Bürokrat

fr. bureaucrate, bureau – büro, yun. kratos – hakimiyyət 1) əsas əhəmiyyəti işin mahiyyətinə deyil, formasına verən məmur, formalist; 2) vəzifəsini işin zərərinə, formal yerinə yetirən adam; rəsmiyyətçi.
Büro
Cədvəl
OBASTAN VİKİ
Bürokrat
Bürokrat bir dövlət orqanında işləyən ali məqamlı məmurdur. Siyasətçilərdən fərqli olaraq vəzifəyə seçki ilə yox, təyinatla gəlirlər. Ən yüksək rütbəli bürokratlar; müşavirlər, səfirlər, konsullar, qubernatorlar, attaşeler, kaymakamlar, şöbə müdirləri və SEE rəhbərləridir. Ali məqamlı məmur olsa da, bir çox dövlət işçisindən daha çox ön sıralarda olmaq potensialına malikdir. Azərbaycanda bürokratlara nümunələr: Vitse-prezidentlər , nazirlər, sədrlər, rəislər, icra başçısı, müdirlər və s.
Bürokratiya
Bürokratiya (fr. bureau, idarə və yun. kratos – hakimiyyət) — bürokratiya, hakim təbəqə. Fransızcada büro kəlməsi ilə latıncadakı kratos – hakimiyyət, cəmiyyətin təşkilinin elə bir formasıdır ki, onun üçün hakimiyyət orqanlarının kütlələrdən ayrılması, təşkilatın özünün fəaliyyətinin qayda və vəzifələrinin onun rəhbər vəsiləsinin mövqelərinin saxlanılması və möhkəmləndirilməsi məqsədlərinə tabe edilməsi səciyyəvidir. == Tarixi == Bürokratiya terminini ilk dəfə 1745-ci ildə fransız iqtisadçısı V. de Qurne (1712–59) işlətmişdir. Bürokratiya ilk əvvəl dövlət idarəetmə sistemində meydana gəlmişdir. 20-ci əsrdə bürokratik aparat sənaye müəssisələrində, siyasi partiyalarda, həmkarlar ittifaqlarında, təhsil idarələrində yayılaraq, hər bir iri təşkilatın ayrılmaz elementinə çevrildi. Kütləvi şüurda və siyasi publisistikada Bürokratiyaya, bir qayda olaraq, yalnız formalizm, səriştəsizlik korrupsiya kimi neqativ cəhətlər aid edilir. Sosiologiya və politologiyada bürokratik idarəetmənin həm pozitiv, həm də neqativ tərəfləri nəzərdən keçirilir. Bürokratiya fenomeninin nəzəri təhlilinə 19-cu əsrin ortalarından başlanılmışdır.
Layihə:Bürokratlar
Bürokrat aşağıdakı hüquqlara sahib inzibatçılara verilən addır. istifadəçiyə müvafiq bürokrat seçkisinin nəticəsinə uyğun olaraq bürokrat statusu vermək (bürokrat bu statusu istifadəçidən geri ala bilməz); istifadəçiyə müvafiq inzibatçı seçkisinin nəticəsinə uyğun olaraq inzibatçı statusu vermək (bürokrat bu statusu istifadəçidən geri ala bilməz); istifadəçiyə bot statusu vermək (bürokrat konkret səbəblər göstərərək bu statusu istifadəçidən geri ala bilər); istifadəçiyə interfeys inzibatçısı statusu vermək (bürokrat konkret səbəblər göstərərək bu statusu istifadəçidən geri ala bilər). Bürokratlar öz fəaliyyətlərində ilk növbədə qanunlara və vikicəmiyyətin razılığına əsaslanmalıdırlar. Məsələn, onlar istifadəçiyə inzibatçı statusu verərəkən inzibatçılar, bürokrat statusu verərkən isə Bürokratlar səhifəsindəki səsvermənin nəticələrini əsas götürülməlidir. Bot statusunun verilməsi üçün bot sahibinin Botlar səhifəsində müraciəti olmalıdır. Bot statusunun alınması üçün ya bot sahibinin özünün razılığı, ya da bunun üçün tutarlı əsaslar lazımdır. Azərbaycanca Vikipediyada hal hazırda 4 bürokrat var (bürokrat hüququ olan istifadəçilərin tam siyahısı). Sortilegus (müzakirə • töhfələr) Eldarado (müzakirə • töhfələr) Turkmen (müzakirə • töhfələr) Toghrul R (müzakirə • töhfələr) Mehrdad (müzakirə • töhfələr) Kholat Syakhl (müzakirə • töhfələr) Hazırda heç bir seçki yoxdur.
Niskanen bürokratiya modeli
Niskanen bürokratiya modeli (“maksimumlaşdıran bürokrat” anlayışı, ing. Budget-maximizing model) — Dövlət məmurlarının maraqlarının dövlət sektorunun və nəticədə bütövlükdə sektorun hər bir sahəsinin ölçüsünü artırmaq üçün təzyiq yaratdığını göstərən ictimai seçim nəzəriyyəsi modeli. Model ilk dəfə 1968-ci ildə amerikalı iqtisadçı Villiam Niskanen tərəfindən təklif edilmişdir. 1955-ci ildə İngilis tarixçisi Siril Parkinsonun adını daşıyan Parkinson Qanunları nəşr olundu. Onlar müəyyən edilmiş bir sıra nümunələri təsvir etdilər: bürokratlar özlərini yaradır və bir-birləri üçün iş yaradırlar (və nəticədə bürokratların sayı tələb olunan işin həcmində heç bir dəyişiklik olmadan ildən-ilə artır); bürokratların xərcləri gəlirlə artır; xərclərin artması fəsadlara səbəb olur. 1965-ci ildə isə amerikalı iqtisadçı Qordon Tallokun işində bürokratiyanın Tallok modeli təqdim edilmiş, 1967-ci ildəki işində ilk dəfə olaraq bir bürokratın kirayəçi davranışından istifadə edilmişdir. Tallokun bürokratiya modelinin sonrakı tənqidi və V.Niskanenlə müzakirəsi sonuncunu hökumətin strukturuna və fəaliyyətinə formal iqtisadi təhlilin tətbiqi ideyasına gətirib çıxardı. Məhz Qordon Tallok V.Niskanenə bürokratiya konsepsiyasını ayrıca məqalə kimi dərc etməyi təklif etmişdir. Bürokratiyanın iqtisadi modeli 1968-ci ildə amerikalı iqtisadçı Villiam Niskanen tərəfindən “Bürokratiyanın Xüsusi İqtisadiyyatı” əsərində təqdim edilmişdir. Modelin sonrakı tənqidi 1971-ci ildə Niskanenin Bürokratiya və Nümayəndəlik Hökuməti əsərində bürokratiya modelinin yenidən nəzərdən keçirilməsinə səbəb oldu.

Значение слова в других словарях