sif. Boyu hündür olan; ucaboy(lu), boylu-buxunlu. Hündürboy(lu) gənc. – Minayə hündürboylu, qarayanız, incə bir arvaddı
sif. Bir az, bir qədər hündür, uca. Hündürcə barı. Hündürcə kişi. // Çox hündür, çox uca. Hündürcə bir təpə
zərf 1. Çox hündürdə; ucadan, yüksəkdən. Təyyarə hündürdən uçurdu. 2. Səsini ucaldaraq; ucadan, bərkdən
is. 1. Hündür şeyin halı; ucalıq, yüksəklik. Divarın hündürlüyü. Ağacın hündürlüyü. 2. Rəqəmlərlə: bir şeyin yerdən, oturacaqdan, səthdən ən yüksək nö
is. Hündürlüyü ölçmək üçün cihaz. Təyyarənin hündürlükölçəni. Hündürlükölçənin göstəricisi
is. [ər.] 1. Bacarıq, məharət, ustalıq, qabiliyyət, fərasət. Belə bir işi görmək üçün hünər lazımdır
“Hünərlənmək”dən f.is
f. Qeyrətə gəlmək, cəsarətə gəlmək, ürəklənmək
sif. və is. 1. Bacarıqlı, məharətli, qabiliyyətli, qeyrətli, əlindən iş gələn. Hünərsiz özgəyə güvənər, hünərli özünə
sif. [ər. hünər və fars. …mənd] klas. bax hünərli. Biz qoca qafqazlı igid ərlərik; Cümlə hünərməndlərik, nərlərik
sif. Hünəri olmayan, hünəri çatışmayan, hünər göstərə bilməyən; bacarıqsız, qabiliyyətsiz, istedadsız, fərsiz, fərasətsiz
is. Bir işi görməyə hünəri, bacarığı, cəsarəti, qabiliyyəti, fərasəti, biliyi çatışmamaq
sif. və is. [ər. hünər və fars. …vər] 1. Hünərli, mərifətli, məharətli, qüdrətli, ustad. Hünərvər insana hörmət və ehtiram göstərilməlidir
is. məh. Ağcaqanadın adlarından biri. Bir yan, görürsən, uşaqlar oynaşır; Milçək vızıldaşır, hünü qaynaşır
“Hürdürmək”dən f.is
f. Hürməsinə səbəb olmaq, hürməyə məcbur etmək. İti qısdırıb hürdürmək
sif. Çox hürən, boş-boş hürən (it haqqında). Hürəyən it
is. Bəzi heyvanların (məs., dəvənin) belində piy yığınından əmələ gələn bir və ya iki çıxıntı. O karvanlar ki, caydaq dəvələrin hürgücləri dərisi qapq
“Hürkdürmək”dən f.is
f. bax hürkütmək. Qoyunu hürkdürmək. Quşları hürkdürmək
bax ürkək. [Gəray:] Barı, ram oldumu hürkək ceyran? A.Şaiq
bax ürkəklik
“Hürkmək”dən f.is
f. Gözlənilməz səsdən, adamdan və s.-dən qorxub çəkilmək və ya qaçmaq; ürkmək, qorxmaq (heyvanlar və quşlar haqqında)
is. Qorxu, ürkü. Aslanam, deyiləm tülkü; Tanımaram qorxu, hürkü. “Koroğlu”
“Hürküşmək”dən f.is
f. Hürkmək, qorxmaq, ürküşmək (çoxları haqqında). Qoyunlar hürküşdü. – Vəhşi ahular ovçunu görən kimi hürküşməyə başladılar
“Hürkütmək”dən f.is
f. Hürkməsinə səbəb olmaq; hürkdürmək, ürkütmək, qorxutmaq. Qoyunları hürkütmək. – …Səs emalatxananın dalında cərgələnmiş sığırçınları hürkütdü
“Hürmək”dən f.is
f. 1. Kəsik-kəsik səs çıxarmaq (it, tülkü və bəzi başqa heyvanlar). Səssəmir yox idi, ancaq hərdənbir zorba həyət iti hürürdü
sif. [ər.] Azad. Sakit küçələr [Midhədə] geniş göründü, əsir şəhər hürr və məsrur idi. Çəmənzəminli. □ Hürr olmaq – əsarətdən, zülmdən xilas olmaq, az
is. [ər.] Azadlıq. Bəşərin dərdini öz dərdi bilib millətimiz; Bizim öz niyyətimizdən doğub hürriyyətimiz
[ər. hürriyyət və fars. …pərəst] bax azadlıqsevən. Hürriyyətpərəst müsəlmanlar millət bahadırı Səttarxanı tərif və təhsin edirlər
bax hürriyyətpərvərlik
[ər. hürriyyət və fars. …pərvər] bax azadlıqsevər
is. Hürriyyəti, azadlığı sevmə; azadlıqsevərlik
is. [ər. “hərf” söz. cəmi] klas. Hərflər
is. [ər. “hüruf” söz. cəmi] Hərflər, əlifba. O hürufat ilə ki, biz yazırıq, onu oxumaq çətin bir məsələdir
is. [ər.] Hürufilik təriqəti tərəfdarı. Hürufi şairlər
is. XIV əsrdə Azərbaycanda meydana gəlmiş, Quranın hərflərindən bir sıra məna və hökmlər çıxaran təriqət
is. İtin, tülkünün və b. heyvanların çıxardığı kəsik-kəsik səs: hürmə səsi. İtin hürüşü. Hürüş səsi. – Ancaq yabana hürən köpəklərin xır-xırı, hürüşü
“Hürüşmək”dən f.is. Ov tulalarına qoşulmuş Qara köpək mağaraya girdi, bunun dalınca başqa itlər də getdilər və yenə də içəridə hürüşmə başlandı
qarş. Səs-səsə verərək hürmək, hamı birdən hürmək. Kəndin itləri hürüşüb, hər tərəfdən süvarinin üstünə tökülüşdülər
is. [ər.] Azərbaycan klassik muğamlarından birinin adı
is. [ər.] 1. Gözəllik, camal. O gözəlin hüsnündəki; Əzəməti şeirə gətir; Qəlbindəki çırpıntını; Hərarəti şeirə gətir
is. [ər.] Yaxşı, xeyirxah, xoş münasibət. □ Hüsn-rəğbət bəsləmək – xoş, xeyirxah, yaxşı münasibət göstərmək
is. [ər.] İbtidai məktəbdə, şagirdlərdə gözəl yazmaq vərdişləri aşılamaq üçün keçilən tədris fənni. Hüsnxət dərsi
is. [ər.] 1. Kədər, qəm, qüssə. Bu səs insana hüzn gətirir. – Durnaların oxumağı Vaqifə hüzn gətirməyir və könlünü pərişan qılmayır… F
sif. [ər. hüzn və fars. …avər – gətirən] klas. bax hüznlü. [Qətibə] əlvan çiçəkli xiyabanlar məhv olan bir xalqın yadigarı kimi qalan köhnə qəbiristan