Диалектологический словарь азербайджанского языка.

  • ƏRƏŞMƏX’

    (Mingəçevir) tamahlanmaq, meyl etmək. – Uşax süfrəyə ərəşir

    Полностью »
  • ƏRƏVAŞDƏMEG

    (Bakı) seyrəltmək. – Ağacdər qəblə getirib, sən hindi başdi:rsən ərəvaşdəmegə

    Полностью »
  • ƏRƏVƏNDƏ

    (Tərtər) bir yerdə daimi yaşamağa qərar tutmayan. – Ərəvəndə adamın yeri-yurdu olmaz

    Полностью »
  • ƏRƏVUC

    (Qax) soxulcan. – Suyun yanında çox olar ərəvuc

    Полностью »
  • ƏRƏYİ

    (Bakı) müvəqqəti ◊ Ərəyi eləməg – müvəqqəti almaq

    Полностью »
  • ƏRƏZƏN

    I (Ordubad) gec. – Bı il pambıx ərəzən əkilib ◊ Ərəzən düşmək (Şahbuz) – vaxtından gec yetişmək. – Pambıx ərəzən düşdü; – Bı il tut ərəzən düşdü II (C

    Полностью »
  • ƏRGƏN

    (Ağdam, Bərdə, Cəbrayıl, Daşkəsən, Kəlbəcər, Qarakilsə, Salyan, Zəngilan) bax əryən. – Bəhman ərgən oğlandı (Bərdə); – Əli illaf ərgən oluf (Zəngilan)

    Полностью »
  • ƏRXƏC

    (Qax, Yardımlı) bax arxac. – Qoyun hini ərxəcə yığılmalı hələtdi (Qax)

    Полностью »
  • ƏRXƏNƏ

    (Qax) pendiri saxlamaq üçün hazırlanmış su

    Полностью »
  • ƏRİK

    (Dərbənd, Quba) cır alça Ərikini əzmək (Salyan) – naz etmək, nazlanmaq. – Leyla ərikini əzə-əzə elə danışırdı ki, adamın zəhləsin tökürdü

    Полностью »
  • ƏRİKQUŞU

    (Ordubad) mayböcəyi

    Полностью »
  • ƏRİNCƏG

    (Yardımlı) bax əringəc. – Ərincəg olma, dur işüy işdə

    Полностью »
  • ƏRİNCƏX’

    (Ağdam, Gədəbəy, Göyçay, Mingəçevir, Ucar) bax əringəc. – Ərincəyin biridi o, iş-zad görmür (Ağdam); – Ürəyüvə güllə dəysin ərincəx’ (Göyçay)

    Полностью »
  • ƏRİNCƏYLİG

    (Salyan, Yardımlı) tənbəllik. – Ədə, ərincəglig eləmə, dur get işüə (Salyan)

    Полностью »
  • ƏRİNGƏC

    (Füzuli, İmişli, Kürdəmir, Salyan) tənbəl. – Yap əringəc adamsan sən, buyişi nəyşə qutarmırsan? (İmişli); – Qulı əringəc adamdu (Salyan); – Bı İmran y

    Полностью »
  • ƏRİNİX’LƏMMƏX’

    (Mingəçevir) ərimək, əriməyə başlamaq. – Yağ ərinix’lənif

    Полностью »
  • ƏRİŞDƏLİ

    (Qazax, Tovuz) əriştə ilə hazırlanan xörək növü. – Ərişdəli də xörəx’di, ərişdəli düyüdən, bir də ətdən hazırlaner (Qazax)

    Полностью »
  • ƏRİŞDƏMƏG

    (Şamaxı) təmizləmək

    Полностью »
  • ƏRİŞMƏX’

    (Qazax) namusuna təcavüz etmək

    Полностью »
  • ƏRİTDƏMƏG

    (Yardımlı) təmizləmək. – Sudan zığ iyisi gələndə buləği əritdeydüg

    Полностью »
  • ƏRKAN

    ərkan kəsməx’: (Meğri) döymək, incitmək. – Prisdav bizə karrıca ərkan kəsdi

    Полностью »
  • ƏRKANSIZ

    (Beyləqan) insafsız, rəhmsiz. – Sən laf ərkansızın birisən

    Полностью »
  • ƏRKƏRİ

    (Bakı) tez yetişən üzüm növü

    Полностью »
  • ƏRQOLİ

    (Ordubad) arğalı, vəhşi qoç

    Полностью »
  • ƏRMAN

    ərman çəx’məx’: (Meğri) inkişaf etmək, böyümək

    Полностью »
  • ƏROV

    I (Qarakilsə, Naxçıvan) paltar yuyulduqdan sonra qalan çirkli sabunlu su. – Bırdan ərov töküblər, gedip o tingliyi qurudub (Qarakilsə) II (Qazax) uzağ

    Полностью »
  • ƏROY

    (Ağdam, Bərdə, Gədəbəy, Kürdəmir, Şuşa) bax ərov I. – Əroyu ağaş divinə töx’mə ziyandı (Gədəbəy); – Bu suyu da töx’ əroyun üstə, apar at (Şuşa) ◊ Əroy

    Полностью »
  • ƏRP

    (Kürdəmir, Salyan, Yardımlı) kəf. – Yarma:n üstə çıxan ərpini al (Kürdəmir)

    Полностью »
  • ƏRPİMƏX’

    (Çənbərək) çürümək, çürüyüb tökülmək. – Dananın leşi ərpiyif

    Полностью »
  • Ə:RRİ

    (İmişli) xəstə, arıq (qoyun). – Üşdört ə:rri qoyunumuz var burda

    Полностью »
  • ƏRRİX’

    (Kəlbəcər) evlənmək vaxtı çatmış, ər olmaq vaxtı çatmış

    Полностью »
  • ƏRSİNBOĞAZ

    (Ordubad) quş adı. – Ərsinboğazın əti yeməli dəyil, zərərri həşaratı, ilanı ye:ir o

    Полностью »
  • ƏRŞİN

    (Basarkeçər, Ordubad, Şəki, Tovuz) ərsin. – Tiyanın divini ərşinnən qartdiyif təmizdədilər (Şəki)

    Полностью »
  • ƏRŞİNNƏMƏX’

    I (Tovuz) qaçmaq. – Burdan elə ərşinnərsən ki, gözüm səni yörməz II (Qarakilsə) boş-boş gəzmək, avaralanmaq

    Полностью »
  • ƏRVAZ

    (Quba) iməcilik, kollektiv kömək

    Полностью »
  • ƏRYƏL

    (Gədəbəy) kotana qoşulan birinci cüt öküz

    Полностью »
  • ƏRYƏN

    (Çənbərək, Gədəbəy, Qazax, Şəki, Tovuz) 1. evlənmək və ya ərə getmək vaxtı çatmış (Çənbərək, Tovuz) 2

    Полностью »
  • ƏSADAYİ

    (Mingəçevir, Oğuz) un, yağ və şəkərdən hazırlanan quymağa bənzər xörək adı. – Əsadayi yaxşı yiməx’di, xəsdə halsız olanda onu yaxşı yiyir (Oğuz)

    Полностью »
  • ƏSDƏMİ

    (Qax) ərsin. – Əsdəminən xamır doğrıyıx

    Полностью »
  • ƏSƏRRƏMMƏX’

    (Xocavənd) gicəlmək

    Полностью »
  • ƏSGƏRANİ

    (Culfa) üzüm növünün adı

    Полностью »
  • ƏSİ

    (Qax) düşmən

    Полностью »
  • ƏSİX’MƏX’

    (Gədəbəy) dirçəlmək, ətəqana gəlmək. – Sırahayün aldığımız quzu əsix’mə:if hələ, gözdə-qulaxdo:lun bir müdət

    Полностью »
  • ƏSİLAĞAC

    (Çənbərək) uşaq oyunu adı. – Büyünnəri əsilağac oynadıx axşamatana

    Полностью »
  • ƏSİN

    (Şərur) külək, meh. – Bi əz də əsin əssəydi munu (taxılı) savurup qutarardım

    Полностью »
  • ƏSKEŞ

    (Bakı) arabanın qolu

    Полностью »
  • ƏSMAN

    (Salyan, Yardımlı) göy, səma ◊ Əsmana çəkməg – ağrıtmaq, əziyyət vermək. – Dişimin ağrısı bı gecə məi əsmana çəkdi (Salyan)

    Полностью »
  • ƏSMƏŞAL

    (Bakı) yun parça adı

    Полностью »
  • ƏSNAF

    (Zəngilan) otaq. – Özünə yaman əsnaflar tikdirib

    Полностью »
  • ƏSNƏX’

    (Meğri, Zəngilan) axmaq, ağılsız. – Hilal əsnəx’ kişidi (Zəngilan); – Şükürün gədəsi Salman elə xıcca vaxdınnan əsnəx’ gədeydi (Meğri)

    Полностью »