Толковый словарь азербайджанского языка

  • RAHİBLİK

    is. Rahibin yaşayış tərzi, rahib olma

    Полностью »
  • RAHLAMA

    “Rahlamaq”dan f.is

    Полностью »
  • RAHLAMAQ

    bax rahatlamaq. Rövşən qabaqca atasını rahladı, sonra qulunların yerini sahmanlayıb, tövləni hazırlamağa başladı

    Полностью »
  • RAXİ́T

    [yun. rhachis – bel sümüyü] Böyüməkdə olan orqanizmdə duzların çatışmaması nəticəsində sümüklərin qeyri-normal inkişafı, maddələr mübadiləsinin pozulm

    Полностью »
  • RAXİTİZM

    [yun.] Raxit xəstəliyi əlamətlərinin məcmusu; raxit xüsusiyyətləri

    Полностью »
  • RAXİTLİ

    sif. dan. Raxit xəstəliyinə tutulmuş. Raxitli uşaq

    Полностью »
  • RAKET

    [alm.] 1. Atəşfəşanlıq, habelə işıq siqnalları vermək üçün işlədilən içi barıt tərkibli maddələrlə doldurulmuş gilizdən ibarət mərmi

    Полностью »
  • RAKETÇİ

    is. 1. Raketlə siqnal verən adam (bax raket 1-ci mənada). 2. Raketə xidmət edən əsgər (bax raket 2-ci mənada)

    Полностью »
  • RAKETKA

    [rus., əsli fr.] 1. Tennis oyununda: topu vurmaq üçün oval torlu kürəkcik. Tennis raketkası. 2. Stolüstü tennis oynamaq üçün dairəvi kiçik kürəkcik

    Полностью »
  • RAKETQAYIRMA

    is. Raket istehsalı, raket qayrılması. Raketqayırma sənayesi

    Полностью »
  • RAKETODRÓM

    [alm. raketa və yun. dromos] Raketləri təcrübədən keçirmək və buraxmaq üçün xüsusi yer, meydança

    Полностью »
  • RAKURS

    is. [fr.] Baxım nöqtəsi, bucağı

    Полностью »
  • RAQA

    is. [sanskr.] mus. Qədim Hind klassik musiqisi növlərindən biri

    Полностью »
  • RÁLLİ

    is. [ing.] Avtomobil idmanı üzrə 1000-2000 km məsafədə keçirilən yarışlar kompleksi

    Полностью »
  • RAM

    [fars.] : ram etmək – özünə tabe etmək, özünə alışdırmaq, baş əydirmək, özünə lazım olan şəkildə dəyişmək; əhliləşdirmək

    Полностью »
  • RAMA

    [rus.] xüs. Hər hansı bir maşının, qurğunun, mexanizmin aparıcı hissəsi. Avtomobilin (vaqonun, velosipedin) raması

    Полностью »
  • RAMAZAN

    is. [ər. rəməzan] Hicri qəməri ərəb təqviminin 9-cu ayı; orucluq ayı. [Cahan:] Bu ramazan yox, gələn ramazan gəlib ötəndən sonra [Əsgərin] iyirmi səkk

    Полностью »
  • RAMPA

    [fr.] Səhnəyə yönəldilmiş işıqlandırıcı cihazları tamaşaçıdan gizlədən, səhnə boyu uzanan yastı sipər

    Полностью »
  • RANET

    [fr.] Qiymətli alma növlərindən birinin adı

    Полностью »
  • RANQ

    is. [fr.] Fərqlənmə dərəcəsi; kateqoriya, rütbə

    Полностью »
  • RAPİRA

    [fr.] Dördüzlü uzun elastik tiyəsi olan itiuclu silah (indi ancaq təlim və qılıncoynatma idmanında işlədilir)

    Полностью »
  • RAPİRAÇI

    is. idm. Rapira ilə çıxış edən idmançı

    Полностью »
  • RÁPORT

    [fr.] 1. Hərbi xidmətçinin öz böyüyünə verdiyi şifahi və ya yazılı məlumat, xəbər. Hüseyn raport verib komandirinə; Yönəlir katiblə iclas yerinə

    Полностью »
  • RAPSÓDİYA

    [yun. rhapsodia] 1. Qədim yunan səyyar xanəndələrinin (rapsodlarının) simli musiqi alətinin müşayiəti ilə ifa etdikləri epik nəğmələr

    Полностью »
  • RASİON

    [lat. rationis – ölçü] Müəyyən vaxt üçün yemək norması, müəyyən vaxt üçün yemək payı; cirə. Əsgərin gündəlik rasionu

    Полностью »
  • RASİONÁL

    [lat.] Ağıl və məntiqə əsaslanan; ağıllı, məqsədəuyğun, məqsədəmüvafiq. Xammaldan rasional surətdə istifadə

    Полностью »
  • RASİONALİST

    [lat.] 1. Rasionalizm tərəfdarı (bax rasionalizm 1-ci mənada). 2. Həyatda ancaq məntiq və ağlın tələblərinə əsaslanan adam

    Полностью »
  • RASİONALİ́ZM

    [lat.] 1. Ağlı idrakın yeganə mənşəyi hesab edən idealist fəlsəfi cərəyan. 2. Həyata şüurlu münasibət, hərəkətlərində şüurluluq

    Полностью »
  • RAST₂

    is. [fars.] mus. Azərbaycan klassik muğamlarından birinin adı. Cavad gözlərini yumdu, cavanlar tarı və kamançanı götürüb “Rast” dəstgahını başladılar

    Полностью »
  • RAST₁

    [fars.] sif. Düz, müstəqim. □ Rast gəlmək – bax rastlaşmaq. Miraxur küçədə köhnə xəzinədara rast gəlib, ona yoldaş olub soruşdu ki… M

    Полностью »
  • RASTA

    is. [fars.] köhn. Dükanların yerləşdiyi kiçik düz küçə; dükanlar sırası. Buzu aldım əlimə və sərin baqqal rastasından çıxdım günün qabağına

    Полностью »
  • RASTABAZAR

    is. [fars.] köhn. Düz sıra ilə düzülmüş dükanlardan, mağazalardan və s.-dən ibarət bazar. Rastabazarda şirin alışveriş vardı, alıcının çoxu tərəkəmə i

    Полностью »
  • RASTLAŞMA

    “Rastlaşmaq”dan f.is. Ağasəfərlə rastlaşması heç də Nəcmiyə xoş gəlmədi. Ə.Əbülhəsən

    Полностью »
  • RASTLAŞMAQ

    f. Təsadüf etmək, üz-üzə gəlmək, qarşısına çıxmaq, görmək. Maşın üç at qoşulmuş bir araba ilə rastlaşdı

    Полностью »
  • RATİFİKASİYA

    is. [lat.] Dövlətin ali hakimiyyət orqanının dövlət və ya hökumət nümayəndəsi tərəfindən bağlanmış beynəlxalq sənədləri (müqavilə, saziş) təsdiq etməs

    Полностью »
  • RATİ́N

    [fr.] Üz tərəfində burulmuş xovları olan üst paltarlıq yun parça. 5 metr ratin. // Həmin parçadan tikilmiş

    Полностью »
  • RATSİYA

    is. Az güclü səyyar radiostansiya

    Полностью »
  • RÁUND

    [ing.] Boksda: vuruşun bir hissəsinin davam etdiyi iki və ya üç dəqiqəlik müddət

    Полностью »
  • RAVİ

    is. [ər.] klas. Rəvayət edən, hekayə edən, bir əhvalatı olduğu kimi danışan. Ravi belə rəvayət eyləyir ki, bu zənən Bağdad padşahının baş hərəmi imiş

    Полностью »
  • RAVVİN

    is. [qədimi yəh. rabbi – mənim müəllimim] Yəhudilərin dini-əxlaqi həyatına başçılıq edən din xadimi, ruhani

    Полностью »
  • RAY

    [ing.] bax rels

    Полностью »
  • RAYİHƏ

    is. [ər.] Xoş iy, gözəl qoxu; ətir. Gülün rayihəsi. – Arazın mehi kənddən kövşənə xoş bir rayihə, gözəl bir qoxu gətirirdi

    Полностью »
  • RAYİHƏLİ

    sif. Gözəl iyli, xoş qoxulu; ətirli. Rayihəli çiçək. – Göz işlədikcə uzanan düzləri əlvan çiçəklər, rayihəli otlar cənnətə döndərmişdi

    Полностью »
  • RAYKOM

    is. “Rayon komitəsi”nin ixtisarı (çox vaxt “rayon partiya komitəsi” mənasında işlənir). Raykom binası

    Полностью »
  • RAYON

    is. [fr.] 1. Bir ərazinin hər hansı bir coğrafi, iqtisadi və b. cəhətdən tam bir vəhdət təşkil edən hissəsi

    Полностью »
  • RAYONLARARASI

    sif. Bir neçə rayon üçün ümumi olan, təşkil olunmuş; bir neçə rayona aid olan (xidmət edən). Rayonlararası tikinti idarəsi

    Полностью »
  • RAYONLAŞDIRILMA

    “Rayonlaşdırılmaq” dan f.is

    Полностью »
  • RAYONLAŞDIRILMAQ

    məch. 1. İnzibati, fiziki-coğrafi, iqtisadi və b. cəhətlərə görə rayonlara bölünmək. 2. xüs. Müəyyən fiziki-coğrafi rayonların şəraitinə ən çox uyğunl

    Полностью »
  • RAYONLAŞDIRMA

    “Rayonlaşdırmaq”dan f.is

    Полностью »
  • RAYONLAŞDIRMAQ

    f. 1. Ərazini iqtisadi, inzibati və b. rayonlara bölmək. 2. xüs. Müəyyən rayona (və ya rayonlara) uyğunlaşdırmaq, aid etmək

    Полностью »