BƏŞƏRTA

bağl. [ fars. bə və ər. şərta] (bəzən “ki” ilə: bəşərti ki) köhn. Bu şərtlə, bu şərtlə ki.
[Hacı Qara:] …Mən yağ ilə də sövdə edərəm, bəşərti ki xalis inək yağı ola. M.F.Axundzadə.
[Mirzə:] …Amma bəşərti ki, toyunu da tez eyləyəsən ha! Ə.Haqverdiyev.
[Hacı:] Şəriət sahibi deyir oxu, elm kəsb elə, bəşərti ha isməti, irzi, namusu mühafizət elə! Mir Cəlal.

BƏŞƏRİYYƏT
BƏŞƏRTİ

Значение слова в других словарях