is. xüs. Poladı yayıb yastı hala salma
is. [yun.] Müəyyən bir məsələ barədə fikir mübadiləsi; mübahisə, müzakirə, dartışma
[yun. poly – çox və arthron – oynaq] tib. Oynaqların iltihabı
is. [yun.] Sintetik material
sif. [yun.] Polifoniyaya aid olan; çoxsəsli. Polifonik musiqi
[yun. polyphonia] mus. Vokal və ya instrumental əsərlərdə bir neçə səsin bir vaxtda birləşməsi; çoxsəslilik
[yun.] Müxtəlif ixtisaslar üzrə əhaliyə (istər gələn, istərsə də evdə yatan xəstələrə) həkim yardımı göstərən tibb müəssisəsi
[yun.] Çox dil bilən adam
[yun.] Hərbi təlim, habelə müxtəlif silahların sınaqdan keçirilməsi üçün böyük sahə. Poliqonda təlim keçmək
is. Poliqrafiya sənayesi işçisi, poliqrafiya mütəxəssisi
sif. [yun.] Poliqrafiya ilə əlaqədar olan, poliqrafiyaya aid olan. Poliqrafik işlər. Kitabın poliqrafik keyfiyyəti
[yun. polygraphia – çox yazı] Çap məhsulları istehsalının bütün növlərini əhatə edən texnika, sənaye sahəsi
cəm [yun. polymeres – çox hissədən ibarət] Kimyəvi tərkibi eyni olan, lakin molekuldakı atomların miqdarına görə isə bir-birindən fərqlənən maddələr
is. [yun.] Sakit Okean adalar qrupu. Polineziya adaları vulkan mənşəlidir
cəm Sakit okean adalarının (Polineziyanın) yerli əhalisi
[yun. polios – boz və myelos – ilik] tib. Uşaq iflici
[yun. poly – çox və pus – ayaq] 1. zool. Yerindən hərəkət edə bilməyən dəniz heyvanı – bağırsaqboşluqluların oturaq növü
[alm. polizai] 1. Polisiyada xidmət edən adam. Araz cavab verməyib polislər ilə birlikdə qapıdan çıxdı
[yun. poly – çox və sema – işarə] dilç. Bir sözdə bir neçə mənanın olması; sözün çoxmənalılığı
[alm. polizei] 1. Mövcud quruluşun təhlükəsizliyini və onun qoymuş olduğu qanun-qaydaları qoruyan xüsusi inzibati orqan
[ing. policeman] İngiltərə və ABŞ-da polis nəfəri; polis
[alm. polizeimeistr] 1917-ci il inqilabından qabaq Rusiyada: iri şəhərlərin polis rəisi
sif. [yun.] 1. Texnikanın müxtəlif sahələrinə aid olan, onlarla bağlı olan. Politexnik institut. Politexnik muzey
bax politexnik 2-ci mənada
[yun.] Politexnik məktəb
[yun.] Şagirdi istehsalatın bütün əsas sahələri ilə nəzəri və əməli tanış etmək əsasında qurulmuş təlim sistemi
is. [yun.] Siyasətlə və siyasət elmi ilə məşğul olan adam; siyasətşünas, siyasətçi
is. [lat.] Ağacdan olan məmulatın üzərinə çəkib işıldatmaq üçün spirtli lak, spirtdə həll edilmiş qatran məhlulu
is. [rus.] Adətən diviziya, ya briqada tərkibinə daxil olan müstəqil qoşun vahidi. Qvardiya polku. Polk komandiri
is. [çex. polka] 1. Cəld oynanılan Avropa rəqslərindən birinin adı, habelə həmin rəqsin musiqisi. Nəfəsli musiqi çalsa polkanı; Qızışır köhnənin soyum
is. [rus.] Podpolkovnik rütbəsindən sonra gələn zabit rütbəsi və ya adı, habelə belə rütbəsi və ya adı olan şəxs
is. Polkovnik rütbəsində olma
is. [fr.] Milli polyak rəqsi
is. Türk tayfalarından biri və həmin tayfaya mənsub olan adam; qıpçaqlar
Qərbi slavyan xalqlarından biri və bu xalqa mənsub adam
sif. və zərf Polyak dilində. Polyakca kitab. Polyakca-rusca lüğət
fiz. İşıq və elektromaqnit titrəyişlərinin müəyyən bir səth üzərində baş verməsi xassəsi
[fr.] Müxtəlif ətirli maddələrin qatışığından ibarət kosmetik yağ. Dodaq pomadası. – Çantasında cürbəcür pomada, üzyağı var; Dillənir dindirməmiş gərə
sif. Pomada çəkmiş (çəkilmiş), pomada sürtmüş (sürtülmüş). Pomadalı qız
[ital. pomidoro] Quşüzümü ailəsinə mənsub bostan bitkisi. Pomidor şitil etmək. // Həmin bitkinin girdə qırmızı meyvəsi
[pol. paczek] İçinə mürəbbə, riçal və ya başqa şirni qoyulan kömbə, qoğal
is. [isp.] Düzbucaq biçimli plaş
[ing.] Kiçikboylu at cinsi
[fr.] 1. Müvəqqəti körpü və ya bir şeyi su üzərində saxlamaq üçün, yaxud da bərə kimi istifadə olunan yastıdibli gəmi, qayıq
is. Mühəndis qoşunları hissələrində xidmət edən hərbi qulluqçu; ponton quraşdırma mütəxəssisi
is. [fr.] Qabarıq zolaqlı ipək və pambıq qarışığından parça
is. və sif. [lat.] Populyarlıq və kütlənin rəğbətini qazanmaq üçün icrası qeyri-mümkün böyük vədlər verən siyasətçi və hərəkat
sif. [lat. popularis – xalq] 1. Anlaşılan sadə dildə yazılmış; məzmunu, ifadə tərzi sadə olan; kütləvi
is. Məşhurluq; geniş kütlə tərəfindən tanınma, sevilmə, onun rəğbətini qazanma
is. [fr.] 1. Populyar opera, operetta, balet, xalq mahnıları və rəqs motivlərindən tərtib edilən musiqi əsəri