Диалектологический словарь азербайджанского языка.

  • ALAGEH OLMAX

    (Cəbrayıl) əldən düşmək. – Gamışı axdarıf tapıncan alagex’ oldum

    Полностью »
  • ALAGÖTATAN

    (Cənubi Azərbaycan) quş adı. – Qardaşım bir alagötatan tutdu

    Полностью »
  • ALAGÜLÜY

    alagülüy olmax: (Cəbrayıl) yorulmaq, ədən düşmək. – Onnan ötürün bir aydı alagülüy oluram

    Полностью »
  • ALAĞAJ

    (Qazax, Şəmkir) sahələrarası sərhədlərdə kilometr məsafəsini göstərmək üçün basdırılan nişan ağacları

    Полностью »
  • ALAĞAZDAMAX

    (Çənbərək) keyfiyyətsiz işləmək, bir işi yarımçıq, yarıtmaz görmək. – Xiyarın alasın-ulasın alağazdıyf cijim, yaxşı qayrəmmiyf

    Полностью »
  • ALAĞÇA

    (Quba) alaq təmizləyən alət. – Alağça bizim çux karımıza gələdü

    Полностью »
  • ALAĞIZ

    (Şəmkir) 1. ikiüzlü. – Alağız adamnan zəhləm gedər 2. xəbərçi

    Полностью »
  • ALAĞIZDAMMAX

    (Şəmkir) qəlyanaltı etmək. – Bir əz alağızdanıη, pusa:t bir yaxşı puloy pişirəjəm

    Полностью »
  • ALAĞUZ

    (Qazax) bax alağız. – Sən nə alağuzsan!

    Полностью »
  • ALAĞUZDAMMAX

    (Tovuz) bax alağızdammax. – Gə bir əz alağuzdanax soηra

    Полностью »
  • ALAĞUZDUX

    (Xanlar) xəbərçilik. – Niyə alağuzduğ eleysəη

    Полностью »
  • ALAHİ

    (Quba, Sabirabad, Şərur) bax alayı. – Uşağ burda degil, alahi yerə yullamışam

    Полностью »
  • ALAHÖ:ÜŞ

    (Gədəbəy) bax alahöyüş. – Şalvarı qədə: elə alahö: üş qeydirdim

    Полностью »
  • ALAHÖYÜŞ

    (Gədəbəy) yarı quru, yarı yaş, nəm

    Полностью »
  • ALAXAY

    (Cəbrayıl) 1. göytəhər 2. aciztəhər

    Полностью »
  • ALAXDAN

    (Salyan) yenidən, təzədən. – Özü: gözzə, alaxdan xəsdələnərsən

    Полностью »
  • ALAXI

    (Kürdəmir) bax alayı

    Полностью »
  • ALAXIRMAN

    alaxırman eləməx’: (Basarkeçər) sütül buğda qovurmaq. – A çovan, get bir görüm buğda gəti, alaxırman eliyəx’

    Полностью »
  • ALAXOJA

    I (Qazax) bax alaqoja II (Şəmkir) bax alaqoca. – Ay arvat, tez ol alaxojanı qavqar, yığım haravıya

    Полностью »
  • ALAXOR

    (Qazax) çox meyvə yeyən, meyvəsevən (adam)

    Полностью »
  • ALAKEÇƏ

    (Əli Bayramlı) alaçıq, çadır. – Biz yaylaxda olanda böyük bir alakeçədə yaşıyırdığ

    Полностью »
  • ALAKƏR

    (Gəncə, Oğuz) bax alakeş. – Alakərnən kələmin, lobyanın, soğanın alasını təmizdiyirix’ (Oğuz)

    Полностью »
  • ALAKƏRDƏLƏMƏ

    (Qazax) natamam. – Abbas alakərdələmə iş görör

    Полностью »
  • ALAQARS

    (Mingəçevir, Şəki) yaxşı bişməmiş, üzü yanmış (çörək)

    Полностью »
  • ALAQARSAĞ

    (Xaçmaz) bax alaqars. – Alaqarsağ çüregi u tərəfə quy

    Полностью »
  • ALAQARSAX

    (Qazax) bax alaqars. – Alaqarsax çörəyi uşaxlara vermə, sancılanallar

    Полностью »
  • ALAQIRAN

    (Dərbənd) kətmən. – Alaqıran tap, saba alağa kitədük

    Полностью »
  • ALAQOCA

    (Zaqatala) ev avadanlığı

    Полностью »
  • ALAQOJA

    (Gəncə, Qazax) heyvan xayası. – Bu qoyunun alaqojaları böyüx’dü (Gəncə); – Alaqojanın kavavı yaxşı olur (Qazax)

    Полностью »
  • ALAQOLEY

    (Böyük Qarakilsə) babat

    Полностью »
  • ALAQORA

    (Bakı) dəyməmiş, azca sulanmış üzüm. – Qalxozçılar alaqoradan yaxşı turşirin bişirədü

    Полностью »
  • ALAQULUX

    I (Ağdam, Gəncə, Şuşa, Tərtər) həşərat adı. – Məni dünən qoruxda alaqulux daladı (Gəncə) II (Ağcabədi, Ağdam, Bərdə, Gəncə, Şuşa) dəcəl, nadinc

    Полностью »
  • ALAQURA

    (Bakı) bax alaqora

    Полностью »
  • ALAQURŞAX

    (Qazax) qövsi-qüzeh, göy qurşağı. – Yağış kin yağer, yağış sərpilənnən sonra alaqurşax doğajax

    Полностью »
  • ALAQUŞ

    (Şərur) xəbərçi, sözgəzdirən. – Alaquş adam hər yerdə oley

    Полностью »
  • ALAQUTI

    (Quba) gicitkən. – Alaqutı adamun əlin elə gicişdirədü ki

    Полностью »
  • ALALAMAX

    (İmişli) əl çəkməmək. – Əyə, məni nə alalıyıfsaη, əl götürməzsə:η?

    Полностью »
  • ALAM

    (Zəngibasar) bax alana

    Полностью »
  • ALAMA

    (Zaqatala) dəstək, qulp

    Полностью »
  • ALAMANCI

    (Yevlax) qarətçi, oğru. – Həmayıl alamancıdı

    Полностью »
  • ALAMANCILIX

    (Şuşa) qarətçilik, oğurluq ◊ Alamancılığ eləməx’ – Həmayıl alamancılığ eli:r

    Полностью »
  • ALAMANÇI

    I (Füzuli, Qax, Şəki, Tərtər) acgöz, gözüdoymaz. – Alamançı hamsını qapıf yidi (Şəki); – Mə:n alamançı adamnan aram olmaz (Füzuli) II (Bərdə, Salyan)

    Полностью »
  • ALAMANÇILIĞ

    alamançılığ eləmək: (Salyan) söz gəzdirmək. – Alamançılığ eləməg pis şeydi

    Полностью »
  • ALAMAYDAN

    (Qazax) aravuran, araqarışdıran. – Əhməd yaman alamaydandı

    Полностью »
  • ALAMƏTƏRƏZ

    (Böyük Qarakilsə) yarımçıq görülmüş (iş)

    Полностью »
  • ALANA

    (Ordubad) içərisi şəkər və qozla doldurularaq qurudulmuş şaftalı və ya armud. – Yolda yemək üçün bir güvrənkə alana aldım

    Полностью »
  • ALANAYI

    (Ordubad) şaftalı növü adı

    Полностью »
  • ALANİTMƏG

    (Quba) xəbər vermək. – A:dil dayima alanitməg üçün getdi

    Полностью »
  • ALANQU

    (Lənkəran) çör-çöp. – Peçə alanqu at, qızışsın

    Полностью »
  • ALANQUŞ

    (Qazax) hiyləgər. – Alanquş adamnan xeyir iş çıxmaz

    Полностью »