aşındırmaq
aşınmaq
OBASTAN VİKİ
Aşınma
Aşınma qabığı
Aşınma qabığı — litosferin üst hissələrində (əsasən aerasion zonada) aşınma amillərinin təsiri altında maqmatik, metamorfik və çökmə süxurların dəyişilməsi nəticəsində əmələ gələn süxurlar kompleksi. Səth sularının daha dərinə süzülməsi (filtrasiya) üçün münasib şərait (süxurların kontaktı, parçalanma zonaları üzrə və b.) olduqda aşınma qabığı alt sərhədi aerasiya zonasından aşağı enir. Aşınma qabığı anlayışına ilkin süxur quruluş əlamətlərini saxlayan tipik elüviumdan başqa, həmçinin aşınma zamanı mad-dənin şaquli yerdəyişməsi nəticəsində bu əlaməntləri itirmiş elüvium törəmələri də (məsələn, əhəngdaşıları, halogen süxurlarının aşınması nəticəsində əmələ gələn elüvium, həmçinin bəzi infiltrasion törəmələr) aid edilir. Fiziki və biokimyəvi proseslər nəticəsində əmələ gələn aşınma qabığı ayrılır. İlkin süxurların dəyişmə dərəcəsi və xüsusiyyətindən asılı olaraq, bir sıra geokimyəvi qabıq tipləri ayrılır: laterit, sialit, oksidləşmiş filiz, qırıntılı və b. Ən çox yayılmış mineraloji aşınma qabığı növlərinə cipsit, kaolinit, montmorillinit, oksidləşmiş sulfid filizləri, sulfat və b. aid edilir. Aşınma qabığı litosferin üst hissəsində, ana süxurların əsasən öz yerlərində fiziki, kimyəvi və bioloji aşınma və denudasiya nəticəsində əmələ gələn, kövrək təbəqədən ibarət geoloji formasiyaya deyilir. Əmələgəlmə dövrünə əsasən, aşınma qabığı iki yerə ayrılır: müasir qədim == Mənbə == fiziki aşınma kimyəvi aşınma üzvi aşınma Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press.
Orqanik aşınma
Şaxtadan aşınma
Fiziki aşınmanın bir növüdür. Şaxta aşınması soyuq sahələrdə (qütb ölkələrində və ya dağların nival qurşağındal) süxurların arasına dolan suyun donması nəticəsində onların mexaniki parçalanması və dağılmasıdır.

Значение слова в других словарях