Диалектологический словарь азербайджанского языка.

  • ZƏQQUN

    (Saatlı, Ucar) bax zaqqun. – Büvər zəqqun kimidi, boğazımı kəsdi (Ucar)

    Полностью »
  • ZƏQQUTUN

    (Culfa, Gədəbəy, Gəncə, Laçın, Mingəçevir, Naxçıvan, Oğuz, Saatlı, Ucar) 1. acı 2. zəhər (Oğuz). – Niyə mənim almamı yeyirsən, zəqqutun yesəηə

    Полностью »
  • ZƏQO:

    (Şəki) çox duzlu

    Полностью »
  • ZƏLƏMƏ

    (Biləsuvar) kasıb adama vermək üçün nəzərdə tutulan şey. – Onu yeməy olmaz, o, zələmədi

    Полностью »
  • ZƏLHƏB

    (Tabasaran) öd kisəsi

    Полностью »
  • ZƏLİL-ZİRDAŞ

    (Zəngibasar) tənha, tək. – Heş kəsim yoxdu, qalmışam zəlil-zirdaş

    Полностью »
  • ZƏLLƏ

    I (Ağdam, Ağdərə, Borçalı, Cəbrayıl, Lerik, Şuşa) xəsis. – Bizim qonşumuz zəllə adamdı (Borçalı); – Zəllə adamın pulu çox olur (Şuşa) II (Qazax) inadk

    Полностью »
  • ZƏLO

    (Lənkəran) yandırıcı, isti. – Günin lap zəlo vaxdıdu

    Полностью »
  • ZƏMƏKO

    (Sabirabad) çox duzlu

    Полностью »
  • ZƏNCİRƏ

    (Culfa, Ordubad) arxalığın ətəyinə tikilən bəzəkli gümüşü haşiyə. – Qəbaxlarda zəncirə olan ərxalıx geyərdilər (Ordubad)

    Полностью »
  • ZƏNƏHLİY

    (İrəvan) biclik. – Zənəhliy eləmə

    Полностью »
  • ZƏNƏX’

    I (Qarakilsə) çoxdanışan II (Oğuz) yaltaq. – Bu, yaman zənəy adamdı

    Полностью »
  • ZƏNƏKİ-ZƏNƏKİ

    (Kəlbəcər) uşaq kimi, uşaqcasına. – Zənəki-zənəki danışma

    Полностью »
  • ZƏNG

    (Bakı) sırğanın bir növü

    Полностью »
  • ZƏNGAN

    (Quba) ayağı isti saxlamaq üçün xüsusi meşin boğazlıq

    Полностью »
  • ZƏNGET

    (Lerik) bitki adı, həmişəbahar. – Bırda zənget çox olır

    Полностью »
  • ZƏNGƏL

    (Qax, Şəki, İrəvan) 1. b a x zəngan (Qax, İrəvan). – Arvad, mənim zəngəllərim hanı? (İrəvan) 2. keçə ayaqqabı (Şəki)

    Полностью »
  • ZƏNGƏLƏY

    (İrəvan) bax zənkələy

    Полностью »
  • ZƏNGİ

    (Zaqatala) çarıqda bağ keçirilən deşiklər. – Çarığın zəngisi qopupdu

    Полностью »
  • ZƏNKƏLƏY

    (İrəvan) kələkbaz. – Sən nə yaman zənkələysən

    Полностью »
  • ZƏRD

    (Bakı) quş adı

    Полностью »
  • ZƏRDAP

    (Qax) irin. – Yazığın yarasınnan zərdap tökülürdü

    Полностью »
  • ZƏRDƏ

    I (Başkeçid, Bolnisi, Borçalı, Böyük Qarakilsə, Qazax, Qarakilsə, Naxçıvan, Ordubad) yerkökü. – Bizim yerin adamı çoxlu-çoxlu zərdə yeyəndi (Ordubad);

    Полностью »
  • ZƏRDƏLƏMƏX’

    (Xanlar) yaxşılarını seçmək. – Ə, bajı oğlu, adam zərdələməz, alırsan, bir ujdan götür

    Полностью »
  • ZƏRDO

    (Kürdəmir) bax zərdap

    Полностью »
  • ZƏ:RƏX’

    (Gədəbəy, Kəlbəcər) bitki adı. – Zə:rəx’ kilimin arasında çox varıydı, eşiyə aparıη, sərin gün çıxanda (Gədəbəy)

    Полностью »
  • ZƏRƏNDAZ

    (Lənkəran) zərli baş örtüyü

    Полностью »
  • ZƏRGEND

    (Cəlilabad) bax zənget. – Zərgend meşədə bitey

    Полностью »
  • ZƏRİLXANA

    (Qazax) ayaqyolu

    Полностью »
  • ZƏRİS

    (Ordubad) zirinc

    Полностью »
  • ZƏRQOV

    (Zəngilan) xörək adı. – Arvat yaxşı zərqov bişimişdi, yeyib gəlmişıx

    Полностью »
  • ZƏRMƏNDİX’

    (Basarkeçər) əməköməci. – Uşağlar gedif zərməndix’ yığmağa

    Полностью »
  • ZƏRNİŞ

    (Oğuz) zirinc

    Полностью »
  • ZƏRVAF

    (Tovuz) zərli parça

    Полностью »
  • ZƏRZƏR

    (Quba) duzlanmış yabanı kəvər

    Полностью »
  • ZƏVƏRQARIN

    (Çənbərək, Karvansaray, Qazax) bax zağarqarın. – Zəvərqarın adam yoxuş yeri çıxə:limi? (Çənbərək)

    Полностью »
  • ZƏVƏRMƏX’

    (Gədəbəy) uzanmaq. – Görüηnən bir nə zəvərif, heş xəvəri varmı kın düynədən

    Полностью »
  • ZƏVİLLƏMƏG

    (Cəlilabad) zarımaq. – Az zəvillə sən də, baş-beynimi aparmaginan

    Полностью »
  • ZƏVRƏ

    (Borçalı) qıf

    Полностью »
  • ZƏVZƏX’

    (Ağdam, Cəbrayıl, Füzuli, Gədəbəy, Qarakilsə, Qazax, Zəngilan) bax zəvzəy. – Bı qəri həylə zəvzəx’ qəridi, axşamacan zəvze:r (Zəngilan); – Zəvzəy adam

    Полностью »
  • ZƏVZƏX’LƏMƏX’

    (Qazax) yersiz və boş-boş danışmaq. – Əli dünən mərəkədə yaman zəvzəx’lədi

    Полностью »
  • ZƏVZƏK

    (Beyləqan, Cəbrayıl, Kəlbəcər, Kürdəmir) bax zəvzəy. – Zəvzək gedə olma, bı çox pis şeydi (Beyləqan); – Zəvzək kişi gəldi, gənə baş-beynimiz gedər (Cə

    Полностью »
  • ZƏVZƏMƏX’

    (Cəbrayıl, Füzuli, Qarakilsə, Mingəçevir) həddindən artıq boşboş danışmaq. – Ay arvad, az zəvzə dana, tay yorulmadı:η? (Cəbrayıl); – Bu da ay zəvzədi

    Полностью »
  • ZƏVZƏY

    (Laçın) çoxdanışan. – Ay sən də zəvzəy adamsan ha

    Полностью »
  • ZƏVZİMƏG

    (İmişli) yalvarmaq. – Yıxıldı ayağına, başdadı zəvziməyə

    Полностью »
  • ZƏY

    (Cəbrayıl) tikə, hissə. – Mınnan sənə bir zəy də vermərəm

    Полностью »
  • ZƏYDUZ

    (İrəvan) zəylə duzun qarışığından hazırlanmış aşı maddəsi. – Bir az zəyduz qayır

    Полностью »
  • ZƏYDUZLAMAX

    (İrəvan) dərini aşılamaq üçün ona zəyduz sürtmək. – Dərini zəyduzlamışam

    Полностью »
  • ZƏYƏRƏK

    (İrəvan) kətan yağı. – Bir az zəyərək gəti, xəmirə qatax

    Полностью »
  • ZƏYİN

    (Qazax) biyar

    Полностью »