Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Berqman (tabor)
Berqman — İkinci dünya müharibəsi zamanı Vermaxta tabe olan tabor. Tabor ermənilər, gürcülər və azərbaycanlılardan təşkil olunmuşdu. Tabor İkinci dünya müharibəsinin gedişində almanlara əsir düşən əsgərlərdən təşkil edilmişdi. Taborun əsası azərbaycanlı və erməni əsgərlədən ibarət idi. Sonderverband Bergmann 1941-ci ilin 14 noyabrında Aşağı Sileziyanın Vehrau kəndində yaradılmışdır. Sonralar tabor Vermaxta tabe olan Ahuverin tabeliyinə keçmişdir. Taborda az sayıda tatar əsgələri də vardı. 1942-ci ildə Fransada hitler tərəfdarı bir qrup qafqazlı döyüşcü, könüllü olaraq tabora qoşulmuşdur. Bergmann taboru Teodor Oberlanderin rəhbərlik etdiyi Bau-Lehr z.b. V 800 adlı hərbi birləşmənin tərkibinə qatılmışdır.
Sendal Berqman
Sendal Berqman (ing. Sandahl Bergman) - ABŞ aktrisası, kaskadyoru və rəqqasəsidir. Arnold Şvartsenegger ilə iki filmdə rol almışdır. İlk mükafatını 1982-ci ildə qazanmışdır. Sendal Barbar Konan filmində "Valeriya" obrazını canlandırdığına görə Qızıl Qlobus mükafatına layiq görülmüşdür. Sendal Berqman 14 noyabr 1951-ci ildə ABŞ-nin Missuri ştatının Kanzas-Siti şəhərində anadan olmuşdur. Sendal uşaqlıqdan çox sarışın qız olmuş və boyu nisbətən hündür olubdur. 20 yaşında olarkən ABŞ horeoqrafı Bon Fossun diqqətini cəlb etmişdir. Məhz həmin horeoqraf tərəfindən Sendal film karyerasına başladı. İlk dəfə televiziyada musiqili şoularda peyda olmuşdur.
İnqmar Berqman
Ernst İnqmar Berqman (isv. Ernst Ingmar Bergman ; 14 iyul 1918[…], Uppsala[d] – 30 iyul 2007[…]) - İsveçli olan kino və teatr rejissoru, yazıçısı və ssenaristidir. İnqmar Berqman insanın təkliyini, müxtəlif səbəblərlə çəkdiyi ruhi ağrıları, cinsi problemlərindən qaynaqlanan filmləriylə tanınır. İnqmar Berqman 14 iyul 1918-ci ildə İsveçin Uppsal şəhərində Lüteran kilsəsinin naziri Erik Berqman və tibb bacısı Karinin ailəsində doğulmuşdur. Onun düşüncə və əxlaq anlayışının formalaşmasına yetişdiyi dindar ətrafın böyük təsiri oldu. Onun yaşca böyük qardaşı Daq və Marqareta vardır. Berqmanın duyğu və düşüncələrini görüntüylə izah etmə meylinin doğulmasında, kilsədə gördüyü dini rəsmlərinin böyük əhəmiyyətli rolu vardır. Berqman Stokholm Universitetində sənət, tarix və ədəbiyyat üzrə şöbədə dərs alır. Tələbəlik illərində teatrla maraqlanır, oyunlar yazır və onlara rejissorluq edirdi. Ssenarisini yazdığı "Hets" (1944; "Əzab") filmi böyük maraqla qarşılandı.
İnqrid Berqman
İnqrid Berqman (isv. Ingrid Bergman; 29 avqust 1915[…], Hedviq-Eleonora[d], Stokholm leni[d] – 29 avqust 1982[…], London) — İsveç və ABŞ kino və teatr aktrisası. İnqrid Berqman 29 avqust 1915-ci ildə İsveçin Stokholm şəhərində anadan olmuşdur. O, 1934-cü ildə kino fəaliyyətinə başlayır. Daha sonra ABŞ-yə gedərək bir çox filmlərdə rol alır. Xüsusilə ingilis rejissor Alfred Hiçkokun filmlərindəki rolları ilə daha yaddaqalan olur. 1944-cü ildə "Qaz işığı" filmindəki roluna görə "Oskar" qazanan aktrisa 1950-ci ildə italyan rejissoru Rosselininin dəvətilə İtaliyaya gedərək orada yaşamağa başlayır. İnqrid Berqman 1956-cı ildə teatra qayıdır və elə həmin ildə də "Anastasiya" filmindəki roluna görə ikinci Oskar mükafatını qazandı. Üçüncü və son Oskarını "Şərq ekspressində qətl" filmindəki rolu ilə əldə edən İnqrid Berqman, 1978-ci ildə yenidən İsveçə qayıdır və görkəmli isveçli rejissor İnqmar Berqmanla çoxdan gözlədiyi film layihəsini həyata keçirir. Böyük isveçli aktrisa İnqrid Berqman 29 avqust 1982-ci ildə Böyük Britaniyanın London şəhərində vəfat etmişdir.
Georgi Berqman
Georgi Eduardoviç Berqman (rus. Георгий Эдуардович Берхман; 3 aprel 1854, Qürah, Dağıstan MSSR – 2 fevral 1929, Marsel) — Rusiya piyada generalı. O, Birinci Dünya müharibəsi zamanı Osmanlı imperiyasına qarşı Berqman əməliyyatını təşkil etməklə tanınır. Berqman həmçinin, Rusiyada vətəndaş müharibəsi zamanı Ağ Ordunun komandiri olmuşdur. == Erkən həyatı == Georgi Eduardoviç Berqman 3 aprel 1854-cü ildə Dağıstan vilayətinin Kürax kəndində anadan olmuşdur. O, əslən Livoniya quberniyasından olan zadəgan Baltik alman ailəsindəndir. Ümumi təhsilini 2-ci Moskva Hərbi Gimnaziyasında almışdır. 9 avqust 1873-cü ildə Pavel Hərbi Məktəbində kursant kimi xidmətə girmişdir. 1876-cı ildə texnikumu bitirdikdən sonra gizir rütbəsi ilə 21-ci artilleriya briqadasının tərkibində Qafqaza göndərilmişdir. Sonra 1877–1878-ci illər Rusiya–Osmanlı müharibəsində iştirak etmişdir.