Толковый словарь азербайджанского языка

  • QOMİNDANÇI

    is. Qomindan partiyasının üzvü, tərəfdarı

    Полностью »
  • QOMLAMA

    “Qomlamaq”dan f.is

    Полностью »
  • QOMLAMAQ

    f. Dəstə ilə bağlamaq, toplamaq, yığıb bir yerdə bağlamaq

    Полностью »
  • QONAQ

    is. 1. Görüşmək üçün və ya başqa bir məqsədlə birinin evinə gələn adam. …Naçalnik yanına gələn qonaqlar ilə düşmüşdülər Hacı Namazalının evində

    Полностью »
  • QONAQ-QARA

    is. dan. Qonaq(lar). Onun həmişə qonaq-qarası olur

    Полностью »
  • QONAQ-QARALI

    sif. dan. Həmişə qonaqları olan. Qonaq-qaralı ev

    Полностью »
  • QONAQCIL

    bax qonaqpərəst. [Qulam dayı:] Məşədibəy qonaqcıl oğlandır. Hökumət adamıdır. M.Hüseyn

    Полностью »
  • QONAQCILLIQ

    bax qonaqpərəstlik. Qoyar dost yolunda olan-olmazın; Bəllidir elimin qonaqcıllığı. M.Rahim

    Полностью »
  • QONAQÇI

    is. Qonaq saxlayan adam, evinə qonaq qəbul edən adam; qonaqsevən, qonaqpərəst. Bu gecə sizin qonaqçı və məhəbbətli bir zat olduğunuz bizdə unudulmaz b

    Полностью »
  • QONAQLAMA

    “Qonaqlamaq”dan f.is

    Полностью »
  • QONAQLAMAQ

    f. Qonaq etmək, qonaq saxlamaq. Vəliəhdi qonaqlamaq üçün evdə olan yeməklər aralığa gətirildi. M.S.Ordubadi

    Полностью »
  • QONAQLIQ

    is. Bir münasibətlə tanışları evinə və ya başqa yerə dəvət edib, onları yedirib-içirmə; ziyafət. Qonaqlıq düzəltmək

    Полностью »
  • QONAQPƏRƏST

    sif. [qonaq və fars. …pərəst] Qonaqsevən; evinə gələn qonağa çox hörmət edən. Qonaqpərəst adam. – Bizim yerlərdə sizə əziz bir qonaq kimi hörmət edird

    Полностью »
  • QONAQPƏRƏSTLİK

    is. Qonağa çox hörmət etmə, qonağı hörmətlə qəbul etmə. …Fikirləşdim ki, qonaqpərəstlik buralarda çox olsa da, hər evə getmək yaxşı deyil

    Полностью »
  • QONAQPƏRVƏR

    [qonaq və fars. …pərvər] bax qonaqpərəst

    Полностью »
  • QONAQPƏRVƏRLİK

    bax qonaqpərəstlik

    Полностью »
  • QONAQSEVƏN

    bax qonaqpərəst. [Liza:] Yox, yox, o çox qonaqsevəndir. M.Hüseyn

    Полностью »
  • QONAQSEVƏNLİK

    bax qonaqpərəstlik. [Mədinənin] mehribanlığı, zarafatı, qonaqsevənliyi, hazırcavablığı Vaqifi məftun edərdi

    Полностью »
  • QONAQSEVƏR

    bax qonaqpərəst. [Liza:] Yox, yox, o çox qonaqsevəndir. M.Hüseyn

    Полностью »
  • QONAQSEVƏRLİK

    bax qonaqpərəstlik. [Mədinənin] mehribanlığı, zarafatı, qonaqsevənliyi, hazırcavablığı Vaqifi məftun edərdi

    Полностью »
  • QONAQSEVMƏZ

    sif. Qonaq xoşlamayan, qonaq qəbul etməyən

    Полностью »
  • QONAQSEVMƏZLİK

    is. Qonaq sevməmək xasiyyəti

    Полностью »
  • QONÇUNA

    [rus. кончинка] dan. Qumar oyunlarından birinin adı. [Nəbi:] Onda mənlə bir əl qonçuna oynamaqla necəsən? S

    Полностью »
  • QONDARA

    is. köhn. Ayaqqabı. [Çəkməsilən:] Ay qondarasını sildirən, ay mənə bir siftə verən! M.S.Ordubadi

    Полностью »
  • QONDARAÇI

    is. köhn. Çəkməçi, ayaqqabıtikən

    Полностью »
  • QONDARILMA

    “Qondarılmaq”dan f.is

    Полностью »
  • QONDARILMAQ

    məch. 1. Uydurulmaq, özündən düzəldilmək. Ancaq bu ailəni atılan çirkablar, qondarılan sözlər hər tərəfdən sıxırdı

    Полностью »
  • QONDARMA

    1. “Qondarmaq”dan f.is. 2. sif. Uydurma, saxta, süni, əsli olmayan, yalançı. Qondarma xəbər. // İs. mənasında

    Полностью »
  • QONDARMAÇILIQ

    is. Uydurmaçılıq; özündən düzəltmə, uydurma

    Полностью »
  • QONDARMAQ

    f. 1. Uydurmaq, özündən düzəltmək, özündən toxumaq, özündən icad etmək. Söz qondurmaq. – [Mirzə] özündən qondarıb başqa söz yazır

    Полностью »
  • QONDOLA

    is. [ital.] Yastıdibli, biravarlı qayıq

    Полностью »
  • QONİT

    is. [yun.] Diz oynağının iltihabı

    Полностью »
  • QONKA

    [rus. кóнка] köhn. Keçmişdə, hələ elektrik tramvayı olmadığı zaman, şəhərlərdə rels üzərində atla işləyən dəmiryol vaqonu

    Полностью »
  • QONQ

    is. [ing.] 1. Metal disk şəklində zərbli musiqi aləti. 2. İdman yarışının başlanmasını bildirən siqnal

    Полностью »
  • QONMA

    “Qonmaq”dan f.is

    Полностью »
  • QONMAQ

    f. 1. Yuxarıdan, havadan enərək bir şey üzərində oturmaq, dayanmaq; enmək. Sərçələr söyüd ağacına qondular

    Полностью »
  • QONOKÓKK

    [yun.] bakt. Süzənək mikrobu

    Полностью »
  • QONORÁR

    [lat.] Yazıçılara, rəssamlara, vəkillərə və başqalarına müqavilə üzrə verilən zəhmət haqqı. Müəllif qonorarı

    Полностью »
  • QONSƏ

    is. Quş qursağı. [Yırtıcı quşlarda] pərtdənəkdən xörək əsil mədəyə gedir ki, orada ona həzm suları qarışır

    Полностью »
  • QONŞU

    1. is. Birinin bilavasitə yaxınlığında, yaxud birisi ilə yanaşı yaşayan adam. Həyət qonşusu. Ev qonşusu

    Полностью »
  • QONŞUCUĞAZ

    “Qonşu”dan oxş. Gedib dedi: – Qonşucuğaz, mənim üçün bal ver bir az; Qonağım var, süfrəm boşdur. M.Dilbazi

    Полностью »
  • QONŞULAŞMA

    “Qonşulaşmaq”dan f.is

    Полностью »
  • QONŞULAŞMAQ

    f. Qonşu olmaq, birbirinə yaxın yerdə sakin olmaq. O, başqa bir məhəllədən köçüb bizimlə qonşulaşdı. // Bir-birinə yaxınlaşmaq

    Полностью »
  • QONŞULUQ

    is. Yaşadığı yerə görə birbirinə bilavasitə yaxınlıq. …Çoxdan bilirdi ki, onun qonşuluğunda usta Cəfər adlı məharətli bənna var

    Полностью »
  • QONU-QONŞU

    top. dan. Yaxın və uzaq qonşular, ətrafdakı qonşular. Qonumqonşu yeksər verib baş-başa; Gecə-gündüz sizin üçün ağlaşa

    Полностью »
  • QONUM-QONŞU

    top. dan. Yaxın və uzaq qonşular, ətrafdakı qonşular. Qonumqonşu yeksər verib baş-başa; Gecə-gündüz sizin üçün ağlaşa

    Полностью »
  • QONUR

    sif. Şabalıd rəngli, açıq-qəhvəyi. Qonur at. Qonur torpaq. – Söylə görək, Beyrək adlı boylu-buxunlu, qara, qıvırcıq saçlı, qonur, şəhla gözlü … bir ig

    Полностью »
  • QONURGÖZ

    sif. Gözləri qonur (şabalıdı) olan. Bunların [əsirlərin] içində buğdayısifət, qonurgözlü, uzun kirpikli bir qız vardı

    Полностью »
  • QONURGÖZLÜ

    sif. Gözləri qonur (şabalıdı) olan. Bunların [əsirlərin] içində buğdayısifət, qonurgözlü, uzun kirpikli bir qız vardı

    Полностью »
  • QONURLAŞMA

    “Qonurlaşmaq”dan f.is

    Полностью »