırda da ona məsləhət görürdülər ki, adamlardan aralanmasın, öyrətsin (Ə
MƏZƏMMƏTLİ – TƏRİFLİ Adam onun məzəmmətli sözlərini eşitməmək üçün baş götürüb getmək istəyir (Ə.Vəliyev); Sənin tərifli briqadirin Bayramı Əziz mənim
MƏZHƏKƏLİ – FACİƏLİ O, məzhəkəli əsərlərin müəllifi kimi tanınır (F.Qasımzadə); Bura faciəli teatr tamaşasını xatırladır (S
MƏZLUM – ZALIM Məzlumlar da, zalımlar da Rusiya təbəəsi olmaq və konsulxana himayəsinə girməyə öyrənmişdi (M
MƏZLUMLUQ – ZALIMLIQ Üzünə zillənmiş gözlərdə qəzəb, nifrət qarışıq bir məzlumluq vardı (İ.Şıxlı); Zalımlığı ilə şöhrət tapmışdı (S
MƏZMUN – FORMA Şeirlərində məzmuna müvafiq forma tapırdı: təşbeh, istiarə və s. bədii məcazları həmişə məzmuna uyğun şəkildə seçirdi (F
MƏZMUNLU – CANSIXICI Öz dövrünün ictimai eyiblərini dolğun, məzmunlu satiraları ilə tənqid atəşinə tutmuşdu (F
MƏZMUNSUZ – MƏNALI Söhbətlər çox qırıq və məzmunsuz idi (M.S.Ordubadi); Komediyanın sonu mənalı bir finalla qurtarır (F
MISMIRIQ – XOŞSİFƏT Atam yenə nə olub mısmırığı yerlə sürünür? (S.Qədirzadə); Bu xoşsifət adam niyə Pavlosuz, parolsuz gəlib (S
MİNMƏK – ENMƏK Oho var, dağa mindirər, oho var, dağdan endirər (Ata. sözü)
MİSKİN – XOŞBƏXT O cür zavallı, miskin adamlara mənim həmişə yazığım gəlib (M.İbrahimov); Ah, sən nə xoşbəxt uşaqsan (S
MİSKİNLİK – XOŞBƏXTLİK Mənim nanəcibliyindən yoxsulluğa, miskinliyə giriftar olmuş bu bir neçə adama rast gəldiyim üçün şükür etdim (M
MONOLOQ – DİALOQ Əsərin ekspozisiyasında verilən Heydər bəyin bu monoloqu çox maraqlıdır (F.Qasımzadə); Sabirin “İki həpənd” şeri dialoqun ən yaxşı nü
MÖCÜZƏ – ADİ Ay kişi, lap möcüzədir ki! (M.İbrahimov); Hər tərəfə işıq saçanda artıq motor adi yeknəsəq səsi ilə fırlanırdı (M
MÖCÜZƏLİ – ADİ Möcüzəli, yaz havalı, davamlı bir səs dalğası haradansa harasa axıb gedirdi (S.Sərxanlı); Yarış isə adi iş gününün qanadıdır (S
MÖHKƏM – ZƏİF Mənim başım da, möhkəm qollarım da var (Ə.Haqverdiyev); Lakin ruzigar lalənin ləçəyini tökərsə: suçlu zəif laləni, qüvvətli ruzigarımdır