f. 1. İstiqamətini yana və ya geriyə, yaxud başqa tərəfə yönəltmək. [Rüstəm] yavaşca öküzün boynuna vurub həyətə döndərdi
is. məh. Dəfə, yol. Bu dönə
zərf Dəfələrlə, bir neçə dəfə; təkrar-təkrar. “Cəfa çəkmə, məndən sənə yar olmaz”; Dönə-dönə dedi o dilbər mənə
is. Tin, döngə. …Tarqovı küçəsinin dönəcəyində rastımıza bir neçə avtomobil çıxdı. C.Məmmədquluzadə
bax dönük. Qəhr olsun o qəhrəman ki dönəkdir; Dünya gözəl olsa, dönməm yarımdan. H.Cavid
is. Küçənin, yolun, arxın və s.-nin dönən, burulan yeri. [Avtomobil] …gah dolayın döngələrində gizlənib yox olur, gah döngədən çıxıb yavıqlaşır
is. məh. Cır əzgil
“Döngələmək”dən f.is
f. dan. Vədini, qərarını dəyişmək; sözündən dönmək (qaçmaq). Sözünü döngələmək
sif. Döngəsi, ya döngələri olan. Döngəli yol, küçə. – Rüstəm fikirləşəfikirləşə … döngəli yolları qalxıb evinə çatdı
1. “Dönmək”dən f.is. 2. sif. Cinsini, nəslini dəyişmiş; dönmüş. // Dinini, məzhəbini, əqidəsini dəyişmiş
zərf Qəti və ardıcıl surətdə. Göstərişləri dönmədən yerinə yetirmək
f. 1. Getdiyi, ya durduğu tərəfin əksinə çevrilmək. Sağa dön! – Atlı … bütün vücudu ilə səs gələn səmtə döndü
bax dönmədən
sif. Səbatlı, əzmli, dözümlü, qərarında möhkəm və ardıcıl. Dönməz qəhrəman. Dönməz iradə. – Rüstəm kişini həmişə qüvvətli və dönməz görməyə alışmış Sə
is. Səbat, dözümlülük, əzmkarlıq, qərarında möhkəmlik və ardıcıllıq. Qocaoğlu dönməzliklə (z.) hərəkət edir, həyat təcrübəsi də işdə ona az kömək etmi
sif. Sözündə, əhdində, məsləkində durmayan; səbatsız, etibarsız, vəfasız. Dönük adam. – Aslan … dönük fikirli və zəif iradəli adamları sevməzdi
is. 1. Əhdində, sözündə durmama; səbatsızlıq, etibarsızlıq, vəfasızlıq. Dönüklük etmək. – [Əmiraslan ağa:] Yoxsa dönüklük olmuşdur? S
is. 1. Dönmə, dönüş, qayıtma, dolanma. 2. Dəfə, kərə. Bir dönüm. Bu dönüm
is. 1. Qayıdış, qayıtma, geri dönmə. 2. məc. Bir şeyin gedişində, inkişafında əsaslı və ciddi dəyişiklik
is. Yorğan-döşək, yatacaq ləvazimatı. Bir cift yastıq, bir cift mütəkkə, bir cift dör-döşək … tədarük görüləcəkdir
miqd. s. 1. Üçdən sonra gələn və 4 rəqəmi ilə işarə olunan say və miqdar. İki dəfə iki – dörd. Dörd yaş
say. Dörd, ya beş ədəddən və s.-dən ibarət olan. Biz məktəbdə gündə dördbeş dəfə əllərimizi sabunla yuyuruq
zərf Hər dəfədə dörd ədəd, yaxud hər dəstədə dörd nəfər olaraq. Əsgərlər dörd-dörd gedirdilər. Dörd-dörd yığmaq
sif. Dörd adam üçün olan. Dördadamlıq loja, kupe. // Dörd adamdan ibarət. Dördadamlıq qrup
is. köhn. Aşıqla oynanılan qumar oyunlarından biri. Çünki onların bəzisi dükanlarda gün keçirdir, qeyrisi köhnə hamamlarda dördaşıq atır
sif. İki cüt (dörd) at qoşulmuş. Dördatlı faytonlar gözəl bəzəkli. H.K.Sanılı. Bazar günü idi. Onlar dördatlı faytonu qoşdurub Şuşa şəhərinə gedəcəkdi
sif. İki cüt avarı olan. Dördavarlı qayıq
1. zərf Çaparaq, çox sürətli, çox cəld. Dördayaq get, onu çağır. 2. is. Atın dörd ayağını da yerdən üzüb atıla-atıla çapması (at yerişi)
is. məh. 1. Üstündə xəmir yaymaq üçün ayaqlı taxta alət; yuxayayan, mərdənə. Dördayağı gətir, yuxa yay
is. Sacayaq növü
1. sif. Dörd ayağı olan. Dördayaqlı masa. 2. is. Dörd ayağı üzərində gəzən; heyvan. Hacı Səməd ağa rəiyyəti qapıda gəzən dördayaqlılardan seçmir
sif. 1. Dörd ay əvvəl doğulmuş. Dördaylıq uşaq. Dördaylıq buzov. 2. Dörd ayda görüləcək, dörd ay müddətində olan, dörd ay davam edən
sif. Dörd barmağı olan. At öz əcdadı olan dördbarmaqlı heyvandan təkamül edib üçbarmaqlı, sonra isə birbarmaqlı – təkdırnaqlı heyvan olmuşdur ki, indi
sif. Dörd başı, dörd təpəsi olan
sif. Dörd gözdən (bölmədən, hissədən) ibarət olan. Dördbölüşlü duzqabı. Dördbölgülü meydan
sif. dan. İgid, qorxmaz, ciyərli. Yaman küyçü qocadır! – Yox, küyçü deyil, dördböyrək kişidir. Görmürsən, elə bil dağ gedir? S
is. riyaz. Dörd bucağı olan həndəsi cisim
sif. Dörd bucağı olan; dördkünc. Dördbucaqlı otaq. Karvansara dördbucaqlı bir tikintidir
say. Ancaq dörd, cəmi dörd. Dördcə adam gəlmişdir. Dördcə qəpik pul qalmışdır
sif. Dörd cərgəsi olan, dörd sırası olan. Dördcərgəli xiyaban. Dördcərgəli oturmaq yeri
sif. Dörd cilddən ibarət. Dördcildlik lüğət
bax dördtəkərli
sif. Dörd dəfə təkrar edən
sif. Dörd dəqiqə davam edən, sürən. Dörddəqiqəlik istirahət
sif. Ölçüsü, qalınlığı və s. dörd düymə olan (bax düymə2). Dörddüymə mıx (taxta)
sif. Dörd düyməsi olan, dörd düymə ilə bağlanan. Dörddüyməli köynək