MÖHKƏMLƏNMƏK – BOŞALMAQ Sülh ordusu getdikcə möhkəmlənir (İ.Şıxlı); Əvvəldən yaxşı demişdi, sonra birdən boşaldı (M
MÖHKƏMLƏTMƏK – BOŞALTMAQ Körpə ağacların dibini boşaltmaq yox, möhkəmlətmək lazımdır ki, külək onları kökündən çıxartmasın
MÖHKƏMLİK – BOŞLUQ Zivər gənclikdən möhkəmlik, diqqət və gözəl mənəvi keyfiyyət görməyincə təslim olmur (S
MÖMİN – ATEİST Ateizm tərəfdarı olan şəxsə ateist deyilir. Çölləri seyr edirdi: olmuşdu mömin bəndə (A
MÖVCUDİYYƏT – YOXLUQ Mövcudiyyəti heç kəs inkar edə bilməz. Qaynım həmişəki kimi indi də Midhədin yoxluğunu mənə hiss etdirməyə çalışırdı (M
MÖVHUMAT – ATEİZM Bu olar! Bu olmaz! Bu ateizm, bu mövhumatdır (R.Rza)
MURDAR – TƏMİZ Murdar əskiyə od düşməz (Ata. sözü); Kərim dayı Rəfiqə xanım kimi səliqəli, təmiz və nəcib bir xanıma ikiqat bükülüb əzilmiş jurnal ver
MURDARLAMAQ – TƏMİZLƏMƏK Kafir oğlu bunu mənə qabaqca de, mən də əlimi murdarlamayım (Ə.Haqverdiyev); Yoxlamış və silib təmizləmişdi (S
MURDARLIQ – TƏMİZLİK Su murdarlıq götürməz (Ata. sözü); Təmizlik, sədaqət, əxlaq başqa şeydir, bunlara dəxli yoxdur (M
MÜASİR – KÖHNƏ Həmin kənddə müasir gənclərin tələblərini ödəyən hər cür şərait yaradılmışdır. Bilirəm, köhnədir eşqin dastanı; Ondan taleyini qurtaran
MÜASİRLƏŞMƏK – KÖHNƏLƏŞMƏK Bir sıra məsələlərə münasibət müasirləşmişdi. İlin axırında yoldaş aqronom görər ki, köhnələr nə edir, yenilər nə cür köhnə
MÜASİRLİK – QƏDİMLİK B.Vahabzadənin başqa kamil cəhətlərindən biri də odur ki, şair öz əsərlərində tarixi müasirlik qədər yaşada bilir (Ç
MÜBARİZ – ƏFƏL O, Zaranı xatırladıqda, özünü daha qüvvətli, daha mübariz bir adam kimi hiss edərdi (S
MÜCƏRRƏD – KONKRET Mücərrəd mühakimələr və ümumi fərziyyələr onlar üçün əhəmiyyətsizdir (M.Talıbov); Deyəsən, konkret cavabdan uzaq düşdüm
MÜCƏRRƏDLİK – KONKRETLİK ...Ayrı-ayrı surət və xarakterləri səciyyələndirərkən mücərrədliyə və sxematizmə yol verməmiş, hər surəti öz fərdi xüsusiyyət
MÜDRİK – SƏFEH Təbiəti etibarilə xoşxasiyyət, bir qədər müdrik və baməzə adamdır (M.İbrahimov); Amma lotular mənim bu səfeh ağamı yaxşı tovlayıb tapıb
MÜDRİKLƏŞMƏK – SƏFEHLƏŞMƏK Bizim əsr müdrikləşib, yaşa dolub (C.Novruz); Səfehləşmə, ağlını başına yığ (“Ulduz”)
MÜDRİKLİK – SƏFEHLİK Mənim ürəyimi dağ boyda eləyən ağsaqqalın müdrikliyidir (F.Kərimzadə); O da öz səfehliyinin yox, sadəliyinin güdazına gedir (F
MÜFƏSSƏL – QISA Deyirəm, nə varsa, müfəssəl danış! (S.Vurğun); Sual qısa və aydın olduğu üçün cavab da eyni dərəcədə qısa və aydın olmalı idi (M
MÜFLİS – VARLI Qalanları, yəni milyonlarla adam əslində yoxsul və müflisdir (M.Talıbov); Varlı kisəsini döyür, kasıb dizini (Ata
MÜFLİSLƏŞMƏK – VARLANMAQ İndi Heydər bəy elə müflisləşmişdir ki, toy etməyə pulu yoxdur (F.Qasımzadə); Onun yeganə məqsədi pul yığmaq, varlanmaqdır (F
MÜFTƏ – PULLU Müftə sirkə baldan şirindir (Ata. sözü); Pulludur, havayı deyildir
MÜFTƏXOR – ZƏHMƏTKEŞ Özgənin zəhməti ilə çörək yeyənlərə müftəxor deyirlər (Ə.Haqverdiyev); Biz deyirik: “Hamı millətlərin zəhmətkeşləri qardaşdırlar”
MÜFTƏXORLUQ – ZƏHMƏTSEVƏRLİK Müftəxorluq nə gözəl peşə idi, tutmuş idim (M.Ə.Sabir); Müəllimlər öz şagirdlərini zəhmətsevərlik ruhunda tərbiyə etməlid
MÜHARİBƏ – SÜLH Müharibə hamıya bədbəxtlik gətirir (S.Vəliyev); [Bağır xan:] Biz düşmənin sülh təklifini qəbul etməklə, sülhpərvər dünyanın məhəbbətin
MÜXƏNNƏT – SADİQ İgid ölər adı qalar, müxənnətin nəyi qalar (Ata. sözü); Dosta, ailəyə sadiq adamdır (“Ulduz”)
MÜXƏNNƏTLİK – SADİQLİK – O nadürüstün əlindən hər müxənnətlik gələr, yoldaş komissar! (M.Hüseyn); Onun ən yaxşı cəhətlərindən biri də dosta sadiqliyid
MÜXTƏSƏR – GENİŞ O, Səmədə müxtəsər bir cavab verdi (Ə.Vəliyev); Ev böyük; Geniş pəncərəli, qapılı (R
MÜKALİMƏ – MONOLOQ Mükalimə iki adam arasında gedən söhbət, monoloq isə bir adamın söylədiyi nitqdir
MÜKƏDDƏR – SEVİNC Yenə də diqqətli, xeyli mükəddər; Yanaşıb qızına “can bala” dedi (M.Rahim); İndi isə sevinc hədsizdi (Ə
MÜKƏMMƏL – ZƏİF Fizikanı yaxşı bildiyi üçün Məmməd çox asanlıqla, həm də tezcə bu bəhsi də mükəmməl öyrənib mənimsəyərdi (Ə
MÜLAYİM – SƏRT Finlandiyanın sərt qışı şəraitindən xəstələnmiş polkovnik Ə.Əliyev mülayim qurşağa göndərilir
MÜLAYİMLƏŞMƏK – SƏRTLƏŞMƏK Rüstəm getdikcə sərtləşir, heç kəsin fikrinə qulaq asmaq istəmirdi (M.İbrahimov); Balacaya birdən-birə elə gəldi ki, Daşdəm
MÜLAYİMLİK – KOBUDLUQ Mən mülayimlik və mətanət göstərdiyim üçün əsirlikdə əziyyət çəkmədim (M.Talıbov); Onun sözləri sanki Qaraşın soyuq rəftarının,
MÜNAQİŞƏ – SÜLH Onların arasındakı münaqişə uzun sürmədi (H.Nadir); Hamı sülh istəyir (Mir Cəlal)
MÜNTƏZƏM – HƏRDƏNBİR Onu müntəzəm surətdə becərmək, həm də becərmək deyil, nazını çəkmək lazımdır (Ə
MÜRƏKKƏB – ASAN Mən miss Hanna ilə bu kimi mürəkkəb bir məsələ ətrafında mübahisəyə girmək istəmirdim (M
MÜRƏKKƏBLƏŞMƏK – ASANLAŞMAQ Əvvəllər çox adi saydığım məsələlər indi onun zehnində birdən-birə mürəkkəbləşir, onun iradəsini, mətanətini zəiflədirdi (
MÜRƏKKƏBLİK – ASANLIQ İşin mürəkkəbliyi və ya asanlığı icraçının işə münasibətindən asılıdır. MÜRƏKKƏBLİK – SADƏLİK Kərim həyat hadisələrinin mürəkkəb
MÜRTƏCE – QABAQCIL Mənim fikrimcə, qorxu son dərəcə də mürtəce bir hissdir (M.Hüseyn); Çar hökuməti qabaqcıl fikirli adamları nəzarətsiz qoymurdu
MÜSİBƏT – SƏADƏT Dörd milyondan artıq əhalinin səadəti də, müsibəti də məndən asılıdır (M.S.Ordubadi)
MÜSTƏBİD – ZAVALLI Müstəbiddir, cəlladdır, qaniçəndir, kütbaşdır (M.İbrahimov); Mən ürəyimdə heyifsiləndim ki, zavallı qızı məktəbdən məhrum edəcəklər
MÜSTƏBİDLİK – ZAVALLILIQ Müstəbidlik onun təbiətində idi (M.İbrahimov); Onun zavallılığına ürəkdən heyifsiləndim (“Azərbaycan”)
MÜSTƏQİL – ASILI Ona görə də, ay uşaqlar, mən müstəqil bir iş istəyirəm (İ.Fərzəliyev); Hamısı bizdən asılıdır (Mir Cəlal)
MÜSTƏQİLLİK – TABEÇİLİK Müstəqillik ona sərbəst hərəkət etməyə imkan verir (M.Talıbov); Yaxud da tabeçilik və yalanı eşidib təsdiq etməkdən ibarətdir
MÜŞKÜL – ASAN Rədd ol, həll edərəm özüm müşkülü! (M.Rahim); Bundan asan şey yoxdur (S.Vəliyev)
MÜTƏRƏQQİ – MÜHAFİZƏKAR Lakin o bütün bu məhdud və ziddiyyətli cəhətləri ilə, zəif və passiv etirazları ilə bərabər, öz dövrü üçün yeni və mütərəqqi b
MÜTİ – ASUDƏ Yeja sifətinə müti bir ifadə verməyə çalışdı (S.Vəliyev); Asudə gəzin indi bu dünyanı, uşaqlar! (M
MÜTİLİK – ASUDƏLİK Demə, gözə görünən sakitlik, susqunluq və mütilik aldadıcı bir pərdə imiş (M.İbrahimov); Asudəlik istərsən, dünyadan uşaqlaş sən; K
MÜTLƏQ – NİSBİ Bilin, yoxsulluq iki cürədir: mütləq yoxsulluq və nisbi yoxsulluq (M.Talıbov)