Диалектологический словарь азербайджанского языка.

  • ZÜBAH

    (Culfa) bax ziban

    Полностью »
  • ZÜBBƏ

    (Şəki) seçmə, seçilmiş. – Ən zübbələrini mişo:l yiyitdi

    Полностью »
  • ZÜBÜDƏ

    (Kürdəmir, Oğuz) tamamilə, büsbütün. – Hu didix’ləri söz zübüdə yalandı (Oğuz)

    Полностью »
  • ZÜGLƏ

    (Bakı) çox balaca

    Полностью »
  • ZÜGOYLU

    (Basarkeçər) üzüaşağı. – Maşın zügoylu gedir, qavağına daş qoy

    Полностью »
  • ZÜLƏ GETMƏX’

    (Zəngibasar) həsrətini çəkmək, ürəyi istəmək. – Gədədən ötün züleydirəm

    Полностью »
  • ZÜLHƏC

    (Qax) uca, hündür (boy). – Honun boyu lap zülhəcdi

    Полностью »
  • ZÜLLƏ

    (Barana, Borçalı) 1. zirvə (Borçalı) – Bizdə deyəllər kin, dağın zülləsi 2. şiş, dik (Barana). – Dağın başı çox zilləydi

    Полностью »
  • ZÜLÜ

    zülü getməx’: (Şahbuz) yorulmaq, əldən düşmək. – Bı gecə itdər hürməx’dən zülü gediblər

    Полностью »
  • ZÜLZÜLƏ

    (Salyan) ağlaşma. – Yoldan keçəndə gördim ki, Hacının öyünnən bi zülzülə başdadı

    Полностью »
  • ZÜMZÜMƏ

    (Bakı) çeşmə

    Полностью »
  • ZÜNGƏ

    (Lənkəran) balıq toru üçün dənizdə qurulan dayaq

    Полностью »
  • ZÜPBÜZ

    (Meğri) həvəngdəstə. – Xıcca qız getdi züpbüzzə duz döyməğə

    Полностью »
  • ZÜRCƏX’

    (Naxçıvan) sürüşkən. – Ora su gəlib zürcəy olub

    Полностью »
  • ZÜRRİ

    (Xaçmaz) bax zorru. – Çux zürri adamdı

    Полностью »
  • ZÜRZÜQ

    (Zaqatala) dərd, qəm, qüssə, kədər ◊ Zürzüqə gitmax – dərdə-qəmə batmaq, qüssələnmək, kədərlənmək. – Oğlan zürzüqə gidipti

    Полностью »
  • ZÜVƏ

    (Bakı) bax zivə

    Полностью »
  • ZÜVMƏX’

    (Naxçıvan, Ordubad, Şərur) bax zivməx’. – Qıçım qışda buzda züvdü, yıxıldım (Şərur)

    Полностью »
  • ZÜVÜLDƏMƏX’

    (Naxçıvan, Ordubad) sürüşmək. – Mən züvüldədim, əmə yıxılmadım (Naxçıvan)

    Полностью »
  • ZÜVÜRÇƏX’

    (Zəngibasar) sürüşkən yer

    Полностью »
  • ZÜYMƏX’

    (Naxçıvan, Ordubad) bax zivməx’

    Полностью »
  • ZÜYRÜŞMƏX’

    (Naxçıvan, Ordubad) sürüşmək. – Mənim əyağım züyrüşdü (Naxçıvan)

    Полностью »
  • ZÜYÜLDƏMƏX’

    I (Naxçıvan, Ordubad) sürüşmək. – Mükayıl, yol xarabdı, maşını züyüldəmə: qoyma ha (Ordubad) II (Zəngibasar) ağlamaq

    Полностью »